Məhkəmə qərarları › İş №2(094)-314/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-314/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-314/2024 03.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından dünyaya göz açan övladı 30 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə hər ay 235 (iki yüz otuz beş) manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 30 may 2013-cü il təvəllüdlü övladı X7 dünyaya göz açmışdır. Sonradan cavabdehlə aralarında olan münasibətlər pozulduğu üçün Xəzər Rayon Məkhkəməsinə iddia ərizəsi ilə müraciət edərək nikahına xitam verilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli N-2(003)-1890/2013 nömrəli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmiş və birgə nikahdan olan övladı onun himayəsinə verilmişdir. Cavabdehlə aralarında olan nikaha xitam verilsə də cavabdeh birgə nikahdan olan övladının saxlanılmasına köməklik göstərməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək birgə nikahdan olan övladının saxlanılmasına köməklik göstərməsini xahiş etsə də cavabdeh müraciətlərinə müsbət cavab verməmişdir. O, halhazırda heç bir yerdə çalışmır. Buna əsasən hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə aralarında olan razılığa uyğun olaraq 30 may 2013-cü il təvəllüdlü övladı X1 üçün cavabdehdən sabit pul məbləğində hər ay 170 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iddianı etiraf edərək bildirdi ki, tərəflərin alimentin ödənilməsi barədə razılığına əsasən cavabdeh iddiaçıya xx.xx.2013-cü il təvəllüdlü qızı Bayramova (Hüseynova) Damla Elçin qızının saxlanması üçün sabit məbləğdə hər ay 170 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(003)-1890/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında 12 may 2012-ci ildə bağlanmış və həmin tarixdə Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydləri kitabında 342 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilməsi, 30 may 2013-cü il təvəllüdlü X3 iddiaçı X4 yanında qalması, 30 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 iyul 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İMS iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6- 01643 saylı arayışdan görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2019-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra aravada Bayramova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan nikah pozulması haqqında akt qeydindən görünür ki, X9 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı hal-hazırda qüvvədə olan nikah haqqında akt qeydi aşkarlanmadı. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 övladları olmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş uşağı hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda xx.xx.2013-cü il təvəllüdlü X2 üçün cavabdehdən aliment tələb edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, tərəflərin alimentlə bağlı qarşılıqlı razılığını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar