Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-96/2023 06.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 09 may 2021-ci ildə doğulmuş Nümayəndə Fərdi oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatında bildirdi ki, Cavabdeh ilə 07 avqust 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından 09 may 2021-ci il təvəllüdlü Nümayəndə Fərdi oğlunun doğulduğunu, ailə həyatı qurandan münasibətlərinin yaxşı olduğunu, qısa zamandan sonra Cavabdeh evdə söz söhbət yaratmağa başladığını, tez-tez onu təhqir etdiyini, hətta uşağı ondan uzaqlaşdırdığını, onu isə bir neçə dəfə evdən çıxardığını, Fərdinin bu hərəkətlərinə dözə bilməyib 24 yanvar 2022-ci il tarixində anası ilə əlaqə saxladığını, daha sonra anasının Şahbuz rayonu, Biçənək kəndinə gəldiyini, anası ilə birlikdə azyaşlı övladını da götürüb Naxçıvan şəhərinə getdiyini, daha sonra Şahbuz Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbi barədə iddia qaldırdığını, cavabdehin məqsədli şəkildə onunla barışdığını, bu səbəbdən də alimentdən imtina etdiyini, cavabdehin ona yenidən şiddət göstərdiyini, onu təhqir etməyə başladığını gördüyünü, bu səbəbdən də azyaşlı uşağını götürüb yenidən anasının evinə gəldiyini, həmin vaxtdan bu günə kimi cavabdehin uşağın saxlanılmasına maddi köməklik etmədiyini, uşaq balaca olduğu üçün heç bir yerdə işləyə bilmədiyini, Cavabdeh hərbi hissədə M.A.X.E işlədiyini və yüksək əmək haqqı aldığını, sonda iddiaçı Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışı iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh atası-nümayəndəsi Nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında təmsil etdiyi oğlu Cavabdeh ilə İddiaçı 07 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olduqlarını, həmin nikahdan onların 09 may 2021-ci il tarixdə Nümayəndə Fərdi oğlunun doğulduğunu, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 18 yanvar 2023-cü il tarixli, R-9 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Biçənək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 8/16 nömrəli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Biçənək kəndində pasport qeydiyyatında dayanır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Biçənək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 8/17 nömrəli arayışdan görünür ki, cavabdeh İddiaçı Şahbuz rayonu, Biçənək kəndində pasport qeydiyyatında dayanır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 215380 nömrəli nikah haqqında çıxarışdan görünür ki, X5 ilə Cavabdeh arasındakı nikah 07 avqust 2019-cu il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ- İV seriyalı, 628330 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə Fərdi oğlu 09 may 2021-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında İddiaçı, ata qrafasında isə Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan X3 X2 təminatı və əmək haqqı bölməsinin xx.xx.2023cü il tarixli, 1578 nömrəli məktubu ilə Cavabdeh aylıq pul təminatının 1.176 (bir min bir yüz yetmiş altı) manat təşkil etdiyi müəyyən olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tərəflərin 07 avqust 2019-cu ildə rəsmi nikaha daxil olmaları, onların nikahlarından 09 may 2021-ci il təvəllüdlü Nümayəndə Fərdi oğlunun doğulması, tərəflərin ayrı yaşaması, onların birgə nikahlarından doğulmuş Nümayəndə hazırda anası iş üzrə İddiaçı yanında qalması və Cavabdeh uşağın saxlanılmasında iştirak etməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə hesab edir ki, uşağın anasının himayəsində yaşamasını, onun yaşını, gündəlik tələbatları nəzərə alınaraq 09 may 2021-ci ildə doğulmuş Nümayəndə Fərdi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Nümayəndə Fərdi oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “27” fevral 2023-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə və Cavabdeh aylıq gəlirlərinin 1.176 manat təşkil etdiyini nəzərə alınaraq (1.176/4=294*12=3.528- 1.000=2.528*1%=25.30+30=55.30)) 55,30 (əlli beş manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 may 2021-ci ildə doğulmuş Nümayəndə Fərdi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “27” fevral 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 55,30 (əlli beş manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-96/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-96/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver