Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-479/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası, müqavilənin etibarlılığı, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)-1416/2024 n ömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 17 iyun 2013-cü il tarixli müqavilə ilə Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsini bir pay kimi İddiaçı vermişdir. Müqavilənin 4.1-ci bəndinə görə, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m. sahəsi üçün 275 manat müəyyən edilir və cəmi 82,65 kv.m sahəsi üçün 22728 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən olunmuş mansard sahəsinin qiymətindən 100%, yəni 22728 manat ödənilmişdir.
2. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov t ərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 12 iyun 2013-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən Cavabdeh MTK-nin ünvan 2 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinin dəyərindən 500 manat ödəmişdir. 3. 14 avqust 2021-ci il tarixli, 102A002 nömrəli müqavilə ilə Cavabdeh MTK ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 86 kv.m olan 102A nömrəli mansard sahəsinin izolə olunmuş 2 otağını bir pay kimi X3 vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 337 manat təyin edilir və cəmi 86 kv.m sahəsi üçün 29000 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilənin ödənişi yalnız maliyyə arayışı ilə əsas sayılır. Müqavilənin 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətindən 100%, yəni 29000 manat ödənilmişdir.
4. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 14 avqust 2021-ci il tarixli arayışa əsasən X5 həqiqətən Cavabdeh MTK-nin ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 86 kv.m olan, 2 otaqlı, 102A saylı mansard sahəsinin dəyərini tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 kv.m olan mənzilin boşaldılaraq, əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MTK-ya məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində, sahəsi 82,65 kv.m. olan mənzili 1 kv.m 275 manat olmaqla, ümumilikdə 22728 manat məbləğində pulu 17 iyun 2013-cü il tarixli müqavilə üzrə 100 faiz həcmində ödəməklə almışdır. Qeyd edilən mənzilə iddiaçının mülkiyyət hüququ 17 iyun 2013-cü il tarixli müqavilə ilə sübuta yetirilir. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən id diaçıya təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heç-bir mübahisə olmamışdır. İddiaçı bir müddət ona məxsus mənzilə gedib gəlmiş və girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o, mülkiyyətində olan mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən, mənzilin başqa şəxsə satıldığını, mənzildə təmir bərpa işlərinin aparıldığını görmüşdür. Ona cavabdeh tərəfindən süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də onlar buna əhəmiyyət verməmişlər.
7. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, şirkəti adından 5 və yaxud 6 saxta müqavilə bağlanmı ş, möhürləri saxtalaşdırmaqla ******* manat vəsait mənimsənilmişdir. Mansard sahəsi barter olaraq verilmişdir. Belə ki, binanın katlavanı qazılanda sahibkarlar, armatur, şeben, qum və s. verəcəyini vəd etmiş, bunun əvəzində isə barter etdikləri sahibkarın şəxsiyyət vəsiqələrinə baxılır və onlara mənzil verirlər. Lakin maliyyə arayışları verilmir. Sahibkarlar gətirdikləri mal hesablandıqdan sonra, arayış verirlər. Qarşı tərəfdə maliyyə arayışı olmamışdır.
8. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, 14 avqust 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin iddiaçıya satılmasından xəbəri olmamışdır. 2023-cü ildə iddiaçı gəlmişdir ki, ev onundur. Müqaviləni göstərmiş, lakin nömrə yazılmamışdır.
9. Ca vabdeh MTK tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən 12 iyun 2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsi ilə (hakim A.Nuriyeva) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının olmaması onun Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, mübahisə predmeti olan ünvan 2 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır.
12. Məhkəmənin qənaətinə görə mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübute tmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı ərizəsində qeyd etdiyi hallar, təqdim etdiyi sübutlar ilə ziddiyyət təşkil etmişdir. İddia ərizəsində 17 iyun 2013-cü il tarixli müqavilə üzrə ödənişlərin tam həyata keçirdiyini iddia etsə də, maliyyə arayışı təqdim edilməmiş, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilmədiyindən maliyyə arayışının verilməməsi qeyd olunmuş, iddiaçı tərəfindən təqdim olunmuş 12 iyun 2013-cü il tarixdə verilmiş 500 manat ödənişin edilməsi ilə bağlı arayış məhkəmənin iddia tələbinin əsassız olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Bağlanmış müqavilənin tarixinə diqqət yetirdikdə müqavilə tərəfləri üçün müqavilənin bağlanması anından hüquq və vəzifələr yaradır. Yəni müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməs i məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, Mənzil Məcəlləsinin 112, 113.1,113.2, 113.3, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)-1416/2024 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsin in 10 iyun 2024-cü il tarixli, 2(060)-209/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı iddiası təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, həmin tələb ilk öncə Cavabdeh MTK-ya yönəldilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində işə baxıldığı zaman iddiaçı X2 cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə versə də birinci instansiya məhkəməsi X4 cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi anlaşılan olmamaqla yanaşı, hüquqi qiymət verməməklə mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur.
17. Belə ki, birinci instansiya məhkəməsi mülki işin məhkəmə baxışına hazırlanması zamanı hüquq münasibətində olan tərəfləri düzgün müəyyən etməməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən onların prosessual hüquqlarını həyata keçirməsində lazımı köməklik göstərməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və iddiaçının tələbini nəzərə almaqla, cavabdehi əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etməkdə haqlı hesab oluna bilərdi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi X2 ikinci cavabdeh qismində iddiaçının nümayəndəsi ərizəsinə lazımı hüquqi qiymət vermədən, onu cavabdeh qismində qəbul etmək əvəzinə, 12 mart 2024-cü il tarixli qərardadla onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Əslində isə iddiaçı nın ərizəsi nəzərə alındıqda X5 məhkəmə prosesində cavabdeh qismində iştirak etmişdir. Buna görə də, apellyasiya məhkəmə kollegiyası iddianın Cavabdeh MTK ilə yanaşı X3 qarşı yönəlməsini qəbul etmişdir. Qeyd olunanlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirmişdir.
18. Apellyasiya kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmaqla, mübahisəli mənzilin Cavabdeh MTK-nın deyil, digər cavabdeh X2 faktiki sahibliyində olması işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh MTK iddia tələbinə cavab verməli olmayan şəxs olmuşdur, birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını nəzərə almadan iddia tələbini digər əsaslarla Cavabdeh MTK-ya münasibətdə təmin etməmişdir. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh MTK-ya münasibətdə hazırkı iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər cavabdeh X3 münasibətdə də iddia əsassız olmuşdur. Belə ki, iddiaçının tələbi mübahisəli mənzilin (mansard) qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olmuşdur ki, sübutetmə vəzifəsinə uyğun olaraq, mübahisəli mənzilin cavabdeh X2 qanunsuz sahibliyində olmasını iddiaçı sübut etməli olmuşdur. Lakin, iddiaçı mübahisəli mənzilin (mansard) cavabdeh X2 qanunsuz sahibliyində olmasını, o cümlədən pay haqqını tam ödəməklə mənzilin onun mülkiyyətində olmasını sübuta yetirə bilməmişdir.
20. Belə ki, iddiaçı iddia ə rizəsində 17 iyun 2013-cü il tarixli müqaviləyə, dolayısı ilə müqavilənin 4.2-ci bəndində istinad edərək, müqavilə bağlandığı tarixdə müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin 22728 manat olan dəyərinin tam olaraq ödədiyini qeyd etsə də, apellyasiya kollegiyasının iclasında verdiyi izahatında, qeyd olunan 15-ci mərtəbədəki mənzil (mansard) üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini bildirmişdir. Yəni, məhkəmə kollegiyasının iclasında iddiaçının mübahisəli əmlakla bağlı edilmiş ödənişlərə dair izahatı, məhkəməyə təqdim edilmiş 17 iyun 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndi ilə ziddiyyət təşkil etməklə yanaşı, iddiaçının öz izahatı ilə müqavilənin 4.2-ci bəndinə əsasən əmlakın bütün dəyərinin ödənilmə si faktını istisna etmişdir.
21. Bundan başqa, iddiaçı mübahisəli əmlakla bağlı ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda isə 8000 manat ödədiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mübahisəli əmlakla bağlı məhkəməyə yalnız müqavilə bağlanmamışdan 5 gün əvvələ aid, yəni 12 iyun 2023-cü il tarixli 500 manatlıq ödəniş sənədi təqdim edilmişdir. İddiaçının iddia etdiyi digər 500 manatlıq, 8000 manatlıq və 3000 manatlıq ödənişlərə dair hər hansı bir sübut təqdim edə bilməmişdir.
22. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına 8 ədəd hər birində 500 manatlıq ödənişə dair arayış təqdim edilmiş və iddiaçı məhkəmə kollegiyasının iclasında həmin qəbzlərin məhz mübahisəl i 15-ci mərtəbədə yerləşən mənzillə (mansard) bağlı olduğunu, lakin Cavabdeh MTK-nın rəhbərliyinin onu aldadaraq həmin arayışlara 11 sentyabr 2012-ci il tarixli müqavilə əsasında aldığı, 14-cü mərtəbədə yerləşən mənzilə dair ödənişləri özündə əks etdirən məlumatları daxil edərək verdiyini, onun isə buna fikir vermədiyini bildirmişdir ki, iddiaçının bu izahatı da inandırıcı və ağlabatan olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödənişə dair arayışların hamısı 17 iyun 2013-cü il tarixli müqavilədən əvvəlki tarixlərə, hətta 2012-ci il tarixlərə aid arayışlar olmaqla, həmin arayışların məzmununda da konkret olaraq ödənişlərin ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən 94b nömrəli mənzilə görə edilməsi qeyd olunmuşdur. İd diaçının isə qeyd olunan məlumatlara fikir vermədən arayışları qəbul etməsi mümkün deyildir. Belə ki, qeyd olunan halın dəfələrlə təkrarlanması halında bunun iddiaçının diqqətindən yayınması inandırıcı deyildir.
23. Yekunda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh X5 tərəfindən mübahisəli mənzil üzrə 14 avqust 2021-ci il tarixli müqavilə və mənzil (mansard) üzrə pay haqqının ödənilməsinə dair müvafiq arayış təqdim edilmişdir ki, digər Cavabdeh MTK da həmin ödənişi mübahisələndirməmiş və mübahisəli mənzilin (mansard) X2 mülkiyyətində olmasını qəbul etmişdir. Bununla da mübahisəli əmlakın cavabdeh X2 qanuni sahibliyində olması öz təsdiqini tapmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mü lki Məcəlləsinin 152.1, 157.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 51.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)-1416/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci və 18 mart 2022-ci il tarixli qərarlarının tələbləri poz ulmuşdur.
27. Belə ki, iddiaçı və cavabdeh MTK arasında müqavilə 17 iyun 2013-cü il tarixdə, digər cavabdehlə MTK arasında isə müqavilə 8 il sonra, 14 avqust 2021-ci il tarixdə bağlanmışdır. İddiaçının mənzilin dəyərini tam ödəmədiyi halda, cavabdeh MTK-nın bu müddət ərzində ödənilmiş vəsaitin iddiaçıya qaytarmaqla, mənzili başqa şəxsə satmaması əsaslandırılmamışdır.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kim i qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və tələblər bölünməz olduğundan, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuni liyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apel lyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
35. Belə ki, apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, id diaçı mübahisəli mənzilin (mansard sahəsinin) müqavilə şərtinə uyğun olaraq ödədiyini sübut edə bilmədiyi və mənzil hazırda cavabdeh X2 qanuni sahibliyində olduğu üçün iddia təmin oluna bilməz. Bu zaman məhkəmə iddiaçının mənzilin tam ödənilməsi barədə müvafiq maliyyə arayışının təqdim edilməməsinə və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatına istinad etmişdir.
36. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırılması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17 iyun 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndinə görə, müqavilənin predmeti olmuş mansard sahəsinin qiymətinin 100%, yəni 22728 manat məbləği ödənilibdir.
37. Həmin müqavilənin, ya da ki, onun qey d olunan şərtinin etibarlılığı maraqlı şəxslərlə mübahisələndirilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən də bununla bağlı qiymətləndirmə aparılmamışdır.
38. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi h əmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etiba rən öz təsir və nəticələrini göstərir.
39. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
40. Eyni mövqe “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında təsbit olunmuşdur. Həmin qərardada əsasən məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsu satlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.... Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
41. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi birinci instansiyası məhkəməsində iddi aya etiraz edərkən, mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə görə müqavilə şərtinə əsasən ödəniş edilməmiş, müqavilənin tikinti kooperativinə verilmiş tikinti materiallarına görə tərtib edilməsi ehtimal olunmuşdur.
42. Məhkəmə kollegiyası razılaşır ki, qəbul edilmiş işgüzar adətlərə əsasən mənzil tikintisi barədə fiziki şəxslərlə tikinti şirkətləri arasında müqavilələr bağlanılarkən və bu müqavilələr üzrə ödənişlər edilərkən, belə şirkətlər, rəhbəri (satışa məsul olan digər vəzifəli şəxsi) tərəfindən imzalanaraq, şirkətin möhürü ilə təsdiqlənmiş ayrıca “Maliyyə arayışı”, “Mədaxil orderi”, “Qəbz” və s. adları ilə yazılı sənədi qarşı tərəfə təqdim edirlər. Lakin, belə sənədin mövcud olmaması (və ya tərəfə təqdim edilməməsi), ödənişin edilməməsi kimi qi ymətləndirilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən işin hallarını və işdə olan sübutları Mülki Prosessual Məcəllənin 77.1, 88 və 106-cı maddələrinə uyğun hüquqi qiymət verməlidir.
43. Hazırkı halda, iddiaçının mənzilin dəyərini tam ödəməsi müqavilədə bilavasitə qeyd olunduğu halda, buna dair ayrıca sənədin olmaması səbəbi ilə ödənişin edilməsinin sübut olunmamasına dair apellyasiya məhkəməsinin mövqeyi anlaşılmazdır. Məhkəmə müqavilənin 4.2-ci bəndinin nə səbəbdən qeyd olunan məzmunda tərtib edilməsini araşdırmamış, həmin bəndin etibarlılığına hüquqi qiymət verməmişdir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən iddiaçının apellyasiya məhkəməsində verdiyi izahatına da istinad etmişdir.
45. Həqiqətən, iş materiallarında olan apellyasiya in stansiyası məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli məhkəmə iclas protokoluna (i.v. 237-240) əsasən iddiaçı cavabdehin vəkilinin verdiyi suallara cavab olaraq mənzilin dəyərini hissə-hissə ödəməsini, mənzil üçün ilkin olaraq 3000 manat, daha sonra hissə-hissə 500 manat olmaqla, yekunda 8000 manat ödədiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi də, iddiaçının bu cavabını qətnamədə qeyd etməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
46. Lakin nəzərə almalıdır ki, iddiaçı verilən növbəti suala (sualın məzmununu protokolda əks olunmamışdır) cəmi 22728 manat həyata keçirtdiyi bildirmişdir ki, onun izahatında olan bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış və qətnamədə hüquqi qiymət verilməmişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mənzilin hazırda cavabdeh X1 olması işin müb ahisəsiz halıdır. Həmçinin bu sahibliyin qanunsuz olmasını da işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etməmişlər.
48. Bununla belə, mübahisənin yuxarıda qeyd olunan qaydada həlli müqavilənin icrasının mümkünsüzlüyü nəticəsində mənzilin iddiaçıya təhvil verilməsinin qeyri-mümkün olması halında, onun gələcəkdə cavabdeh MTK-dan vurulmuş zərəri tələb etmək hüququnu məhdudlaşdırır.
49. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MTK-ya müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin tam ödənilməsinin müəyyən edilməsi tərəflərin hüquqlarının qanuni mənafelərinin qorunması üçün əhəmiyyət kəsb etməklə, bu məsələyə məhkəmə tərəfindən prosessual hüquq normalarına uyğun olaraq təkrarən hüquqi qiymət verilməlidir.
50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsi pi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli ara şdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
54. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
55. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2(105)-1416/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.