Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-276/2025 28.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsivəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin razılığı olmadan uşağın ölkədən çıxmasına icazəsinin verilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, 19 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər İddiaçı ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahdan X5, X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmiş, xasiyyətləri uyğun gəlmədiyindən Culfa Rayon Məhkəməsinin 2(089)-68/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqların Cavabdeh yanında saxlanılması və aliment barədə qətnamə qəbul edilmişdir. Culfa Rayon Məhkəməsinin 2(089)-68/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 anası Mələkxanımın himayəsinə verilsə də, İnci Məmmədova atası İddiaçı yanında qalmış və anası Mələkxanım ilə nə ünsiyyət saxlamış nə də onunla birlikdə qalmışdır. Bakı şəhər Xətai rayon İcra şöbəsi Culfa Rayon Məhkəməsinin 2(089)- 68/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsini icra edə bilmədiyindən Bakı şəhər Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında icra sənədinin icrası mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Bundan sonra cavabdeh Bakı şəhər Xətai Rayon Məhkəməsində xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi tələbi barədə iddia qaldırmış, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5406/25 nömrəli qətnaməsi əsasında iddia təmin olunmuşdur. Hüquqlarını müdafiə etdiyi İddiaçı, "xxxx" məhdud Məsuliyyətli Cəmiyətində işləyir, işi ilə əlaqədar bir neçə xarici ölkələrə gedir. Həmin müddətlərdə övladı ilə birlikdə gedib gəzmək istəyir, lakin Cavabdeh razılıq ərizəsi vermir, Azərbaycan ərazisini tərk etmək üçün razılıq tələb olunur. İddiaçı Cavabdeh razılıq ala bilmədiyini, bir sıra problemlərlə, çətinliklərə rastlaşdığını, onları həll etməyin imkanı xaricində olduğunu qeyd edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Bakı şəhərində yaşayır. İddiaçı ilə Cavabdeh arasındakı nikah Culfa Rayon Məhkəməsinin 2(089)-68/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsi əsasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar Cavabdeh yanında saxlanılmışdır. Lakin buna baxmayaraq X6 atası ilə yaşamaq istədiyindən qətnamə üzrə icra sənədinin icrası mümkün olmamışdır. X9 atası ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı işi ilə əlaqədar Türkiyə, Ukrayna kimi bir sıra xarici ölkələrə səfər edir. Həmin səfərlər zamanı qızı İnci Məmmədovanı da gəzinti, istirahət məqsədi ilə özü ilə aparmaq istəyir. Bu səbəbdən Cavabdeh razılıq ərizəsi tələb etmiş, lakin, cavabdeh razılıq ərizəsi verməkdən imtina etmişdir. İddiaçı Bakı şəhərində "xxxx" MMC-də işləyir, hər hansı xarici ölkədə daimi yaşamaq niyyəti yoxdur. Övladını sadəcə istirahət və gəzinti üçün xarici ölkəyə aparmaq istəyir. 19 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Cavabdeh icazəsi olmadan İddiaçı ilə birlikdə Azərbaycan Respublikası ərazisindən kənara müvəqqəti getməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərəflər arasında olan münasibətlər illərdir ki, münaqişəlidir. Onların birgə nikahlarından doğulmuş X6 atası İddiaçı ilə birlikdə Bakı şəhərində, digər uşaqlar isə Cavabdeh ilə birlikdə Culfa şəhərində yaşayır. X3 daimi olaraq xarici ölkəyə aparılmasını istəmirlər. İ.Məmmədova azyaşlıdır, qız uşağıdır. İddiaçı uşağın hər ehtiyacını qarşılaya bilməz. Həmçinin Ukraynada müharibə şəraiti var, həmin ölkəyə də aparılmasını istəmirlər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş- 23 iyul 2025-ci il tarixdə verilmiş 3283 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması haqqında 11 avqust 2020-ci il tarixdə 22 nömrəli akt qeydi tərtib olunmuşdur. 31 iyul 2025-ci il tarixdə verilmiş 3499 nömrəli arayışdan görünür ki, 19 dekabr 2015-ci il tarixdə doğulmuş X3 atası İddiaçı, anası Cavabdehdır. Culfa Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(089)-68/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından 19 dekabr 2015-ci il tarixdə doğulmuş X6, 12 iyul 2017-ci il tarixdə doğulmuş X5 və 06 iyul 2019-cu il tarixdə doğulmuş X8 Cavabdeh yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı bir uşaq üçün 120 manat olmaqla, hər ay 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakə şəhəri Xətai Rayon İcra Şöbəsinin 26 aprel 2022-ci il tarixli qərarından görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)-68/2020-008 saylı 30 iyun 2020-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(011)-5406/2025 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 19 dekabr 2015-ci il təvəllüdlü X6 ilə ünsiyyət qaydası müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.6-cı maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 1.7-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Həmin qərarın 7.17-ci bəndində qeyd edilir ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Həmin qərarın 7.18-ci bəndində qeyd edilir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən, uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Həmin qərarın 7.19-cu bəndində qeyd edilir ki, bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Qərarın 7.9-cu bəndində isə qeyd edilir ki, Qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsi: Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Pençevi Bolqarıstana qarşı iş üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli bütün faktorlar hərtərəfli araşdırılmalı, uşağın maraqlarının üstün tutulması halını nəzərə almaqla həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilməsi aparılmalı, valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Şübhəsiz ki, uşağın üstün maraqlarının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüquq da daxil olmaqla, dünyada uşaqla bağlı bütün qərarlarda uşağın üstün maraqlarının ən əhəmiyyətli hesab edilməsi ideyası ilə bağlı geniş konsensus vardır. Məhkəmə xatırlatmışdır ki, Konvensiyanın 8-ci maddəsi baxımından ailə həyatına “hörmət” hüququnun təmin edilməsi üçün, işin konkret halları nəzərə alınmaqla, daxili qanunvericilik mexaniki tətbiq edilməməli, ilk növbədə uşağın və valideynlərin hər ikisinin maraqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. Məhkəmənin mövqeyi: Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Bu zaman isə iddiaçı uşağı ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək, təhsil və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Məhkəmə həmçinin nəzərə alır ki, hazırki işin halları baxımından iddiaçının uşağı ilə birlikdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, 19 dekabr 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi halı istisna olunmaqla, İddiaçı ilə birlikdə Cavabdeh razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. 19 dekabr 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi halı istisna olunmaqla, İddiaçı ilə birlikdə Cavabdeh razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-276/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-276/2025
28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver