Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-413/2025 05.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, X1nın Borclu qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: X1 alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 13 oktyabr 2021-ci il tarixdə doğulmuş X9 və 25 fevral 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu hər qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 02 iyul 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları – 13 oktyabr 2021-ci il tarixdə X9 və 25 fevral 2024-cü il tarixdə X7 doğulmuşdur. Borclu ilə bir neçə aydır ki, ayrı yaşayırlar. Belə ki, Borclu hərbi hissədə МАХЕ vəzifəsində xidmət edir. Borclu birgə nikahdan olan uşaqlarının saxlanılmasında maddi köməklik göstərmir. Uşaqları ilə birlikdə üç aydan artıqdır ki, Culfa rayonu, Bənəniyar kəndində atasının evində yaşayır, uşaqlarının maddi ehtiyaclarını qarşılamaq onun üçün çətinlik yaradır, uşaqların saxlanılması atasının maddi dəstəyi hesabına təmin edilir. İş materiallarında olan:- 16 oktyabr 2025-ci il tarixdə verilmiş 5067 nömrəli arayışdan görünür ki, X6 və Borclu arasında nikah 02 iyul 2019-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. 630236 və 215420 nömrəli doğum akt qeydlərindən çıxarışlardan görünür ki, 13 oktyabr 2021-ci il tarixdə X9 və 25 fevral 2024-cü il tarixdə X7 doğulmuş, uşaqların atası Borclu, anası X4r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbkarın tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması 04 dekabr 2025ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən X1 həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq borcludan tutularaq dövlət gəlirinə alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmretdim: xx xxxx 1996-cı il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Kəngərli rayonu Qıvraq qəsəbəsində qeydiyyatda olan Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq, 13 oktyabr 2021-ci il tarixdə doğulmuş X9 və 25 fevral 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 verilsin. Alimentin tutulması 04 dekabr 2025-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 100 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-413/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-413/2025
05.12.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver