Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-30/2025 14.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı qızı X5 ilə birlikdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evinə köçürülməyi, yaşamaq hüququ verilməsinə və həmin fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2014-cü il tarixində Nizami rayon qeydiyyat şöbəsində Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Aramızdakı ailə münasibətləri korlandığına görə tərəfindən “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş hal-hazırda Pirallahı Rayon Məhkəməsinin icraatındadır. Onlar Cavabdeh1 ilə rəsmi nikaha daxil olduğu gündən yəni xx.xx.2014-cü il tarixindən Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Yəni o, həmin ünvana ailə qurduğu gündən gəlin köçmüşdür. Bütün cehiz əşyaları da həmin fərdi yaşayış evinə gətirilmişdir. Onlar nikah münasibətlərinə daxil olduqları zaman Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi bələdiyyə sənədi əsasında həyat yoldaşı Cavabdeh1 istifadəsində olmuşdur. Cavabdeh1 gələcəkdə əmlak bölgüsünə dair tələb irəli sürməsin deyə xx.xx.2016-cı ildə həmin fərdi yaşayış evini qanunsuz olaraq yenə də bələdiyyə sənədi əsasında qaynanası Cavabdeh2 adına keçirmişdir. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud deyildir. Cavabdeh1 ilə münasibətləri 2024-cü ilin may ayında korlandıqdan sonra o, onu və qızını evdən qovmuşdur. Belə ki, o, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində dəniz özüllərində işdə olmuş və işdə olan zaman gəlininə və ona təhdid dolu mesajlar göndərərək onun evdən çıxmağını tələb etmişdir. Mesajlarında evdən çıxmayacağı təqdirdə başını kəsəcəyi ilə hədələmişdir. Onun hədələrindən qorxaraq, ki dəfələrlə o evdə şiddət görmüşdür, azyaşlı uşağı cavabdehin anası tərəfindən şiddət görüb xx.xx.2024-cü il tarixində qızını da götürərək evdən çıxmışdır. O və qızı cavabdehin ailə üzvləridir. Qızı həmin fərdi yaşayış evində doğulub, böyümüşdür. Həmçinin həmin ünvana yaxın ərazidə də məktəbə gedirdi. Cavabdehin onları qovması nəticəsində o, hal-hazırda kirayədə yaşayır və uşağın məktəbini dəyişməyə məcbur olmuşdur. Azyaşlı uşaq öz öyrəşdiyi məktəbdən və uşaqlardan uzaqlaşmışdır ki, bu da ona psixoloji olaraq çox pis təsir göstərmişdir. Həmçinin qızı doğulduğu evə öyrənmiş, 9 il həmin evdə yaşamış və həmin həyat standartlarına alışmışdır. Hal-hazırda kirayə qaldığı mənzil o standartları qarşılamır. Bu da uşağın həyat səviyyəsini aşağı salır. Belə ki, qanunvericiliyə əsasən uşağın ən üstün mənafeləri nəzərə alınmalıdır. Bundan başqa, o, azyaşlı uşaqla bərabər artıq neçə aydır ki, kirayədə qalır. Maddi olaraq onun kirayə haqqını ödəməyə artıq imkanı çatmır. İmkansız vəziyyətdə olmağı, bütün gəlirini evin kirayəsinə xərcləməyi uşağa istədiyi qədər maddi dəstək göstərməyinə mane olur. Hətta kirayə pulunu belə ödəmək də çətinlik çəkir. Hazırda cavabdeh həmin mənzilə köçməyinə və yaşamağına mane olur. Mediasiya prosesi keçirilsə də cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, iddia tələbinin təmin olunmasına etiraz etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00758 saylı X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 X2 iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi 36 000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 794 saylı Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından X5 doğulmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, iddiaçı xx.xx.2014-cü il tarixindən, yəni gəlin köçdüyü gündən 2024-cü ilin may ayınadək Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, ev cavabdehlərin adına rəsmi sənədlə qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış ev özbaşına tikili olduğu üçün və cavabdehlərin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və X1 rayonu 28-ci məhəllə yeni sahədə yerləşən mübahisəli fərdi yaşayış evə (özbaşına tikiliyə) köçürülməlidir. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçıların yaşayış sahəsinə istifadə hüquqlarının tanınması tələb etdikləri ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçıların qanunla qorunan yaşayış sahəsindən istifadə hüquqları yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi istifadə hüquqlarının tanınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etmək hüquqları mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli İddiaçı və X1 rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və X5 Bakı şəhəri Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-30/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-30/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver