Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-61/2021 13.04.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “15” mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün 175 (bir yüz yetmiş beş) manat sabit məbləğində olmaqla iki uşağın saxlanılması üçün cəmi 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxx 2016cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, onların birgə nikahlarından iki övladı xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxxxxxxx 2019-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onlar ailə həyatı qurub Naxçıvan şəhərində kirayə yaşayıblar, bir müddətdən sonra cavabdehlə atası evində yaşayıblar, cavabdeh işsiz olduğu üçün işləməsi üçün Türkiyə Respublikasına gedibdir, cavabdeh orada işləyib arada gəlib-gedibdir, Cavabdeh 2019-cu il tarixindən onları atam evində (Şahbuz rayon Daylaqlı kəndi) qoyub öz yaşadığı Saatlı rayon, Hacıqasımlı kəndinə gedibdir, həmin vaxtdan o uşaqlarını təkbaşına saxlayır. Oğlu Yusif ana südü ilə tam qidalana bilmədiyindən o uşağa aid südləri alır ona da maddi imkanı çatmır, uşağın yeməyini çatdıra bilmir, uşaq azyaşlı olduğundan heç bir yerdə işləmir. Bu səbəbdən də cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmasını istəyir. Əlavə olaraq İddiaçı bildirdi ki, cavabdehin 200 manat aliment ödəyə bilməsi ilə razı deyil, cavabdeh Saatlı rayonunda ata-anası ilə birlikdə yaşayır, cavabdeh onları tərk edib getdiyi 1 il 1 ay müddətində maddi yardım etməyir, hər iki uşağa o tək baxa bilmir, cavabdeh isə onlara yardım etmir, cavabdeh işləyir və əmək haqqı alır, amma gəlirinin nə qədər olduğunu tam dəqiq bilmir, cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir, sonda İddiaçı göstərilənləri nəzərə alınaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və iştirak etməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində Naxçıvan Muxtar Respublikasının ünvan 1i İddiaçı ona qarşı birgə nikahlarından xx xxxx 2017-ci ildə anadan olmuş X3 və xx xxxxxxxx 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün, hər bir uşağa 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə iki uşağa görə hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrimə verilməsi tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon məhkəməsində iddia qaldırdığını, həmin iddia ərizəsinin icraata qəbul edildiyini, mülki işin hazırlıq iclasının xx xxxx 2021ci il tarixə təyin edildiyini, Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, sözügedən iddiaya etiraz etdiyini, həmin məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdeh olaraq öz hüquqlarından istifadə etdiyini, etirazını aşağıdakı fikirləri ilə əsaslandırdığını, Naxçıvan Muxtar Respublikasının ünvan 1i İddiaçı ondan yüksək miqdarda aliment tələb etdiyini, övladları Damlaya və Yusifə aliment verməkdən imtina etmədiyini, hal-hazırda "xxxx” MMC-də fəhlə işlədiyini, X1 sistemindən aldığı arayışı və sosial arayışı etirazına əlavə etdiyini, 350 (üç yüz əlli) manat əmək haqqı aldığını, özünün xəstə olduğunu, mütəmadi müalicə aldığını, övladı Damlanın və Yusifin yetkinlik yaşlarına çatana kimi hər ay cəmi 200 (iki yüz) manat aliment ödəyə biləcəyini, bundan əlavə imkan daxilində övladına maddi dəstək olacağını nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 069684 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah “13” dekabr 2016-cı il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 748591 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 “13” iyul 2017-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 168881 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 “20” sentyabr 2019-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və cavabdehin etiraz ərizəsini, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində “13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 manat alimentin alınaraq ona verilməsini tələb etsə də Cavabdeh gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində övladı Damla və Yusifin yetkinlik yaşlarına çatana kimi hər ay cəmi 200 (iki yüz) manat aliment ödəyə biləcəyini, bundan əlavə imkan daxilində övladına maddi dəstək olacağını nəzərə alınmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş manat) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, 13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X4 analarının himayəsində yaşamalarını, uşaqların yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu nəzərə aldıqda, Cavabdeh hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit məbləğdə alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “15” mart 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 17,20 (on yeddi manat, 20 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq iddiaçı X5 verilsin. İddia qalmış hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli “15” mart 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 17,20 (on yeddi manat, 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-61/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-61/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver