Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-163/2020 05.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin azaldılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(089)-56/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılması, xx xxxxx 2007-ci il tarixdə doğulmuş X12 və xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş X1 üçün aylıq qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, X.Mikayılova ilə xx xxx 2006-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxx 2007-ci il tarixdə X12 və xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş X13 doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(089)-56/2017 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqlar cavabdehin yanında saxlanılmış, iki uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Uşaqların saxlanması üçün aliment müəyyən olunan zaman Türkiyə Respublikasında yaşamış, işləmiş, maddi vəziyyəti yaxşı olmuş, alimenti vaxtında ödəmişdir. 2020-ci ildən Türkiyə Respublikasına gedə bilmir. İş tapa bilmir, işləmir, aliment məbləğini ödəməkdə çətinlik çəkir. 2020-ci ilin yanvar ayından uşaqların saxlanması üçün cavabdehə 100 manat məbləğində aliment ödəyir, hər ay üçün 100 manat aliment borcu yaranmışdır. İİİ qrup əlildir, 110 manat məbləğində pensiya alır, əlavə qazancı yoxdur. Aliment məbləğinin azaldılmasını istəyir. İddiaçı həmçinin izahatında onu da bildirmişdir ki, müxtəlif dövlət orqanlarına müraciət etmiş, iş tapa bilmir. Hazırda qazanxana-maşinisti ixtisası üzrə peşə təhsili alır. İşləyən zaman 200 manat alimenti və borcu ödəyəcək. İİİ qrup əlil olması alimentin azaldılması üçün məhkəməyə müraciət etməsinə əsas olmamış, sadəcə işləmədiyindən, qazancı olmadığından alimentin azaldılmasını istəyir. İddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X6 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçıla xx xxx 2006-cı ildə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçıla aralarında olan nikah Culfa Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(089)-56/2017 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqlarının saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla, 200 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin yanvar ayınadək aliment məbləğini ödəmiş, xx xxxxxx 2020-ci il tarixdən hər ay cəmi 100 manat aliment ödəyir, onun 800 manat aliment borcu var. İddiaçı İİİ qrup əlil olsa da əmək qabiliyyətlidir, iş tapsın, işləsin, aliment məbləğini, aliment borcunu ödəsin. Özü Yaycı kənd 1 nömrəli tam orta məktəbdə xadimə işləyir, 250 manat əmək haqqı alır. Uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Qardaşının maddi köməkliyi ilə kommunal xərclərini ödəyir. Uşaqlar böyüdükcə, gündəlik ehtiyacları da artır. Uşaqlarının gündəlik ehtiyaclarını qarşılaya bilmir. Uşaqların istədiyi geyim əşyalarını, ərzaq məhsullarını ala bilmir. Qanunla bir uşağın saxlanması üçün 170 manat pul müəyyən edilmişdir. Lakin iddiaçı iki uşağın saxlanması üçün 100 manat pul verir. Valideynlərin vəzifəsi uşaqları saxlamaqdır. İddiaçı iddiası tamamilə əsassızdır, iki uşağın saxlanması üçün müəyyən edilmiş 200 manat nəinki azaldılmalı, hətta artırılmalıdır. Cavabdeh X.Mikayılov izahatında onu da bildirmişdir ki, alimentin azaldılmasına etiraz edir, lakin iddiaçının bildirdiklərini, onun İİİ qrup əlil olmasını nəzərə alır, 2020-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün ödənilməli olan 100 manat məbləğində alimenti ondan tələb etmir, bu barədə İcra və Probasiya bölməsinə müraciət edəcək. Uşaqların mənafeyinin, maraqlarının nəzərə alınmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş- Culfa Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(089)-56/2017 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı və X6 arasında bağlanmış nikah pozulmuş, nikahın pozulmasından sonra xx xxxxx 2007-ci il tarixdə doğulmuş X12, xx xxxxxxx 2008ci il tarixdə doğulmuş X3 Xuraman Təmleyxa qızının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat sabit pul məbləğində aliment alınıb X5 verilməsi qət edilmişdir. 796793 və 331612 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxxx 2007-ci il tarixdə X12, xx xxxxxxx 2008-ci il tarixdə X13 doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. 726 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, cavabdeh X2 rayon Yaycı kəndində qeydiyyatdadır. Naxçıvan MR Əmək və X14 nazirliyi Culfa rayon X14 Mərkəzindən verilmiş 04/31 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunmuşdur ki, İddiaçı Culfa rayon X14 Mərkəzində İİ dərəcəli əlil kimi qeydiyyatdadır, 110 manat məbləğində müavinət alır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. X12 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat məbləğdə alimentin tutularaq X5 verilməsi Culfa Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(089)-56/2017 nömrəli qətnaməsi ilə qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aliment məbləği müəyyən edildikdən, yəni xx xxxx 2017-ci il tarixdən sonra İddiaçı ailə və maddi vəziyyətində aliment miqdarının azaldılmasına səbəb olan hər hansı bir dəyişiklik olmamışdır. Belə ki, iddiaçı izahatında alimenti ödəyə bilməməsinin səbəbini iş tapa bilməməsi, işləməməsi olduğunu bildirmişdir. İddiaçı həmçinin İİİ qrup əlil olmasının alimentin azaldılması üçün məhkəməyə müraciət etməsinə əsas olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının qazancının olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq uşaqlarının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsinə məsuliyyət daşıyır. Onun iş tapa bilməməsi, qazancının olmaması və ya az olması onu uşaqlarını saxlamaq vəzifəsindən, həmçinin məhkəmə qətnaməsinin icrasından azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. İddiaçı əmək qabiliyyətlidir, o, özünə münasib iş tapmalı, işləməli və uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşaqların əvvəlki təminatını saxlamalı və onların mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iddiaçının qazancının 1/3 hissəsi ilə, yəni 36.6 manatla iki uşağın saxlanmasının qeyri mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı alimentin azaldılması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X5 qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-163/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-163/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver