Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-172/2026 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Ərizədə alimentin indeksasiyası nəzərdə tutulsa da ərizə icra icraatına uyğun şəkildə verilməmişdir, buna görə də müvafiq ərizə düzgün qeydə alınmamışdır.
5. Odur ki, iddia ərizəsi tərtib olunma qaydalarının pozulması ilə verildiyinə görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Tələbkar cavabdeh Borclu qarşı alimentin indeksasiyası barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkar izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova