Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-280/2023 17.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı alimentdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xeyrinə aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan Cavabdeh xeyrinə hər ay 154,0 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, xəstə və qocadr. Xəstəliyi ilə əlaqədar əməliyyat olunmuşdur. Daimi müalicəyə ehtiyacı vardır. Dərmanlara pul çatdırmır. Ailə vəziyyəti tamam dəyişib. Bu, diqqətəlayiq olan və onun maddi vəziyyətini dəyişdirən bir haldır. Demək olar ki, özünün əlavə yardıma ehtiyacı var. Həyat yoldaşı da xəstə adamdır və onun himayəsindədir. Mövcud vəziyyətdə ondan 154,0 manat alimentin tutulması onun maddi və ailə vəziyyətinə uyğun deyil. Qanunvericiliyə əsasən valideynlər əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar, o halda ki, onun maddi yardıma ehtiyacı olsun. Cavabdeh ayda 470,0 manat pensiya alır. Belə olan halda cavabdeh maddi yardıma ehtiyacı olan şəxs kimi qələmə verilə bilməz. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçı onun atasıdır. O, əlil olmaqla pensiya alır, lakin aliment tutulan vaxt da pensiya alırdı. Maddi yardıma ehtiyacı var və əmək qabiliyyəti yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci və 80.2-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı X1 atasıdır. İşdə olan Əzizbəyov rayon məhkəməsinin 2-783/07 saylı 18 dekabr 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 60,0 manat məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.1986-cı il təvəllüdlü 1-ci qrup əlil Cavabdeh saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq X3 verilməsi, İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 404/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Əzizbəyov rayon məhkəməsinin 2-783/07 saylı 18 dekabr 2007-ci il tarixli məhkəmə qətnaməsi ilə İddiaçı tutulan aliment məbləği artırılmış, 17 sentyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay 154 (yüz əlli dörd) manat miqdarda aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1. və 81.2. maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların mənafelərinin təmin edilməsindən, həmin şəxslərin saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır. Qanun, həmçinin aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad etmək imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəflərin diqqətəlayiq başqa maraqları nəzərə alınsın, aliment ödəyən tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin aliment ödəyə bilməyəcək dərəcədə əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə aliment ödənilmədiyi halda belə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Habelə alimentdən azad edilmə məsələsinə əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. İddia ərizəsindən və iddiaçının məhkəmədə izahatı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehin pensiya aldığını, özünün isə maddi çətinliyi olduğunu əsas gətirərək, qızının saxlanması üçün müəyyən edilmiş alimenti ödəməkdən tamamilə azad olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 404/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə alimentin tutulması müəyyən olunduqdan sonra, özünün və cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsini məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmişdir. Halbuki, işdə olan materiallardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-404/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edildiyi vaxtda iddiaçının pensiya məbləği 893,77 manat təşkil etmiş, hazırda isə 1437,29 manat olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan övladın mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh X4 qarşı alimentdən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-280/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-280/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver