Məhkəmə qərarları › İş №2(090)-11/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-11/2021

25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-11/2021 25.01.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərinə cəlb edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı xx xxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2009-cu il tarixdə anadan olmuş X6 müayinəsinə, cərrahi əməliyyatına, Bakıya gedib-qayıtmağa görə orada xərclədikləri 2000 (iki min) manat məbləğində pulun yarısının, yəni 1000 (bir min) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxxx 2007-ci ildə Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşam. Birgə nikahımızdan xx xxxx 2009-cu il tarixdə X16 adlı bir oğlumuz olub. Nikahda olduğumuz dövrdə əvvəllər aramızda normal ailə münasibətləri olsa da, sonradan getdikcə münasibətlər soyumağa başlamış, nəticədə boşanma həddinə çatmış və Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə nikahımız pozulub. X2 soyadı 2019-cu ildə Şahbuz rayon qeydiyyat şöbəsində dəyişdirilərək Məmmədzadə olmuşdur. Qeyd edim ki, oğlumuz mənimlə birlikdə yaşayır. Onu 2018-ci ilin dekabr ayında Bakı şəhərində yerləşən "Zəfəran Hospital" xəstəxanasında əməliyyat etdirmişəm. Lakin uşağın atası Cavabdeh bu müddət ərzində oğlumuz xəstəliyi, müalicəsi və əməliyyatı barədə maraqlanmamışdır. Bununla bağlı mən keçmiş ərim Cavabdeh dəfələrlə müraciət etsəm də o, müayinə və əməliyyat pulunun yarısına köməklik etməmişdir. Mən isə borc əldə edərək X13 Bakı şəhərində yerləşən "Zəfəran Hospital" xəstəxanasında cərrahi əməliyyat etdirmişəm. Bakı şəhərinə gedib-qayıtmağımıza, əməliyyata, müalicəyə, qidalanmağımıza və orada qalmağımıza 2000 (iki min) manatdan çox xərc çəkmişəm. Mənim maddi imkanım bunu təkbaşına yerinə yetirməyə imkan vermir. Həkimin dediyinə görə yenə də X13 müayinəyə və əməliyyata aparmalıyam. Bu günədək iddia qaldıra bilməməyimin səbəbi isə bəlkə uşağın atası Cavabdeh insafa gəlib bizə kömək edəcəyi ümidi olub. İddiaçı məhkəmədə verdiyi izahatında Nazimlə 2007-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir övladlarının dünyaya gəldiyini, cavabdehlə səkkiz ildir boşandığını, Nazimdən əvvəl uşağın saxlanılması üçün yüz manat, son zamanlar isə yüz qırx manat məbləğində aliment aldığını, 2018-ci ildə oğlu Fəriddə ciddi öskürmə müşahidə etdiyindən onu rentgen müayinəsinə apardığını, bu zaman Aqil həkimin oğlunun qolunda olan xəstəliyinin onun öskürməsindən daha ciddi olduğunu ona dediyini, bundan sonra Nazimlə əlaqə saxladığını, vəziyyəti ona da dediyini, daha sonra isə övladının qolunun müayinəsi ilə bağlı çəkilmiş kompüter diskini cavabdehə verdiyini, Nazimin həmin diski həkimlərə göstərəcəyini ona desə də sonradan ondan bir cavab gəlmədiyini, özünün bununla bağlı bir neçə həkimə müraciət etdiyini, yekunda həkimlərin ona Fəridin qolunda eqzomiya xəstəliyinin olduğunu, yəni onun qol sümüyündə artıq sümük yarandığını və onu əməliyyat etməklə aradan qaldırıla bilinəcəyini dediklərini, özünə məxsus qızılları satdığını, həmçinin işlədiyi müəssisənin əməkdaşları tərəfindən kömək məqsədi ilə 450 manat məbləğində pul yığılaraq ona verildiyini, Fəridi Bakı şəhərində yerləşən Zəfəran Hospitalda əməliyyat etdirdiyini və iki min manatdan artıq xərc çəkdiyini, oğlunun əməliyyatını Fərhad Verdiyev adlı həkimin etdiyini, əməliyyatdan təqribən üç gün sonra cavabdehin uşağı görmək üçün xəstəxanaya gəldiyini, lakin nə həmin vaxt, nə də ondan sonra ona bununla bağlı heç bir maddi yardım göstərmədiyini, Nazim rəsmi şəkildə heç bir yerdə işləməsə də, onun ustalıqla məşğul olub yaxşı qazanc əldə etdiyini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 2007-ci ildə Dilbərlə ailə qurduğunu, birgə nikahlarından Fərid adlı bir övladının dünyaya gəldiyini, 2012-ci ildə iddiaçı ilə aralarında bağlanmış nikahın pozulduğunu, təqribən 2018-ci ildə Dilbərin ona Fəridin qolunda xəstəlik olduğunu dediyini, iddiaçıdan övladının qolunun müayinəsi ilə bağlı çəkilmiş kompüter diskini alaraq baxılması üçün Bakı şəhəri və Türkiyə Respublikasının Ərzurum şəhərində olan xəstəxanalara göndərdiyini, həmin həkimlərdən gələn cavabı isə Naxçıvan şəhərində yerləşən hərbi hospitalda işləyən Tural həkimə göstərdiyini, həmin həkimin müayinə cavablarına baxaraq uşağın qolunda olan sümük şişinin xoşxassəli olduğunu, elə də ciddi xəstəlik olmadığını, daha sonra Dilbərin Fəridi Bakı şəhərində əməliyyat etdirdiyini eşitdiyini, əməliyyatdan bir gün sonra xəstəxanaya getdiyini, həqiqətən də oğlunun əməliyyat olunması üçün iddiaçıya maddi köməklik etmədiyini, səbəb isə özünün işsiz olduğunu, hazırda başqa bir şəxslə nikah bağladığını və həmin nikahdan bir övladının dünyaya gəldiyini, fəhləlik etməklə ailəsini ancaq saxladığını, bundan əlavə Fəridin saxlanılması üçün Dilbərə əvvəllər yüz manat, son zamanlar isə yüz qırx manat məbləğində aliment ödədiyini, həmçinin oğlunun məktəb qayğıları ilə da bağlı ona maddi köməklik etdiyini, iddiaçının onunla nəsə bir qərəzinin olduğunu, buna görə də mütəmadi olaraq onu məhkəmələrə verdiyini, Dilbərin hazırda iki yerdə işlədiyini, onun maddi yardıma ehtiyacının olmadığını bildirərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxxxx 2007-ci ildə nikaha daxil olması, onların birgə nikahından X14 adlı bir uşağının dünyaya gəlməsi, həmin uşağın hazırda iddiaçının yanında qalması, tərəflər arasında bağlanmış nikahın Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə pozulması mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(090)-24/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin xx xxxxxx 2007-ci ildə nikaha daxil olması; - iddia ərizəsinə əlavə edilmiş Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 965469 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxx 2009-cu ildə X14 adlı uşağının dünyaya gəlməsi; - iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(090)-24/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən və iddia ərizəsinə əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İ seriyalı 151621 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X10 arasında bağlanmış nikahın pozulması və nikahın pozulması zamanı iddiaçının özünə “Hüseynova” soyadını seçməsi; - iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(090)-24/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasından bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan X6 iddiaçının yanında qalmasının qət edilməsi aydın olur. Yuxarıda göstərilən halla ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Şahbuz Rayon Məhkəməsinin xx xxx 2013-cu il tarixli, 2(090)-24/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İddiaçı Cavabdeh onunla birgə nikahından olan xx xxxx 2009-cu il təvəllüdlü X6 Bakı şəhərinə müalicə və cərrahi əməliyyat etdirməsi ilə əlaqədar onu aparıbgətirməsi, həmin şəhərdə qalmaları, həmçinin onun müayinəsi və cərrahi əməliyyatına xərclədiyi 2000 (iki min) manat məbləğində pulun yarısını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları və qanunvericiliyin tələbləri daxilində bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarda qeyd olunur ki, layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. X23 17-ci maddəsinin İİ hissəsi ilə müəyyən edilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan əlavə qeyd edilən Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehlə birgə nikahından olan X6 2018-ci ilin dekabr ayında cərrahi əməliyyat etdirməsi ilə bağlı yarınmış xərclərdə onun atası Cavabdeh cəlb edilməsini məhkəmədən xahiş edir və tərəflər arasında qeyd edilən məsələyə dair saziş bağlanmayıb. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı öz tələbini əsaslandıran halların təsdiqi ilə bağlı məhkəməyə X25 özəl tibb müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli A00305131 nömrəli qəbzi, Zəfəran Hospital özəl tibb müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli qaiməni, xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli, xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli mədaxil orderləri və xx xxxxxx 191184, 191185 nömrəli aviabiletləri təqdim edib. İddiaçının təqdim etdiyi sübutların qəbuledilənliyi ilə bağlı onlara hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, X25 özəl tibb müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli A00305131 nömrəli qəbzdən xəstə Fərid Məmmədzadəyə müəssisə tərəfindən göstərilmiş Çiyin MRT xidmətinin müqabilində X24 135 (bir yüz otuz beş) manat, Zəfəran Hospital özəl tibb müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli mədaxil orderindən müəssisə tərəfindən xəstə X7 göstərilmiş xidmət müqabilində ona 100 (bir yüz) manat, xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli qaimədən 70 (yetmiş) manat, xx xxxxxx 2018-ci il tarixli, ********** nömrəli mədaxil orderindən 1400 (bir min dörd yüz) manat və xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli qaimədən 30 (otuz) manat ödənilməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edilən sənədlərin iddiaçının tələbinin əsaslandıran halların təsdiqi ilə bağlı sübut kimi qəbul edilən sayır. Lakin iddiaçının təqdim etdiyi xx xxxxxx 191184, 191185 nömrəli aviabiletlərin sübut kimi qəbuledilənliyinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlər hazırki mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki sözügedən aviabiletlərdə tarix kimi “16 yanvar” qeyd edilsə də, bunun hansı ilə aid olması müəyyən edilə bilmir. Xüsusən də bu sənədlərin X6 cərrahi əməliyyat keçirdiyi dövrə aid olması öz təsdiqini tapmır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən onun övladının müalicə və əməliyyat olunduğu özəl tibb müəssisələrinin Bakı şəhərində yerləşməsi müəyyən edilsə də, İddiaçı övladı ilə həmin şəhərə hansı nəqliyyat vasitəsindən istifadə edərək getməsi müəyyən edilmir. Həmçinin məhkəmə iddiaçının nəzərinə onu da çatdırır ki, zəruriliyi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən Bakı şəhərinə getmək üçün digərləri ilə müqayisədə daha bahalı nəqliyyat vasitəsini seçərək bununla bağlı xərci cavabdehdən tələb etmək həm ədalətli sayılmaz, həm də özündə müstəsnalıq əks etdirmir. İddiaçı tələbində X6 müayinəsinə, cərrahi əməliyyatına, Bakıya gedibqayıtmaqla bağlı çəkdiyi xərclərin 2000 (iki min) manat olmasını göstərsə də, yuxarıda qeyd edilən sübutlardan iddiaçının cavabdehlə birgə nikahından olan övladı X6 xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə müalicə etdirməsi ilə bağlı çəkdiyi xərclərin 1735 (bir min yeddi yüz otuz beş) manat olması öz təsdiqini tapır. Yəni iddiaçının tələbini əsaslandıran hallar qismən sübuta yetirilir. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddia tələbinə qarşı etiraz edərək özünün işsiz olduğunu, başqa bir şəxslə nikah bağladığını, həmin nikahdan bir övladının dünyaya gəldiyini, fəhləlik etməklə ailəsini saxladığını, bundan əlavə Fəridin saxlanılması üçün Dilbərə əvvəllər yüz manat, son zamanlar isə yüz qırx manat məbləğində aliment ödədiyini, həmçinin oğlunun məktəb qayğıları ilə bağlı iddiaçıya maddi köməklik etdiyini, Dilbərin hazırda iki yerdə işlədiyini və onun maddi yardıma ehtiyacının olmadığını bildirmişdi. Cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi məhkəməyə Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/277 nömrəli arayışı, AZ-İİ seriyalı, 069063 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətini, Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 962557 nömrəli, xx xxxx 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətini, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli, 2(078)-717/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətini, həmin qətnamənin icrası ilə bağlı məhkəmə tərəfindən verilmiş eyni nömrəli, xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icraata başlamaq haqında xx xxxxxxx 2020-ci il tarixli qərarın təsdiq edilmiş surətini, Naxçıvan Muxtar Respublikası Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 07/477 nömrəli arayışı, X8 Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 400 nömrəli arayışı təqdim etmişdi. Cavabdehin məhkəməyə təqdim etdiyi Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/277 nömrəli arayışdan onun hazırda işsiz olması Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 069063 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh X5 ilə nikaha daxil olması, Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 962557 nömrəli, xx xxxx 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən cavabdehin X5 ilə birgə nikahlarından X15 adlı uşağın dünyaya gəlməsi, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli, 2(078)-717/2020 nömrəli qətnaməsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icraata başlamaq haqında xx xxxxxxx 2020-ci il tarixli qərarın təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından olan X1 üçün Cavabdeh ayda 140 manat məbləğində aliment tutulması, həmin qətnamənin qanuni qüvvəyə minməsi, X8 Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 400 nömrəli arayışdan İddiaçı orada işləməsi və aylıq əmək haqqının 309 manat olması və Naxçıvan Muxtar Respublikası Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 07/477 nömrəli arayışdan Cavabdeh heç bir növ pensiya almaması öz təsdiqini tapır. Cavabdeh oğlunun məktəb qayğıları ilə bağlı iddiaçıya maddi köməklik etdiyini və Dilbərin hazırda iki yerdə işlədiyini qeyd etsə də bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. Tərəflərin təqdim etdiyi sübutları bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələbini, yəni xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla müəyyən edilməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçın tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan aydın olur ki, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra cavabdehin ailə vəziyyətində dəyişiklik baş vermiş o, başqa bir şəxslə ailə qurmuş və həmin evliliyindən bir övladı var. Tərəflərin maddi vəziyyətini müqayisə etdikdə isə görünür ki, iddiaçı hazırda həm işləyir, həm də uşağın saxlanılması üçün cavabdehdən hər ay bir yüz qırx manat məbləğində aliment alır. Cavabdeh isə hazırda işsizdir. Yəni işdə olan sübutlarla iddiaçının maddi vəziyyətinin cavabdehdən aşağı olması və ya sonuncunun maddi vəziyyətinin yüksək olması öz təsdiqini tapmır. Məhkəmə bildirir ki, hər bir uşağın saxlanılmasında, onun tərbiyə edilməsində, qayğıları ilə məşğul olmada hər iki valideyn eyni qaydada məsuliyyət daşımaqla, bu qayğılarda bərabər iştirak etməlidir. Aliment uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün onunla birlikdə yaşamayan və ya saxlanılmasıda iştirak etməyən valideyndən uşağın xeyrinə alınan maddi vəsaitdir. Təbii ki, uşağın qeyd edilən qayğıları ilə məşğul olmaq hər iki valideynin üzərinə düşür və aliment miqdarı da hər bir valideynin üzərinə düşən hissədə müəyyən edilir. Bu vəzifəni isə yalnız bir valideynin üzərinə qoymaq olmaz. Həmin qayğılar himayəsində olduğu vaxt ərzində uşağın yanında qaldığı valideynin üzərinə düşdüyündən və digər valideyn daimi uşaqla birlikdə yaşamadığından, həmin qayğılardan tam və ya qismən uzaq olduğundan aliment miqdarı qeyd edilən qayğılar nəzərə almaqla təyin edilir. Yəni aliment miqdarı özündə müəyyən mənada bu qayğıları əks etdirir. Bundan əlavə iddiaçının məhkəmədə verdiyi izahatdan o da aydın olur ki, onun X6 müalicə alması üçün xərclədiyi məsrəfin 450 manat məbləği İddiaçı işlədiyi kollektiv tərəfindən verilib. Özünün hər hansı bir maddi itkiyə məruz qalmadan, yardım niyyəti ilə əvəzsiz qaydada əldə etdiyi vəsaitin isə cavabdehdən tələb edilməsini məhkəmə əsaslı saymır. Bütün bu qeyd edilənlərin və məhkəmə araşdırılmış sübutların yekunu olaraq məhkəmə bildirir ki, iddiaçının X6 müalicəsi üçün 1735 (bir min yeddi yüz otuz beş) manat məbləğində xərc çəkməsi və bunun 450 manatının iddiaçıya kömək məqsədi ilə əvəzsiz qaydada verilməsi müəyyən olunur. Belə olan halda iddiaçının məruz qaldığı maddi itki 1285 (bir min iki yüz səksən beş) manatdır. O, isə çəkdiyi xərcin yarısını cavabdehdən tələb etdiyindən, hazırki vəziyyətdə bu 642,50 (altı yüz qırx iki manat, əlli qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilən müstəsnalığın mövcudluğuna gəldikdə isə məhkəmə hesab edir ki, hazırki qanunvericiliklə ağır xəstəliklərin dairəsi müəyyən edilməsə də, tərəflərin birgə nikahından olan X6 qolundan əməliyyat olunmasına səbəb olan xəstəlik hər kəsdə müşahidə edilə biləcək və ya geniş yayılmış xəstəlik deyil. Bu səbəbdən də bunu müstəsna hal kimi qəbul etmək olar. Cavabdeh maddi və ailə vəziyyətini, onun iddiaçıya hər ay 140 manat məbləğində aliment ödəməsini və bu aliment məbləğinin özündə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi ehtiva etməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Cavabdeh iddiaçının onunla birgə nikahından olan X6 müalicəsi ilə bağlı çəkdiyi əlavə xərclərinin 350 (üç yüz əlli) manat hissəsinə cəlb edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun isə 10 (on) manat, 50 (əlli) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - Cavabdeh İddiaçı ilə birgə nikahından olan xx xxxx 2009-cu il təvəllüdlü X6 əlavə xərclərində iştiraka cəlb edilməli; - Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 10 (on) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia digər hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə birgə nikahından olan xx xxxx 2009-cu il təvəllüdlü X6 əlavə xərclərində iştiraka cəlb edilsin və ondan 350 (üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 10 (on) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar