Məhkəmə qərarları › İş №2(090)-76/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-76/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-76/2022 04.05.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı 01 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13 dekabr 2008-ci il təvəllüdlü X3 və 04 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 193 manat olmaqla, cəmi birlikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 30 avqust 2007-ci il tarixdə Şahbuz rayon İcra Hakimiyyəti Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, onların həmin nikahdan 13.12.2008-ci il təvəllüdlü X3 və 04.10.2013-cü il təvəllüdlü X7 adlı iki nəfər övladlarının doğulduğunu, Elşadla ailə qurduqları ilk gündən xasiyyətlərinin tutmadığını, bu səbəbdən də yola gedə bilmədiklərini, evli olduqları bu müddət ərzində Elşadın ona başqa qadınlarla xəyanət etdiyini, buna görə də dəfələrlə uşaqlarını da özü ilə birlikdə götürüb acıq edərək atası evinə gedib orada yaşadığını, lakin həmişə də övladlarına görə məcbur qalıb barışdığını, hər iki övladının xəstə olduğunu, qızı Aytənin skalyoz və ürək qüsurlu xəstə olduğunu, oğlu Əlinin də ürək qüsurlu xəstə olduğunu, hər iki uşağın da əməliyyat olunmalı olduğunu, Elşadın bütün bunlara baxmayaraq həmişə evdə dava-dalaş yaradıb onu döyüb yola vermədiyini, sonuncu dəfə 20 yanvar 2022-ci il tarixdə Elşadın onu evdən qovduğunu, o da xəstə övladlarını özü ilə birlikdə götürüb atası evinə gəldiyini, həmin vaxtdan da ailə münasibətlərinin kəsildiyini, Elşadın nə onunla, nə də ki uşaqlarla maraqlanmadığını, uşaqların xəstə olduğunu, bu səbəbdən də onları nəzarətsiz qoyub heç bir yerdə işləyə bilmədiyini, atasının köməkliyi ilə uşaqları ilə birlikdə çox çətinliklə dolandığını, uşaqların yeyib-içməyini, geyimini və digər təminatlarını ödəməyin çox çətin olduğunu, Elşadın usta işlədiyini, ev tikib təmir etdiyini və kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə etdiyini, buna görə də uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh (ataları) Cavabdeh aliment tələb etdiyini, mediasiyaya müraciət etdiyini, lakin heç bir müsbət nəticə alınmadığını, bu səbəbdən də məhkəməyə müraciət etməyinin ona tövsiyyə olunduğunu, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, artıq dörd aydan çoxdur ki, uşaqları ilə birlikdə Naxçıvan şəhərində atasına məxsus evdə yaşayır, bu müddət ərzində cavabdeh ailəsi ilə maraqlanmayıbdır, onlara maddi köməklik göstərməyibdir, onun uşaqları ürək xəstəsidir və müalicəyə ehtiyacları vardır, cavabdehin rəsmi iş yeri yoxdur, onun gəlirləri barədə məhkəməyə təqdim edəcək hər hansı bir sübutu yoxdur, o, uşaqlarının saxlanılmaları üçün cavabdehdən hər bir uşağa görə 130 manat alimentin tutulmasına etiraz etmir, bu barədə o, məhkəməyə ərizə də veribdir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 11 oktyabr 2021-ci il tarixli, 05-52 nömrəli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yaşayır və pasport qeydiyyatında dayanır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 30 mart 2022-ci il tarixli, 03-86 nömrəli arayışdan görünür ki, cavabdeh İddiaçı Şahbuz rayonu, Qızıl Qışlaq kəndində pasport qeydiyyatında dayanır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı, 258338 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 30 avqust 2007-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş, nikahın bağlanmasından sonra qadına “Adıgözəlova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2009-cu il tarixli, AZ-İİ seriyalı, 335330 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 13 dekabr 2008-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2013-cü il tarixli, AZ-İİ seriyalı, 856714 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 04 oktyabr 2013-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.1.1-ci maddəsinin tələbinə görə işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində cavabdehin usta işlədiyini, ev tikib təmir etdiyini və kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə etdiyini, buna görə də 13 dekabr 2008-ci ildə doğulmuş X3 və 04 oktyabr 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə iki uşağa görə 386 manat alimentin alınaraq ona verilməsini tələb etsə də Cavabdeh gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 dekabr 2008-ci ildə doğulmuş X3 və 04 oktyabr 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Eyni zamanda məhkəmə İddiaçı da ərizəsini nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşlarına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, 13 dekabr 2008-ci ildə doğulmuş X3 və 04 oktyabr 2013-cü ildə doğulmuş X4 analarının himayəsində yaşamalarını, uşaqların yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu nəzərə aldıqda, Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “01” aprel 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (260*12=3.120-1.000=2120*1%=21,20+30=51.2 (əlli bir manat, iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 dekabr 2008-ci ildə doğulmuş X3 və 04 oktyabr 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “01” aprel 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 51,20 (əlli bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar