Məhkəmə qərarları › İş №2(1-8)-1019/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1019/2026

20.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1019/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC cəlb edilməklə) mülki iş üzrə QƏRARİ (Açar sözlər: “ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdiriməsinə görə faizlərin ödənilməsi” tələbi; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC cəlb edilməklə) mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.1996-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı (bundan sonra mətndə-iddiaçı) ##.##.2017-ci il tarixində Cavabdeh MMC-nin (bundan sonra mətndəcavabdeh MMC) administrator vəzifəsinə qəbul edilmiş, bu barədə ##.##.2017-ci il tarixli 06/17 K saylı əmri verilmişdir.Cavabdeh MMC tərəfindən tərtib olunan ##.##.2017-ci il tarixli 06/17 K saylı əmrdən görünür ki, iddiaçı ## ##### 2017-ci il tarixindən Baş ofisinə Administrator vəzifəsinə təyin edilmiş, işlədiyi hər aya görə normal iş saatları üçün əmək haqqı vergisiz olaraq, 750 (yeddi yüz əlli) manat təyin edilmişdir.

1. Qəbzlərin surətinə əsasən iddiaçı ##.##.2023-cü il tarixdə “xxxx” ASC vasitəsi ilə 322 (üç yüz iyirmi iki) manat və 18 (on səkkiz) manat, ##.##.2024-cü il tarixdə tərcümə və notariat xidməti üçün 284 (iki yüz səksən dörd) manat, ##.##.2023-cü il tarixdə 20 (iyirmi) manat, ##.##.2023-cü il tarixdə 17 (on yeddi) manat, 07.----.2024-cü il tarixdə 26 (iyirmi altı) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 3 (üç) manat və 2 (iki) manat, cəmi 707 (yeddi yüz yeddi) manat ödəniş etmişdir.

2. Cavabdeh ilə iddiaçı arasında ##.##.2017-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən bununla işəgötürən işçini işə götürür və işçi Administrator vəzifəsinə aid olan vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan, yəni ## ##### 2017-ci il tarixdən qüvvəyə minir və ## ###### 2017-ci il tarixinədək qüvvədə qalır. Müqavilənin 3.2-ci bəndinə əsasən işçi ## ##### 2017-ci il tarixdən işə başlayır. Müqavilənin 6.1-ci bəndinə əsasən işçiyə işlədiyi hər aya görə normal iş saatları üçün xalis məbləğdə 750 (yeddi yüz əlli) manat maaş ödəniləcək. Işəgötürən əmək haqqı ilə əlaqədər olan bütün vergi və ödəmələri öz hesabına müvafiq büdcə və fondlara keçirəcəkdir. Müqavilənin 6.2-ci bəndinə əsasən əmək haqqı ayda 1 (bir) dəfə olaraq və növbəti ayın 10 (ondan) gec olmayaraq işçiyə ödənilir.

3. “xxxx” Bank Azərbaycan QSC-nin ##.##.2024-cü il tarixli bank hesabından çıxaeışdan görünür ki, Cavabdeh MMC tərəfindən ## ###### 2023-cü il tarixdə 3729 manat ödənilmişdir.

4. Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı ## ######## 2024-cü il tarixli məktubuna əsasən iddiaçıdan “X9 S.P.A” Şirkətinin Azərbaycan Respublikasında X6 adlı filialına məxsus “xxxx”nı və möhürü, şirkətin əməkdaşı olaraq, səlahiyyətli nümayəndə cənab Sadıx Murtuzayevə təhvil verilməsi xahiş olunmuşdur. Ona təqdim edilmiş sənədləri 3 (üç) iş günü ərzində təhvil verməsi, təhvil vermədiyi təqdirdə barəsində qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

5. *******000312 saylı, ##.##.2022-ci il tarixli X11 Edilməsi ilə bağlı X13 əsasən, cavabdeh MMC ilə iddiaçı arasında, Məşğulluq təsnifatı üzrə: inzibatçı; Əmək müqaviləsi üzrə: Administrator vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Işçinin aylıq əmək haqqının məbləği - 889, 67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində qeyd edilmişdir.

6. Iddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh MMC-nin direktoru X3 ərizə ünvanlayaraq, onu ## #### 2024-cü il tarixdən, iyul ayından bu günə kimi əmək haqqı almadığına görə, tutduğu vəzifədən azad edilməsini və onunla şirkət tərəfindən bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir.

7. ## ###### 2020-ci il tarixli etibarnaməyə əsasən o, ##.##.2014-cü il tarixində X5 Nazirliyi tərəfindən verilmiş, ##.##.2024-cü il tarixinə qədər qüvvədə olan ##.##.1985-ci il təvəllüdlü Italiya vətəndaşı cənab Giacinto Roccio bu etibarnaməni ilə icazə verir ki, iddiaçı X9 S.p.A-nın direktoru və qanuni nümayəndəsi olacağı filialının qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisində onun adından və lehindən aşağıdakı hüquq və səlahiyyətlərdən istifadə edə bilər: Sənədləri və məlumatları imzalamaq, təqdim etmək və almaq, bununla əlaqədar digər zəruri tədbirləri görmək üçün Azərbaycan Respublikasının vergi və maliyyə orqanları, banklar, notariuslar, hökümət orqanları, komitə və akentliklər də daxil olmaqla əlaqədar nazirliklərdə onu təmsil etmək; Vacib vergilər və dövlət rüsumları və digər zəruri ödənişləri yerinə yetirmək; Bu etibarnamə ## ###### 2020-ci il tarixindən etibarən qüvvəyə minir və imzalandığı gündən 6 (altı) ay müddətində qüvvədədir.

a) Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdiriməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 11346,30 (on bir min üç yüz qırx altı manat otuz qəpik) ödənilməmiş əmək haqqı məbləği, 28429,43 (iyirmi səkkiz min dörd yüz iyirmi doqquz manat qırx üç qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləğini və 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləğinin, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 40916,53 (qırx min doqquz yüz on altı manat əlli üç qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh MMC arasında ##.##.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı administrator (inzibatçı) vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə cavabdeh tərəfindən ##.##.2017-ci il tarixli 06/17 K saylı əmri verilmişdir. Müqavilə 3-cü maddəsinə uyğun olaraq ##.##.2017-ci il tarixədək bağlanmış olsa da, onun 3.3-cü bəndinə uyğun olaraq hər dəfə 1 il uzadılmaqla müddətsiz əmək müqaviləsinə çevrilmişdir. Iddiaçı bu günə kimi işdən azad olunmamış və vəzifəsini yerinə yetirməkdə davam edir. Bu X11 edilməsi ilə bağlı “X7” ilə təsdiq olunur. Əmək Müqaviləsinin 6-cı maddəsinə əsasən əmək haqqı işçinin əlinə çatan xalis məbləği (bütün icbari ödənişlər çıxıldıqdan sonra) 750 manat təşkil etmiş, sonradan dəyişiklik edilməklə işçinin əlinə çatan xalis məbləği (bütün icbari ödənişlər çıxıldıqdan sonra) 889,67 manat müəyyən edilmişdir. Əmək Müqaviləsinin 6.2-ci maddəsinə əsasən, əmək haqqı ayda 1 dəfə olaraq növbəti ayın 10-dan gec olmayaraq ödənilir. Cavabdeh 2023-cü ilin aprel, may və iyun aylarına görə əmək haqqını gecikmə ilə ödəmişdir. Cavabdeh 2023cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ümumiyyətlə ödəməmişdir. Həmin aylara görə ödənilməmiş əmək haqqı məbləğlərini qeyd etmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Iddiaçı 2023-cü ildə əmək məzuniyyətindən istifadə etməmişdir. Həmin məzuniyyətə görə ##.##.2023-cü ildə ödəniş edilməli olduğu halda həmin ödəniş ##.##.2024-cü il tarixdə edilmişdir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin müddəası istifadə edilməmiş əmək məzuniyyəti ödənişlərinin gecikdirilməsinə də tətbiq olunur. Iddiaçıya ödəniməsi gecikdirimiş əmək haqqılar, istifadə edilməmiş əmək məzuniyyəti ödənişi, gecikmə müddətləri və hesablanmış faizləri qeyd edir. Iddiaçıya cavabdeh tərəfindən əmək haqqı ödənişləri “xxxx Bank Azərbaycan” bankı tərəfindən verilmiş, iddiaçının əmək haqqı hesabından ##.##.2024-cü il tarixli çıxarışda əksini tapmışdır. Eyni zamanda, 2024-cü ilin iyul-avqust aylarında iddiaçı tərəfindən cavabdehin əvəzinə aşağıda göstərilən şirkət xərcləri çəkilmişdir.

10. Daha sonra iddiaçı məhkəməyə vəsatət təqdim edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)****/**** saylı, ## ####### 2024-cü il tarixli protokoluna əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ## #### 2025-ci il tarixdə ərizə təqdim edərək, cavabdeh MMC-dən 19212,56 (on doqquz min iki yüz on iki manat əlli altı qəpik) ödənilməmiş əmək haqqı məbləği, 64967,90 (altmış dörd min doqquz yüz altmış yeddi manat doxsan qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləği, 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləği, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 85321,26 (səksən beş min üç yüz iyirmi bir manat iyirmi altı qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili vəkil1 Firidun oğlu iddia tələbinə dair elektron etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edirlər və hazırki iş üzrə cavabdeh MMC təşkilat 2017-ci ildən etibarən faktiki olaraq fəaliyyətini dayandırmış və hər hansı bir ofisdə, idarədə, müəssisədə fəaliyyət göstərməmişdir. Yəni iddiaçıda həmin müddətdən etibarən rəsmi olaraq işə gəlib-getməmiş, rəsmi olaraq fəaliyyət göstərməmiş, onun üçün dəqiq iş saatı dəqiq müəyyən olunmamış, hansı saatda işə başlayacağı və hansı saatda işin bitəcəyi müəyyən edilməmiş, iş yeri isə işəgötürənin baş ofisi və ya işəgötürənin bir bölməsindən digərinə və ya işəgötürənlə müqavilə (sub-podrat, icarə və.s) bağlanmış hər hansı müəssisə kimi göstərilmişdir. Lakin iddiaçı isə cavabdeh MMC fəaliyyətini faktiki olaraq dayandırdığından həmin müəssisələrdə fəaliyyət göstərməmişdir. Yəni hazırda iddiaçı faktiki olaraq fəaliyyət göstərmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddətə görə əmək haqqı və həmin əmək haqqının ödənilməməsiə görə ödənc tələb etməkdədir. Bu isə hesab edir ki, əsassızdır. Işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, hazırkı mübahisə üzrə işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək münasibəti kimi deyil, mülki-hüquqi münasibət kimi qiymətləndirilməlidir. Hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması yalnız tərtib “əmək müqaviləsi” adı altında tərtib edilmiş müqaviləyə uyğun qiymətləndirilməməli, məhkəmə bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına düzgün qiymət verməli və münasibətləri həqiqi xarakteri müəyyən olunmalıdır. Hazırkı işdə iddiaçının faktiki iş yeri cavabdeh MMC-nin müəssisəsi olmamış, onun iş qrafiki dəqiq qeyd edilməmişdir. Belə olan halda işəgötürən olaraq cavabdeh MMC iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı yoxdur. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh təşkilatın möhürləri ilə möhürlənmiş sübutlarda əsassız hesab edilməli və həmin sübutların hüquqi nəticələridə qanunsuz hesab edilməlidir. Belə ki, faktiki olaraq cavabdeh təşkilatın möhürləri iddiaçıda olmuş, həmin sənədlər iddiaçı tərəfindən heç bir səlahiyyəti olmadığı halda tərtib edilərək möhürlənmiş daha sonra məhkəmə təqdim edilmişdir. Məhkəmə tərəfindən ##.##.2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, möhür və zururi digər sənədlər ## ###### 2024-cü il tarixində təhvil-təslim aktına əsasən cavabdehin səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Bu isə sübutlar qanuni pozmaqla əldə edilmiş, ona görə də sübutların heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddiaçının cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, faizlərin ödənilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili vəkil1 Firidun oğlu iddia müddətinin tədbiq edilməsinə dair elektron ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə də pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, müvafiq tələb üzrə yekun məhkəmə aktı çıxarılarkən iddia müddəti tədbiq edilməklə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, aralarında razılıq əldə edilməmişdir. O, həmin müddət ərzində nə rəsmi, nə də qeyri-rəsmi başqa yerdə işləməmişdir. Hazırda da işdən çıxarılmağı ilə bağlı barəsində əmr verilməyib. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

14. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili vəkil1 Firidun oğlu iddia tələbini qəbul etməyərək, etirazın və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya keçən məhkəmə iclasından sonra rəsmi olaraq 18000 avro ödəməkləri ilə bağlı təklif göndərmişlər. Daha sonra iddiaçının razılaşmadığını görüb 40000 manat təklif etmişlər, lakin yenə də razılıq əldə edilməmişdir. Iddiaçının tələb etdiyi 60000 manat pulun ödənilməsi ilə bağlı şirkət rəhbəri qəbul etmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

15. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 866 manat iddiaçının alacağı məbləğdir, vergilər bura daxil deyil. Həmin məbləğ 11 avqust tarixindən 26 noyabr tarixinə kimi gecikmə olaraq hesablanmışdır. Orada qeyd edilən “date of payment” – əmək haqqının ödənildiyi tarix deyil, verilmiş sorğunun tarixinə uyğun yazılmışdır. Həmin tarixə əmək haqqı ödənilməmişdir. Hesablanılmış məbləğ ekspert tərəfindən hesablanan məbləğlə uyğunluq təşkil edir. Əmək müqaviləsində də göstərildiyi kimi 889 manat gross, 866 manat isə iddiaçının alacağı məbləğdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */** nömrəli, ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən hazırki tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarşısında cavab olaraq bildirilib ki, cavabdeh MMC tərəfindən təqdim edilmiş əmək haqqı hesablanması, ödənilməsi və işçilərin hesabat cədvəli barədə olan məlumatlara (c.i.v 68 və c.i.v 94-112) əsasən iddiaçıya 13942,48 manat məbləğində əmək haqqı ödənilməli idi. Bildirilib ki, (c.i.v 68) cavabdeh MMC tərəfindən tərtib edilmiş cədvəl məlumatına əsasən iddiaçıya 2023-cü il iyul ayından - 2024-cü il oktyabr ayına qədər ödənilməli olan əmək haqqı məbləğinin ##.##.2024-cü il tarixdə ödənildiyi göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan ikinci suala cavab olaraq bildirilir ki, iş materiallarında işçinin məzuniyyət əmrləri, 2023-2024-cü illər üzrə istifadə olunmamış məzuniyyət günləri, tabel cədvəlləri, məzuniyyətin hesablanma qaydası və s. öz əksini tapmadığından bu sual üzrə tədqiqat aparılmadı. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, hazırki tədqiqatla cavabdeh MMC tərəfindən iddiaçıya əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə 34032,99 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli (hakim G.V.Babazadə) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh MMC-dən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 18346,39 (on səkkiz min üç yüz qırx altı manat otuz doqquz qəpik) manat, əmək haqqının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün 1% (bir faiz) olmaqla) - 54240,75 (əlli dörd min iki yüz qırx manat yetmiş beş qəpik) manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat, notariat, tərcümə və xxxx üzrə xərclər üzrə - 707 (yeddi yüz yeddi) manat, mediasiya xərci üzrə 50 manat olmaqla, cəmi 73664,14 (yetmiş üç min altı yüz altmış dörd manat on dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi ## ######## 2024-cü il tarixdən əvvəlki 1 il üçün ödənilməyən əmək haqqı və həmin əmək haqqının işəğgötürənin təqsirindən gecikdirilməsinə görə əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir.

19. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında *******000312 saylı, ##.##.2022-ci il tarixli X11 Edilməsi ilə bağlı X13 əsasən, cavabdeh MMC ilə iddiaçı arasında, Məşğulluq təsnifatı üzrə: inzibatçı; Əmək müqaviləsi üzrə: Administrator vəzifəsinə qəbul edilməsi barədə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Işçinin aylıq əmək haqqının məbləği - 889,67 (səkkiz yüz səksən doqquz manat altmış yeddi qəpik) manat məbləğində qeyd edilmişdir.

20. Iddia müddətinin əmək haqqı hissəsi ilə bağlı məhkəmə qeyd edib ki, iddia bu hissədə qismən əsaslıdır.

21. Belə ki, cavabdeh MMC tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən görə əmək haqqı ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə ## ######## 2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir.

22. Iddia müddətini tətbiq etməklə ödənilməyən əmək haqqı 18346,39 manat təşkil edir.

23. Belə ki, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqı iki ay çıxılmaqla (iyul ayı – 866,60; avqust ayı – 866,15) qalan məbləğ 18346,39 manat təşkil edəcək. 24. Aylar Gecikən gün 1% Məbləğ

##.##. – 599 gün 8,63 5169,37 2023 sentyabr yı gecikməsi ##.##. – 568 gün 8,7 4941,6 2023 oktyabr yı gecikməsi ##.##. – 538 gün 8,63 4642,94 2023 noyabr yı gecikməsi ##.##. – 507 gün 8,74 4431,18 2024 dekabr yı gecikməsi ##.##. – 476 gün 8,91 4241,16 2024 yanvar yı gecikməsi ##.##. – 445 gün 8,98 3996,1 2024 fevral yı gecikməsi ##.##. – 416 gün 8,71 3623,96 2024 mart yı gecikməsi ##.##. – 385 gün 8,68 3341,8 2024 aprel yı gecikməsi ##.##. – 355 gün 8,93 3170,15 2024 may yı gecikməsi ##.##. – 324 gün 8,60 2786,4 2024 iyun yı gecikməsi ##.##. – iyul 294 gün 8,63 2537,22 2024 yı gecikməsi ##.##. – 263 gün 8,67 2280,21 2024 avqust yı gecikməsi ##.##. – 232 gün 8,6 1995,2 2024 sentyabr yı gecikməsi ##.##. – 202 gün 8,7 1757,4 2024 oktyabr yı gecikməsi ##.##. – 171 gün 8,63 1475,73 2024 noyabr yı gecikməsi ##.##. – 144 gün 8,74 1258,56 2025 dekabr yı gecikməsi ##.##. – 113 gün 8,91 1006,83 2025 yanvar yı gecikməsi ##.##. – 82 gün 8,98 736,36 2025 fevral yı gecikməsi ##.##. – 54 gün 8,71 470,34 2025 mart yı gecikməsi ##.##.2025 – 23 gün 8,68 199,64 aprel yı gecikməsi ##.##.2025 – 11 20 gün 8,93 178,60 may

542 Cəmi: 40,75 manat

25. Beləliklə, ödənilməyən əmək haqqı 18346,39 manat + 1% məbləğlə hesablanmış 54240,75 manat = 72587,14 manat.

26. Məhkəmə onu da qeyd edib ki, cavabdeh MMC tərəfindən iddiaçıya 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ödəmədiyinə görə, lakin iddiaçı məhkəməyə 2024-cü ilin sentyabr ayından müraciət etdiyindən son bir ili nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */** nömrəli, ## ##### 2025-ci il tarixli ekspert rəyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh MMC-dən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 18346,39 (on səkkiz min üç yüz qırx altı manat otuz doqquz qəpik) manat, əmək haqqının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün 1% (bir faiz) olmaqla) - 54240,75 (əlli dörd min iki yüz qırx manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Cavabdeh tərəfin bildirdiyi kimi işçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaması ilə məhkəmə razılaşmır.Belə ki, işçi əmək funksiyalarına icra etmədikdə və s. hallarda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Hazırki halda müəssisənin direktorun və təsisçilərinin ölkə ərazisində olmaması işçinin işləməməsi anlamına gəlmir.

28. Belə ki, tərəfin izahatı və təqdim etdiyi şirkətə aid sənədlərdən də görünür ki, işçi inzibatçı vəzifəsini icra etmişdir. Onu qeyd etmək lazımdır ki, cavabdeh tərəf iddianı qəbul etmədiyini bildirsə də, iddiaçıya 18000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş ödənilməsinə razılıqları ilə bağlı təklif göndərmişlər, daha sonra bu təklif 40000 manat məbləöinə yüksəlmiş, iddiaçı isə ödənilməmiş əmək haqqı və gecikdirilməsinə görə məbləği daha yüksək olduğundan təkliflə razılaşmamışdır.

29. Buna görə də, məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

30. Lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi ## ###### 2022-ci il tarixdən əvvəlki 1 il üçün ödənilməyən pul məbləği ödənilməlidir.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin “ə” bəndinə və 4-cü hissəsinə, 46-cı maddəsinin 5, 6-ci hissələrinə, 154-cü maddəsinin 1, 2-ci hissələrinə, 158-ci maddəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 288-ci maddəsinə, 296-cı maddəsinin 3, 4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 106.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:

32. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh 2017-ci ildən etibarən faktiki olaraq fəaliyyətini dayandırmış və hər hansı bir ofisdə, idarədə, müəssisədə fəaliyyət göstərməmişdir. Yəni, iddiaçı da həmin müddətdən etibarən rəsmi olaraq işə gəlib-getməmiş, fəaliyyət göstərməmiş, onun üçün dəqiq iş saatı dəqiq müəyyən olunmamış, hansı saatda işə başlayacağı və hansı saatda işin bitəcəyi müəyyən edilməmiş, iş yeri isə işəgötürənin baş ofisi və ya işəgötürənin bir bölməsindən digərinə və ya işəgötürənlə müqavilə (sub-podrat, icarə və.s) bağlanmış hər hansı müəssisə kimi göstərilmişdir. Göstərilənlərdən aydın olur ki, iddiaçı sadəcə işəgötürənin verdiyi müəyyən tapşırıqlar üçün xidmət göstərmiş və xidmətin qarşılığını almışdır. Iddiaçı faktiki olaraq faəliyyət göstərmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddətə görə əmək haqqı və həmin əmək haqqının ödənilməməsinə görə ödənc tələb etməkdədir. Bundan əlavə “xxxx” Bank Azərbaycan QSC-nin ##.##.2024-cü il tarixli bank hesabından çıxarışdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya ödənişlər fərqli-fərqli məbləğlərlə ödənilmişdir. Bu isə bir hada sübut edir ki, cavabeh MMC iddiaçıya gördüyü işin qarşılığında pul vəsaiti ödəmişdir. Hesab edir ki, həmin məbləğ iddiaçının cavabdeh üçün göstərdiyi xidmətin qarşılığıdır. Iddiaçı hər hansı bir tapşırığı yerinə yetirdiyi halda cavabdeh tərəfindən pul vəsaiti ödənilmişdir. Ona görə də iddiaçı və cavabdeh MMC arasında olan münasibətlər əmək münasibətləri kimi qiymətləndirməməli, onların münasibətləri mülki-hüquqi xarakterli olmaqla podrat münasibətləri kimi qiymətləndirilməlidir. Hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması yalnız “əmək müqaviləsi” adı altında tərtib edilmiş müqaviləyə uyğun müəyyən olunmamalı, məhkəmə bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına düzgün qiymət verməli və münasibətlərin həqiqi xarakteri müəyyən olunmalıdır. Hətta münasibətlər əmək münasibətləri kimi qiymətləndirilsədə da bu hal boşdayanma kimi müəyyən olunmalıdır. ## #### 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə edilərək işçinin hüququnun pozulduğu gündən etibarən 1 il ərzində məhkəməyə müraciət olunması barədə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə öz mövcud qətnaməsində iddiaçının1 illik iddia müddətini ötürdüyünü qeyd etmiş və hesablanma tarixi olaraq ## ######## 2025-ci il göstərilmişdir. Lakin həmin qətnamədə gecikdirilən gün sayı olaraq 599 gün göstərilmiş və buna uyğun müvafiq hesablamalar aparılmışdır. Halbuki 1 illik iddia müddətinə uyğun olaraq gecikmə günü olaraq 360- gün göstərilməli və buna uyğun hesablanma aparılmalı idi. Lakin məhkəmə təəssüflər olsun ki, hesablanamı düzgün aparmamış və tutulan məbləği düzgün hesablamamışdır. Bundan əlavə məhkəmə qətnamənin 9-cü səhifəsində hesablanmanın 2023cü ilin sentyabr ayından,12-ci səhifəsinin 4-cü abzasında ## ###### 2022-ci il tarixdən göstərmişdir ki, bununla da ziddiyyətli qətnamənin qəbul edildiyi müəyyən olunur. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdeh MMC təşkilatın möhürləri ilə möhürlənmiş sübutlarda əsassızdır və sübut kimi qiymətləndirilməməlidir. Sənədlərin əksəriyyəti iddiaçının özü tərəfindən möhürlənmiş və məhkəmədə öz xeyrinə istifadə olunmuşdur. Həmin sübutların isə heç bir hüquqi əsası yoxdur. Faktiki olaraq cavabdeh MMC-nin möhürləri iddiaçıda olmuş, həmin sənədlər iddiaçı tərəfindən heç bir səlahiyyəti olmadığı halda tərtib edilərək möhürlənmiş, daha sonra məhkəmə təqdim edilmişdir. Məhkəmə tərəfindən ##.##.2024-cü il tarixində məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, möhür və zururi digər sənədlər isə ## ###### 2024-cü il tarixində təhvil-təslim aktına əsasən cavabdehin səlahiyyətli nümayəndəsinə iddiaçı tərəfindən təqdim edilmişdir. Göstərillərdən də aydın olur ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar onun özü tərəfindən qanunu pozmaqla hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Təəssüflər olsun ki, məhkəmə göstərilən faktların heç birini nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə tərcümə və Asan xidmət xərclərinə görə 707 manat pul vəsaitini cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmasını qət etmiş, lakin həmin xərclərin cavabdeh MMC-nin xeyrinə həqiqətən sərf olunub-olunmamasını müəyyən etməmiş, iddiaçı isə buna dair sübutları məhkəməyə təqdim etməmişdir. 34.Iddiaçı və nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər- A.Ə.Isgəndərov (sədrlik edən və məruzəçi), A.N.Imanov və S.R.Səlimova) Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında ##.##.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı administrator (inzibatçı) vəzifəsində işləmiş, Cəmiyyət 2023cü ilin aprel, may və iyun ayları üzrə əmək haqqını gecikmələrlə ödəmiş, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına və eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarına görə əmək haqqını ümumiyyətlə ödəməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin */** nömrəli, ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh Cavabdeh MMC tərəfindən təqdim edilmiş əmək haqqı hesablanması, ödənilməsi və işçilərin hesabat cədvəli barədə olan məlumatlara əsasən iddiaçıya 13942,48 manat məbləğində əmək haqqı ödənilməli idi. Hazırkı tədqiqatla cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə 34032,99 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-dən 19212,56 (on doqquz min iki yüz on iki manat əlli altı qəpik) ödənilməmiş əmək haqqı məbləği, 64967,90 (altmış dörd min doqquz yüz altmış yeddi manat doxsan qəpik) gecikdirmələrə görə hesablanmış faizlər məbləği, 770,80 (yeddi yüz yetmiş manat səksən qəpik) xərc məbləği, 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 50 (əlli) manat mediasiya ödənişinin, cəmi olaraq 85321,26 (səksən beş min üç yüz iyirmi bir manat iyirmi altı qəpik) manat pulun tutularaq ona ödənilməsini tələb edir.

37. Cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı 2023-cü ilin iyul ayından etibarən görə əmək haqqı ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə ## ######## 2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. Iddia müddətini tətbiq etməklə ödənilməyən əmək haqqı 18346,39 manat təşkil edir. Belə ki, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqı iki ay çıxılmaqla (iyul ayı – 866,60; avqust ayı – 866,15) qalan məbləğ 18346,39 manat təşkil edəcək.

38. Beləliklə, ödənilməyən əmək haqqı 18346,39 manat + 1% məbləğlə hesablanmış 54240,75 manat = 72587,14 manat təşkil edir.

39. Məhkəmə haqlı olaraq Əmək Məcəlləsinin 43-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Cavabdeh tərəfin bildirdiyi kimi işçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaması ilə məhkəmə razılaşmır. Belə ki, işçi əmək funksiyalarını icra etmədikdə və s. hallarda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Hazırkı halda müəssisənin direktorunun və təsisçilərinin ölkə ərazisində olmaması işçinin işləməməsi anlamına gəlmir. Belə ki, tərəfin izahatı və təqdim etdiyi şirkətə aid sənədlərdən də görünür ki, işçi inzibatçı vəzifəsini icra etmişdir.

40. Onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəf iddianı qəbul etmədiyini bildirsə də, iddiaçıya 18000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş ödənilməsinə razılıqları ilə bağlı təklif göndərmişlər, daha sonra bu təklif 40000 manat məbləğinə yüksəlmiş, iddiaçı isə ödənilməmiş əmək haqqı və gecikdirilməsinə görə məbləği daha yüksək olduğundan təkliflə razılaşmamışdır.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

42. Məhkəmə kollegiyası işin müəyyən edilən bu faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz

43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinin “ə” bəndi və 4-cü hissəsinə, 46-cı maddəsinin 5-ci və 6-cı hissəsinə, 154-cü maddəsinin 1-ci və 2-ci hissəsinə, 158-ci maddəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 288-ci maddəsinə, 296-cı maddəsinin 3-cü və 4-cü hissəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) Kassasiya şikayətinin dəlilləri:

44. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, münasibətlər əmək münasibətləri kimi qiymətləndirilsə də, bu hal boşdayanma kimi müəyyən olunmalıdır. Hazırkı işdə iddiaçının faktiki iş yeri cavabdeh təşkilatın müəssisəsi olmamış, onun iş qrafiki dəqiq qeyd edilməmişdir. Belə olan halda işəgötürən olaraq cavabdeh iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı yoxdur. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır.

46. Hesab edirlər ki, Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsi formal xarakter daşımış, iddiaçı ilə cavabdeh əmək münasibətlərində yox podrat münasibətləri çərçivəsində fəaliyyət göstərmiş və razılığa gəlmişlər. Belə ki, hazırki iş üzrə cavabdeh təşkilat 2017-ci ildən etibarən faktiki olaraq fəaliyyətini dayandırmış və hər hansı bir ofisdə, idarədə, müəssisədə fəaliyyət göstərməmişdir. Yəni iddiaçıda həmin müddətdən etibarən rəsmi olaraq işə gəlib-getməmiş, fəaliyyət göstərməmiş, onun üçün dəqiq iş saatı dəqiq müəyyən olunmamış, hansı saatda işə başlayacağı və hansı saatda işin bitəcəyi müəyyən edilməmiş, iş yeri isə işəgötürənin baş ofisi və ya işəgötürənin bir bölməsindən digərinə və ya işəgötürənlə müqavilə (sub-podrat, icarə və.s) bağlanmış hər hansı müəssisə kimi göstərilmişdir. Göstərilənlərdən aydın olur ki, iddiaçı sadəcə işəgötürənin verdiyi müəyyən tapşırıqlar üçün xidmət göstərmiş və xidmətin qarşılığını almışdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin imperativ tələblərindən biri işçinin iş yerinin müəyyən olunması, iş şəraitinin və iş saatlarının göstərilməsidir. Lakin iddiaçı isə cavabdeh fəaliyyətini faktiki olaraq dayandırdığından həmin müəssisələrdə fəaliyyət göstərməmişdir. Yəni hazırda iddiaçı faktiki olaraq faəliyyət göstərmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddətə görə əmək haqqı və həmin əmək haqqının ödənilməməsinə görə ödənc tələb etməkdədir. Bu isə hesab edirlər ki, əsassız və ədalətsizdir. Belə ki, günü bu gündə iddiaçı hər hansı bir fəaliyyət göstərmir, ümumilikdə onun əmək funksiyaları mövcud deyil. Tərəflər arasında formal müqavilənin mövcud olması heç bir halda iddiaçıya əsas vermir ki fəaliyyət göstərmədiyi və əmək funksiyalarını icra etmədiyi halda əmək haqqı eyni zamanda əmək haqqının ödənilməməsinə görə ödənci tələb etsin. Məhkəmələrin hazırkı yanaşması hüququn bərabərlik prinsiplərinin pozulmasını özündə ehtiva edir. Iddiaçının qeyd etdiyi əmək fəaliyyətini göstərdiyinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı nə distant qaydada, nə də ki, ofis şəraitində əmək funksiyalarını yerinə yetirməmişdir. Onun fəaliyyəti yalnız cavabdehin arada sırada verdiyi tapşırıqları icra etmək bunun müqabilində müəyyən vəsaitin həyata keçirilməsi olmuşdur. Bu hal elə iddiaçıya “xxxx” Bank Azərbaycan tərəfindən verilmiş ##.##.2024-cü il tarixli bank hesabından çıxarışla da müəyyən olunur. Belə olan halda isə bu münasibət əmək münasibəti deyil, podrat münasibət olaraq qiymətləndirilməlidir. Bir daha qeyd olunur ki, cavabdeh 2017-ci ildən faktiki olaraq fəaliyyətini dayandırmış hər hansı işlə məşğul olmamışdır. Iddiaçı bu müddət əmək fəaliyyətini həyata keçirməsi qeyri-mümkündür. Faktiki olaraq işləməyən şirkətin əmək fəaliyyətinə dair hər hansısa iş görməsi qeyri-müəyyən haldır. Iddiaçı bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul olduğunu bildirsə də bununla bağlı zəruri sübut təqdim etməmişdir. Bundan əlavə apellasiya instansiyasının qətnaməni qəbul edərkən cavabdeh tərəfindən barışıq sazişin imzalanmasının təklif olunmasına əsaslanmış və qeyd etmişdir ki, cavabdeh və iddiaçı arasında olan münasibət əmək münasibəti olduğu ilə əlaqədar cavabdeh belə bir təklif irəli sürmüşdür. Lakin cavabdeh sadəcə məhkəmə mübahisəsini uzatmaq, iddiaçı ilə hər hanısısa formada əlaqədə olmaq istəmir. Buna görədə barışıq üçün cəhd etmiş və barışıq təklifini irəli sürmüşdür. Hesab edirlər ki, məhkəmənin bu təklifdən irəli gələrək qətnamə qəbul etməsi əsasız hal kimi qiymətləndirilməlidir. Əmək Məcəlləsinin tələblərinə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, hazırkı mübahisə üzrə işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək münasibəti kimi deyil, mülki-hüquqi münasibət yəni podrat münasibəti kimi qiymətləndirilməlidir. Iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizasında qeyd olunur ki, işçinin məzuniyyət əmrləri, tabel cədvəlləri, iş materiallarında mövcud deyil. Tabel cədvəli dedikdə müəssiəllərdə işçilərinin işə gəlib-getmə saatlarını müəyyən edən uçot sənədi hesab olunur. Bu faktdan da aydın olur ki, iddiaçı hər hansısa saat aralığında işə gəlib-getməmişdir, işçi kimi şirkət üçün bir fəaliyyət göstərməmişdir. Lakin hazırda məhkəmələr bu halları nəzərə almadan sadəcə iddiaçının mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Bu isə bir daha sübut edir ki, cavabeh iddiaçıya gördüyü işin qarşılığında pul vəsaiti ödəmişdir. Həmin məbləğlər iddiaçının cavabdeh üçün göstərdiyi xidmətin qarşılığında verilmişdir. Iddiaçı hər hansı bir tapşırığı yerinə yetirdiyi halda cavabdeh tərəfindən pul vəsaiti ödənilməməlidir. Belə olan halda tərəflər arasında olan münasibətlər əmək münasibətləri kimi qiymətləndirməməli, onların münasibətləri mülki hüquqi xarakterli olmaqla podrat münasibətləri kimi qiymətləndirilməlidir. Tərəflər arasında əmək münasibətlərinin olub-olmaması yalnız tərtib “əmək müqaviləsi” adı altında tərtib edilmiş müqaviləyə uyğun müəyyən olunmamalı, məhkəmə bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına düzgün qiymət verməli və münasibətlərin həqiqi xarakteri müəyyən olunmalıdır. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan RespublikasıKonstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq hesab edirlər ki, tərəflər arasında “əmək müqaviləsi” bağlansa belə aralarında faktiki olaraq əmək münasibətləri mövcud olmamış, iddiaçı faktiki olaraq hər hansı cavabdehə məxsus müəssisədə fəaliyyət göstərməmiş, dəqiq iş saatlarımüəyyən edilməmiş, hansı zaman işə başlayacağı və işin bitəcəyi müqavilədə əks olunmamışdir. Belə olan halda iddiaçı faktiki olaraq xidməti və ya podrat münasibətləri əsasında faəliyyət göstərmişdir. Təəsüflər olsun ki, məhkəmələr bu halların heç birini nəzərə almamışdır.

47. Tərəflərindən ## #### 2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə işçinin hüququnun pozulduğu gündən etibarən 1 il ərzində məhkəməyə müraciət olunması barədə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsi öz mövcud qətnaməsində iddiaçının 1 illik iddia müddətini ötürdüyünü qeyd etmiş və hesablanma tarixi olaraq ## ######## 2025-ci il göstərilmişdir. Lakin həmin qətnamədə gecikdirilən gün sayı olaraq 599 gün göstərilmiş və buna uyğun müvafiq hesablamalar aparılmışdır. Halbuki 1 illik iddia müddətinə uyğun olaraq gecikmə günü olaraq 360-gün göstərilməli və buna uyğun hesablanma aparılmalı idi. Lakin məhkəmələr təəssüflər olsun ki, hesablamanı düzgün aparmamış və tutulan məbləği düzgün hesablamamışdır. Apellyasiya instansiya məhkəməsi bu halların hər hansısa birini nəzərə almamışdır. Belə ki, nə xxxx” Bank Azərbaycan QSC-nin ##.##.2024-cü il tarixli bank hesabından çıxarışında olan məlumatları nə də ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-298/2025 ##.##.2025-ci il tarixli qətnaməsində olan ödəniş cədvəlinə fikir vermədən mövcud qətnaməni qəbul etmişdir. Bundan əlavə tərəflərindən apellyasiya instansiyasında şikayət ünvanlanaraq Yasamal Rayon Məhkəməsinin e-2(004)-298/2025 ##.##.2025-ci il tarixli qətnaməsinin 9-cu səhifəsində hesablanmanın 2023-cü ilin sentyabr ayından,12-ci səhifəsinin 4-cü abzasında ## ###### 2022-ci il tarixdən göstərildiyi bildirilmiş, lakin yuxarı instansiya məhkəməsi mövcud halı görməməzlikdən gəlmişdir.

48. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan sübutlar düzgün tədqiq olunmamış və ətraflı araşdırılmamışdır. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdeh təşkilatın möhürləri ilə möhürlənmiş sübutlarda əsassızdır və sübut kimi qiymətləndirilməməlidir. Belə ki, sənədlərin əksəriyyəti iddiaçının özü tərəfindən möhürlənmiş və məhkəmədə öz xeyrinə istifadə olunmuşdur. Həmin sübutların isə heç bir hüquqi əsası yoxdur. Belə ki, faktiki olaraq cavabdeh təşkilatın möhürləri iddiaçıda olmuş, həmin sənədlər iddiaçı tərəfindən heç bir səlahiyyəti olmadığı halda tərtib edilərək möhürlənmiş daha sonra məhkəmə təqdim edilmişdir. Məhkəmə tərəfindən ##.##.2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, möhür və zəruri digər sənədlər isə ## ###### 2024-cü il tarixində təhvil-təslim aktına əsasən cavabdehin səlahiyyətli nümayəndəsinə iddiaçı tərəfindən təqdim edilmişdir. Göstərilənlərdən də aydın olur ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar özü tərəfindən qanunu pozmaqla hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Təəssüflər olsun ki, məhkəmə tərəfindən göstərilən faktların heç birini nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə tərcümə və Asan xidmət xərclərinə görə 707 manat pul vəsaitini cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmasını qət etmiş, lakin həmin xərclərin cavabdehin xeyrinə həqiqətən sərf olunub-olunmamasını müəyyən etməmiş, iddiaçı isə buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflərindən məhkəməyə sübut qismində təqdim edilmiş “xxxx” Bank Azərbaycan QSC-nin ##.##.2024-cü il tarixli bank hesabından çıxarışını məhkəmə görməzdən gəlmiş, sübut qismində qiymətləndirməmişdir. Apellyasiya instansiyası işi mahiyyəti üzrə tam şəkildə araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir

49. Məhkəmə iş materiallarında mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin apellyasiya instansiyası tərəfindən yuxarıda sadaladığım halları nəzərə alınmamış nəticədə əsassız qətnamə qəbul edilmişdir.

50. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 169, 296-cı maddəsinin 5ci hissəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarına, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 88, 218.1-ci maddələrinə istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

51. Iddiaçı (nümayəndə və vəkil X8) kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti tamamilə əsassızdır, spekulyativ xaraker daşıdığını bildirərək rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

52. Maddə 43 (“ə” bəndi). Işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir.

53. Maddə 43 (4-cü hissəsi) Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

54. Maddə 46 (5-ci hissəsi). Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.

55. Maddə 46 (6-cı hissəsi ). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

56. Maddə 154 (1-ci hissəsi). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

57. Maddə 154 (2-ci hissəsi). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

58. Maddə 158. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Işçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz.

59. Maddə 172 (5-ci hissəsi) Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

60. Maddə 296 (3-cü hissəsi). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

61. Maddə 296 (4-cü hissəsi). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

70. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilənhissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə kollegiyası kassasiya şikayətinin, birinci instansiya məhkəməsinin qətnaməsinin 9-cu səhifəsində hesablanmanın 2023-cü ilin sentyabr ayından,12-ci səhifəsinin 4-cü abzasında ## ###### 2022-ci il tarixdən göstərildiyi bildirilmiş, lakin yuxarı instansiya məhkəməsi mövcud halı görməməzlikdən gəldiyi barədə dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi qətnaməsinin 9-cu səhifəsində qeyd etmişdir ki, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı 2023-cü ilin iyul ayından etibarən görə əmək haqqı ödənilməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə ## ######## 2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. Iddia müddətini tətbiq etməklə ödənilməyən əmək haqqı 18346,39 manat təşkil edir. Belə ki, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqı iki ay çıxılmaqla (iyul ayı – 866,60; avqust ayı – 866,15) qalan məbləğ 18346,39 manat təşkil edəcək.

77. Göstərilənlərlə təsdiq edilir ki, iddia müddəti tətbiq edilməli olan 2023-cü ilin iyul və avqust aylarına aid əmək haqqı məbləğləri çıxılmış və müvafiq hesablamalar buna uyğun aparılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində daha sonra iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyi ## ###### 2022-ci il tarixdən əvvəlki 1 il üçün ödənilməyən pul məbləği ödənilməli olması barədə qeyd edilənlər isə texniki səhvlik kimi qiymətləndirilməlidir. Çünki əvvəla iddiaçı iş üzrə məhkəməyə ## ######## 2024-cü il tarixində müraciət etmiş, digər tərəfdən isə hesablanmalar ## ###### 2022-ci il tarixdən əvvəlki 1 il üçün aparılmamışdır.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin tərcümə və Asan xidmət xərclərinə görə 707 manat pul vəsaitini cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmasını qət etdiyi, lakin həmin xərclərin cavabdehin xeyrinə həqiqətən sərf olunub-olunmamasını müəyyən etmədiyi, iddiaçının isə buna dair sübutları məhkəməyə təqdim etmədiyi barədə dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən də gəldiyi qənaət və nəticə ilə razılaşılan birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilməklə notariat, tərcümə və xxxx üzrə xərclər üzrə cavabdehdən 707 (yeddi yüz yeddi) manat tutulması nəticəsinə gəlməyə əsas verən işə əlavə edilmiş İddiaçı ##.##.2023-cü il tarixdə “xxxx” ASC vasitəsi ilə 322 (üç yüz iyirmi iki) manat və 18 (on səkkiz) manat, ##.##.2024-cü il tarixdə tərcümə və notariat xidməti üçün 284 (iki yüz səksən dörd) manat, ##.##.2023-cü il tarixdə 20 (iyirmi) manat, ##.##.2023-cü il tarixdə 17 (on yeddi) manat, 07.----.2024-cü il tarixdə 26 (iyirmi altı) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 5 (beş) manat, ##.##.2024-cü il tarixdə 3 (üç) manat və 2 (iki) manat, cəmi 707 (yeddi yüz yeddi) manat ödəniş edilməsi barədə işə əlavə edilmiş qəbzlər tədqiq edilmişdir.

79. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh “X2- Takenaka” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar