Məhkəmə qərarları › İş №2(094)-211/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-211/2023

18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-211/2023 18.08.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X26 Müzəffər oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından anadan olmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 üçün Cavabdeh aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə tərəfindən maraqlı şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X16 doğulmuşdur. Cavabdehlə rəsmi ailə qurub bir yerdə yaşasalar da, xasiyyətləri uyğun gəlməmiş, mütəmadi olaraq aralarında mübahisələr baş vermişdir. Bütün bunlara görə birgə yaşamaqları mümkün olmadığı üçün o, azyaşlı oğlunu da götürüb valideynlərinin evinə qayıtmağa məcbur olmuşdur. Hazırda azyaşlı oğlu Mehdi Baxşiyevlə birlikdə valideynlərinin yanında yaşayırlar. Cavabdeh azyaşlı oğlunun saxlanması xərclərində iştirak etmir və hər-hansı maddi köməklik göstərmir. Övladlarının saxlanması xərcləri artıq onun üçün çətindir, bununla bağlı maddi cəhətdən çətinlik çəkir. Ona görə də, cavabdehdən maddi yardım olaraq onun xeyrinə hər ay qazancının dörddə bir hissəsi məbləğində aliment tutulması zəruridir. Xidmət apardığı N saylı Hərbi Hissənin 08 iyun 1923-cü il tarixli 33 saylı arayışına görə cavabdehin aylıq əmək haqqısı 992,94 manat təşkil edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya münasibətdə bildirmişdir ki, iddianı qəbul edir, lakin Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə nikahından olan X12, X13 və X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq əmək haqqının ½ hissəsində aliment tutularaq Maraqlı şəxs verilir. Hazırkı aliment tələbinin də həmin hissəyə yönəldilməsini xahiş edir. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Baxşiyev X9 Sahilə Bayram qızı ilə xx.xx.2021-ci il tarixdə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 №-li qeyd aparılmışdır. Arvada Baxşiyeva soyadı verilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X16 doğulmuşdur. İşdə olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-115/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Baxşiyeva (Həsənova) Fəridə Elşən qızı arasında 25 iyul 2009-cu il tarixdə bağlanmış və Əzizbəyov rayon (indiki Xəzər) Qeydiyyat şöbəsində 631 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, həmin nikahdan olan X6, X7 və X5 anası Baxşiyeva (Həsənova) Fəridə Elşən qızının yanında qalmasının müəyyən edilməsi, 26 may 2010-cu il təvəllüdlü X14, 27 sentyabr 2011-ci il təvəllüdlü X15 və 20 iyul 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh əmək haqqının ½ hissəsində aliment tutularaq Baxşiyeva (Həsənova) Fəridə Elşən qızına verilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X16 doğulmuşdur. Tərəflər hal-hazırda birgə yaşamırlar, birgə nikahdan anadan olmuş uşaqları iddiaçının himayəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə, qanunun yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar