Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-83/2021 10.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsinin dəyişdirilərək İddiaçı 07 mart 2017-ci il təvəllüdlü X5 və 07 dekabr 2018-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində o, Cavabdeh ilə 23 oktyabr 2015-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, onların birgə nikahlarında 07 mart 2017-ci il təvəllüdlü X5 və 07 dekabr 2018-ci il təvəllüdlü X7 dünyaya gəldiyini, hazırki iş üzrə cavabdehin Binəqədi Rayon Məhkəməsində ona qarşı qaldırdığı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası nəticəsində Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)- 599/2021 saylı qiyabi qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması qət edilmiş və eyni zamanda uşaqlar yetkinlik yaşına çatanadək bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə ondan alınıb uşaqların saxlanılması üçün hazırki iş üzrə cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əvvəl isə Həsənova X6 Rayon Məhkəməsində ona qarşı “nikahın ləğv edilməsi və aliment” tələbinə dair iddia qaldırmış, bundan əvvəl də həmin şəxs eyni iddia tələbinə dair yenidən ona qarşı iddia qaldırdığını, ilk dəfə iddia qaldıran zaman iddiaçı Cavabdeh qaldırdığı iddianı geri götürmüş və Binəqədi Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(001)- 1470/2020 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və eyni zamanda müvafiq qərardadla müvəqqəti alimentin tutulması dayandırılmışdır. Həmçinin iddiaçı ilk dəfə iddia qaldıran zaman yuxarıda qeyd olunan qərardadla iki uşağın saxlanılması üçün (hər bir uşaq üçün 100 manat olmaqla) 200 manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Bu qərardad dərhal icraya yönəlmiş və aidiyyəti üzrə Şahbuz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı iddiasını geri götürdüyündən və mülki iş baxılmamış saxlanıldığından Şahbuz Rayon İcra və Probasiya Şöbəsinin 28.10.2020-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Məhkəmə prosesləri yekunlaşanadək Binəqədi Rayon Məhkəməsi müvəqqəti alimentlə bağlı 12 oktyabr 2020-ci il tarixli, 2(001 )-5114/2020 saylı qərardad qəbul etmiş və həmin alimentin tutulması 07 sentyabr 2020-ci il tarixindən hesablanmışdır. Onun, 320 manat alimenti ödəməkdə çətinlik çəkdiyini, hal-hazırda özünün heç bir yerdə işləmədiyini və maddi qazanc əldə edə bilmədiyini, həmçinin anasının birinci qrup əlil olduğunu və onun himayəsində olduğunu, onun heç vaxt övladlarının saxlanılmasından boyun qaçıran biri olmadığını, lakin hal-hazırda bu miqdarda alimenti ödəməkdə çətinlik çəkdiyini, eyni zamanda bu vaxtadək alimenti ödəməkdə çətinlik çəkdiyindən və aliment borcu yarandığından Şahbuz Rayon İcra və X9 Rayon Məhkəməsinə verdiyi təqdimat əsasında Şahbuz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 8(090)- 01/2021 saylı qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırıldığını, buradan da aydın olduğu kimi onun aliment borcunu ödəməkdə çətinlik çəkdiyi, o hal-hazırda hər bir uşaq üçün 100 (bir yüz) manat aliment ödəməyə hazır olduğunu göstərmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, İnsan Hüquqlarının və Əsas .X2 Konvensiyanın, BMT Baş Məclisinin “Uşaq hüquqları Bəyənnaməsi’nin normalarına istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı onun oğludur, İddiaçı xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir, İddiaçı hal-hazırda işləmir, iddiaçının anası da birinci qrup əlildir, o özü də işləmir maddi imkanları pisdir, Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verməyiblər, sonda nümayəndə göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmədə imkanı olmadığı üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Badamlı qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ seriyalı, 748599 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X5 07 mart 2017-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 748469 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X7 07 dekabr 2018-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 02.05.2021-ci il tarixli 2(001)-599/2021 saylı qiyabi qətnaməsi ilə 07 mart 2017-ci il təvəllüdlü X5 və 07 dekabr 2018-ci il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və aliment tutulmasının əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanmasının qət edilməsi müəyyən olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarının müddəalarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələbini də nəzərə aldıqda belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-cu il tarixli, 2(001)-599/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından iddia ərizəsinin verilməsinədək iki ay müddət keçməsini və hazırkı dövrədək müddət ərzində tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olması müəyyən edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olmasını, eləcə də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, İddiaçı Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-cu il tarixli, 2(001)-599/2021 nömrəli qiyabi qətnaməsini mübahisələndirmək imkanı olduğu halda, bu müddət ərzində həmin qeyd edilən qətnaməni mübahisələndirməmiş və həmin qətnamə ilə müəyyən edilən alimentin məbləğinin azaldılması üçün əsas olan tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmədə verdiyi izahatında təyin edilən alimenti ödəməkdə çətinlik çəkdiyini və aliment borcunun yarandığını bildirsə də, iş materiallarına əlavə olunmuş Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı 2021-ci ilin may ayı daxil olmaqla məhkəmə qərarı üzrə 3740 (üç min yeddi yüz qırx) manat aliment pulu ödəməli olduğu halda 3895 (üç min səkkiz yüz doxsan beş) manat aliment pulu ödəməsi, yəni 155 (bir yüz əlli beş) manat artıq aliment pulu ödəməsi müəyyən olunur. Buda hazırki iş üzrə İddiaçı qətnamə qəbul edildiyi vaxtdan hazırkı dövrədək müəyyən edilən aliment borcunun olmaması, hətta artıq ödəməsi onun təyin edilən alimenti maddi cəhətdən ödəmək imkanın olduğunu göstərir. Eyni zamanda məhkəmə iddiaçının iddia ərizəsində heç bir yerdə işləməməsi və maddi qazanc əldə etməməsi barədə göstərdikləri ilə bağlı qeyd etmək istəyir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunmasın. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-83/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-83/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver