Məhkəmə qərarları › İş №2(105)-733/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-733/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-733/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı və vəkili Vəkil3, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı "mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(060)-209/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, aşağıdakıları müəyyən etdi: İşin halları 17 iyun 2013-cü il tarixli müqavilə ilə Cavabdeh1 MTK ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsini bir pay kimi İddiaçı vermişdir. Müqavilənin 4.1-ci bəndinə görə, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m. sahəsi üçün 275 manat müəyyən edilir və cəmi 82,65 kv.m sahəsi üçün 22728 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən olunmuş mansard sahəsinin qiymətindən 100%, yəni 22728 manat ödənilmişdir. Cavabdeh1 MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 12 iyun 2013-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən Cavabdeh1 MTKnin ünvan 2 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinin dəyərindən 500 manat ödəmişdir. 14 avqust 2021-ci il tarixli, 102A002 nömrəli müqavilə ilə Cavabdeh1 MTK ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 86 kv.m olan 102A nömrəli mansard sahəsinin izolə olunmuş 2 otağını bir pay kimi Cavabdeh2 vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 337 manat təyin edilir və cəmi 86 kv.m sahəsi üçün 29000 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilənin ödənişi yalnız maliyyə arayışı ilə əsas sayılır. Müqavilənin 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətindən 100%, yəni 29000 manat ödənilmişdir. Cavabdeh1 MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 14 avqust 2021-ci il tarixli arayışa əsasən Cavabdeh2 həqiqətən Cavabdeh1 MTK-nin ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 86 kv.m olan, 2 otaqlı, 102A saylı mansard sahəsinin dəyərini tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1nə qarşı “mənzilin giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilə giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və İddiaçı mübahisələndirilən mənzil üzərindəki sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və İddiaçı mübahisələndirilən mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh1 MTK-nə məxsus ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində, sahəsi 82,65 kv.m. olan mənzili 1kv.m-i 275 AZN olmaqla ümumilikdə 22728 AZN məbləğində pulu xx.xx.2013-cü il tarixli müqavilə üzrə 100 faiz həcmində ödəməklə almışdır. Qeyd edilən mənzilə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli müqavilə ilə sübuta yetirilir ki, İddiaçı məxsusdur. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heç bir mübahisə olmamışdır. Qeyd edilən mənzilə sahiblik və istifadə hüququ iddiaçıya məxsusdur. İddiaçı evə dair mülkiyyət sənədlərini dövlət reyesterində qeydiyyat aparılması üçün binaya dair qanuni sənədlər MTK tərəfindən binanın tam istismara verilməsinə dair sənədlər ona təqdim edildiyi gün əldə ediləcəkdir. İddiaçı bir müddət əvvəlki zamana qədər ona məxsus mənzilə gedib gəlmiş və girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o, mülkiyyətində olan mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən mənzilin başqa şəxsə satıldığını görmüş və mənzildə təmir bərpa işlərinin aparıldığını görmüşdür. Ona cavabdeh tərəfindən süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də onlar buna əhəmiyyət verməmişlər. Cavabdehin nümayəndələri tərəfindən buna səbəb kimi heç bir söz söylənməmiş sadəcə mənzilə sahibliyin iddiaçıda olmadığı bildirilmişdir. İşin hallarından göründüyü üzrə cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuş və iddiaçının xeyli miqdarda zərərə uğraması ilə nəticələnməkdədir. Eyni zamanda iddiaçı bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdeh tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Belə ki, yuxarıda qeyd edilən məsələlər ilə əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ona məxsus ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində sahəsi 82,65 kv.m olan mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması və İddiaçı sahiblik hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, şirkəti adından 5 və yaxud 6 saxta müqavilə bağlanmış, möhürləri saxtalaşdırmaqla ******* manat vəsait mənimsənilmişdir. Mansard sahəsi barter olaraq verilmişdir. Belə ki, binanın katlavanı qazılanda sahibkarlar, armatur, şeben, qum və s. verəcəyini vəd etmiş, bunun əvəzində isə barter etdikləri sahibkarın şəxsiyyət vəsiqələrinə baxılır və onlara mənzil verirlər. Lakin maliyyə arayışları verilmir. Sahibkarlar gətirdikləri mal hesablandıqdan sonra, arayış verirlər. Qarşı tərəfdə maliyyə arayışı olmamışdır. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 izahatında bildirmişdir ki, 14 avqust 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin iddiaçıya satılmasından xəbəri olmamışdır. 2023-cü ildə iddiaçı gəlmişdir ki, ev onundur. Müqaviləni göstərmiş, lakin nömrə yazılmamışdır. Cavabdeh1 MTK tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən 12 iyun 2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(060)-209/2024 nömrəli qətnaməsi ilə (hakim A.Nuriyeva) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının olmaması onun Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, mübahisə predmeti olan ünvan 2 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı ərizəsində qeyd etdiyi hallar, təqdim etdiyi sübutlar ilə ziddiyyət təşkil etmişdir. İddia ərizəsində 17 iyun 2013-cü il tarixli müqavilə üzrə ödənişlərin tam həyata keçirdiyini iddia etsə də, maliyyə arayışı təqdim edilməmiş, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilmədiyindən maliyyə arayışının verilməməsi qeyd olunmuş, iddiaçı tərəfindən təqdim olunmuş 12 iyun 2013-cü il tarixdə verilmiş 500 manat ödənişin edilməsi ilə bağlı arayış məhkəmənin iddia tələbinin əsassız olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Bağlanmış müqavilənin tarixinə diqqət yetirdikdə müqavilə tərəfləri üçün müqavilənin bağlanması anından hüquq və vəzifələr yaradır. Yəni müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməsi məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, Mənzil Məcəlləsinin 112, 113.1,113.2, 113.3, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)-1416/2024 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(060)-209/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, həmin tələb ilk öncə Cavabdeh1 MTK-ya yönəldilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində işə baxıldığı zaman iddiaçı Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə versə də birinci instansiya məhkəməsi Cavabdeh2 cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi anlaşılan olmamaqla yanaşı, hüquqi qiymət verməməklə mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mülki işin məhkəmə baxışına hazırlanması zamanı hüquq münasibətində olan tərəfləri düzgün müəyyən etməməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən onların prosessual hüquqlarını həyata keçirməsində lazımı köməklik göstərməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və iddiaçının tələbini nəzərə almaqla, cavabdehi əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etməkdə haqlı hesab oluna bilərdi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh2 ikinci cavabdeh qismində iddiaçının nümayəndəsi ərizəsinə lazımı hüquqi qiymət vermədən, onu cavabdeh qismində qəbul etmək əvəzinə, 12 mart 2024-cü il tarixli qərardadla onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Əslində isə iddiaçının ərizəsi nəzərə alındıqda Cavabdeh2 məhkəmə prosesində cavabdeh qismində iştirak etmişdir. Buna görə də, apellyasiya məhkəmə kollegiyası iddianın Cavabdeh1 MTK ilə yanaşı Cavabdeh2 qarşı yönəlməsini qəbul etmişdir. Qeyd olunanlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirmişdir. Apellyasiya kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, mübahisəli mənzilin Cavabdeh1 MTK-nın deyil, digər Cavabdeh2 faktiki sahibliyində olması işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MTK iddia tələbinə cavab verməli olmayan şəxs olmuşdur, birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını nəzərə almadan iddia tələbini digər əsaslarla Cavabdeh1 MTK-ya münasibətdə təmin etməmişdir. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 MTK-ya münasibətdə hazırkı iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər Cavabdeh2 münasibətdə də iddia əsassız olmuşdur. Belə ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmuşdur ki, sübutetmə vəzifəsinə uyğun olaraq, mübahisəli mənzilin Cavabdeh2 qanunsuz sahibliyində olmasını iddiaçı sübut etməli olmuşdur. Lakin, iddiaçı mübahisəli mənzilin (mansard) Cavabdeh2 qanunsuz sahibliyində olmasını, o cümlədən pay haqqını tam ödəməklə mənzilin onun mülkiyyətində olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 17 iyun 2013-cü il tarixli müqaviləyə, dolayısı ilə müqavilənin 4.2-ci bəndində istinad edərək, müqavilə bağlandığı tarixdə müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin 22728 manat olan dəyərinin tam olaraq ödədiyini qeyd etsə də, apellyasiya kollegiyasının iclasında verdiyi izahatında, qeyd olunan 15-ci mərtəbədəki mənzil (mansard) üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini bildirmişdir. Yəni, məhkəmə kollegiyasının iclasında iddiaçının mübahisəli əmlakla bağlı edilmiş ödənişlərə dair izahatı, məhkəməyə təqdim edilmiş 17 iyun 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndi ilə ziddiyyət təşkil etməklə yanaşı, iddiaçının öz izahatı ilə müqavilənin 4.2-ci bəndinə əsasən əmlakın bütün dəyərinin ödənilməsi faktını istisna etmişdir. Bundan başqa, iddiaçı mübahisəli əmlakla bağlı ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mübahisəli əmlakla bağlı məhkəməyə yalnız müqavilə bağlanmamışdan 5 gün əvvələ aid, yəni 12 iyun 2023-cü il tarixli 500 manatlıq ödəniş sənədi təqdim edilmişdir. İddiaçının iddia etdiyi digər 500 manatlıq, 8000 manatlıq və 3000 manatlıq ödənişlərə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına 8 ədəd hər birində 500 manatlıq ödənişə dair arayış təqdim edilmiş və iddiaçı məhkəmə kollegiyasının iclasında həmin qəbzlərin məhz mübahisəli 15-ci mərtəbədə yerləşən mənzillə (mansard) bağlı olduğunu, lakin Cavabdeh1 MTK nın rəhbərliyinin onu aldadaraq həmin arayışlara 11 sentyabr 2012-ci il tarixli müqavilə əsasında aldığı, 14-cü mərtəbədə yerləşən mənzilə dair ödənişləri özündə əks etdirən məlumatları daxil edərək verdiyini, onun isə buna fikir vermədiyini bildirmişdir ki, iddiaçının bu izahatı da inandırıcı və ağlabatan olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödənişə dair arayışların hamısı 17 iyun 2013-cü il tarixli müqavilədən əvvəlki tarixlərə, hətta 2012-ci il tarixlərə aid arayışlar olmaqla, həmin arayışların məzmununda da konkret olaraq ödənişlərin ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən 94b nömrəli mənzilə görə edilməsi qeyd olunmuşdur. İddiaçının isə qeyd olunan məlumatlara fikir vermədən arayışları qəbul etməsi mümkün deyildir. Belə ki, qeyd olunan halın dəfələrlə təkrarlanması halında bunun iddiaçının diqqətindən yayınması inandırıcı deyildir. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzil üzrə 14 avqust 2021-ci il tarixli müqavilə və mənzil (mansard) üzrə pay haqqının ödənilməsinə dair müvafiq arayış təqdim edilmişdir ki, digər Cavabdeh1 MTK da həmin ödənişi mübahisələndirməmiş və mübahisəli mənzilin (mansard) Cavabdeh2 mülkiyyətində olmasını qəbul etmişdir. Bununla da mübahisəli əmlakın Cavabdeh2 qanuni sahibliyində olması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəlləsinin 152.1, 157.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 51.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105) 1416/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-479/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)- 1416/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin (mansard sahəsinin) müqavilə şərtinə uyğun olaraq ödədiyini sübut edə bilmədiyi və mənzil hazırda Cavabdeh2 qanuni sahibliyində olduğu üçün iddia təmin oluna bilməz. Bu zaman məhkəmə iddiaçının mənzilin tam ödənilməsi barədə müvafiq maliyyə arayışının təqdim edilməməsinə və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatına istinad etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırılması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış 17 iyun 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndinə görə, müqavilənin predmeti olmuş mansard sahəsinin qiymətinin 100%, yəni 22728 manat məbləği ödənilibdir. Həmin müqavilənin, ya da ki, onun qeyd olunan şərtinin etibarlılığı maraqlı şəxslərlə mübahisələndirilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən də bununla bağlı qiymətləndirmə aparılmamışdır. Qəbul edilmiş işgüzar adətlərə əsasən mənzil tikintisi barədə fiziki şəxslərlə tikinti şirkətləri arasında müqavilələr bağlanılarkən və bu müqavilələr üzrə ödənişlər edilərkən, belə şirkətlər, rəhbəri (satışa məsul olan digər vəzifəli şəxsi) tərəfindən imzalanaraq, şirkətin möhürü ilə təsdiqlənmiş ayrıca “Maliyyə arayışı”, “Mədaxil orderi”, “Qəbz” və s. adları ilə yazılı sənədi qarşı tərəfə təqdim edirlər. Lakin, belə sənədin mövcud olmaması (və ya tərəfə təqdim edilməməsi), ödənişin edilməməsi kimi qiymətləndirilə bilməz; iddiaçının mənzilin dəyərini tam ödəməsi müqavilədə bilavasitə qeyd olunduğu halda, buna dair ayrıca sənədin olmaması səbəbi ilə ödənişin edilməsinin sübut olunmamasına dair apellyasiya məhkəməsinin mövqeyi anlaşılmazdır. Məhkəmə müqavilənin 4.2-ci bəndinin nə səbəbdən qeyd olunan məzmunda tərtib edilməsini araşdırmamış, həmin bəndin etibarlılığına hüquqi qiymət verməmişdir; iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli məhkəmə iclas protokoluna (i.v. 237-240) əsasən iddiaçı cavabdehin vəkilinin verdiyi suallara cavab olaraq mənzilin dəyərini hissə-hissə ödəməsini, mənzil üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda 8000 manat ödədiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi də, iddiaçının bu cavabını qətnamədə qeyd etməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Lakin nəzərə almalıdır ki, iddiaçı verilən növbəti suala (sualın məzmununu protokolda əks olunmamışdır) cəmi 22728 manat həyata keçirtdiyi bildirmişdir ki, onun izahatında olan bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış və qətnamədə hüquqi qiymət verilməmişdir; mənzilin hazırda Cavabdeh2 sahibliyində olması işin mübahisəsiz halıdır. Həmçinin bu sahibliyin qanunsuz olmasını da işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etməmişlər. mübahisənin yuxarıda qeyd olunan qaydada həlli müqavilənin icrasının mümkünsüzlüyü nəticəsində mənzilin iddiaçıya təhvil verilməsinin qeyri-mümkün olması halında, onun gələcəkdə cavabdeh MTK-dan vurulmuş zərəri tələb etmək hüququnu məhdudlaşdırır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MTK-ya müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin tam ödənilməsinin müəyyən edilməsi tərəflərin hüquqlarının qanuni mənafelərinin qorunması üçün əhəmiyyət kəsb etməklə, bu məsələyə məhkəmə tərəfindən prosessual hüquq normalarına uyğun olaraq təkrarən hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi məhkəmə bu neçə ildə şəxsin istifadə və sahiblik hüquququnun olması faktını qətnamə çıxararkən nəzərə almayıb. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verə bilməyib. Sübut kimi qəbul edilməli olan və tərəflər arasında olan münasibəti tənzimləyən müqavilə sübut kimi qəbul edilməyib. Məhkəmə iddiaçı tərəfindən əvvəlcədən ödənişin edilməsini sübut kimi qəbul etməyib ancaq əsaslandırma etməyib ki, nə üçün tərəflər arasında münasibəti tənzimləyən müqaviləni sübut kimi qəbul etmir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə həmin MTK dan aldığı digər evi satması barədə sənəd təqdim edilib və faktiki olaraq o evin də maliyyə arayışı olmayıb. Şirkət tərəfindən maliyyə araşıyının verilməməsi vətəndaşın üzərinə yıxılmalı deyil. Cavabdehdən protokoldan çıxarış və yaxud mühasibatlıq uçotu kitabından çıxarış da tələb edilməyib. Çünki iddiaçı maliyyə arayışı itirmiş olsa belə kitabda bu barədə qeyd olunmalı idi. Cavabdeh qanunsuz olaraq ödəniş edilən zaman kassa çeki verməyib və müvafiq olaraq mühasibatlıq qaydalarını tənzimləyən qanunvericilik normalarını pozmuşdur. Məhkəmənin qətnaməsi əsaslandırılmayıb. Yalnız hüquq normaları qətnaməyə əlavə edilib və sübut kimi təqdim edilən müqavilənin nə üçün sübut kimi qəbul edilməyi də əsaslandırılmayıb. Cavabdehin nümayəndəsi məhkəmə zamanı bildirib ki, MTK-nın bundan əvvəl bağladıqları bəzi müqavilələr üzrə Korrupsiya idarəsində araşdırma aparılır. Həmçinin cavabdeh özü bildirib ki, mansard bir çox hallarda barterlə həll olunur. Həmçinin əgər iddia olunduğu kimi iddiaçı tərəfindən ödəniş olunmamış olsaydı cavabdeh nə üçün uzun müddət gözləyib və ondan sonra evi satıb. Həmçinin müqavilədə qeyd edilir ki, tərəf əgər qeyd edilən vaxtda ödənişi etmədiyi halda MTK satış edə bilər və həmin satışdan əldə edilən pulla iddiaçının pulunu ödəməli idi. Bu hal məhkəmə tərəfindən aydınlaşdırılmayıb. Məhkəmə işə səthi baxıb. Ancaq cavabdehin dediklərini əsas götürüb və həmçinin aydınlaşdırmayıb ki, iddiaçının neçə il istifadəsində olan mənzil hansı əsasla olub. Məhkəmə müqaviləni sübut kimi qəbul etmədiyi halda cavabdehdən ancaq maliyyə arayışının təqdim edilməsini deyil, protokoldan çıxarış və həmçinin digər mühasibatlıq sənədlərini tələb etməli idi.. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun qeyd olunan binada iki mənzili olmuşdur. Mübahisəli mənzil 15-ci mərtəbədə yerləşmiş, mənzilin müqavilə dəyəri olan 22728 manat məbləğin 500 manatı onun tərəfindən ilkin olaraq ödənilmiş, bundan beş gün sonra isə bütün məbləğ bir dəfəyə ödənilərək cavabdehlə aralarında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilədə onun tərəfindən mənzilin tam dəyərinin ödənilməsinə dair qeyd edilmişdir. Əvvəlki məhkəmə proseslərində mənzilin məbləğinin hissə-hissə ödənilməsinə dair ifadəsi düzgün başa düşülməmişdir. O, hissə-hissə dedikdə iki dəfəyə ödənilməni nəzərdə tutmuşdur. Hazırda da mənzilini alan digər cavabdehi də anlayır. Bilir ki, o, vicdanlı alıcıdır. Lakin ən azından onun da pulu geri qaytarılmalıdır. Həmçinin bildirdi ki, mənzil mansard olduğu üçün arayışda mənzilin nömrəsi qeyd olunmasa da, mərtəbənin 15 olması qeyd edilmişdir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Ali Məhkəmənin qərarında göstərilənlərə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçınını vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Dərəçiçək” MTK-nın vəkili tərəfindən bildirilir ki, iş materiallarındakı arayış 14-cü mərtəbədəki mənzilə aiddir. Lakin arayışda 15-ci mərtəbə qeyd olunub. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən əgər 15-ci mərtəbədəki mənzil alınmayıbsa, necə olur ki, Cavabdeh1 MTK tərəfindən 500 manatın ödənilməsi ilə bağlı arayış verilmiş və MTK-nın rəhbərinin imzası və möhürü olan müqavilə tərtib olunmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən mənzilin məbləği tam şəkildə ödənilmişdir. Mənzilə dair müqavilə ilkin 500 manat məbləği ödənildikdən sonra bağlanılmış və həmin zamanda mənzilin yerdə qalan dəyəri iddiaçə tərəfindən tam ödənilmişdir. Sadəcə burada Cavabdeh1 MTK tərəfindən bir mənzilin bir neçə nəfərə satılması halı baş vermişdir. Digər cavabdehə münasibətdə onu vicdanlı alıcı kimi qəbul edirlər. Lakin iddiaçı tərəfindən də ödənilmiş məbləq vardır ki, ən azından həmin məbləğ geri qaytarılmalıdır. Odur ki məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar çıxarılarkən Ali məhkəmənin qərarında qeyd olunmuş halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarındakı arayışda mənzilin nömrəsi qeyd olunmamışdır. Çox böyük ehtimalla, bu arayış mübahislə mənzilə aid deyil, iddiaçının 14-cü mərtəbədə aldığı mənzilə aiddir. Çünki hər iki mənzil hisə-hissə ödəniş edilməklə alınmışdır. İddiaçı bildirmişdir ki, əvvəlcə 14-cü mərtəbədəki mənzili hissə-hissə ödəniş edib aldıqdan sonra digər mübahisəli mənzili almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, mübahisəli mənzili 2021-ci ilin avqust ayının axırı, sentyabr ayının əvvəli almış və mənzilin müqaviləsi də mövcuddur. 1 ay yarımın ərzində mənzili təmir edib köçmüşdür. Mənzili alan zaman qapısı var idi, açar isə MTK tərəfindən ona təhvil veriomişdir. Mənzilin ödənişini Cavabdeh1 MTKnın nümayəndəsinə ödəmiş və ona birbaşa MTK tərəfindən mənzillə bağlı sənəd təqdim olunmuşdur. 2 il keçdikdən sonra 2023-cü ilin yay aylarında iddiaçı mənzilə gələrək mənzilin ona məxsus olduğunu bildirmişdir. Həmçinin qeyd edir ki, mənzili alan zaman mənzilin divarları kərpic idi, arakəsmələr yox idi və döşəmə isə beton idi. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(060)-209/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətamə qəbul edilməli və iddia rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında şərh etdiyi hüquqi mövqeni və əvvəlki apellyasiya baxışında həmçinin birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsanları nəzərə alaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Əvvəla iş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə versə də birinci instansiya məhkəməsi Cavabdeh2 cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi anlaşılan olmamaqla yanaşı, hüquqi qiymət verməməklə mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hazırda mübahisəli mənzilin (mansard) Cavabdeh2 olmasını və iddiaçının tələbinin mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini qərara almışdır. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı satıcı Cavabdeh1 MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15 ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsini kv.m-nin dəyəri 278 manat olmaqla 22728 manata almışdır. Sözügedən mansard sahəsinin dəyərinin tam şəkildə ödənilməklə iddiaçının MTK-ya borcunun olmamasına dair iddiaçı və MTK tərəfindən maliyyə arayışları təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi həm maliyyə arayışının olmamasına, həm də Cavabdeh1 MTK tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 007/153 nömrəli sorğuya cavab məktubuna istinad edərək qeyd edilən nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi müqavilənin 4.2-ci bəndində mənzilin dəyərinin tam ödənilməsinin qeyd edilməsi ilə bağlı bildirmişdir ki, müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməsi məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış 17 iyun 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndinə görə, müqavilənin predmeti olmuş mansard sahəsinin qiymətinin 100%, yəni 22728 manat məbləği ödənilmişdir. Bundan başqa məlumdur ki, mülki qanunvericiliyin prinsiplərindən biri müqavilələr azadlığıdır. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq münasibətlərinin yaranması əsaslarındandır. Həmçinin Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Hazırkı halda İddiaçı ilə satıcı Cavabdeh1 MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqavilənin 4.2-ci bəndindən (ödəniş haqqının məbləği və ödəniş qaydası bəndi) də göründüyü müqavilə qiymətinin 100% miqdarı 22728 manat ödənilmişdir. Göründüyü kimi tərəflər müəyyən etdikləri müqavilə şərtləri barədə razılığa gəlmiş və hər iki tərəf müqaviləni imzalamışdır. Birinci instansiya məhkəməsinin maliyyə arayışının olmaması əsası ilə müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməsi məhkəmə tərəfindən mötəbər sübut hesab edilməməsi qənaətinə gəlməsi qanunauyğun olmamışdır. Belə ki, təqdim edilmiş müqavilədən görünür ki, həm payçı İddiaçı, həm də satıcı Cavabdeh1 MTK qeyd edilən müqaviləni imzalamış və Cavabdeh1 MTK tərəfindən möhürlə bir daha təsdiqlənmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçının 500 manat ödəməsinin qeyd edildiyi arayış xx.xx.2013-cü il tarixə müqavilə bağlanmazdan 5 gün öncəsinə təsadüf edir ki, bu da iddiaçının öncə 500 manat məbləğ ödəməsi daha sonra isə müqavilə bağlanan zaman bütün pul məbləğini ödəməsi barədə dediklərini təsdiq edir. Bundan başqa məlumdur ki, qəbul edilmiş işgüzar adətlərə əsasən mənzil tikintisi barədə fiziki şəxslərlə tikinti şirkətləri arasında müqavilələr bağlanılarkən və bu müqavilələr üzrə ödənişlər edilərkən, belə şirkətlər, rəhbəri (satışa məsul olan digər vəzifəli şəxsi) tərəfindən imzalanaraq, şirkətin möhürü ilə təsdiqlənmiş ayrıca “Maliyyə arayışı”, “Mədaxil orderi”, “Qəbz” və s. adları ilə yazılı sənədi qarşı tərəfə təqdim edirlər. Lakin, belə sənədin mövcud olmaması (və ya tərəfə təqdim edilməməsi), ödənişin edilməməsi kimi qiymətləndirilə bilməz. Bundan başqaCavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 14 avqust 2021-ci il tarixli, 102A002 nömrəli müqavilənin 4.2-ci bəndində bu müqavilənin ödənişinin yalnız maliyyə arayışı ilə əsas sayıldığı qeyd edilsə də, İddiaçı ilə bağlanmış müqavilənin şərtlərində belə bir müddəa qeyd edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd edilən əsaslarla, yəni “iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının olmaması mübahisə predmeti olan ünvan 2 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmamışdır.” kimi mövqeyi müqavilənin icrasının mümkünsüzlüyü nəticəsində mənzilin iddiaçıya təhvil verilməsinin qeyri-mümkün olması halında, onun gələcəkdə cavabdeh MTKdan vurulmuş zərəri tələb etmək hüququnu məhdudlaşdırır. Məlumdur ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Beləliklə iş materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı satıcı Cavabdeh1 MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15 ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsi üçün kv.m-nin dəyəri 278 manat olmaqla 22728 manat ödəmiş, lakin Dərəçiçək"MTK tərəfindən inşa olunmuş həmin binadakı mənzillər 2015-ci ildən sakinlərin təmirinə və istifadəsinə təhvil verildiyindən mənzil (mansard) İddiaçı təhvil verilməmişdir. Məhkəmə kollegiyası tərəfindən Cavabdeh1nə xx.xx.2025-ci il tarixdə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması və əlaqədar sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

1. Cavabdeh1 MTK-ya məxsus ünvan 2 ünvanında inşa dilən yüksək mərtəbəli yaşayış binası, həmçinin həmin binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən, sahəsi 82,65 kvm. olan mənzil nə zaman istismara rəsmi qaydada verilmişdir? (istismar aktı və s. sübutlar təqdim edilməklə)

2. Ümumiyyətlə MTK tərəfindən inşa edilmiş həmin bina və binada yerləşən mənzilllər sakinlərin istifadəsinə və eləcədə təmirə təhvil verilmişdirmi? Verilmişdirsə, nə zaman təhvil verilmişdir? (təhvil-təslim aktarı və s. sübutlar təqdim edilməklə)

3. Mübahisəli mənzilə qapı quraşdırılmışdırmı, quraşdırılmışdırsa, nə zaman və kim tərəfindən quraşdırılmışdır?

4. Mübahisəli mənzil üzrə öhdəlik ilk olaraq kimin qarşısında, icra edilmişdir? Hansı tarixdə kimə təhvil verilmişdir? (buna dair sübutlar təqdim edilməklə) Cavabdeh1 tərəfindən təqdim edilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx"MTK-nın ünvan 1 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binası istismara qəbul edilməmişdir. Həmin binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən, sahəsi 82.65 kv.m olan mənzil, 14 avqust 2021-ci ildən payçı Cavabdeh2 istismarına verilmişdir. Mübahisəli mənzil üzrə öhdəlik ilk olaraq 14 avqust 2021-ci ildə Cavabdeh2 tərəfindən qapı quraşdırılmış, mənzil tam təmir olunmuş və halhazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır. "xxxx"MTK tərəfindən inşa olunmuş həmin binadakı mənzillər 2015-ci ildən sakinlərin təmirinə və istifadəsinə təhvil verilmişdir. Beləliklə sorğuya verilmiş cavabdan da göründüyü kimi mübahisəli mənzil (mansard) 14 avqust 2021-ci ildən payçı Cavabdeh2 istismarına verilmişdir. Mübahisəli mənzil üzrə öhdəlik ilk olaraq 14 avqust 2021-ci ildə Cavabdeh2 tərəfindən qapı quraşdırılmış, mənzil tam təmir olunmuş və hal-hazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır. Mənzilin hazırda Cavabdeh2 sahibliyində olması işin mübahisəsiz halıdır. Həmçinin bu sahibliyin qanunsuz olması işin hallarını ilə müəyyən edilmir. Hazırda işin müəyyən edilmiş halları ilə mübahisəli mənzilin iddiaçıya təhvil verilmədiyi, əksinə olaraq mənzilin Cavabdeh2 təhvil verildiyi onun tərəfindən sözügedən mənzildə təmir işləri aparıldığı, həmin mənzildə yaşadığı, iddiaçı ilə müqavilə 2013-cü il tarixdə bağlanılsa da, "xxxx"MTK tərəfindən inşa olunmuş həmin binadakı mənzillərin 2015-ci ildən sakinlərin təmirinə və istifadəsinə təhvil verilməsi, 2021-ci il tarixdə mənzilin Cavabdeh2 təhvil verildiyi öz təsdiqini tapdığından məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi ilə bağlı birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 17 iyun 2013-cü il tarixli müqavilə üzrə mənzilin əldə edilməsi üçün 22728 manat məbləğində pul vəsaiti ödəmiş, lakin ona heç bir mənzil təhvil verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, MM-nin 452.1 maddəsinin tələbləri baxımından Cavabdeh1 İddiaçı qarşısında 17 iyun 2013-cü il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından onun Cavabdeh1nə qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələb ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməili, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(060)-209/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar