Məhkəmə qərarları › İş №2(090)-17/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-17/2023

12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-17/2023 12.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 21 dekabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatında bildirdi ki, Cavabdeh ilə 2020-ci ildə ailə həyatı qurublar. Birgə nikahlarından 21 dekabr 2020-ci il tarixdə X4 doğulubdur, oğlunun doğumundan bir müddət sonra onlar arasında problem yaranıb, uşaq doğulandan sonra o, xəstəxanadan atası evinə gəlibdir, ilk olaraq buna cavabdeh özü razı olubdur, sonra valideynlərinin təkidi ilə o, yaşadığı evə qayıdıb, qayıtdıqdan sonra cavabdehin ataanası onu danışdırmayıblar, bir müddət sonra telefon üstündə söz-söhbət olub, o da evi tərk edib atasının evinə gəlib, iki ilə yaxındır ki, cavabdeh ilə ayrı yaşayırlar, Cavabdeh uşağı ilə maraqlanmır, onun tələbatlarını qarşılamır, oğlu İlham onun yanında qalır, uşağının tələbatını ödəməkdə çətinlik çəkir, Cavabdeh hərbi hissədə müddətdən artıq xidmət edir və yüksək əmək haqqı alır, sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəmənin ünvanına daxil olmuş ərizəsində məhkəmə iclasında xidməti işi ilə əlaqəli, Naxçıvan MR Şahbuz rayonuna gələ bilmədiyini və qarşı tərəfin ona edilmiş və edilən təhdidlər olunduğundan təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 29 oktyabr 2022-ci il tarixli, 3/591 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 11 oktyabr 2022-ci il tarixli, 1/A-937 nömrəli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 382379 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah “07” fevral 2020-ci il tarixdə Abşeron Rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 460376 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 21 dekabr 2020-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Eyni zamanda Cavabdeh Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddiaçı ilə ayrılıqda yaşamaqlarına baxmayaraq birgə nikahlarından olan X1 doğulduğu gündən iddiaçının özü və onun valideynləri tərəfindən qalmaqalla rastlaşdığını, övladını görməsinə mane olduqlarını, lakin övladını görməsə də onun bütün tələbatlarını ödədiyini və ödəmək istədiyini desə də qarşı tərəfin bunu istəmədiyini, bu səbəbdən övladının qarşı tərəfdən alınıb ona verilməsini və övladının tərbiyəsi ilə məşğul olmaqda ona köməklik göstərilməsi, iddiaçı övladını ata evində necə və hansı şəraitdə saxlanılmasına, iddiaçının övladını saxlamaqda çətinlik çəkməsini deməsini və övladının tərbiyəsi ilə məşğul ola bilmədiyini nəzərə alıb övladının ona verilməsinə, qarşı tərəfin aralarında problemləri olduğunu və problemlərin övladının psixoloji problemlərinə səbəb olduğunu və qarşı tərəfin özünün, yaxın qohumlarının ona edilən telefon zənglərinin və yazışmalarının araşdırılmasını və düzgün qərar verməklə övladının tərbiyəsi ilə bir vətən müdafiəçisi kimi köməklik göstərilməsini xahiş etmiş, ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasına, BMT bir sıra Konvensiyası və Azərbaycan Respublikası Ailə Məcəlləsinin bir sıra maddələrini göstərmişdir. İlk olaraq məhkəmə cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iş üzrə iddiaçının tələbi övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin edilməsi tələbidir. Məhkəmə iddiaçının izahatını dinləyib və cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tərəflərin 07 fevral 2020-ci ildə rəsmi nikaha daxil olmaları, onların nikahlarından 21 dekabr 2020-ci il təvəllüdlü X1 doğulması, tərəflərin ayrı yaşaması, onların birgə nikahlarından doğulmuş İ.Abdulzadənin hazırda anası iş üzrə İddiaçı yanında qalması və Cavabdeh uşağın saxlanılmasında iştirak etməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə hesab edir ki, uşağın anasının himayəsində yaşamasını, onun yaşını, gündəlik tələbatları nəzərə alınaraq 21 dekabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “14” noyabr 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə və Cavabdeh aylıq gəlirlərinin 950 manat təşkil etdiyini nəzərə alınaraq (950/4=237,5*12=2850-1000=1850*1%=18.50+30=48.50)) 48,50 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 dekabr 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “14” noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 48,50 (qırx səkkiz manat, əlli qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar