Məhkəmə qərarları › İş №2(089)-70/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-70/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-70/2021 16.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 qızının iclas katibliyi ilə, İddiaçı X2 qarşı çəkilmiş xərclərə cəlb etmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 qarşı çəkilmiş xərclərə cəlb etmə tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbindən imtina etdiyini bildirmiş, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə tələblə bağlı razılaşmış, cavabdeh ona 600 manat məbləğində pul vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X2 qarşı çəkilmiş xərclərə cəlb etmə tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı X2 qarşı çəkilmiş xərclərə cəlb etmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx xxxxxx 2021-ci il tarixdə 30402 nömrəli qəbzlə İddiaçı tərəfindən Kapital Bank ASC Culfa filialına (Culfa rayon Maliyyə şöbəsinin hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar