Məhkəmə qərarları › İş №2(090)-143/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-143/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-143/2020 05.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edənƏliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərində iştiraka cəlb edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı xx xxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh uşağın əlavə xərclərində iştiraka cəlb edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir (maddə 150.0.2.). İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət etməzdən öncə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(078)- 626/2020 nömrəli qərardadı ilə onun iddia ərizəsi və İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdı. İddiaçı Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərkən isə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-626/2020 nömrəli qərardadı geri qaytarılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətini iddia ərizəsinə əlavə etsə də, məhkəməyə həmin qərardadın ləğv edilmişi ilə bağlı hər hansı sübut təqdim etməmişdi. Yuxarıda qeyd edilən hal isə özlüyündə iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edilməsinə təsir edən haldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə İddiaçı iddia ərizəsində Cavabdeh uşağın əlavə xərclərində iştiraka cəlb edilməsini tələb etsə də tələb etdiyi xərclərin miqdarını iddia ərizəsində qeyd etməmişdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddi hüquq normasının aydın olur ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Xərclərin miqdarı isə sabit pul məbləğində olmalıdır. Sabit pul məbləğinin miqdarını isə iddiaçı tələbində qeyd etməli və o məhkəmədə digər sübutlarla birlikdə tədqiq edilərək müəyyən edilməlidir. İddia ərizəsində qeyd edilən halın öz əksini tapmaması isə iddia ərizəsinin forma və məzmunun düzgün olmaması ilə nəticələnib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərində iştiraka cəlb edilməsi tələbinə barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı uşağın əlavə xərclərində iştiraka cəlb edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar