Məhkəmə qərarları › İş №2(090)-203/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-203/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-203/2023 24.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X10 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı nümayəndəsi Nümayəndə vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Cavabdeh2 adına qeydiyyata alınmış torpaq sahəsində tikdirdikləri fərdi yaşayış evinə (“B” tikilisinə), torpağın alınmasına, tövlənin tikintisinə və digər təmir tikintiyə birlikdə çəkdikləri cəmi 17.906 (on yeddi min doqquz yüz altı) manat pulun (xərcin) yarısının, yəni 8.983 (səkkiz min doqquz yüz əlli üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddiasını müdafiə edərək izahatında bildirdi ki, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən torpağı cavabdeh X7 ilə birlikdə nikahda olduqları dövrdə 2015-ci ildə alıblar, 3000 (üç min) manat onlar, 3000 (üç min) manat cavabdeh tərəf qoyub alıblar, həmin torpaqda 2018-ci ildə ev tikintisinə başlayıblar, 2019-cu ildə evin tikintisi başa çatıb və yaşamaq üçün oraya köçüblər, həmin torpaq sahəsində 3 ev var, o, Cavabdeh1 ilə birlikdə “B” tikilisində yaşayıblar, həmin torpaq və ev üçün çəkdiyi xərclərin ona qaytarılmasını məhkəmədən xahiş edir, iddia ərizəsində işin faktiki hallarını qeyd edibdir, bundan əlavə olaraq izahatını yazılı olaraq məhkəməyə təqdim edibdir. İddiaçı yazılı izahatında göstərmişdir ki, Cavabdeh1 ilə 2006-ci il tarixdə el adəti ilə ailə qurub, xx.xx.2007-ci il tarixdə isə rəsmi nikaha daxil olublar, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı iki uşaqları vardır, keçmiş həyat yoldaşı ilə bir müddət yaxşı yaşasalar da 2011-ci ildən başlayaraq aralarında narazılıqlar başlayıbdır, Firudin tərəfindən bütün qızılları satılaraq özünə məlum olan yerlərdə xərcləyibdir, o, Şahbuz Rayon Məhkəməsində boşamaq üçün iddia qaldırıb, lakin sonda məhkəmədə barışıblar, Firudin həmin vaxtlardan ailəyə laqeyd yanaşmağa başlayıbdır, ona və uşaqlarına demək olar ki, atası Məhərrəm baxıbdır, Firudin ailəsinə baxmadığına və laqeyd yanaşdığına görə o, məcbur qalıb həm uşaqlarına baxmağa, həm də 2010-cu ildən Keçili kənd mədəniyyət evində və məktəbində xadimə işləməklə uşaqlarını saxlamağa başlayıb, atası Məhərrəmin təklifi ilə o, əmək haqqının çox hissəsini gələcək ehtiyacları üçün toplamağa başlayıb, çünki atası Məhərrəm onun uşaqlarının bütün ehtiyaclarını qarşılamağa kömək edibdir, əmək fəaliyyətinə başladığı 2010-cu ildən 2015-ci ilin may ayınadək 2300 manat pul toplayıbdır, həmin vaxt yoldaşı Firudinlə münasibətləri az da olsa normallaşıbdır, qayınatası Şahid11 və qaynanası Cavabdeh2 təklifi ilə birlikdə Babək rayonu, Cəhri qəsəbəsinin yanında Naxçıvan-Şahbuz avtomobil yolunun kənarında birlikdə torpaq alıb ev tikmək qərarına gəliblər, qayınanası torpağın qiymətinin 6000 manat etdiyini, yarısını ər-arvad olaraq onların verməsini, yarısını da onlar qoyub həmin torpağı onun adına alıb ev tikib yaşamalarını, sonra onların yaşadıqları evi hədiyyə olaraq Firudinə bağışlayacaqlarını bildiribdir, çox xərc çıxmasın, yoxsa hər iki alqısatqı etsələr xərcləri çox çıxacaqdır, o da bu barədə atası ilə danışıb ondan 700 manat borc istəyibdir ki, 3000 manatı düzəlsin, atası Məhərrəm belə şərikli torpaq almağa razı olmasa da onun israr etdiyini görüb 700 manat borc pulu verib, lakin sonra da istəməyibdir, həmin vaxt o Firudinlə Şahbuz rayonu, Keçili kəndində qaynanasının onlara aldığı evdə onlardan ayrı yaşayıbdır, həmin evi də qaynanası öz adına alıbdır, o, 3000 manatı tamamlayıb atası Məhərrəmə veribdir ki, aparıb qaynanasına versin və onlarla torpağın alqı-satqısı və tikiləcək evin vəziyyətini müzakirə etsin, çünki yoldaşı Firudin heç bir işdə ona dəstək olmayıbdır, Firudin tez-tez işlədiyi yeri dəyişdiyindən onun nə qazancından nə də ki, xərclərindən xəbəri olmayıb, torpağı qaynanası Güləbətinin adına 2015-ci ildə aldıqdan sonra qaynanası 2016-cı ildə evlərini tikməyə başlayıblar, onlar isə maddi vəziyyətləri yaxşı olmadığından 2018-ci ildə başlayıblar evlərini tikməyə, həmin vaxtadək o, yenə işləyərək pul toplamağa başlayıb, Firudin isə heyvan saxlamağa başlayıbdır, təxminən heyvanların sayını 40-50 başa qaldırandan sonra satıb evi tikməyə başlayıblar, heyvanları satarkən Firudinin dediyinə görə 9000 manatdan təxminən bir az artıq pulları olubdur, lakin tikintinin yarısında pulları qurtarıb və tamamlaya bilməyiblər, o, vaxt tapdıqca tikinti materiallarını almağa Firudinlə birlikdə gedibdir ki, materialların adı ilə pulu başqa yerlərə xərcləməsin, onunla birlikdə alınan tikinti-təmir materiallarını əsasən 57 deyilən Cahan Ticarət Mərkəzinin ətrafındakı tikinti materialları mağazalarından alıblar, həmin mağazaların ünvanlarını dəqiq bilməsə də yerlərini göstərə bilər, onunla aldıqları tikinti materiallarından xatırladığı 390 AZN-ə 3 otaq qapısı, 350 AZN-ə seyf qapısı, 50 AZN-ə hamamın lambirini, 50 AZN-ə reyka, salon və otağın laminatı, mətbəxin alçıpanı, evin birinci şopenini, tavana yapışdırılan plastik üzlüyü, plastik tavan və pəncərə künclərini, otağın diklərini sadalaya bilər, qalan materialları özü gedib alırdı, çoxunu isə telefonla sifariş verirdi satıcıların özləri çatdırırdı, Firudin çox bədxərc olduğundan onun evlərinin tikintisinə çəkdiyi xərcləri daim nəzarətdə saxlayıbdır ki, evin pulunu lazımsız yerlərə dağıtmasın, tikinti yarımçıq qalandan sonra, atası Məhərrəm vəziyyətlərini bilib ona dəstək olmaq üçün, evin qalan tikintisini o tamamlayıb və ona hədiyyə edibdir, atası Məhərrəmin apardığı tikinti işlərinin şahidi olsa da detallı bilmir, yəni onun tikinti materiallarını hardan almasını, kimin vasitəsi ilə gətirməsini, çəkdiyi xərcləri atasının dilindən eşidibdir, həyətdə tikdikləri evdən başqa, evlərinin istiqamətində hörgü daşından (kubik) tövlə də tikiblər, əvvəllər tövlədə inək saxlasalar da, hal-hazırda tövlə boşdur, həyətlərində əkin əkmək üçün öz tərəflərinə ayırıblar, atasının aldığı metal məftildən olan “setkaları” həmin tövləyə yığıblar, həmin setkaları tövləyə yığmaqlarının səbəbi də qaynanasıgilin setkaları söküb yerə atmalarıdır, torpaq və evin tikintisinə ümumilikdə xatırladığı aşağıdakı xərclər çəkilib: keçmiş həyat yoldaşı Cavabdeh1lə birlikdə çəkdiyi xərclər aşağıdakılardan ibarətdir; 1.Steklavat-400 AZN, 2.Gəc-150 AZN, 3.Elektrik naqili (şnur)-80 AZN, 4.Alçıpan-120 AZN, 5.Reyka-50 AZN, 6.Tavan üçün plastik-200 AZN, 7.Alçıpan vinti (şrub)-35 AZN, 8.Reyka vinti-25 AZN, 9. Mətbəx pəncərəsi-190 AZN, 10.Mətbəx kafeli-130 AZN, 11.Hamamkafeli- 250 AZN, 12.3 ədəd qapı- 390 AZN, 13. Seyf qapı-350 AZN, 14. 4 ədəd DİK (döşəmə üçün)-112 AZN, 15. Pəncərə altı-24 AZN, 16. Emusiya (boya)-100 AZN, 17. Metal boru-64 AZN, 18. Zirzəmi qapısı-50 AZN, 19. Hamam lambirini-50 AZN, 20. Mətbəx smestiteli və hamammışu-50 AZN, 21. 3000 ədəd hörgü daşı (kubik)-1500 Azn, 22.150 kisə sement- 900 AZN, 23. Tikinti üçün qum-300 AZN, 24. Dam örtüyü (dəmir şifer) 20 AZN, 25.Strapila (atma taxta)- 520 AZN, 26. Reyka (taxta)-280 AZN, 27. Novdan altı-144 AZN, 28. Plastik boru-30 AZN, 29. Şifer mıxçası-20 AZN, 30. 200-lik mıxça 10 kq-25 AZN, 31.75-lik mıxça 10 kq-20 AZN, 32. Dam üstü döşəmə taxta (2 kub)-260 AZN, 33. Tövlənin tikintisinə-1500 AZN, cəmi: 9.345 (doqquz min üç yüz qırx beş) AZN, atası Nümayəndələ birlikdə çəkdikləri xərclər isə aşağıdakılardan ibarətdir: 1. Torpağın alınmasına-3000 AZN, 2. Artesian quyusunun qazılmasına-1200 AZN, 3. Ağac (5 metrlik dirək 1 ədədi-10 manat)-56 pdəd-560 AZN, 4. Pəncərə (4ədəd)-504 AZN, 5. Laminat alınması-322 AZN, 6. Hamam qapısı-120 AZN, 7. Hamam fertuşkası-25 AZN, 8. Laminat-161 AZN, 9. Laminatların vurulmasına-350 AZN, 10. Hamam kafelinin vurulmasına-470 AZN, 11. Kubik alınmasına- 80 AZN, 12. Qum alınmasına-100 AZN, 13.Gəc çəkənə-200 AZN, 14. Hörgü işinə-175 AZN, 15. Sement alınmasına -148 AZN, 16. Gəc alınmasına-46 AZN, 17. Şopen alınmasına-120 AZN, 18. Hidrofor alınmasına-40 AZN, 19. Nasos alınmasına-50 AZN, 20.500 L plastik su çəni-100 AZN, 21. Telefon çəkilişinə-100 AZN, 22. Evin qapılarının salınmasına-50 AZN, 23. Su çəninin alınmasına-120 AZN, 24. Hörgü hörən ustaya-340 AZN, 25. Unitaz alınmasına-184 AZN, 26.2 top dəmir məftildən çəpər (setka)-80 AZN, 27.25-lik metal çubuq (armatur) 12 metr-24 AZN, cəmi: 8.561 (səkkiz min beş yüz altmış bir) AZN sadaladığı bu xərclərdən başqa əlavə xərclər də ola bilər, mütəxəssis baxarsa bəlli olar. Beləliklə də, 2015-ci ilin may ayında Babək rayonu, Cəhri qəsəbəsinin dayanacağının yaxınlığında qaynanası Cavabdeh2 ilə birlikdə aldıqları, lakin Cavabdeh2 adına rəsmiləşdirilən torpaq sahəsində birgə nikah dövründə tikdikləri evə (sənəd üzrə “B” tikilisi) çəkdikləri 17.906 (on yeddi min doqquz yüz altı) manat pulun (xərcin) yarısının, yəni 8953 (səkkiz min doqquz yüz əlli üç) manat pulun alınıb ona verilməsini istəyir ki, işləyib üstünü də tamamlayıb qohumlarının da dəstəyi ilə iki uşağı ilə qalmaq üçün özünə ev tiksin. Sonda İddiaçı məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehlə 2006-cı ildə ailə qurublar, 6 il qaynatasının evində yaşayblar, 2012-ci ildə Şahbuz rayonu, Keçili kəndində 5000 manata ev alıblar, 10 il orada qalıblar, 2019-cu ildə Babək rayonu, Cəhri qəsəbəsinə köçüblər, əmək fəaliyyətinə 2010-cu ildə başlayıbdır, cavabdeh ilə əvvəllər münasibətləri yaxşı olubdur, 2011-ci ildə onun qızıllarını aparıb satdığı üçün münasibətləri korlanıbdır, sonra yenidən barışıblar, həmin zaman Şahbuz rayonu, Keçili kəndində alınan evdə yaşayıblar, həmin evin şəraiti normal olubdur, qaynanası onları ayrı qalmağa qoymayıbdır, Firudini gözünün qabağında saxlamaq istəyibdir, sonra qaynanası onunla da yola getməməyə başlayıbdır, Şahbuz rayonu, Keçili kəndində qaldığıqları ev məktəbə uzaq olub, ona görə köçmək qərarına gəliblər, qaynanasıgil də onlarla eyni həyətdə yaşayacaqdırlar, o, yarım aklat (ştat) 50 manata kimi işləyibdir, sonra tam aklat (ştata) keçirilibdir, əmək haqqısı 250 manata qədər olubdur, 3000 manatı dayısının maşını ilə evlərində qaynatasıgilə aparıb veribdir, Firudinin ev almaq üçün atasından borc almağından xəbəri olubdur, torpaq alındıqdan sonra 2-3 il sonra tikintiyə başlanılıbdır, laminantın, qapıların, seyf-qapsıının, alçıpanın, lepkanın, şopenin, su çəninin alınmasında o, da iştirak edibdir, onları Anar adlı şəxsin “qazeli” o, və Firudin ilə birlikdə gətiriblər, qapıların qiyməti – 130 manat, seyf-qapı-350 manat, laminantın kvadratını 9.5 manatdan, şopen-130-140 manat olması yadında qalıb, həmin əşyaların pulu nağd verilibdir, materialları Babək rayonu, Cəhri qəsəbəsindəki evə gətiriblər, iki dəfə Firudinlə o, bir dəfə də qaynı, Firudin və o, birlikdə material almağa gediblər, onlar material almağa gedəndə torpaq üzərində tikili olubdur, kubik alınmasında o, özü iştirak etməyibdir, onu atası alıb, zirzəmiyə vurulan diklərin və kafelin alınmasında da o, iştirak edibdir, kafelin qiyməti yadında deyil, artesian su quyusunu 1200 manata qazdırıblar, Firudinin qardaşı artesianın vurulmasını danışıbdır, artesianı Həsən adlı şəxs qazıbdır, 1200 manatını qaynı, 1200 manatını isə onlar verib, quyunun pulunu satdığı heyvanların pulu ilə Firudin ödəyibdir, digər materialların alınmasında onun iştirakı olmayıbdır, əlavə olaraq sualları cavablandıran iddiaçı Z.Həmzəyevə istər iddia ərizəsində, istərsə də ifadəsində darvaza qapısı alması barədə heç nə göstərməyibdir, həyətdə olan darvaza qapısının pulunu da istəməyibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, qızı Zahidə 2006-cı ildə cavabdeh Firudinlə ailə qurub, 6 il qaynatasıgillə yaşayıblar, 6 ildən sonra ayrılıb “almalıq” adlanan yerdə ayrı evə köçüblər, həmin evin də şəraiti olmayıb, məktəbə də uzaq olub, nəvələri əziyyət çəkirdi, sonra Babək rayonu, Nəzərabad kəndindəki torpaqda ev tikib ora köçüblər, həmin torpağı Firudin və onun digər qardaşının ailəsi ilə yaşaması üçün ev tikməyə alıblar, toprağı 6000 manata alıblar, 2300 manatı qızı özü işləyib yığıbdır, 700 manatı isə ondan alıbdır, 3000 manatı evlərinə aparıblar, Firudinin atası, anası, hələ Güləbətinin anası həmin vaxt sağ olubdur, o da evdə olubdur, pulu sayıb qudası Məhərrəmə veriblər, bu hadisə 2015-ci ilin may ayı olubdur, Firudinin qardaşına ev tikdikdən sonra 2018-ci ildə Firudin və Zahidə ev tikməyə başladılar, 2019-cu ildə ev hazır olubdur, bəzi çatızmazlıqlar olubdur, onları da o, alıbdır, laminatın vurulmasına 350 manat ustaya veribdir, 167 manat laminanta verib, pəncərələri, qapıları, nasosu o, alıbdır, hamam kafelinin vurulmasının pulunu o, veribdir, artesian quyusunun pulunu isə Firudin heyvanlarını satıb veribdir, 1400 manat veribdir, Firudinin 40-50 heyvanı olubdur, qızının qaynatası Məhərrəm, Firudin və qızı vurdurubdur. Sonda Nümayəndə məhkəmədən iddialarının təmin edilməsini xahiş edibdir. Məhkəmədə sualları cavablandıran Nümayəndə bildirdi ki, artesian quyusu üçün pul verməyibdir, 126 manatdan 4 pəncərə, 50 manata nasos, 40 manata hidrafor alıbdır, əlavə olaraq dam örtüyü üçün həyətindən 56 ağac kəsib veribdir, biri 10 manatdan olmaqla, 504 manat pəncərələrə, 120 manat hamamın qapısına, 167 manat laminatlara verib, 350 manat laminatın burulmasın, 470 manat hamamın kafelinə 25 manat hamam fertuçkasına, 200 manat gəcə, 100 manat quma, 80 manat kubik alıb, 148 manat sementə veribdir, 120 manat şopenə ödəyibdir, o, aldığı şopen xarab olubdur, sonradan başqasını alıblar, o aldığı şopen isə Firudinin evlərindədir, 50 manat ustaya verib qapını salıbdır, 175 manat Elgünə veribdir, 100 manat telefonun çəkilişinə veribdir, 30 manat qazın çəkilməsinə veribdir, 250 manat qızına evinin görüşünə veribdir, qeyd etdiklərini qızına hədiyyə veribdir, aldıqlarının pulunun yarısını qızına istəyirlər, o, Şahid11 torpağın alınması üçün 3000 manatı Şahid11 həyətində söyüd ağacının altında özü sayıb veribdir, pul əskinazları yüzlük, əllilik və iyirmilik olubdur, Şahbuz rayonu, Keçili kəndində ev alınması üçün cavabdehlər pul verməyiblər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, iddia ilə bağlı şahidlər dindirildi, şahidlərin ifadələri ilə kifayət qədər sübut olundu ki, iddiada göstərilən həmin fərdi yaşayış evi birgə nikah dövründə İddiaçı və Cavabdeh1 tərəfindən tikilib, ona görə də ev üçün çəkilən xərclərin hər ikisi arasında bərabər şəkildə bölünməlidir. Buna görə də ekspertiza rəyində göstərilən məbləğin yarısının cavabdeh tərəflərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 2019-cu ildə Babək rayonu, Cəhri qəsəbəsinə köçüblər, ondan əvvəl Şahbuz rayonu, Keçili kəndində yaşayıblar, yeddi il atası ilə yaşayıblar, tarixlər yadında deyil, evin tikilməsində iddiaçı tərəf iştirak etməyibdir, evin tikilməsini qardaşıgil aparıbdır, onun özü də evin tikilməsinə pul verməyibdir, iddiaçı tərəf dörd pəncərə, bir hamam üçün qapı, bir fertoçka alıblar, 6 quzusunu iddiaçının qardaşı alıbdır, pulunu verməyibdir, həmin pullarla alıblar, mallarını satıblar pulu onlardadır, o, evdən çıxdıqdan sonra həmin pullarla alıblar, 2021-ci ildə evdən çıxıb ayrılıbdır, 2019-cu ildə qərara gəliblər həmin evə köçməyə, uşaqların məktəbi uzaq olduğu üçün əziyyət çəkiblər, ona görə uşaqlara rahat olsun deyə həmin evə köçüblər, evi atası tikibdir, lakin tikib çatdıra bilməyiblər, pəncərəsi olmayıbdır, iddiaçı tərəf pəncərəsini alıbdır, laminat da alıblar, kürəkənləri də vurubdur, yanı balalı qoyununu aparıbdır 350 manat olan, otağın birinin laminatı çatmayıbdır 70 manata əlavə laminat alınıbdır, iddiaçı tərəf alıbdır, evə köçməmişdən qabaq alınıbdır, digər otaqların laminatı qabaqcadan alınıbdır, həmin vaxt onlar birgə nikahda olublar, birlikdə yaşadıqları zaman iddiaçı tərəf su çəni, nasos alıbdır, iddiaçı tərəf dediyi kimi ağac gətirilibdir, 10-12 dənə köhnə çürümüş ağac olubdur, maşının pulunu atası 70 manat veribdir, ağacların pulunu atası verməyibdir, həmin ağacları pay veriblər, evdə 80-90 ədəd ağac işlədilibdir, onları da qonum-qonşu pay veribdir, laminatın vurulmasına keçmiş bacanağı pul almayacaqdı, bir qoyun yanı balalı quzu ilə birlikdə 350 manat bacanağına verilibdir, pulu da çıxılıbdır laminatın vurulmasına, iddiaçının qardaşı 6 quzusunu biri 150 manatdan aparıbdır pulunu da verməyibdir, hardasa 900 manat pul olubdur, kafelin vurulması hardasa 350-400 manat pul edibdir, həmin puluda quzuların pulundan çıxıblar, onun özünün hardasa 35 baş quzusu olubdur, altısını iddiaçının qardaşı alıb, qalanını isə satıb evin şiferinin vurulmasına atasına köməklik edibdir, nə torpaq alınmasına, nə artesian vurulmasına, nə də kubikə və pirketə o pul verməyibdir, sadəcə şiferin alınmasına köməklik edibdir, iddiaçı tərəf telefonun çəkilməsinə 100 manat verdiyini deyir, halbuki telefonun çəkilməsi 30 manat pul tutur. Məhkəmədə sualları cavablandıran Cavabdeh1 bildirdi ki, keçmiş yoldaşı işləyibdir, lakin iddiaçı aldığı pulu evə gətirməyibdir, bilmir hara aparıbdır, o həmin vaxt kənddə malheyvan saxlayıbdır, saxladığı mal-heyvanlar özünün olubdur, başqalarının da heyvanı pulu ilə saxlayıbdır, çöldə otarıb pulunu alıbdır, özünün hardasa 35-ə yaxın heyvanı olubdur, Babək rayonu, Cəhri kəndindəki torpağı 2005-ci ildə 5000 manata alıblar, torpaq anası Cavabdeh2 adınadır, təxminən 2017-2018-ci illərdə isə evlərin tikintisinə başlayıblar, həmin torpaqda üç ev var, həmin evləri atası və qardaşları tikibdir, onlar yaşadıqları ev ikinci tikilən evdir, 2017-ci ildə ilk tikilən evdən 5-6 ay sonra onlar yaşadıqları evin tikintisinə başlanılıbdır, təxminən 5-6 ay sonra onlar yaşadıqları evin tikintisi də başa çatıbdır, həmin evləri atası tikibdir, bir sıranı usta gəlib hörübdür 43 manat pul alıbdır, atası köçüb Şahbuz rayonu, Keçili kəndinə getdiyi üçün iddiaçı tərəf onların köçüb həmin evdə yaşamaqları üçün evin üst hissəsini hördürübdür, həmin vaxt evin qapı pəncərəsi olmayıbdır, həmin evin tikintisi və istifadə üçün iddiaçı və nümayəndəsi bir qapı, dörd pəncərə, bir fertuçka və bir nasos alıblar, həmin evin tikintisində atası, o və qardaşı işləyibdir, evin gəcini isə 800 manata vurdurublar, 600 manatını qardaşı, 200 manatını isə onun quzusunun pulundan iddiaçı tərəf veribdir. Bundan əlavə olaraq isə bir otağın əskik laminatına 70 manat pul ödəyib, qalan bütün tikinti materiallarını atası özü alıbdır, iddiaçının bildirdiyi kimi birlikdə tikinti materialları almağa getməyiblər və torpaq alınması üçün də pul verməyiblər, atası evləri qardaşları və özü üçün tikibdir, qardaşları da tikintiyə kömək ediblər, onların köməkliyi ilə evlər tikilibdir, qardaşı Amil atası ilə birlikdə yaşayıbdır, digər qardaşı Təbriz isə ayrı yaşayır, həmin vaxt isə atası ilə birlikdə yaşayıbdır, həmin vaxt qardaşları restoranda işləyiblər, qardaşı Amil 600-800 manat, Amilin isə 400 manat gəliri olubdur, anası və atası 300-350 manat pensiya alırlar və ev tikilən zaman atasının 15 baş iribuynuzlu malı, 100-150 baş isə xırdabuynuzlu heyvanı olubdur, evin tikintisi zamanı onları satıb pulu torpağın alınmasına və evlərin tikintisinə xərcləyiblər, hal-hazırda isə atasının bir malı qalıbdır, torpaq alınan zaman iddiaçı ilə evli olublar, alınmasından xəbəri olubdur. Əlavə olaraq Cavabdeh1 bildirdi ki, Şahid2 öz maşını ilə onların həyətinə 7-8 kisə sement, 5 kisə gəc gətirib, bundan başqa material gətirməyib, həmin materiallar da həyətdəki, tövlənin tikintisində istifadə edilibdir, Taqətin ona əvəzsiz olaraq pay kimi laminantı vurduğunu deyibdir, sonradan ona məxsus heyvanı satılıb laminantın vurulmasının pulunun ödəndiyini deyiblər, onların həyətinə 130 pirket, 7 dənə isə qələmə gətirilibdir, evin bünövrəsini Rasim usta ilə metrəsini 5.5 manata danışıb, evin eni 9m uzunu isə 10 metr olubdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmədə vəkili və nümayəndəsi Vəkil2 tərəfindən təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 izahatında iddia tələbi ilə bağlı tərəflərin və şahidlərin dindirildiyini, izahatların alındığını, müəyyən hallarda tələb olunan əmlakla bağlı fakt sübuta yetirildiyini, ilk öncə torpağın alınması ilə bağlı torpağın qiyməti, pulun verilməsi iddiaçının dediklərinin və şahid ifadələrinin üst-üstə düşmədiyini, ziddiyyətlərin mövcud olduğunu, bu isə torpağın alınmasında iddiaçı tərəfin iştirakını istisna etdiyini, digər tərəfdən tərəflərin köçdüyü zaman artıq artesian quyusunun vurulduğunu etiraf etdiklərini, bu baxımdan həm evin alınması, həm də artesian quyusunun vurulması ilə bağlı ödənilmiş pulla bağlı iddiaya münasibətdə iddianın rədd olunmasını istədiklərini, ev üçün çəkilən xərclərlə bağlı şahidlər də özlərini tam ifadə etmədiklərini, eyni zamanda nələrin alınıb, nələrin alınmadığını cavabdeh şəxsin etiraf etdiyini, bu baxımdan aparılmış araşdırma nəticəsində təqdim edilmiş sübutları və ekspert rəyini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdiyini, iddiaçı tərəf də evin tikilməsində əziyyət çəkib, xərc çəkdiyini, bunu cavabdeh tərəfin də etiraf etdiyini, cavabdeh tərəf olaraq onlar da iddiaçı ilə razılığa gəlməyi düşündüklərini, lakin qəbul etməyəcəklərini, bu baxımdan aparılmış araşdırmaya və tədqiq edilmiş sübutlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdiklərini göstərmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid3 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında izahat verərək iddiaçının onun bacısı qızı olduğunu, onun fərdi taksi xidməti ilə məşğul olduğunu, təxminən 2015-ci ildə, ayın və günü yadında olmadığını, iddiaçının onu çağırdığını, 2300 manat pulları olduğunu və həmin pulu qaynatasına aparmaq istədiyini, atasının da 700 manat pul verdiyini, ümumilikdə 3000 manat pulu onun maşını ilə İddiaçı qaynatası Məhərrəm kişinin kəndlərindən təxminən 1500 metr aralıda yerləşən bağına apardığını, soruşduğu zaman İddiaçı həmin pulu torpaq almaq üçün qaynatasına verdiyini dediyini, həmin torpaq sahəsinin Babək rayonu, Cəhri kəndində olduğunu dediyini, pulu İddiaçı özü yanında sayıb qayınatası Məhərrəm kişiyə verdiyini, torpağın qiyməti barədə onun yanında söhbətin olmadığını, İddiaçı qayınatası Məhərrəm kişi ilə torpaq alınması barədə söhbətlərinin olduğunu, lakin həmin torpaq sahəsinin qiyməti barədə danışmadıqlarını, pulu Məhərrəm kişinin Şahbuz rayonu, Keçili kəndindəki evinə apardıqlarını göstərmişdir. Daha sonra məhkəmə iclasında təkrar izahat verən Şahid3 izahatında tarixi dəqiq yadında olmadığını, bacısı qızı Zahidənin ona biraz pulu olduğunu, pulu torpaq almaq üçün qaynatasına aparmaq istədiyini, onun da maşını olduğunu, Zahidənin alma bağındakı evlərindən pul götürüb onun maşını ilə İddiaçı qaynatası Məhərrəmin kəndlərinə təxminən 1500 metr aralıda yerləşən evlərinə aparıblar, məbləğin nə qədər olduğunu bilmir, Şahid11 həyətində ağacın altında pulu sayıb veriblər, ona Z.Həmzəyevə həmin pulu torpaq almaq üçün qaynatasına verdiyini deyibdir, pulu Z.Həmzəyevə özü onun yanında sayıb və qayınatası Məhərrəm kişiyə veribdir, torpağın qiyməti barədə onun yanında söhbət olmadığını bildirmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid3 maşınıın olduğu üçün pulu onunla apardıqlarını, pulu həyətdə söyüdlərin altında verildiyini, pulu verən zaman Zahidənin atası Məhərrəm və Zahidənin qaynatası Məhərrəm kişi də orada olduğunu, pulu Zahidənin atası Məhərrəmin verdiyini, Zahidənin pulu torpaq almaq üçün verdiklərini ona dediyini, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdiyini, həmin vaxtı da pulu Şahid11 Zahidənin verdiyini deyən zaman Zahidə ilə atası Məhərrəmi nəzərdə tutduğunu, pulu onun yanında Nümayəndə sayıb Şahid11 verdiyini bildirmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid10 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında izahat verərək onun özünə məxsus olan “CHANGAN” markalı yük avtomobili ilə sürücü işlədiyini, tarixləri yadında olmadığını, Nümayəndə sifarişi ilə kubik, sement, qapı, pəncərə və laminatı Babək rayonu, Nəzərabad kəndinə apardığını, apardığı tikinti materiallarının və daşınma pulunu Nümayəndə verdiyini, tikinti materiallarını İddiaçı evinə apardığını, o materialları aparan zaman evin hələ tikilib qurtarmadığını göstərmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid4 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında izahat verərək tikinti işlərində usta kimi fərdi fəaliyyət göstərdiyini, dəqiq tarix xatırlamadığını, təxminəm 3-4 il bundan qabaq Cavabdeh1 məxsus olan evdə laminatın vurulması işini gördüyünü, həmin işin yerinə yetirilməsini Nümayəndə istəyi ilə gördüyünü, həmin evdə gördüyü işin pulunu 350 manat olmaqla Nümayəndə ödədiyini, bundan başqa evin bir otağının qaz sistemini onun düzəltdiyini, polun laminatı vurulduğu zaman həmin evdə yaşayışın olmadığını, laminat işi qurtardıqdan sonra İddiaçı ailəsi ilə birlikdə həmin evə köçdüyünü, otağın birinin laminatının kəsir olduğunu, həmin laminatın alınması üçün Nümayəndə 161 manat pulu onun yanında ödədiyini göstərmişdir. Daha sonra məhkəmə iclasında təkrar izahat verən Şahid4 izahatında usta kimi işlədiyini, dəqiq tarix bilmədiyini, təxminəm 4-5 il bundan əvvəl Nümayəndə istəyi ilə Babək rayonu, Nəzərabad kəndində, Z.Həmzəyevə məxsus olan evdə laminantın vurulması işini gördüyünü, həmin evdə gördüyü işin pulunu Nümayəndə ödədiyini, iki otaq və zalın laminantını onun vurduğunu, laminantların qabaqcadan alındığını, bir otağın laminantının az olduğunu, kəsir olan bir otağın laminantını isə Firudinin aldığını, alınan kəsir laminantın pulunu isə Nümayəndə verdiyini, laminant işi qurtardıqdan sonra həmin evdə baldızı İddiaçı, bacanağı Cavabdeh1 və uşaqlarının yaşadıqlarını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid4 əlavə olaraq həmin evin bir otağına qaz çəkdiyini, qaz sobası üçün baca açdığını, lakin əvəzində pul almayıbdır, amma laminantın vurulması üçün pul alıbdır, Cavabdeh1 ilə münasibətləri normal olubdur, amma evin işini görməyi üçün Nümayəndələ danışıbdır, o, həmin evdə bir gün işləyibdir, o, işliyən zaman Firudin şəhərə kəsir laminantı almağa gedib və axşam qayıdıbdır, Cavabdeh1 və İddiaçı saxlamağı üçün ona bir heyvan veriblər, heyvanı laminantın vurulması üçün ona əvəz kimi verməyiblər, heyvanı satıb pulunu Zahidəyə veribdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid1 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında izahat verərək təxminən 3-4 il bundan qabaq Nümayəndə material daşınması məqsədilə ona müraciət etdiyini, ona məxsus olan “Qaz-53” markalı yük avtomobili ilə materialları apardığını, materialların evin dam örtüyü üçün istifadə edilən taxtalar olduğunu, həmin taxtaların Nümayəndə olduğunu, həmin yükü Babək rayonu, Nəzərabad kəndinə apardığını, yük daşıma haqqını Nümayəndə etdiyini, ona görə təxminən 40-50 manat pul aldığını, yükü apardığı həyətdə İddiaçı qaynatasına məxsus olan köhnə ev də olduğunu, yükü həmin həyətə boşaltdığını göstərmişdir. Daha sonra təkrar izahat verən sualları cavablandıran zaman dam örtüyü üçün taxta-şalban apardığını, lakin sayını dəqiq yadında olmadığını, təxminən 20-30 ədəd olduğunu, yük daşınması üçün 50 manat pulun ona verildiyini, yükü Məhərəm Həmzəyev ilə birlikdə Babək rayonu, Nəzərabad kəndinə apardığını, yükü Şahbuz rayonu, Keçili kəndindən yığıb Firudinin həyətinə, daha dəqiq atasının həyətinə boşaltdığını, yükü Firudin və qardaşı Amilin yığdıqlarını, kimin boşaltdığının yadında olmadığını, boşaltdığı həyət yolun qırağından görsəndiyini, yük boşaldılan həyətdə Firudinin atasının evi olduğunu, təxminən həmin evin 2-3 illik tikili olduğunu bildirmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid2 məhkəmə iclasında izahat verərək sürücü kimi yük daşıması ilə məşğul olduğunu, 2019-cu ildə Nümayəndə ondan maşını ilə gəc aparmasını istədiyini, Nümayəndə sifarişi ilə Naxçıvan şəhərindən aldığı gəci Babək rayonu, Nəzərəbad kəndində Şahid11 evinə apardığını, ayrı-ayrı vaxtlarda 20 kisə gəc, 17-18 kisə sement, 2-3 dənə adopen qapı-pəncərə və fertuçka apardığını, hidrofor və nasos da apardığını, nasos xarab olduğuna görə qaytarıb dəyişdirdiyini, Nümayəndə ona yükün daşınması üçün pul verildiyini, qapıdan başqa bütün materialların pulunu isə onun yanında pulunu ödədiyini, qəbzləri isə ona verdiyini, o materialları apararkən həmin həyətdə tikinti işləri aparıldığını, bir evin hazır olduğunu, ikisinin isə tikintisinin davam etdirildiyini, materialları apardıqları ərazinin Babək rayonu, Nəzərabad kəndinə bitişik kənd olduğu üçün onun Nəzərabad kəndi dediyini, amma Babək rayonu, Cəhri kəndi olduğunu, yükləri “Qazel” markalı yük avtomobili ilə apardığını, yükləri aparan zaman Şahid11 və uşaqlarının həmin evdə işlədiyini, Cavabdeh1 də onlarla birlikdə işlədiyini göstərmişdir. Məhkəmə iclasında sualları cavblandıran Şahid2 onun materialları aparan zaman tikinti işlərinin aparıldığını, evin kimin üçün tikildiyini bilmədiyini, həmin evin yolun kənarından göründüyünü, 5-6 dəfə həmin yerə material apardığını, o, materialları aparan zaman çox vaxt həyətdə materialları təhvil vermək üçün heç kimin olmadığını, buna görə də materialları yolun qırağına boşaldıb getdiyini, həmin həyətə 5 meşok gəc, bir qidrafor, 6 meşok sement apardığını, o bir neçə nəfərə birdən yük apardığını, bir dəfə başqa şəxsə yükün Firudinin boşaltdığını, daha dəqiq 20 kisə boşaldılmalı olduğu halda səhvən 30 kisənin hamısının Firudinin boşaltdığını, sonra Nümayəndə başqa şəxsin olan boşaldılmış 10 kisə gəcin pulunu ödədiyini, onun boşaltdığı yükləri Zahidənin də daşıdığını, qapıpəncərələri gətirərən zaman Firudinin evdə olduğunu, yükləri onun boşaltdığını, Nümayəndə oğlanlarının evinin həmin evə təxminən bir kilometr uzaqlıqda olduğunu göstərmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid5 məhkəmə iclasında izahat verərək ili dəqiq xatırlamadığını, təxminən 5-6 il bundan əvvəl Firudinin qardaşının evində gəc vurulması işini yerinə yetiridiyini, həmin evin Babək rayonu, Cəhri kəndində yerləşdiyini, Nümayəndə ondan istədiyi üçün onun, Firudinin qardaşının evində gəc çəkdiyini, hardasa bir il sonra isə Nümayəndə qızının evində də gəc çəkməsini ondan istədiyini, onun da razılaşdığını, Nümayəndə qızının evinin də həmin həyətdə olduğunu, Firudinin qardaşının evində gəc çəkilməsinin pulunu qardaşının özünün verdiyini, Firudinin evinin gəc çəkilmə pulunu isə Firudinin özü ilə razılaşdığını, pulunu da Firudinin özünün verdiyini göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid5 gəcin çəkilməsinə görə 800 manat pul aldığını, pulun hissə-hissə ödəndiyini, 600 manatı Firudinin qardaşının verdiyini, qalanını isə onun Türkiyə Respublikasında olan zaman evinə aparıb verdiklərini, qalan 200 manat pulun kimin verdiyini bilmədiyini, həmin evdə 200 kisə gəcin işlətdiyini, həmin evin Firudinin evi olduğunu bildiyini, Firudinin tavlaya gəc çəkməsinə şahid olmadığını, onun gəc çəkməyə gedən zaman artıq gəcin alındığını, kimin aldığını bilmədiyini bildirmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid7 məhkəmə iclasında izahat verərək təxminən 4-5 il bundan əvvəl, payız ayları olduğunu, həmin zaman Firudinin evinin bünövrəsini işlədiyini, Nümayəndə oğlu Sabirin ondan bacısının evinin hörgü işinin görməsini istədiyini, onun da razılaşdığını, evin işinin görülməsinin qiymətinin Cavabdeh1 ilə danışıb razılaşdığını, gördüyü işə görə Cavabdeh1 Nümayəndə oğlu Hicrana verdiyini, o da Hicrandan pulu götürdüyünü, Cavabdeh1 ona zəng edərək pulu Hicrana verdiyini dediyini, ona görə də pulu Hicrandan aldığını, ona nə qədər pul veriləcəyini xatırlamadığını, lakin onun haqqından 150 manat kəsildiyini, onun həmin pulu daha sonra istəmədiyini göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid7 həmin həyətdə işləyən zaman Firudin, atası, qardaşı həyətdə işləyiblər, bir gün də Nümayəndə oğlu Hicran da gəlib kömək edibdir, pulu ona Hicran bütün veribdir, kəsilən pul yadında qalıb, lakin ümumi pulun dəyəri xatırlamır, Cavabdeh1 ona zəng vuraraq pulu Hicrana verdiyini, ondan götürməsini istəyibdir, o da Hicrandan pulu götürübdür. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid8 məhkəmə iclasında izahatında 2019-cu ildə Nümayəndə ona zəng vuraraq qızı Zahidənin evinin yarımçıq qaldığını, beş sıra hörgü işinin qaldığını dediyini, ondan işi görməsini istədiyini, o da işi gördüyünü, Nümayəndə ilə qiyməti razılaşdığını, 3 manatdan hardasa 56 kv hörgü hörüb və 167 manat Nümayəndə ona pul verdiyini, o işlədiyi zaman Firudin, atası və Nümayəndə kömək etdiklərini, işini üç günə görüb qurtardığını göstərmişdir. İddiaçı tərəfdən şahid qismində çağırılan Şahid9 məhkəmə iclasında izahatında 4-5 il bundan qabaq Babək rayonu, Nəzərabad kəndində Cəhri körpüsünün yanına qələmə ağacı apardığını, Nümayəndə oğlu Hicranın ona bacısına ev tikdiklərini, qələmələri onun üçün apardıqlarını dediyini, Hicran, o və Firudinin qələmələri Hicranın bacısının evinə apardıqlarını, həmin vaxt həyətdə iki tikilinin olduğunu, Firudinin də onların yanında olduğunu, onlara qələmələri aparmağa kömək etdiyini, maşın pulunu Hicranın verdiyini, miqdarının dəqiq yadında olmadığını, bundan əlavə həmin həyətə kubik və sement də apardığını, kubiki şəhərdən Hicranın aldığını, sementi isə Hicranın evindən apardıqlarını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid9 yükləri özünə məxsus “qazel” apardığını, qələmələrin dirək kimi istifadı olunan tikinti materialı olduğunu, təxminən 15-20 dirək apardığını, Hicranla təxminən 170-180 kubik apardıqlarını, Zahidə xanıma təhvil verdiyini, Firudinin nə atasını nə də qardaşını tanımadığını, yalnız Firudini tanıdığını, Firudinin qələmələrin yığılmasına və boşaldılmasına kömək etdiyini, kubikləri Hicranla onun yığıb boşaltdığını, kubiklərin “rus kubiki olduğunu, təxminən 15-dən yuxarı qələmə olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfdən şahid qismində çağırılan Şahid11 izahatında Cavabdeh1 oğlu, Cavabdeh2 isə arvadı olduqlarını, tarixləri xatırlamadığını, mübahisəli torpağı Babək rayonu, Cəhri kəndində Tofiq müəllimdən 5000 manata aldığını, öz pulu ilə aldığını, torpaq alınması üçün ona heç kimin pul vermədiyini, torpağı aldıqdan sonra bir il boş qaldığını, sonra həmin torpaq üzərində hər iki evin “sokolunu” himini tökdüyünü, bir il daha keçdikdən sonra tikintisinə başladığını, həmin torpaqda üç ev olduğunu, evin birini özü üçün, birini oğlu Amil, digərini isə oğlu Təbriz üçün tikdiyini, nəvələri Firudinin uşaqlarının məktəbə gedib-gəlmələri uzaq olduğuna görə çətinlik çəkdiklərini, ona görə Firudin və ailəsini Babək rayonu, Cəhr qəsəbəsində yaşamağa apardığını, öz qaldığı evi əmisi oğlunun tikdiyini, digərinin tikintisinin “pəncərə başı”na çatanda ona kömək edildiyini, qudası Məhərrəmin dörd pəncərə və laminant aldığını, laminantı isə oğlu Firudinin satdığı yanıbalalı qoyunun pulu ilə aldıqlarını, laminantın nə qədər olmasını xatırlamadığını, evləri özünün tikdiyini, tikinti materiallarının hamısını oğlu Amilin aldığını, pulunu isə onun verdiyini, artesian su quyusunu onun qazdırdığını, pulunu isə oğlu Amilin verdiyini, evin dam örtüyü “şiferini” də oğlu Amilin alıb, pulunu isə hissəhissə ödədiklərini, oğlu Amilin həmin restoranda işlədiyini, gəlirlərini bilmədiyini, onun həmin zaman 200 manatdan artıq pensiya aldığını, 6 baş iribuynuzlu, 60 baş isə xırdabuynuzlu heyvan saxladığını, mal-qaranı satıb mübahisəli torpağı həyat yoldaşı Güləbətinin adına aldıqlarını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid11 3000 manat pulun ona verilmədiyini, İddiaçı torpaq alınmasına ona pul vermədiyini, tikinti işləri zamanı evdə olmadığı zaman iddiaçı tərəfindən evə iki kisə sement gətirildiyini, qudası Məhərrəmin həmin sementləri aldığını dediyini, oğlu Amilin iş bilən kimi gedib materialları aldığını, pulunu da onun verdiyini, oğlu Amil və Təbrizin pul köməkliyi də etdiklərini, oğlu Firudinin isə heç bir köməklik etmədiyini, nasosu və hidroforu da oğlu Amilin aldığını, pulunu isə onun özünün verdiyini, hər iki evi yaz fəslində başlayıb payız fəslində tikib qurtardığını, həmin evin tikintisinə çəkilən xərcləri onun qarşıladığını, oğlu Firudinin heç bir köməkliyi olmadığını, boşanmadan sonra iddiaçının həmin evdə iki ilə yaxın qaldığını, onun altı baş iribuynuzlu və altmış baş xırdabuynuzlu malını satıb mübahisəli torpaq sahəsini aldığını, qalan pulla isə evin tikintisinə xərclədiyini, oğlu Firudinin heyvanının olmadığını bildirmişdir. İş materiallarında olan 26 may 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Babək rayonu, Cəhri kəndində yerləşən ümui sahəsi 0.14 ha olan torpaq sahəsinin (satıcı) X5 alıcı Cavabdeh2 5000 (beş min) manata alması müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli, 2245 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən fərdi yaşayış evi **********91-10301 reyestr nömrəsi ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 254697 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 15 yanvar 2007-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayonu Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 163561 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 15 iyun 2007-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X8, ata qrafasında Cavabdeh1 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayonu Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 670958 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 20 iyul 2012-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X8, ata qrafasında Cavabdeh1 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(090)-4/2022 nömrəli qətnaməsi ilə X8 ilə Cavabdeh1 arasında 17 fevral 2019-cu il tarixdə Şahbuz rayonu K.İ.N-də bağlanmış 04 nömrəli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosuna ünvanladığı 23 may 2023-cü il tarixli, 03/110 nömrəli məktubda Cavabdeh2 adına Babək rayonu, Cəhri qəsəbəsində ümumi sahəsi 185.56 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Şahbuz Rayon Təhsil Şöbəsi T.Alməmmədov adına Keçili kənd tam orta məktəbi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 7 nömrəli arayışdan görünür ki, X8 16 yanvar 2017-ci il tarixdə Keçili kənd tam orta məktəbinə 0,5 ştat xadimə işinə qəbul edilmiş, 30 sentyabr 2019-cu il tarixdə yaşayış yerini dəyişdiyindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 19 oktyabr 2023-cü il tarixli, 988 nömrəli rəyinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Babək rayonu, Cəhri qəsəbəsində yerləşən “B” literli tikilisi olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsində 2016-2019cu illər ərzində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin (yardımçı tikili olan tövlə və artesian quyusu daxil olmaqla) tikintisində və təmirində işlədilməsi qeyd edilən tikinti materialların da alınmasında təqribən 14064.09 (on dörd min sıfır altmış dörd manat, sıfır doqquz qəpik) manat məbləğində işlərin görüldüyü müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Şahbuz rayonu, Keçili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 Şahbuz rayonu, Keçili kəndində qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidlərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında 2006-cı ildən faktiki nikah münasibətləri yaranmış, 15 yanvar 2007-ci il tarixdə aralarında rəsmi nikah bağlanmış, birgə nikahlarından 15 iyun 2007-ci ildə doğulmuş X4 və 20 iyul 2012-ci ildə doğulmuş X13 adlı övladları dünyaya gəlmiş, aralarında bağlanmış nikah Şahbuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(090)-4/2022-ci il nömrəli qətnaməsi ilə pozulmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İlk olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Cavabdeh2 adına qeydiyyata alınmış torpaq sahəsində tikdirdikləri fərdi yaşayış evinə (“B” tikilisinə), torpağın alınmasına, tövlənin tikintisinə və digər təmir tikintiyə birlikdə çəkdikləri cəmi 17.906 (on yeddi min doqquz yüz altı) manat pulun (xərcin) yarısının, yəni 8.953 (səkkiz min doqquz yüz əlli üç) manat pulun alınıb ona verilməsi barədə iddia tələbinin Cavabdeh1 münasibətdə iddiası rədd edilməlidir. Belə ki, iş materialları ilə Babək rayonu Cəhri qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi, tövlə və fərdi yaşayış evi (“B” tikilisi) daşınmaz əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına qeydiyyata alınması və Cavabdeh1 adına Babək rayonu, Cəhri qəsəbəsində əmlak qeydə alınmaması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, İddiaçı istər iddia ərizəsində istərsə də məhkəməyə verdiyi izahatında Babək rayonu Cəhri qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin, tövlə, fərdi yaşayış evinin (“B” tikilisinin) və digər təmir-tikinti işlərinin onunla Cavabdeh1 nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə etdiklərini göstərmişdir. Hazırki iş üzrə isə iddia tələbi Babək rayonu, Cəhri qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına qeydiyyata alınan torpaq sahəsinə, onun üzərində inşa edilmiş tövlə, fərdi yaşayış evinə (“B” tikilisinə) və digər təmir-tikinti işlərinə çəkilən xərclərin yarısının alınmasına dair tələbdir, yəni iddiaya cavab verməli olan şəxs Cavabdeh2dır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər; 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Qeyd edilən maddi hüquq normasından və tərəflərin izahatlarından aydın olur ki, İddiaçı və Cavabdeh1 2006-cı ildən faktiki nikah münasibətlərində olmuş, 15 yanvar 2007ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquqi münasibətlər yaranmışdır. Daha sonra Şahbuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, lakin tərəflərin 2021-ci il tarixdən ayrı yaşamaları və həmin tarixədək birgə təsərrüfatı idarə etdikləri müəyyən olunmuşdur. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan Babək rayonu Cəhri qəsəbəsində 0.14 ha torpaq sahəsinin alınmasına, həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə (B tikilisinin), tövlə və digər təmir-tikinti işlərinə çəkilən xərclərin yarısının alınıb iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına mübahisəli torpaq sahəsinin, onun üzərində yerləşən tövlə, fərdi yaşayış evini (B tikilisi) və digər təmir-tikililərin inşa olunmasını qeyd etmiş və bu halların təsdiqi kimi şahidləri sübut kimi göstərmişdir. Cavabdeh tərəf isə Babək rayonu Cəhri qəsəbəsində 0.14 ha torpaq sahəsinin anası G.Babayevinın aldığını, həmin torpaq sahəsinin üzərində yerləşən bütün tkililərə çəkilən xərclərin atası tərəfindən çəkildiyini göstərmiş və bu halların təsdiqi kimi şahidləri sübut kimi göstərmişdir. İddiaçının iddia tələblərinin biri Babək rayonu Cəhri qəsəbəsində 0.14 ha mübahisəli torpaq sahəsinin onunla Cavabdeh1 ilə birgə nikahda olunan zaman alınması və həmin torpaq sahəsinin alınmasına sərf edilən 6000 manat pulun yarısının, yəni 3000 manatının onunla Cavabdeh1 digər Cavabdeh2 alması üçün verilməsi, torpağın alınması verilən 3000 manatın yarısının alınıb ona verilməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən hazırki mübahisəli torpaq sahəsinin onun Cavabdeh1 ilə birgə nikah dövründə aldığına dair sübut təqdim etsə də, həmin torpaq sahəsinin 6000 manata alınmasına və həmin torpaq sahəsinin alınması üçün 3000 manatın cavabdeh tərəfə verilməsini təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid3 şahid qismində izahat verən zaman ilk izahatında təxminən 2015-ci ildə, ayın və günü yadında olmadığını, iddiaçının onu çağırdığını, 2300 manat pulları olduğunu və həmin pulu qaynatasına aparmaq istədiyini, atasının da 700 manat pul verdiyini, ümumilikdə 3000 manat pulu onun maşını ilə İddiaçı qaynatası Məhərrəm kişinin kəndlərindən təxminən 1500 metr aralıda yerləşən bağına apardığını, soruşduğu zaman İddiaçı həmin pulu torpaq almaq üçün qaynatasına verdiyini dediyini, həmin torpaq sahəsinin Babək rayonu Cəhri kəndində olduğunu dediyini, pulu İddiaçı özü yanında sayıb qayınatası Məhərrəm kişiyə verdiyini, torpağın qiyməti barədə onun yanında söhbətin olmadığını, İddiaçı qayınatası Məhərrəm kişi ilə torpaq alınması barədə söhbətlərinin olduğunu, lakin həmin torpaq sahəsinin qiyməti barədə danışmadıqlarını, pulu Məhərrəm kişinin Şahbuz rayonu, Keçili kəndindəki evinə apardıqlarını göstərsə də, daha sonra izahatında 3000 manat pulu Şahid11 İddiaçı atası Nümayəndə verdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Şahid3 bacısı qızı olması, Şahid3 hazırki iş üzrə İddiaçı ilə qohumluq münasibətlərində olduqları üçün onun maraqlarından çıxış edərək Cavabdeh2 pulun alınıb iddiaçıya verilməsində maraqlı olmuşdur. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Şahid3 ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəf istər iddia ərizəsində istərsə də izahatında mübahisəli torpaq sahəsinin 6000 manata alınmasını göstərmişdir, halbuki iş materiallarında olan 26 may 2023-cü il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 5000 manat göstərilibdir. Bu səbəbdən də məhkəmə Şahid3 ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab etmədiyi üçün torpaq sahəsinin alınması üçün onun tərəfindən 3000 manat pulu verməsi barədə istinad etdiyi hal öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi cavabdeh X2 məxsus torpaq sahəsinin üzərində inşa edilmiş tövlə, fərdi yaşayış evi (B tikilisi) və digər təmir-tikinti işlərinin aparılması barədə tələbi ilə əlaqədar qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən istinad edilən Cavabdeh2 məxsus torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin (B tikilisinin), yardımçı tikili tövlə və digər təmir-tikinti işlərin Şahid11 vəsaiti hesabına inşa etməsi, iddiaçı X1 və Cavabdeh1 həmin tikililərin inşasında iştiraklarının olmaması ilə bağlı dəlili məhkəmə araşdırması gedişində sübuta yetirilə bilməmişdir. Bunun əksinə sübuta yetirilmişdir ki, sözügedən yaşayış evi (B tikilisi), yardımçı tikili tövlə və digər təmir-tikinti işləri nikaha daxil olduqdan sonra ər-arvadın birgə gəlirləri hesabına inşa edilmiş, tərəflər arasında münasibətlər pozulduqdan, yəni iddiaçı ilə Cavabdeh1 arasında nikah 2022-ci ilin yanvar ayında pozulduqdan sonra gələcəkdə iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlakdan pay almasının qarşısını almaqdan ötrü yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi və reyestrdə qeydiyyata alınmış yaşayış evi, digər tikililər ər Cavabdeh1 anası Cavabdeh2 adına sənədləşdirilmişdir. İş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah pozulduqdan üç ay sonra (2022-ci ilin aprel ayında fərdi yaşayış evləri A, B, C, D tikililər) tikililər Cavabdeh2 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi (B tikilisi) inşa olunduqdan sonra 2019-cu ildən 2022-ci ilə qədər orada arvad İddiaçı, ər Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan uşaqları yaşamışlar. Onlar arasında bağlanmış nikah pozulduqdan sonra da həmin evdə İddiaçı iki ilə yaxın müddətdə yaşamağa davam etmişdir. Həmçinin ər-arvadın birgə nikah dövründə inşa etdiyi həmin yaşayış evi və digər tikililər Cavabdeh2 adına sənədləşdirilərkən bunun qarşılığında ər və ya arvada evin dəyəri ödənilməmişdir. Sözügedən hallar məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, yazılı sübutlar, digər sübutlarla yanaşı yoxlanıb qiymətləndirilmiş işdə iştirak edən şəxslərin öz izahatları ilə təsdiqini tapmışdır. Məhkəmə iclasında mübahisəli yaşayış evində, tövlə və digər təmir-tikinti işlərin iddiaçı tərəfindən tikinti materiallarının bir qismini alması işdə iştirak edən şəxslərin və şahidlərin üst-üstə düşən izahatları ilə təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsində yerləşən tikililərin (A,B,C,D olan tilililər) inşasına sərf olunan xərclərin Cavabdeh1 atası Şahid11 vasitəsilə ödənilməsi və tikintisinin onun tərəfindən aparılması barədə cavabdehlərin istinad etdiyi dəlillər isə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə baxışı iclasında cavabdeh tərəfindən izahat verən Şahid11 izahatında Cavabdeh1 oğlu, Cavabdeh2 isə arvadı olduqlarını, tarixləri xatırlamadığını, mübahisəli torpağı Babək rayonu, Cəhri kəndində Tofiq müəllimdən 5000 manata aldığını, öz pulu ilə aldığını, torpaq alınması üçün ona heç kimin pul vermədiyini, torpağı aldıqdan sonra bir il boş qaldığını, sonra həmin torpaq üzərində hər iki evin “sokolunu” himini tökdüyünü, bir il daha keçdikdən sonra tikintisinə başladığını, həmin torpaqda üç ev olduğunu, evin birini özü üçün, birini oğlu Amil, digərini isə oğlu Təbriz üçün tikdiyini, nəvələri Firudinin uşaqlarının məktəbə gedib-gəlmələri uzaq olduğuna görə çətinlik çəkdiklərini, ona görə Firudin və ailəsini Babək rayonu, Cəhri kəndində yaşamağa apardığını, öz qaldığı evi əmisi oğlunun tikdiyini, digərinin tikintisinin “pəncərə başı”na çatanda ona kömək edildiyini, qudası Məhərrəmin dörd pəncərə və laminant aldığını, laminantı isə oğlu Firudinin satdığı yanıbalalı qoyunun pulu ilə aldıqlarını, laminantın nə qədər olmasını xatırlamadığını, evləri özünün tikdiyini, tikinti materiallarının hamısını oğlu Amilin aldığını, pulunu isə onun verdiyini, artesian su quyusunu onun qazdırdığını, pulunu isə oğlu Amilin verdiyini, evin dam örtüyü “şiferini” də oğlu Amilin aldığını, pulunu isə hissəhissə ödədiklərini, oğlu Amilin həmin vaxt restoranda işlədiyini, gəlirlərini bilmədiyini, onun həmin zaman 200 manatdan artıq pensiya aldığını, 6 baş iribuynuzlu, 60 baş isə xırdabuynuzlu heyvan saxladığını, mal-qaranı satıb mübahisəli torpağı həyat yoldaşı Güləbətinin adına aldıqlarını göstərmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid11 3000 manat pulun ona verilmədiyini, İddiaçı torpaq alınmasına ona pul vermədiyini, tikinti işləri zamanı iddiaçı tərəfindən onun evdə olmadığı zaman iki kisə sement gətirildiyini, qudası Məhərrəmin həmin sementləri aldığını dediyini, oğlu Amilin iş bilən kimi gedib materialları aldığını, pulunu da onun verdiyini, oğlu Amil və Təbrizin pul köməkliyi də etdiklərini, oğlu Firudinin isə heç bir köməklik etmədiyini, nasosu və hidroforu da oğlu Amilin aldığını, pulunu isə onun özünün verdiyini, hər iki evi yaz fəslində başlayıb payız fəslində tikib qurtardığını, həmin evin tikintisinə çəkilən xərcləri onun qarşıladığını, oğlu Firudinin heç bir köməkliyi olmadığını, boşanmadan sonra iddiaçının həmin evdə iki ilə yaxın qaldığını, onun altı baş iribuynuzlu və altmış baş xırdabuynuzlu malını satıb mübahisəli torpaq sahəsini aldığını, qalan pulla isə evin tikintisinə xərclədiyini, oğlu Firudinin heyvanının olmadığını bildirmişdir. Məhkəmə Şahid11 Cavabdeh2 əri, Cavabdeh1 isə atası olduğu üçün, onların yaxın qohumluq münasibətində olduğunu nəzər alıb hesab edir ki, onların maraqlarından çıxış edərək Cavabdeh2 pulun alınıb iddiaçıya verilməməsində maraqlı olmuşdur. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Şahid3 ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Şahid11 ifadələrini şübhə altına digər hal isə onun izahatında mübahisəli torpaq sahəsi üzərindəki tikililərin onun tərəfindən tikilməsi və tikinti materialların onun tərəfindən alınması, oğlu Firudinin və iddiaçı tərəfindən həmin tikililərə heç bir köməklik edilməməsini və heç bir xərc çəkilməməsi göstərməsi, Cavabdeh1 isə məhkəmə baxışı iclasında verdiyi izahatında evi atası və qardaşlarının tikdiyini, lakin tikib çatdıra bilmədiyini, evin pəncərələrinin olmamasını, iddiaçı tərəfin evin pəncərəsini aldığını, laminatı da aldığını, kürəkənlərinin də vurduğunu, 350 manat olan yanı balalı qoyununu kürəkənlərinin apardığını, otağın birinin laminatının çatmadığını, 70 manata əlavə laminat alındığını, iddiaçı tərəfin aldığını, evə köçməmişdən qabaq alındığını, digər otaqların laminatlarının qabaqcadan alındığını, həmin vaxt onların birgə nikahda olduqlarını, birlikdə yaşadıqları zaman iddiaçı tərəfin su çəni, nasos aldığını, iddiaçı tərəfdən 10-12 ədəd köhnə çürümüş ağac verildiyini, maşının pulunu atasının 70 manat verdiyini, ağacların pulunu atasının vermədiyini, həmin ağacların pay verildiyini, evdə 80-90 ədəd ağac işlədildiyini, onları da qonum-qonşunun pay verdiyini, laminatın vurulmasına keçmiş bacanağına 350 manat verildiyini, iddiaçının qardaşının onun 6 quzusunu biri 150 manatdan apardığını, pulunu da vermədiyini, hardasa 900 manat pul olduğunu, kafelin vurulması xərcinin hardasa 350-400 manat pul etdiyini, həmin pulu da quzuların pulundan çıxıldığını, onun özünün hardasa 35 baş quzusu olduğunu, altısını iddiaçının qardaşının aldığını, qalanını isə satıb evin şiferinin vurulmasına atasına köməklik etdiyini, nə torpaq alınmasına, nə artesian vurulmasına, nə də kubikə və pirketə onun pul vermədiyini, sadəcə şiferin alınmasına köməklik etdiyini, onun kənddə mal-heyvan saxladığını, saxladığı mal-heyvanların özünün olduğunu, özünün hardasa 35-ə yaxın heyvanının olduğunu, evin bir sırasına ustanın 43 manat pul alaraq hördüyünü, atasının köçüb Şahbuz rayonu, Keçili kəndinə getdiyi üçün iddiaçı tərəfin onların köçüb həmin evdə yaşamaları üçün evin üst hissəsini hördürdüyünü, həmin vaxt evin qapı pəncərəsinin olmadığını, həmin evin tikintisi və istifadə üçün iddiaçı və nümayəndəsinin bir qapı, dörd pəncərə, bir fertuçka və bir nasos aldıqlarını, həmin evin tikintisində atasının, onun və qardaşının işlədiklərini, evin gəcini isə 800 manata vurdurduqlarını, 600 manatını qardaşı, 200 manatını isə onun quzusunun pulundan iddiaçı tərəfin verdiyini, iddiaçı tərəfindən onların həyətinə 7-8 kisə sement, 5 kisə gəc gətirildiyini, bundan başqa materialın gətirilmədiyini, həmin materialların da həyətdəki tövlənin tikintisində istifadə edildiyini, onların həyətinə 130 pirket, 7 ədəd isə qələmə gətirildiyini, evin bünövrəsini usta ilə bir metrəsini 5.5 manata danışdığını göstərməsidir. Belə olan halda cavabdeh tərəfindən təqdim olunmuş Şahid11 ifadəsini cavabdehin iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Bu səbəbdən məhkəmə Şahid11 ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab edilmədiyi üçün Babək rayonu, Cəhri qəsəbəsində Cavabdeh2 məxsus torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin (B tikilisinin), yardımçı tikili tövlə və digər təmir-tikinti işlərin Şahid11 vəsaiti hesabına inşa etməsi, iddiaçı X1 və Cavabdeh1 həmin tikililərin inşasında iştiraklarının olmaması ilə bağlı barədə istinad etdiyi hal öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iddia tələbinin həyətyanı sahədə artesian su quyusunun qazılması ilə bağlı çəkilən xərcin yarısının alınıb iddiaçıya verilməsi hissəsində qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı həyətyanı torpaq sahəsində qazılmış artesian su quyusunun çəkilən xərcin onun sabiq əri Cavabdeh1 tərəfindən ödənilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı izahatında iddia ərizəsində göstərilən artesian su quyusunun ailəsi ilə həmin evə, yəni “B” tikilisi olan evə köçməmişdən əvvəl qaynı ilə razılaşdırılaraq 1200 manat qazdırdığını, həmin pulun isə onun sabiq əri Cavabdeh1 ödəməsini göstərsə də, Cavabdeh1 isə izahatında artesian su quyusunun qardaşının qazdırdığını və pulunu da qardaşının ödəməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin izahatı ilə mübahisəli torpaq sahəsində iki yaşayış evinin 2018-2019-cu illərdə inşa edilməsi müəyyən olunur. Həmçinin həmin yaşayış evinin biri, “A” tikilisi ilk olaraq 2018-ci ildə inşa edilmiş və həmin evdə Cavabdeh2 ailəsi ilə yaşamış, daha sonra təxminən bir ildən sonra digər tikili (B tikilisi) 2019-cu ildə tikildikdən sonra orada İddiaçı, sabiq əri Cavabdeh1 və uşaqları yaşamışlar. Bununla da müəyyən olunur ki, mübahisəli evə iddiaçı köçməmişdən, əvvəldən artesian quyusu mövcud olubdur. Həmçinin məhkəmə iddia tələbinin mübahisəli yaşayış evinə telefon çəkilişi ilə əlaqədar çəkilən 100 manat xərcin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində də hesab edir ki, təmin edilməməlidir. Belə ki, iddiaçı həmin xərcin çəkilməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə bildirmək istəyir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə onun keçmiş ərinin birgə nikah dövründə əldə etdiyi əmlakı hər hansı qanuni əsas olmadan əldə etməklə əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində həmin əmlakdan iddiaçıya çatacaqları geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sözügedən fərdi yaşayış evinin “B” literli tikilisi olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsində yardımçı tikili olan tövlə və artesian quyusunun tikintisində və təmirində sərf olunmuş xərclərin müəyyən olunması məqsədilə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 988 nömrəli ekspert rəyi ilə ekspert bu nəticəyə gəlmişdir ki, rəyin tədqiqat işlərində göstərilənləri nəzərə alaraq, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən “B” literli tikilisi olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsində 2016-2019-cu illər ərzində aparılmış müxtəlif növ tikintiquraşdırma və təmir işlərinin (yardımçı tikili olan tövlə və artesian quyusu daxil olmaqla) tikintisində və təmirində işlədilməsi qeyd edilən tikinti materialların da alınmasında təqribən 14064.09 (on dörd min sıfır altmış dörd manat, sıfır doqquz qəpik) manat məbləğində olduğu müəyyən edilir. Həmçinin qeyd edilən ekspert rəyinin tədqiqat hissəsinin smeta bölməsində həyətyanı sahədə su quyusunun qazılmasının ümumi qiyməti (35*30) 1050 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin həyətyanı sahədə artesian su quyusunun qazılması ilə bağlı çəkilən xərcin yarısının alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən fərdi yaşayış evinin “B” literli tikilisi olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsində yardımçı tikili olan tövlənin və digər təmirtikintisində sərf olunmuş xərclərin dəyəri (140xx.xx-1050) 13.014,09 (on üç min sıfır on dörd manat, sıfır doqquz qəpik) manat məbləğində hesablanmalıdır. Məhkəmə ekspert rəyini qiymətləndirərək hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə almışdır. Beləliklə, məhkəmə yekun olaraq belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən əsasslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 6507 (altı min beş yüz sıfır yeddi) manat pul alınaraq İddiaçı ödənilməli, iddia verilən zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6507 (altı min beş yüz sıfır yeddi) manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilən zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar