Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-34/2021 23.02.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 110 manat olmaqla, 2 uşaq üçün cəmi 220 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə xx xxxx 2003-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurublar, birgə nikahlarından üç uşaqları olubdur, nikahları 2008-ci ildə Şahbuz Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulubdur, həmin qətnamə ilə uşaqlarının onun yanında saxlanılması və hər bir uşağa 80 manat aliment təyin olunubdur. 2020-ci ilin avqust ayında uşaqlara görə o cavabdeh ilə barışıb və barışdıqlarından öz ərizəsi ilə aliment işinə xitam verilibdir. O cavabdeh ilə 2020-ci ilin avqust ayından 2020-ci ilin dekabr ayınadək bir yerdə yaşayıbdır, cavabdeh ilə barışdıqdan sonra 1 ay normal yola gediblər, qalan vaxtı isə cavabdeh onunla pis rəftar edibdir, onu təhqir edibdir. Cavabdeh ilə ikinci dəfə ayrılmalarının səbəbi kimi cavabdehin spirtli içki qəbul etməsi, ona kredit götürməsinin istəməsi və öz maaşının ona verməsi ilə bağlı söz-söhbətlər olubdur. O cavabdehə kredit götürə bilməyəcəyini bildiribdir, lakin cavabdeh onu kredit götürməyini istəyibdir, onun cavabdeh ilə ayrı yaşadığı müddətdə borcu yaranıbdır, o cavabdehə borclarının olmasını deyibdi və borclarını ödəməsi üçün maaşının ona verə bilməyəcəyini bildiribdir, cavabdeh də onunla razılaşmayıbdır. Hal-hazırda böyük oğlu Fərid 10-cu sinifdə oxuyur və atasının yanında qalır, ona görə də cavabdehdən böyük oğluna görə aliment tələb etməyibdir, böyük oğlunun cavabdeh ilə yaşadığını nəzərə alaraq iki uşağının saxlanılmaları üçün 150 manat alimentin təyin edilməsinə etirazı yoxdur, bu barədə məhkəməyə ərizə də təqdim edibdir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh bildirdi ki, iddiaçı ilə 2003-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurublar, birgə nikahlarından üç övladları vardır, iddiaçı ilə bir müddət normal yola gediblər, sonra isə aralarında olan münasibətlər korlandığından, nikahları 2008-ci ildə Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulubdur, bir müddət sonra onlar barışaraq 2020-ci ilin avqust ayından dekabr ayınadək üç ay bir yerdə yaşayıblar, onlar nikaha daxil olmaq istəyiblər, bir gün səhər tezdən iddiaçı da, o da işə gedib, sonra böyük oğlu Fərid ona zəng vurub deyibdir ki, anası gəlib əşyalarını yığıb iki uşağı da götürüb aparıbdır, o da iddiaçıya zəng vurub soruşduqda iddiaçı ona onunla qalmayacağını evi tərk edib getdiyini deyibdir, iddiaçı gedərkən uşaqlarından ikisini özü ilə aparıb biri isə onun yanında qalıbdır. O iddiaçıya barışmağa cəhd etsə də iddiaçı ilə barışmaları mümkün olmayıbdır, o əvvəllər iddiaçı ilə barışdığına görə qardaş bacıları ilə münasibətləri də pozulubdur. O ailəsinin dağılmaması üçün hər şeyə razı olubdur, onlar avqust ayında barışandan sonra iddiaçı ona 290 manat borcu olduğunu deyibdir, razılaşıblar ki hər ay borcundan ödəsinlər, lakin iddiaçı əlavə borclarının olduğunu deyibdir, yenidən hesablayıblar iddiaçının 400 manat yenə borcu olubdur, ona görə onlar arasında söz-söhbət olubdur. İddiaçı işləyir və əmək haqqı alır, lakin ona onun puluma dəyməməsini ,iddiaçının özünün xərcləməsini istəyir, o da iddiaçıya aldığı əmək haqqı ilə ailənin saxlamasında çətinlik çəkdiyini, onun köməklik etməsini deyibdir. O iddiaçıdan kredit götürməsi üçün zamin durmasını istəyibdir, krediti də götürüb maşın almaq istəyibdir, iddiaçı razı olmayıbdır, buna görə də aralarında söz-söhbət olubdur, o kreditə görə iddiaçının çox üstünə getməyibdir, o hal-hazırda işləyir və 282 manat əmək haqqı alır, əlavə olaraq 80 manat da müharibə veteranı kimi pensiya alır, böyük oğlu onunla birlikdə yaşayır və onun bütün tələbatlarını o ödəyir, iddiaçının tələb etdiyi alimenti onun ödəmək imkanı yoxdur, o iddiaçıya iki uşağa görə 150 manat aliment ödəməyə razıdır, bu barədə məhkəməyə ərizə də təqdim edibdir, sonda Cavabdeh qeyd edilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İİ seriyalı, 034035 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx xxxx 2003-cü il tarixdə Şahbuz rayon Kolanı KİN-də bağlanmış, bu barədə nikahın bağlanması haqqında kitabında 09 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Fətullayeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İİ seriyalı, 221079 nömrəli nikahın pozulması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx xxxxxx 2008-ci il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın bağlanması haqqında kitabında 22 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 335307 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2009-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 669600 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X10 xx xxxx 2012-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-134/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxx 2005-ci il tarixdə anadan olmuş X6, xx xxxxxx 2009-cu il təvəllüdlü X9 və xx xxxx 2012-ci il tarixdə anadan olmuş X10 anaları X3 yanında saxlanılmaları, xx xxx 2018-ci il tarixdən hesablanmaqla xx xxxx 2005-ci il tarixdə anadan olmuş X6, xx xxxxxx 2009-cu il təvəllüdlü X9 və xx xxxx 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda hər bir uşağın saxlanılmasına 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləği olan aliment pulu alınıb X1 verilməsi müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon İcra və Probasiya Bölməsinin xx xxxxxx 2020-ci il tarixli icraata xitam verilməsi haqında qərarı ilə Şahbuz Rayon Məhkəməsinin 2(090)-134/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinə xitam verilməsi müəyyən olunur. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, hal-hazırda tərəflərin birgə nikahlarından olan digər uşaqları olan xx xxxx 2005-ci ildə doğulmuş X4 Cavabdeh yanında yaşayır, eyni zamanda İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən iki uşağa görə 150 manat alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X5 analarının himayəsində yaşamalarını, uşaqların yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu nəzərə aldıqda, Cavabdeh hər ay hər bir uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit məbləğdə alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Məhkəmə bununla da hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməldir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 20.45 (iyirmi manat, 45 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalmış hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 20.45 (iyirmi manat, 45 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-34/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-34/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver