Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-24/2024 08.01.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, iddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızının cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğluna qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 28 noyabr 2013-cü il tarixdə doğulmuş X3 və 06 iyun 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğlundan hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızının 08 yanvar 2024-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş vəsatətində cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğlu ilə barışıb birgə yaşadığını, mülki işə onun iştirakı olmadan baxılıb, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən məhkəmə işə iddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğluna qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızının vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızının cavabdeh Cəfərlı̇ Məhəmməd Yaşar oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı Cəfərlı̇ Kəmalə Akı̇ f qızına geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-24/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-24/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver