Məhkəmə qərarları › İş №e-2(5-99)-163/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-99)-163/2026

23.01.2026 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-163/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Tələbkar Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Tələbkar Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-872/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə övladı üçün təyin edilmiş 235 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu oğludan tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

3. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.

5. Belə ki, işin faktiki halı odur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

6. Hazırda tələbkar Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi tələbinin faktiki əsası qismində məhkəməyə 2026-ci il üzrə yaşayış minimumu məbləğinin ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilməsi və təyin edilmiş məbləğin uşağın tələbatlarının ödənilməsi üçün yetərli olmamasını bildirmişdir.

7. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

8. İşin faktiki halı odur ki, hazırki iş üzrə isə ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyin ərizənin forma və məzmununa dair tələblərinə riayət edilməsinə baxmayaraq məhkəməyə ərizə ilə müraciət edən zaman ərizə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə “2” indeksi ilə, əmr icraatı qaydasında təqdim edilmişdir.

9. Məlumdur ki, “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dəir ərizələrə “məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” qaydasında baxılır. Həmin ərizələr “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimata əsasən “8” indeksi ilə qeydiyyata alınır.

10. Qeyd edilən Təlimatın 43-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-232-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması, pul məbləğlərinin indeksasiyası və qətnamənin icrası ilə bağlı digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icra işi üzrə icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydə alınır.

11. Məhkəmə qeyd edir ki, məhkəmə üçün məlumdur ki, elektron məhkəmə informasiya sistemində müvafiq funksionallığın olmaması səbəbindən ərizə məhkəməyə əmr icraatı qaydasında “2” indeksi ilə qeydə alınaraq təqdim edilmişdir. Lakin nəzərə alınmalıdır ki, ərizəçi tərəfindən ərizə kağız daşıyıcıda deyil, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edildiyindən məhkəmənin kargüzarlıq xidməti tərəfindən də ərizənin “8” indeksi ilə qeydə alınması mümkün deyildir.

12. Belə ki, hazırki iş üzrə ərizə elektron məhkəmə informasiya sistemində “məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” qaydasında deyil, əmr icraatı qaydasında qeydə alınmaqla məhkəməyə təqdim edildiyindən, məhkəmə tərəfidən ərizəyə “2” indeksi ilə əmr icraatı qaydasında baxılması yolverilməzdir.

13. Belə olan halda məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən hazırki ərizəyə əmr icraatı qaydasında baxıla bilməz. Tələbkar qanunvericiliyin tələblərinə riayət etməklə “alimentin miqdarının indeksasiya edilməsi” tələbi ilə icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir.

14. Məhkəmə ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, ərizəçi Məhkəmənin “elektron poçt ünvanı” və ya məhkəmənin “kargüzarlıq xidməti” vasitəsilə hazırki ərizə məhkəməyə müraciət edə bilər.

Nəticə :

15. Belə olan halda, Tələbkar Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçi (tələbkar) Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar