Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-221/2023 22.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Culfa Rayon Dövlət Notarit oğfisinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh ilə aralarında Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27 iyul 2023-cü il tarixdə iddiaçı tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ilə aralarında Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin, Cavabdeh həmin əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin, Cavabdeh həmin əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışn ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə tələbə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildrimişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsi olmuşdur. Cavabdehlə aralarında sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılıq olmuş, cavabdehlə razılaşmışlar ki, Culfa şəhərində yerləşən 0.0505 ha torpaq sahəsi qarşılığından ona 5300 manat pul və Culfa rayonunun Yaycı kəndində cavabdehin anasının mülkiyyətində olan 840 kv.m torpaq sahəsi başqa şəxslərin istifadəsində olan hissə də boşaldılmaqla onun adına rəsmləşdirləcəkdir. Cavabdehlə aralarında Culfa rayonunun notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, 840 kv.m toraq sahəsinin bir hissəsi onun istifadəsinə verilmiş, bir hissəsi isə başqa şəxslərin istifadəsində olmuşdur. Müqavilədə torpaq sahəsinin dəyəri 5300 manat olaması qeyd edilmişdir. Cavabdeh Ukrayna Respublikasına gedəcəyini, işləyib 5300 manatı ona verəcəyini bildirmişdir. Cavabdeh iki il Ukrayna Respubliksında, sonra Türkiyə Respublikasında yaşamışdır. Dəfələrlə cavabdehdən 5300 manat pulu tələb etmiş, alqısatqı müqaviləsinin bağlanmasından təxminən 6 il keçməsinə baxmayaraq, ona 5300 manat pulu verməmiş, anasının mülkiyyətində olan 840 kv.m torpaq sahəsi onun adına rəsmləşdirilməmişdir. 2017-ci ildən 840 kv.m torpaq sahəsinin əsas hissəsi onun, bir hissəsi isə başqa şəxslərin istifadəsində olmuşdur. Həmin torpaq sahəsində tövlə inşa etmişdir. 2023-cü ilin may ayında cavabdehdən Yaycı kəndində olan torpaq sahəsini adına rəsmləşdirməyi tələb etmiş, cavabdeh “anam bilər, mən bilmərəm”, cavabdehin anası isə “mən bilmərəm, oğlum bilər” demişdir. Həmçinin həmin vaxtdan sonra cavabdehin anası mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini müxtəlif şəxslərə satmışdır. Cavabdeh ilə aralarında Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin, Cavabdeh həmin əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışn ləğv edilməsi və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə onun mülkiyyətində olan, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılıq olmuş, 06 sentyabr 2017-ci il tarixdə Culfa rayon notariat ofisində müqavilə bağlanmışdır. İddiaçı ilə aralarında torpaq sahəsinin qiyməti ilə bağlı razılaşma olmamış, müqavilə üzrə üzərinə iddiaçıya 5300 manat pul verəcəyi barədə öhdəlik götürməsini bilməmiş, ona aralarında “dəyişmə” müqaviləsi bağlanması bildirilmişdir. İddiaçının atası, onun anası razılaşmışlar ki, 0.0505 ha torpaq sahəsinin əvəzində anası Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 840 kv.m torpaq sahəsini iddiaçının adına rəsmləşdirəcək. İddiaçıya alqı-satqı müqaviləsində qeyd edilmiş 5300 manat pulu verməmiş, bu barədə razılaşmaları olmamış, hazırda da iddiaçıya 5300 manat pulu verə bilməz. İddiaçının hansı məqsədlə torpaq sahəsini ona satmasını bilmir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Culfa rayon notariat ofisinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı 06 sentyabr 2017-ci il tarixdə notariat ofisinə müraciət etmiş, notariat ofisinə qanunvericiliklə müəyyən olunuş zəruri sənədlər təqdim edilmişdir. 06 sentyabr 2017-ci il tarixdə İddiaçı və Cavabdeh arasında Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmış, müqavilədə torpaq sahəsinin satış qiyməti 5300 manat qeyd edilmişdir. 5300 manat məbləğində pul bank vasitəsilə notariusun depozitinə qoyulmamış, həmçinin həmin məbləğ onun iştirakı ilə alıcı tərəfindən satıcıya verilməmişdir. S.Əmirov izahatında onu da bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqviləsi bağlanadək ona bağışlama müqaviləsinin bağlanması barədə təklif olmamışdır. İş materiallarında olan- Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışdan müəyyən olunur ki, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 31 iyul 2017-ci il tarixdə **********15 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 06 sentyabr 2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsini Cavabdeh oluna satmış, alqı-satqı müqaviləsində torpaq sahəsinin satış qiyməti 5300 manat müəyyən olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışdan müəyyən olunur ki, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ 03 oktyabr 2017-ci il tarixdə (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının, cavabdehin, üçüncü şəxsin nümayəndəsinin izahtını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı tərəflər arasında razılıq olmuş, torpaq sahəsi Culfa rayonunun notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Müqavilənin 4cü bəndində qeyd edilmişdir ki, satıcı daşınmaz əmlakı 5300 manat qiymətə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh satıcı İddiaçı satdığı tam hissəni (0.0505 ha) ondan 5300 manat qiymətə aldı. Lakin araşdırma zamanı iddiaçının, həmçinin cavabdehin izahatlarında bildirdiklərindən müəyyən edilmişdir ki, Cavabdeh torpaq sahəsinin qiymətini, yəni 5300 manatı cavabdehə verməmişdir. Həmçinin cavabdeh izahatında aralarında torpaq sahəsinin qiyməti ilə bağlı razılaşma olmadığını, müqavilə üzrə iddiaçıya 5300 manat pul verəcəyini bilmədiyini, ona aralarında “dəyişmə” müqaviləsi bağlanmasının bildirildiyini, iddiaçının atasının onun anası ilə 0.0505 ha torpaq sahəsinin əvəzində anasının Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 840 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmləşdiriləcəyi barədə razılaşdıqlarını bildirmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçıya alqı-satqı müqaviləsində qeyd edilmiş 5300 manat pulu verməmiş, bu barədə razılaşmaları olmamış, hazırda da iddiaçıya 5300 manat pulu verə, torpaq sahəsini iddiaçıya qaytara bilməz. İddiaçının hansı məqsədlə torpaq sahəsini ona satmasını bilmir. Məhkəmə tərəflərin izahatlarında bildirdiklərindən belə nəticəyə gəlmişdir ki, Cavabdeh Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə üzrə 5300 manat daşınmaz əmlakın satış qiymətini İddiaçı ödəməmişdir. Cavabdehin iddiaçı ilə aralarında torpaq sahəsinin qiyməti ilə bağlı razılaşma olmadığını, müqavilə üzrə iddiaçıya 5300 manat pul verəcəyini bilmədiyini, ona aralarında “dəyişmə” müqaviləsi bağlanmasını bildirməsini məhkəmə əsassız hesab edir, iddiaçının atasının, onun anasının 0.0505 ha torpaq sahəsinin əvəzində anasına məxsus Culfa rayonunun Yaycı kəndində yerləşən 840 kv.m torpaq sahəsini iddiaçının adına rəsmləşdiriləcəyi ilə bağlı bildirkidlərini isə məhkəmə iş üzrə əhəmiyyətli hesab etmir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin, tərəflərin valideynləri arasında olan razılaşma ilə heç bir əlaqə yoxdur. Həmçinin tərəflərin bildirdikləri kimi valideynlər arasında razılıq olsa da, cavabdehin anasının iddiaçı qarşısında hansısa bir öhdəliyinin olması müəyyən edilməmiş, əksinə müəyyən edilmişdir ki, cavabdehin anası Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan torpaq sahəsinin 160 kv.m hissəsini 28 avqust 2023-cü il tarixdə başqa şəxslərə alqı-satqı müqavilə ilə satmışdır. 06 sentyabr 2017-ci il tarixli, ******* nömrəli alqı satqı müqaviləsinin 4-cü bəndində qeyd edilmişdir ki, satıcı daşınmaz əmlakı 5300 manat qiymətə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh satıcı İddiaçı satdığı tam hissəni (0.0505 ha) ondan 5300 manat qiymətə aldı. Müqavilənini 5-ci bəndinə əsasən alıcı 5300 manat pul məbləğini satıcıya nəğd ödəyir. Müqavilənini 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələrin olması, yaxud onun ləğvi edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənini 19-cı bəndinə əsasən tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir . Belə ki, Azərbaycan Respublikası MM-nin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 567-ci maddəsin əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MM-nin 421.1-421.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı müqavilə üzrə 5300 manat məbləğində pul verməlidir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş. Cavabdehə edilmiş xəbərdalıq heç bir nəticə verməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan alq-satqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, satılmış əmlakın dəyərinin hansı qaydada ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmə iddaiçının Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışın ləğvi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd olunmuşdur ki, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Ona görə də Cavabdeh mülkiyyət hüququna dair 03 oktyabr 2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mahiyyət etibarilə həmin hüququn əmələ gəlməsinin yalnız tanınması və təsdiq edilməsidir. Hüququn əmələ gəlməsinin əsasını isə əqd təşkil edir. Belə ki, tərəflərin izahatından müəyyən olunur ki, torpaq sahəsi əqdə (alqı-satqı müqaviləsinə) əsasən cavabdehin adına əldə olunmuşdur. Odur ki, cavabdehin torpaq sahəsi üzərində hüququnun əmələ gəlməsinə əsas olmuş əqd ləğv edildiyindən, həmin hüquqa dair qeydiyyat, yəni hüququn tanınması və təsdiq olunması-Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınması barədə 03 oktyabr 2017-ci il tarixli, (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 73 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı Culfa rayon notariat ofisində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış, 4Ə-101 reyestr nömrəsi ilə qeydə alınmış alq-satqı müqaviləsi, Cavabdeh Culfa şəhəri, İ.Nəsimi küçəsi 3/4 ünvanında yerləşən, ümumi sahəsi 0.0505 ha olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə 03 oktyabr 2017-ci il tarixli, (**********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-221/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-221/2023
22.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver