Məhkəmə qərarları › İş №2(089)-179/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-179/2021

22.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-179/2021 22.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu tələbkar "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Tələbkar "xxxx" MMC-nin direktoru ərizə ilə məhkəməyə müraciət etmiş, 900 manat əsas borc, 864 manat dəbbə pulu və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Borclu alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırdım və belə nəticəyə gəldim ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə əmri verilməsi barədə ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olması başa düşülür. Lakin dəbbə pulunun məbləği ərizəyə əlavə edilən sənədlərdən məhkəmə üçün aşkar deyil. Həmçinin ərizəçinin borcludan 864 manat dəbbə pulu tələb etməsi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizəçinin əsaslandığı tələb etmə hüququ barədə mübahisə varsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Ona görə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən hesab edirəm ki, məhkəmə əmri verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən qərara aldım: Tələbkar "xxxx" MMC-nin Borclu qarşı pul tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar