Məhkəmə qərarları › İş №2(089)-121/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-121/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-121/2021 30.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və mütəxəssis X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 16 noyabr 2005-ci il tarixdə doğulmuş X5 müalicə xərcləri üçün 100 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 04 iyun 2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş Cavabdeh 16 noyabr 2005-ci il tarixdə doğulmuş X5 müalicə xərcləri üçün hər ay 100 manat sabit pul məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 16 noyabr 2005-ci il tarixdə doğulmuş X5 müalicə xərcləri üçün hər ay 100 manat sabit pul məbləğində pulun alınıb ona verilməsi” barədə tələbinə baxılmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını qismən müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla 2004-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 16 noyabr 2005-ci il tarixdə Əli Nəcəfov doğulmuşdur. Aralarında bağlanmış nikah pozulmuş, Əli oğlun yanında saxlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Əlinin saxlanması üçün 130 manat məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini ödəyir. Oğlu Əli “G60. İrsi və motor idiopatik neyropatiya.R.26.Hərəkət və yerişin pozulması” xəstəliyindən əziyyət çəkir. Həkimlərin bildirdiyinə görə xəstəliyin müalicəsi yoxdur. Lakin hidromassaj və tibbi idman yolu ilə xəstəliyin müəyyən qədər qarşısının alınması mümkündür. Sözügedən müalicələr ildə 3 dəfə, hər dəfə 10 gün davam etməlidir ki, bir gün üçün 20 manat, il ərzində 600 manat pul xərcləmək məcburiyyətindədir. Uşağa qulluq edir, bu səbədən də işləyə bilmir. Cavabdeh tərəfindən ödənilən 130 manat aliment uşağın gündəlik ehtiyaclarını, müalicəsini qarşılamğa yetmir. Cavabdeh isə uşagı ilə görüşmür, uşağın xəstəliyi ilə maraqlanmır. Cavabdehdən ayda 25 manat olmaqla il ərzində xərclənməsi zəruri olan 600 manat məbləğində pulun yarısının, 300 manatın alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində izahat vermiş Culfa rayon Mərkəzi xəstəxanasında nevropatoloq, psixonevroloq vəzifəsində işləyən X6 bildirmişdir ki, “G60. İrsi və motor idiopatik neyropatiya.R.26.Hərəkət və yerişin pozulması” xəstəliyi irsi, yəni xromosom xəstəlikdir. Təxminən 7-8 yaşlarında xəstəlik özünü büruza verir və 40 yaşınadək xəstənin vəziyyəti ağırlaşır, yəni xəstə özünü idarə edə bilmir. Xəstəliyin müalicəsi yoxdur, lakin xəstənin əzələlərini gücləndirmək üçün müəyyən simptomatik müalicə alması məsləhətdir. İddiaçının oğlu Ə.Nəcəfovu müayinə etmiş, xəstənin hazırda vəziyyəti kafidir, özüözünə qulluq edə bilir. Xəstəliyin nə zaman, hansı formada ağırlaşacağını müəyyən etmək mümkün deyil, simptomatik müalicəyə ehtiyacı var. İş materiallarında olan- Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi uşaq xəstəxanasından verilmiş 38 nömrəli xəstəlik tarixindən çıxarışda qeyd edilmişdir ki, “X8 26.02.2021-06.03.2021 tarixlərdə stasionar müalicədə olmuş. Tam diaqnoz “G60. İrsi və motor idiopatik neyropatiya.R.26.Hərəkət və yerişin pozulması”. Obyektiv: Sinir sistemi tərəfdən aşağı ətrafların distal nahiyyəsinin paraparezi, sol tərəfdə daha dərin olan pozğunluq, ayaq tağı yüksəkliyi, pəncənin atrofiyası və baldırın aşağı hissəsinin zəif atrofiyası və hipotoniyası müşahidə edilir. Ayaqları üstə otura bilmir, müvazinətini itirir. EMQ müayinəsində-periferik sinirlərin sensor-mator polinevropatiya qeyd edildi. Stasionarda müalicə prosesində uşağa B qrup vit B1-B6-B12-Nucleo 1X1 dəfə, Korteksin 1.0 əzələ daxilinə, masaj, müalicəvi idman təyin olunub. Uşaq eyni vəziyyətdə evə davamlı müalicələr tövsiyyə etməklə evə yazılır”. Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsdən verilmiş 387 nömrəli, 07 iyun 2021 nömrəli arayışda qeyd edilmişdir ki, 2005-ci il təvəllüdlü Culfa rayon Xoşkeşin kənd sakini X8 həqiqətən “polineyropatiya” diaqnozu ilə davamlı fizioterapiya müalicəsi, tibbi idman müalicəsi alır. Fizioterapevtik proseduralardan Hidromassaj vannası proseduraları və müalicəvi tibbi idman müalicəsi alır. Müalicənin dəyəri ildən üç dəfə olaraq hər dəfə 10 seans olmaqla aşağıdakı günlük miqdar qeyd edilir. Hidromassaj vanna 10 manat, tibbi idman 10 manat”. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 20 avqust 2019cu il tarixli, 2(108)-144/2019 nğmrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 130 manat sabit məbləğdə alimentin tutularaq 16 noyabr 2005-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(089)-81/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 100 manat sabit məbləğdə alimentin tutularaq 16 noyabr 2005-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 verilməsi qət edilmişdir. A/93 nömrəli, 04 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh çoban işləyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə iddiaçının, mütəxəssisin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 noyabr 2005-ci il tarixdə İddiaçı və Cavabdeh birgə nikahalrından X8 doğulmuşdur. Əli Nəcəfov “G60. İrsi və motor idiopatik neyropatiya.R.26.Hərəkət və yerişin pozulması” xəstəliyindən əziyyət çəkir. Ə.Nəcəfov hidromassaj vannası və tibbi idman müalicəsi alır, müalicələr ildə 3 dəfə, hər dəfə 10 gün davam etməlidir ki, bir gün üçün 20 manat, il ərzində 600 manat pul xərclənməsi zəruridir. Cavabdeh tərəfindən ödənilən aliment məbləği isə uşağın gündəlik ehtiyaclarının, müalicə xərclənin qarşılanması üçün yetərli deyil. İddiaçı uşağa qulluq edir, işləmir. İl ərzində xərclənməli 600 manat məbləğində pulun yarısının, 300 manatın aylıq ödəmələrlə cavabdehdən alınıb ona verilməsini xahiş edir. Həmçinin həkim mütəxəssisin bildirdiklərindən müəyyən olunur ki, xəstəlik irsi, yəni xromosom xəstəlikdir, uşaq böyüdükcə xəstənin vəziyyəti ağırlaşır, yəni xəstə özünü idarə edə bilmir. Xəstənin əzələlərini gücləndirmək üçün müəyyən simptomatik müalicə alması məsləhətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.2-cü maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmamış uşağa görə əlavə xərclərin çəkilməsi ilə bağlı valideynlər arasında saziş olmamışdır. Beləliklə göstərilənlərə, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, həmçinin iddiaçının, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının məhkəməyə müraciət etdiyi gündən Əli Nəcəfovun il ərzində müalicəsi üçün xərclənməli olan 600 manat məbləğində pulun yarısı, 300 manat, hər ay 25 manat olmaqla Cavabdeh alınıb İddiaçı verilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 noyabr 2005-ci il tarixdə doğulmuş X5 müalicəsi üçün hər ay 25 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. 25 manat məbləğində pulun tutulması İddiaçıın məhkəməyə müraciət etdiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Mehrab Məmmədov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar