Məhkəmə qərarları › İş №2(094)-322/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-322/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-322/2025 03.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X28 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X5, X1 iştirakı ilə İddiaçı X5 cavabdeh X9 qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə mülkiyyət hüququnun tanınması, bu əmlakda payların müəyyən edilməsi, mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı X5 cavabdeh X9 qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə mülkiyyət hüququnun tanınması, bu əmlakda payların müəyyən edilməsi, mülkiyyətin rəsmiləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və əmlakın həmin hissəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsaslandırılmışdır ki, cavabdeh X11 ilə o, xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların iki uşaqları var: xx.xx.1979-cu il təvəllüdlü X10 və xx.xx.1990-cı il təvəllüdlü X19. Birgə nikah dövründə Bakı şəhəri, Pirallahı qəəsbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilini əldə etmişdirlər. Hal-hazırda ailəsi ilə yaşadıqları mübahisəli mənzil xx.xx.1999-cu il tarixdə X4 alınmışdır. Buna dair Bakı şəhərində 065373 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 33 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmişdir. Məhz, həmin vaxtdan o ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bu mənzil birgə nikah dövründə əldə olduğundan bu əmlak ümumi mülkiyyətdir. Cavabdeh isə rəsmi nikahın olmasına baxmayaraq, uzun müddətdir ki, mənzildən çıxıb getmişdir və ailəsi ilə maraqlanmır. Bunun nəticəsində o və uşaqlarının həmin mənzilə pasport qeydiyyatına düşə bilmirlər. Xeyli müddət pasport qeydiyyatlarının olmaması nə ona nə də uşaqlarına Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almağa imkan vermir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun və uşaqlarının cavabdehlə birlikdə həmin mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüquqları var və mənzil cavabdehin adına rəsmiləşdirilsə də bütün kommunal xərclərini o ödəmişdir. Qeyd olunanlardan da, görünür ki, cavabdeh X11 onun digər hüquqlarla yanaşı mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. O öz istəyi kimi ona mənsub olan əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Ona görə, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xnalar küçəsi, (Abbasov Q) 4 saylı evin, 8 saylı mənzilinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına və əmlakın həmin hissəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin Azərbaycan Respublikjasının Daşınçmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair tələbləri təmin edilməli və bunun üçün bütün əsaslar mövcuddur. Göstərilənlərə əsasən, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və əmlakın həmin hissəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbinin müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahat verərək göstərdi ki, o, 159 saylı MKİS-nin rəisidir. 2016-cı ildən xx.xx.2018-ci il tarixədək 153 saylı MKİS-də işləyib. Daha sonra MKİS-ri bölünmüş və o, 159 saylı MKİS-nə keçmişdir. 153 saylı MKİS-nin rəisi isə Mais adlı şəxs təyin edilmiş, ondan sonra isə orada bir neçə rəis olmuşdur. 2025-ci ilin may ayından 153 saylı MKİS ona həvalə edilmişdir. Şəxsin mənzilə qeydiyyat məsələsinin MKİS-nə aidiyyatı yoxdur. Mənzilə qeydiyyatı düşmək üçün mənzil sahibinin razılığı ilə ərizə ilə müraciət olunur ASAN xidmətə, yəni şəxsin qeydə alınması Asan xidmət tərəfindən aparılır. Daha sonra oradan MKİS-nə arayış təqdim olunur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/8/2025-01775 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 prosesində iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.1999-cu il tarixli 065373 nömrəli müqavilən müəyyən olunur ki, X11 Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilini X15 almışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 xx.xx.1977-ci il tarixdə 345 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikahdan sonra arvada İskəndərova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qətnamədən görünür ki, X5 Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilinə istifadə hüququ tanınmışdır. İş materiallarında olan 153 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli 853 saylı forma2 arayışından görünür ki, X7 Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilində yaşayır, mənzil kommunal şəraitlidir, xüsusidir, icarəyə götürən X20r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 18/2-33654 saylı məlumatdan görünür ki, X3 pasportu məlumatlrına əsasən xx.xx.1986-cı ildən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 4 saylı evin, 8 saylı mənzil X18 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında X16, X21 qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında X16, X21 qeydiyyatdadır. Məhkəmə iddiaçı tərəfin izahatını, şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 ilə X7 xx.xx.1977ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. 16 sentyabr 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 alınmışdır. Lakin mənzil mülkiyyətə keçməmiş, əvvəlki sahibinin mülkiyyətində qalmışdır. Buna baxmayaraq ər-arvadın mənzilin alınması üçün ödənilmiş pul vəsaiti ər-arvadın birgə mülkiyyəti olmuş və mənzil həmin vəsait hesabına alınmışdır. İddiaçı mənzil alındığı vaxtdan hal-hazıradək mübahisəli mənzildə yaşayır. ünvan 2 tərəflərinin birgə nikahda olduqları dövrdə əldə edilmiş əmlaklarıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə hesab edir ki, ünvan 2 tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan göstərilən mənzilə onların hər birinin payı bərabər hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə həmin daşınmaz əmlak ½ hissəsinə X5, ½ hissəsinə X6 payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalı, əmlakın həmin hissəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə həmin daşınmaz əmlak ½ hissəsinə X5, ½ hissəsinə X6 payları müəyyən edilsin və əmlakın həmin hissəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar