Məhkəmə qərarları › İş №2(089)-20/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-20/2024

15.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-20/2024 15.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçıcavabdeh İddiaçı Qoçəli oğlu və cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı Qoçəli oğlunun cavabdeh-iddiaçı X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə, cavabdeh-iddiaçı X2 iddiaçı-cavabdeh İddiaçı Qoçəli oğluna qarşı pul tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Qoçəli oğlu cavabdeh X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlə aralarında Culfa rayon Notariat ofisində 10 mart 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulan müddətdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, İddiaçı Qoçəli oğlundan 57676 manat məbləğində pulun və 264 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, qarşılıqlı iddia ərizəsinə ilk iddia ilə birlikdə baxılmışdır. 15 yanvar 2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdeh İddiaçı Qoçəli oğlu ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə ilk iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı Qoçəli oğlu qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdehin, cavabdeh-iddiaçının nümayəndəsinin ərizələri nəzərə alınmalı, ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı-cavabdehə, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh-iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 27 oktyabr 2023-cü il tarixdə 2973 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Qoçəli oğluna, 16 noyabr 2023cü il tarixdə 12996 nömrəli qəbzlə ödənilmiş 264 manat dövlət rüsumu X3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı-cavabdeh İddiaçı Qoçəli oğlunun cavabdeh-iddiaçı X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Qoçəli oğluna qaytarılsın. 27 oktyabr 2023-cü il tarixdə 2973 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Qoçəli oğluna qaytarılsın. Cavabdeh-iddiaçı X2 iddiaçı-cavabdeh İddiaçı Qoçəli oğluna qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. 16 noyabr 2023-cü il tarixdə 12996 nömrəli qəbzlə ödənilmiş 264 manat dövlət rüsumu X3 qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar