Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-298/2025 18.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X17 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “24” dekabr 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək övladı xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 246 (iki yüz qırx altı) manat sabit məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdeh X10 ilə nikahımız xx.xx.2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin 2(090)-272/2023 saylı qətnaməsi ilə pozulmuş xx.xx.2010-cu il təvəllüdlü X15 hazırda mənim himayəmdədir. Övladımın maddi ehtiyacını qarşılamaq hər ikimizin borcudur. Buna görədə mən övladımın anası X5 oğlumuz xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 (iki yüz qırx altı) manat aliment tələb edirəm. cavabdehin bunun üçün maddi imkanı vardır. Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət olunsa da cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu barədə Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış da verilmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatlarında iddiasını müdafiə etdiyini, yaşayış ehtiyaclarının çətin olduğunu, oğlunun uşaqlıqdan nasaz olduğunu, 2008-ci ilin aprel ayında cavabdehlə nikahlarının bağlanıldığını, birgə nikahdan övladlarının doğulduğunu, 2010-cu ilin aprel ayının 25-də oğlunun anadan olduğunu, digər övladlarının 2006 və 2008-ci il tarixlərdə doğulduğunu, qızlarının yetkinlik yaşına çatdıqlarını, oğlunun isə yetkinlik yaşına çatmadığını, oğlunun səfərbərlik xidmətində komissiyadan keçirilərkən böyrəyində büzüşmə olduğunu öyrəndiklərini, bununla bağlı müalicə aldığını, bundan əlavə beş fəndən hazırlıqlara getdiyini, oğlunu müalicə edən həkimin burada olmadığından, Gürcüstan Respublikasına getdiyindən sübut təqdim edə bilmədiyini, uşağın əvvəldən özünün yanında yaşadığını, üç ildir cavabdehlə ayrıldıqlarını, uşağı saxlamaqda çətinlik çəkdiyini, geyim əşyaları, ərzaq məhsullarının baha olduğunu, buna görə uşağın saxlanması üçün cavabdehdən aliment alınmasını istədiyini, cavabdehlə nikahlarının 2023-cü ilin noyabr ayında pozulduğunu, həmin zamandan uşağın onun yanında yaşadığını, 2025-ci ildə aliment təyin olunduğunu, sonra qızının anasının yanına getdiyini, cavabdehlə aliment barədə razılaşdıqlarını, daha sonra cavabdehin qızının saxlanması üçün ödədiyi pulu geri istədiyini, cavabdehin əlavə gəlirlərinin olduğunu, uşağın anası ilə görüşmək istəmədiyini, sonuncu dəfə qarşılıqlı olaraq ikisinin də alimentdən imtina etdiklərini, cavabdehin yanında qalan uşağının 18 yaşının tamam olduğunu, qızının hazırda işlədiyini, maaşını anasının aldığını, alimenti daimi almaqdan imtina etmədiyini, alimentdən icra qaydasında imtina etdiyini, icraatın dayandırıldığını, xitam verildiyini, uşağı saxlamaqda çətinlik çəkdiyini, oğlunun ayaqqabılarının cırıq olduğunu, imkanı çatmadığından ayaqqabı ala bilmədiyini, oğlunun müalicə aldığını, kredit ödənişlərinin olduğunu, alimentin icra qaydasında icraatına xitam verilməsi barədə qərardan məlumatının olmadığını, vəziyyətinin çox pis olduğunu, uşağın saxlanmasında çətinlik çəkdiyini, əlavə təqdim ediləcək sənədlərinin və sübutlarının olmadığını, cavabdehin gözündə heç bir problem olmadığını, özünün də onu dəfələrlə həkimə apardığını, cavabdehin gözündə quruluq olduğunu, damcı dərman istifadə etdiyini, əmək haqqısının 800 manat olduğunu bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatlarında iddianı qəbul etmədiyini, iddiaya etiraz etdiyini, bundan əvvəl iddiaçının ona qarşı aliment tələbindən imtina etdiyini, hal-hazırda kirayədə yaşadığını, qızının özünün yanında yaşadığını, hazırda sosial işçi işlədiyini, 400 manat əməkhaqqı aldığını, iddiaçının uşaqla görüşməyinə də imkan vermədiyini, gözündə narahatlığının olduğunu, müalicəyə ehtiyacı olduğunu, hal-hazırda kirayədə yaşadığını, 200 manat kirayə pulu verdiyini, qızı Vüsalənin özünün yanında yaşadığını, hazırda sosial işçi işlədiyini, maddi vəziyyətinin pis olduğunu bildirmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 16 yanvar 2026-cı il tarixli etirazda göstərmişdir ki, İddiaçı mənə qarşı aliment tələbinə dair verdiyi yeni iddia ərizəsi ilə razı deyiləm. Aramızda aliment məsələsi daha əvvəl məhkəmə tərəfindən araşdırılmış, qarşılıqlı razılaşma əsasında hər iki tərəfin aliment tələbindən imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qanuni qüvvəyə malik həmin məhkəmə qərarı ilə aliment münasibətləri üzrə hüquqi sabitlik yaranmışdır. Hazırda uşaqlardan biri mənim, digəri isə iddiaçının faktiki himayəsindədir və hər bir valideyn öz yanında yaşayan uşağın saxlanma xərclərini özü qarşılayır. Bu şəraitdə iddiaçının əvvəllər imtina etdiyi aliment tələbi üzrə yenidən məhkəməyə müraciət etməsi hüquqi müəyyənlik, prosessual sabitlik və vicdanlı davranış prinsiplərinə ziddir. Həmçinin qeyd etmək istəyirəm ki, hal-hazırda Şahbuz şəhərində kirayə yaşayıram. Sosial işçi kimi işləyirəm. Qızım X3 şəhərində yerləşən tibb kollecinin İ kursunda təhsil alır. Gündəlik Şahbuz-Naxçıvan gedib gəlir. Aldığım maaş isə kirayə pulumuzu və qızımın yol və təhsil xərclərini ödəmir. Kommunal və ərzaq xərclərini güc-bəla ilə qarşılayıram, bəzən isə heç onlara da pulum çatmır. Həmçinin iddiaçı yəni qızımın atası İddiaçı qızının təhsil və yol xərclərinə heç bir köməklik etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçının aliment tələbinin təmin edilməməsini xahiş edirəm. İş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyatda şöbəsi tərəfindən verilmiş 23 dekabr 2025-ci il tarixli, 6409 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması haqqında “10” yanvar 2024-cü il tarixdə, 02 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 338931 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 25 aprel 2010-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin “20” noyabr 2023-cü il tarixli, 2(090)-272/2023 nömrəli qətnamədən çıxarışdan iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Şahbuz rayon Qeydiyyat şöbəsində 01 aprel 2008-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra 01 may 2006-cı ildə doğulmuş X11, 21 yanvar 2008-ci ildə doğulmuş X12 və 25 aprel 2010-cu ildə doğulmuş X15 ataları İddiaçı yanında saxlanılmasının qət edilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-210/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinasının qəbul olunması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "Elektron notariat" X2 çıxarışdan müəyyən olunur ki, hazırkı mülki iş üzrə İddiaçı xx.xx.2026-cı il tarixdə Şahbuz Rayon Notariat Ofisində verdiyi ərizəsində Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 07 noyabr 2024-cü ildən hesablanmaqla 25 aprel 2010-cu ildə doğulmuş X15 və 21 yanvar 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat aliment alınaraq onun xeyrinə ödənilməli olmasını, məhkəmənin müəyyən etdiyi vaxtdan bu günə qədər aylar üzrə hər ay aliment pulunu almasını, aliment üzrə borcun olmamasını, Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etməsi müəyyən olunur İş materiallarına əlavə edilmiş ******* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən İddiaçı hər ay əsas və faiz borcundan ibarət 270 manat məbləğində ödənişi kredit müqaviləsi üzrə ödəməsi, kreditin son ödəniş tarixinin xx.xx.2026-cı il olması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosíal Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X16 iş yerinə dair arayışdan Cavabdeh Şahbuz rayon Kommunal Müəssisələr Kombinatı üzrə sosial işçi, ictimai işlər olmaqla, əmək müqaviləsi üzrə: Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləməsi, işçinin aylıq əmək haqqı məbləğinin 400 manat olması müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3/52 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh Şahbuz şəhəri, 28 May küçəsi, 19 nömrəli binanın 1№-li mənzilində pasport qeydiyyatında olmadan yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 17 fevral 2026-cı il tarixli, 3-28-34-15/357/2026 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin göz xəstəlikləri şöbəsində müayinə olunduğu və onun gözlərinin vəziyyətinin VOD=1,0 (vahid), VOS=0,7 (onda yeddi) korreksiya olunmayan olmaqla, diaqnoz: OS – Retinal toksoplazma skarı, 3 aydan bir həkim-oftalmoloq müayinəsi. Daimi Lubrikant damcı salınması, stressdən uzaq olmasının məsləhət edildiyi müəyyən olunur. İş materiallarında olan Şahbuzkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən “19” dekabr 2025-ci il tarixli, 164 nömrəli arayışından görünür ki, İddiaçı Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda dayanır. İş materiallarında olan Şahbuzkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən “23” dekabr 2025-ci il tarixli, 168 nömrəli arayışından görünür ki, X4 rayonu, Şahbuzkənd kəndində qeydiyyatda dayanır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.1-ci və 172.1.1.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması barədə işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin yazılı etirazını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə tərəflərin izahatını, cavabdehin etirazında bildirdiyi halları işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla tərəflərin arasında olan nikah Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)-272/2023 nömrəli məhkəmə qətnaməsi ilə pozulması və tərəflərin birgə nikahından dünyaya gəlmiş 01 may 2006-cı ildə doğulmuş X11, 21 yanvar 2008-ci ildə doğulmuş X12 və 25 aprel 2010-cu ildə doğulmuş X9 ataları İddiaçı yanında saxlanılması, həmçinin həmin iş üzrə cavabdeh İddiaçı 19 oktyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etməsi Cavabdeh ilə aralarında olan nikahlarının pozulacağı təqdirdə övladları Rəqsanə, Vüsalə və Lətifin onun yanında saxlanılmasını xahiş etməsi aliment tələbinin olmadığı göstərildiyindən məhkəmə boşanmadan sonra 01 may 2006-cı ildə doğulmuş X11, 21 yanvar 2008-ci ildə doğulmuş X12 və 25 aprel 2010-cu ildə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulacaq aliment tələbi ilə bağlı məsələyə baxmaması müəyyən olunur. Bundan sonra İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə Cavabdeh 25 aprel 2010-cu ildə doğulmuş X15 və 21 yanvar 2008-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb İddiaçı verilməsi müəyyən olunur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı uşaq tələbi ilə məhkəməy müraciət etmiş, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-84/2025 nömrəli qətnaməsi ilə 21 yanvar 2008-ci ildə doğulmuş X7 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, İddiaçı Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 25 aprel 2010-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 130 manat miqdarında alimentin alınmasına dair icra sənədinin icrasından imtina etdiyindən, qeyd edilən iş üzrə Cavabdeh qıznının aliment tələbinə dair tələbindən imtinası barədə ərizəsinə məhkəmə tərəfindən baxılaraq Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-210/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinasının qəbul olunması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh İddiaçı qarşı uşağın yanında saxlanıldığı müddət ərzində ödəmiş olduğu alimentlə bağlı pul tələbi ilə məhkəməyə müraciət etmiş, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 1040 (bir min qırx) manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2026-cı il tarixli, 2(3-1)- 5/2026 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin olunması, cavabdeh İddiaçı 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh ödənilməsi, apellyasiya şikayətinin və iddia tələbinin qalmış hissədə təmin olunmaması, apellyasiya şikayəti verilərkən cavabdeh İddiaçı tərəfindən ödənilmiş 16 (on altı) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manat hissəsi iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində gəlir məlumatları barədə çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası X30 Xidməti" X28 sürücü vəzifəsində işləməsi və 1104.5 (bir min bir yüz dörd manat, əlli qəpik) manat məbləğində əmək haqqı alması müəyyən olunur. Həmçinin İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində əmlak məlumatları barədə çıxarışa əsasən şəxsin mülkiyyətində “VAZ 21060” markalı, ** BC *** dövlət nömrə nişanlı, “Sedan” tipli, 2003-cü il buraxışlı, ban XTK**********7666, ağ rəngli minik avtomobili olması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində gəlir məlumatları barədə çıxarışa əsasən Cavabdeh "X31" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi vəzifəsində işləməsi və 400 (dörd yüz) manat məbləğində əmək haqqı alması müəyyən olunur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq bildirir ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh alimentlə bağlı iddia tələbindən imtina etmədiyi təqdirdə, tərəflərin hər ikisinin himayəsində uşaq olmasına baxmayaraq, Cavabdeh İddiaçı daha az əmək haqqı alması, yəni Cavabdeh az təminatlı olması əsası ilə, tərəflərin birgə nikahından dünyaya gəlmiş 21 yanvar 2008-ci ildə doğulmuş X1 üçün hər ay sabit məbləğdə aliment Cavabdeh xeyrinə tutulmalı və Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 25 aprel 2010-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 130 manat miqdarında alimentin alınmasına dair icra sənədinin icrasına xitam verilməli olduğu halda, Cavabdeh və İddiaçı alimentdən imtina etməsi səbəbindən həmin iş üzrə icraat xitam verilmişdir. İş üzrə məhkəmə araşdırması zamanı cavabdehin aylıq gəlirlərinin 400 manat olması, hər hansı əlavə gəlirinin olmadığı, eləcə də, maddi imkanının yüksək olmasını təsdiq edən hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh və İddiaçı aliment tələbindən imtinası qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bununla bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının uşağın saxlanması üçün hər ay cavabdehdən sabit pul məbləğində 246 manat vəsaitin tutulması tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən və öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olsa da iddia rədd edildiyindən dövlət rüsumunun ödənilməsi cavabdehə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X8 246 (iki yüz qırx altı) manat sabit məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-298/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-298/2025
18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver