Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-259/2024 03.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X21 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "aliment məbləğinin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "aliment məbləğinin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(094)-115/2020 saylı və 18 avqust 2023-cü il tarixli 2(094)-211/2023 saylı Qətnamələri ilə təyin edilmiş aliment məbləğinin dəyişdirilərək: -26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 3/8 hissəsində aliment ondan tutularaq cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına verilməsi; -12 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 1/8 hissəsində aliment ondan tutularaq Cavabdeh1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyul 2009-cu il tarixdə o, cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızı ilə ailə qurmuş və nikahları Bakı şəhər Xəzər (keçmiş Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 631 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu nikahdan 26 may 2010-cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X10 adlı üç övladları anadan olmuşdur. Pirallahı rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(094)-115/2020 saylı qətnaməsi ilə Həsənova (Baxşiyeva) Fəridə Elşən qızı ilə onların arasında bağlanmış və Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahları pozulmuş, hər üç övladları Cavabdeh2 (Baxşiyevin) yanında qalması müəyyən edilmiş və birgə nikahdan anadan olmuş övladları 26 may 2010-cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatnadək saxlanılması üçün onun əmək haqqının ½ hissəsin də aliment ondan tutularaq cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına verilməsi qət edilmişdir. Bundan sonra 07 yanvar 2021-ci il tarixdə nikahları rəsmi qeydiyyatdan keçirərək Cavabdeh1 ilə ailə qurmuş və bu nikahdan oğlu- 12 may 2023cü il təvəllüdlü X11 anadan olmuşdur. Pirallahı rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(094)-211/2023 saylı Qətnaməsi ilə ondan Cavabdeh1 xeyrinə, oğlu Mehdi Baxşiyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə də hazırda Pirallahı rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(094)-115/2020 saylı və 18 avqust 2023-cü il tarixli 2(094)-211/2023 saylı qətnamələri əsasında: 26 may 2010-cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X8, 20 iyul 2014-cü il təvəllüdlü X10 və 12 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının ¾ hissəsində, yəni əmək haqqının yarısından çox hissəsində, aliment ondan tutularaq cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına və Cavabdeh1 verilir. O isə hal-hazırda dörd uşağa qazancının yarısından, yəni ½ hissəsindən çox ¾ hissəsini aliment ödəmək məcburiyyətində qalmışdır ki, bu da Ailə Məcəlləsinin tələblərinə zəddir və onun maddi vəziyyətini kəskin pisləşdirir. Buna görə də, Pirallahı rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(094)-115/2020 saylı və 18 avqust 2023cü il tarixli 2(094)-211/2023 saylı Qətnamələri ilə təyin edilmiş aliment məbləği dəyişdirilərək: -26 may 2010-cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 3/8 hissəsində aliment ondan tutularaq cavabderh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına verilməsi; - 12 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 1/8 hissəsində aliment ondan tutularaq Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinə uyğun izahat verərək, aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızı bildirdi ki, aliment məbləğinin azaldılmasına etiraz etmir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat veriolməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-115/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Baxşiyeva (Həsənova) Fəridə Elşən qızı arasında 25 iyul 2009-cu il tarixdə bağlanmış və Əzizbəyov rayon (indiki Xəzər) Qeydiyyat şöbəsində 631 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, həmin nikahdan olan X2, X3 və X4 anası Baxşiyeva (Həsənova) Fəridə Elşən qızının yanında qalmasını, 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2020-ci il tarixdən başlayaraq İddiaçı əmək haqqının 1/2 hissəsində aliment tutularaq Baxşiyeva (Həsənova) Fəridə Elşən qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)-211/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızının birgə nikahdan olan övladları 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X10 cavabdehin (anasının) himayəsindədirlər. Pirallahı Rayon Məhkəməsinin 18 mart 2020ci il tarixli 2(094)-115/2020 saylı qətnaməsi ilə 26 may 2010-cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X8, 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2020-ci il tarixdən başlayaraq İddiaçı əmək haqqının 1/2 hissəsində aliment tutularaq Baxşiyeva (Həsənova) Fəridə Elşən qızına verilməsi qət edilmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)- 211/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı maddi vəziyyətində olan dəyişikliklərlə bağlı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarının dəyişdirilməsini müəyyən edərkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşaqların mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 3/8 hissəsində aliment ondan tutularaq cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına verilməsi; - 12 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 1/8 hissəsində aliment ondan tutularaq Cavabdeh1 verilməsi uşağın mənafeyi baxımından məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ½ hissəsində və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)-211/2023 saylı qətnaməsi əsasında xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsində tutulan alimentin məbləği dəyişdirilərək İddiaçı 26 may 2010cu il təvəllüdlü X9, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 3/8 hissəsində aliment ondan tutularaq cavabderh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına; - 12 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının 1/8 hissəsində aliment ondan tutularaq Cavabdeh1 bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ½ hissəsində və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)-211/2023 saylı qətnaməsi əsasında xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsində tutulan alimentin məbləği dəyişdirilsin. 26 may 2010-cu il təvəllüdlü X7, 27 sentyabr 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının (başqa gəlirlərin) 3/8 (səkkizdə üç) hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) cavabdeh Həsənova (Baxşiyeva) Fəridə Elşən qızına ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı əmək haqqının (başqa gəlirlərin) 1/8 (səkkizdə bir) hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-259/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-259/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver