Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-254/2024 06.08.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Hakim X4, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin iddiası üzrə idiaçı Cavabdeh üçüncü şəxs X9 və cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azadılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 09 oktyabr 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 12 may 2023-cü il tarixdə X10 doğulmuşdur. Cavabdeh son vaxtlar ailəsinə yaxşı baxmadığına görə ondan uşağın saxlanması üçün aliment tələb etmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 10 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən uşağın saxlanılması üçün cavabdeh hər ay 235 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin rəsmi iş yeri olduğuna və yaxşı qazanc əldə etdiyinə görə alimentin sabit pul məbləğində yox, qazancının ¼ hissəsi miqdarında tutulmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia üzrə İddiaçı və üçüncü şəs X9 qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 10 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən müəyyən edilmiş aliment məbləğini dəyişdirərək, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh digər nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanması üçün X8 xeyrinə hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. O, aliment ödəməkdən imtina etmir ,lakin alimentin müəyyən olunmuş miqdarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələbinə müvafiq qaydada dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən olunmuş hər ay 2 uşağa görə qazancın 1/3 hissəsi miqdarında alimenti iki uşaq arasında bərabər paylara bölməklə xx.xx.2023-cü il təvəllüdlü X2 üçün qazancının 1/6 hissəsi miqdarında aliment ondan tutularaq İddiaçı verilməsi və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün aylıq qazancının 1/6 hissəsi miqdarında aliment ondan tutularaq X9 verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və müvafiq qətnamə qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il təvəllüdlü X2 üçün Cavabdeh qazancının 1/6 hissəsi miqdarında aliment tutulması barədə qarşılıqlı iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək rədd olunmasını və qarşılıqlı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia ərizəsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Doğum haqqında” AZ-İV № 829543 nömrəli şəhadətnamənin surətindən göründüyü kimi tərəflərin birgə nikahından xx.xx.2023-cü ildə X10 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanması üçün hər ay 235 manat alimenti, X5 3 yaşına çatanadək qulluq xərcləri üçün 50 manat alimenti xx.xx.2024cü il tarixdən etibarən hər ayın 1-dən 10-na kimi İddiaçı aid bank hesab kartına nağdsız formada ödəməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-96/2024 saylı, 12 mart 2024-cü il tarixli qətnaməsindən göründüyü kimi, Pirallahı Rayon Məhkəməsinin 2(074)-252/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin İddiaçı Ziyadxan qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə isə iddiaçı cavabdehin belə bir zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, yəni cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığı halda, ondan tutulmalı olan aliment miqdarının artırılması Bakı şəhəri 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin gələcəkdə icrasını qeyri-mümkün edə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə heç bir sübut da təqdim edə bilməmişdir. Əksinə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdu ki, cavabdeh əvvəl də ailə qurmuş və onun həmin nikahından bir övladı vardır. İlkin iddia üzrə cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığı və əksinə ailə vəziyyəti dəyişib, əvvəlki nikahından bir övladının olması iddiaçının iddiasının təmin olunmasını mümkünsüz edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, üç və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqlar üçün ölkə üzrə yaşayış minimumunu nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment müəyyən olunmalı və bununla da qarşılıqlı iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə Cavabdeh tutulan aliment məbləği azadılsın. xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-96/2024 saylı, 12 mart 2024-cü il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği azadılsın. xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq X9 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-254/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-254/2024
06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver