Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-133/2020 12.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin Sədri vəzifəsini müvəqqəti icra edən Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, xx xxx 2010-cu il tarixdə doğulmuş X1 və xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 170 manat olmaqla, hər ay cəm olaraq 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ilə barışdıqlarını, birlikdə yaşadıqlarını, iddiasından imtina etdiyini bildirmiş, iddiasından imtinanın qəbul edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə İddiaçı iddiadan imtina etməsi, iş izrə icraata xitam verilməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Məhkəmə belə hesab edir ki, İddiaçı iddiasından imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimenttələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimenttələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-133/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-133/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver