Məhkəmə qərarları › İş №2(094)-210/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-210/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-210/2023 07.11.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalıq haqqında qeydin ləğv edilməsi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə anadan olan X2 doğum haqqında şəhadətnaməsində atalıq haqqında qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ №304434 saylı “Atalığın müəyyən edilməsi haqqında“ şəhadətnaməsindəki (atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı qeydiyyat №04) “Vətəndaş; İddiaçı” qrafasındakı qeyd, eləcə də xx.xx.2017-ci il tarixli AZ-İİİ № 885629 nömrəli “Doğum haqqında” şəhadətnaməsindəki (doğum haqqında akt qeydləri kitabında qeydiyyat № 25) atası qrafasındakı qeydin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə tanış olmuş və onlar hərdən görüşmüşlər. Bir müddət qeyri-rəsmi nikah münasibətlərində olmuşlar. Sonradan münasibətləri korlanmış və ayrılmışlar. xx.xx.2017-ci il tarixdə cavabdehin oğlan uşağı olmuşdur. Cavabdeh ona bildirmişdir ki, uşağın atası odur və atalığın verilməsini xahiş etmişdir. O, cavabdehə inanmış və qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2017ci il tarixdə anadan olmuş Tamerlan adlı uşağa atalığını vermişdir. Lakin cavabdeh ilə əlaqəsi olmamış, uşaqla ünsiyyətdə olmamış və ondan aliment tələb olunmamışdır. Hazırda cavabdeh ona bildirmişdir ki, həmin uşağın atası o deyil. Bu səbəbdən atalıq haqqında qeydin lığv edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, Cavabdeh məhkəməyə gəlməmişdir. O, məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 304434 atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdehdan doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 04 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 885629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsində akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 25 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X10 tərəfindən verilmiş 9/837 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına catdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 187.1-ci və 188-ci maddəsinə əsasən Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə faktiki nikah münasibətlərində olduğu dövrdə xx.xx.2017-ci il tarixdə bir oğlan uşağı dünyaya gəlmişdir. İddiaçı özünü uşağın atası hesab etdiyindən, onun ərizəsi əsasında atalıq müəyyən edilmiş, həmçinin doğum akt qeydinin ata qrafasında “İddiaçı” qeyd edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində uşağın atasının iddiaçı olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə iş üzrə atalığın müəyyən edilməsi üçün öz təşəbbüsü ilə məhkəmə tibbi-bioloji ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi məhkəmə tibbi-biologiya şöbəsindən daxil olmuş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, sənədlərin şöbəyə daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş günlər ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarından görünür ki, tərəflər ekspertizanın keçirilməsi üçün şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinə dəvət olunmalarına dair rəsmi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini, həmçinin məhkəmə iclasında araşdırılan sübutların məcmusunu nəzərə alaraq, Cavabdeh iş üzrə atalıq faktının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsindən imtina etməsini bu ekspertiza təyin edilən faktı, yəni Tamerlan adlı uşağının iddiaçının övladı olmaması faktını təsdiq olunmuş hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixdə doğulmuş Tamerlanın atası olmaması faktı müəyyən edildiyindən, Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ №304434 saylı “Atalığın müəyyən edilməsi haqqında“ şəhadətnaməsindəki (atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı qeydiyyat №04) “Vətəndaş; İddiaçı” qrafasındakı qeyd, eləcə də xx.xx.2017-ci il tarixli AZ- İİİ № 885629 nömrəli “Doğum haqqında” şəhadətnaməsindəki (doğum haqqında akt qeydləri kitabında qeydiyyat №25) atası qrafasındakı qeydin etibarsız hesab edilərək ləğv edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ №304434 saylı “Atalığın müəyyən edilməsi haqqında“ şəhadətnaməsindəki (atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı qeydiyyat №04) “Vətəndaş; İddiaçı” qrafasındakı qeyd, eləcə də xx.xx.2017-ci il tarixli AZ-İİİ № 885629 nömrəli “Doğum haqqında” şəhadətnaməsindəki (doğum haqqında akt qeydləri kitabında qeydiyyat № 25) atası qrafasındakı qeyd etibarsız hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin Zirə qəsəbə bölməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ №304434 saylı “Atalığın müəyyən edilməsi haqqında“ şəhadətnaməsindəki (atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı qeydiyyat №04) “Vətəndaş; İddiaçı” qrafasındakı qeyd, eləcə də xx.xx.2017-ci il tarixli AZ-İİİ № 885629 nömrəli “Doğum haqqında” şəhadətnaməsindəki (doğum haqqında akt qeydləri kitabında qeydiyyat № 25) atası qrafasındakı qeyd etibarsız hesab edilərək ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar