Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-54/2024 18.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Tarverdı̇ yev Elçı̇ n Tarverdi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 28 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 29 iyun 2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikahlarını rəsmiləşdirib ailə qurublar. Onların həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 adlı bir nəfər övladları doğulubdur. Onlar ailə qurduqları ilk vaxtlardan ailə münasibətləri normal olmayıbdır. Evləndikdən təqribən 1 ay sonra Tusi demək olar ki, hər gün ona şiddət göstərərək onu nalayiq ifadələrlə söyüb-təhqir edib, həm fiziki, həm də psixoloji şiddət göstərdiyindən 2023-cü ilin noyabr ayından azyaşlı uşağı ilə birlikdə atası evinə qayıdıbdır. Həmin tarixdən bu günkü günədək ayrı yaşayır. Azyaşlı oğlu Tibet onun yanında qaldığına görə onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Tusinin aylıq əmək haqqısının və sair gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin müəyyən edilməklə ona verilməsini istəyir. Hal-hazırda özü heç bir yerdə işləmir, Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Tibet elə yaş həddindədir ki, onun yeyib-içməsinə və digər xərclərinə pul lazım olur, tək qadın olaraq o, bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da onların ailə büdcələrinə təsir edir. Tusi hal-hazırda Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətində işləyir və yüksək məbləğdə qazanc əldə edir. O, aliment tələbi üçün X2 ilkin mediasiya sessiyasında iştirak eləsə də cavabdeh mediasiya prosesində iştirak etmədiyindən orada məsələ öz müsbət həllini tapmamış, bununla bağlı məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Cavabdeh Şahbuz Rayon Məhkəməsinin ünvanına 26 fevral 2024-cü il tarixdə daxil olmuş etiraz ərizəsində iddiaçı Aysu ona qarşı iddia ərizəsi yazaraq birgə nikahlarından olan övladları X1 üçün ondan aliment tələb edir. O, sözügedən iddia ərizəsini qismən qəbul edir. Belə ki, ondan, yəni Cavabdeh 28 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq əmək haqqısından tutulacaq alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsini, 50 faizinin isə uşağın anasının sərəncamına verilməsini qəbul edir. İddiaçı sözügedən iddia ərizəsində onun ünvanına şər və böhtan xarekterli ifadələr qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərdiklərini o qəbul etmir. Ona qarşı söylənilən yalan və böhtandan başqa bir şey deyil. İddiaçı Aysu öz iddia ərizəsində göstərir ki, guya o, 2023-cü ilin noyabr ayından atasının evində yaşayır. Əslində isə o, iddiaçı və uşaqları 2024-cü ilin yanvar ayının 6-na kimi Bakı şəhəri, Yasamal rayonunda kirayədə qaldıqları ünvanda bir yerdə yaşamışlar. İddiaçı 2024-cü ilin yanvar ayının 6-da təyyarə ilə Bakıdan Naxçıvana gedib. Həmin təyyarə biletinidə iddia ərizəsinə əlavə edibdir. Eyni zamanda Aysu göstərir ki. guya o ona şiddət göstəribdir. Belə ki, 2023-cü ilin dekabr ayının 22-də o evə saat 1200-da qayıdibdır. Evə qayıdanda isə kirayədə yaşadıqları evin qapısının içəridən bağlı olduğunu görübdür. Nə qədər desə də Aysu evin qapısını açmadı. Həmin vaxt Aysunun qapını açmamasının səbəbini öyrənmək məqsədi ilə məcburiyyət qarşısında qalıb onun atassına zəng edibdir. Bunu eşidən Aysu eyni anda ondan polisə şikayət edibdir. Halbuki o hələ evə daxil olmayıb. Aysunun polis idarəsinə zəng etdiyini eşidəndə yanlış anlaşılmaması üçün yaşadıqları evin həyətinə düşübdür. Həyətdə bir qədər gəzdikdən sonra yaxınlıqda yerləşən marketə gedib evə və uşağa lazım olan bəzi əşyalar da alıbdır. O, marketə gedəndən sonra isə evlərinə polis gəlibdir. Onu da polis ona zəng edəndən sonra bilibdir. Sonra da həmin polislə yaşadıqları evin həyətində görüşüb, baş vermiş hadisə barəsində onunla danışıbdır. Aysuya qarşı onun tərəfdən heç vaxt, heç bir şiddət göstərilməyib, əgər belə bir şey baş vermiş olsaydı yəqinki, polis onu inzibati qaydada cəzalandırardı. Ona görə də Aysuya qarşı hər hansı qaydada şiddət göstərməyindən söhbət gedə bilməz. Belə bir hal da heç vaxt baş verməyib. O, Aysuya nə vaxtsa şiddət göstərmişəmsə onda niyə bu barədə ortada hər hansı birsənəd yoxdur.uşağın xeyrinə ondan tutulacaq məbləğin 50 faizinin uşağın gələcəyi naminə uşağın adına açılmış bank hesabına köçürülməsini, Cavabdeh 28 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, aylıq əmək haqqısından tutulacaq alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsini, digər 50 faizinin isə uşağın anasının sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışı iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı atası-nümayəndəsi Nümayəndə1, Cavabdeh isə atası-nümayəndəsi Nümayəndə2 vasitəsilə təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək izahatında qızı Aysunun Tusi ilə 29 iyun 2022-ci ildə ailə həyatı qurduğunu, onların həmin nikahdan X3 doğulduğunu, uşağın xəstə olduğunu, davamlı müayinə və müalicəyə ehtiyac yarandığını, bu səbəbdən də uşağın müalicəsinə daha çox pul xərcləndiyini bildirərək məhkəmədən iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Tarverdı̇ yev Elçı̇ n Tarverdi oğlu izahatında oğlu Tibet ilə Aysunu barışdırmağa cəhd etdiklərini, lakin artıq onların barışmaqlarının mümkünsüz olduğunu, oğlu Cavabdeh saxlanması üçün təyin olunacaq alimentin 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbinin baxılmamış saxlanılmasını, uşağın saxlanılması üçün Cavabdeh əmək haqqısı və sair gəlirlərinin (qazancının) dörddə bir hissədə alimentin tutularaq Cavabdeh saxlanılması üçün İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini, bu barədə məhkəməyə ərizə də təqdim etdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 517999 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah 29 iyun 2022-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2717 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Tarverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 944835 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 28 oktyabr 2023-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında İddiaçı, ata qrafasında isə Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə İddiaçı Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tərəflərin 29 iyun 2022-ci ildə rəsmi nikaha daxil olmaları, onların nikahlarından 28 oktyabr 2023-cü il təvəllüdlü X3 doğulması, tərəflərin ayrı yaşaması, onların birgə nikahlarından doğulmuş Cavabdeh hazırda anası iş üzrə İddiaçı yanında qalması və Cavabdeh uşağın saxlanılmasında iştirak etməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə hesab edir ki, uşağın anasının himayəsində yaşamasını, onun yaşını, gündəlik tələbatları nəzərə alınaraq 28 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “08” fevral 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “08” fevral 2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-54/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-54/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver