Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-238/2021 13.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu kreditor "xxxx" MMC-nin Borclu qarşı pul tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "xxxx" MMC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 425 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-i ilə Borclu arasında bağlanmış 13 mart 2020-ci il tarixli, İD ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, aldığı 525 manat dəyərində “Xiaomi” markalı mobil telfon almış, 12 ay müddətinə ödəniş cədvəli üzrə 100 manat ilkin ödəniş etməklə, hər ay 35.42 manat olmaqla, cəmi 425 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, əsas borcdan 100 manat ödəniş etmiş, nəticədə onun 425 manat məbləğində borcu yaranmışdır. Borclu şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin o, borcun ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Borclu ilə "xxxx" MMC-i arasında Alqı-satqı müqaviləsi imzalanmışdır. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu "xxxx" MMC-ə 13 mart 2020-ci il tarixə alqı-satqı müqaviləsi üzrə 425 manat əsas borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əzizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx xxxx 1981-ci il tarixdə Culfa rayon Yaycı kəndində doğulmuş, Culfa rayon Yaycı kəndində qeydiyyatda olan Borclu "xxxx" MMC-nin xeyrinə 425 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 445 (dörd yüz qırx beş) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-238/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-238/2021
13.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver