Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1027/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin işçiyə vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçının İddiaçı qardaşı - X2 Cavabdeh QSC-də mexanik köməkçisi işlədiyi vaxt ## ###### 2023-cü il tarixdə, saat 13 radələrində təmir işləri davam etdirilən zaman Əliyev Bahadur Əmiraslan oğlu ilə birlikdə təmir etdikləri “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun sürətlər qutusunu çəngəlağız yükləyici vasitəsilə traktorun yanına daşıyaraq üzərinə bağladıqdan sonra “bartavoy” adlanan digər ehtiyat hissəsini traktorun yanına daşımaq məqsədilə yükləyicini Rəşid Əliyevin kəməri “bartavoy”a bağladığı divarın yanına sürüb, həmin vaxt onun idarə etdiyi çəngəlağız yükləyici ilə divar arasında dayanmış X2 bir tərəfini “bartavoy” adlanan ehtiyat hissəsinə bağladığı kəmərin digər tərəfini çəngəlağız yükləyicinin çəngəllərinə bağlaması üçün çəngəlağız yükləyicini dayandırmış, müvafiq təlimatların tələblərini pozaraq X2 çəngəlağız yükləyici ilə divar arasında olmasına görə sonuncunun çəngəlağız yükləyici ilə divar arasında sıxılıb qalaraq xəsarətlər ala biləcəyi və aldığı xəsarətlərdən ölə biləcəyi, “bartavoy” deyilən ehtiyat hissəsinin bağlandığı kəmərin qırılıb X2 üzərinə düşə biləcəyi və digər ağır nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək onları görməyib idarə etdiyi çəngəlağız yükləyicinin çəngəllərini özünün gözləri səviyyəsində yuxarı qaldırdığı üçün hərəkəti məhdudlaşdıran divarla çəngəlağız yükləyicinin arasında olan X2 görməməsinə baxmayaraq avtoyükləyicini sonuncuya tərəf sürüb X2 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq X2 tağı, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş, fraqmentləri yerini dəyişmiş, açıq və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, sol bazu sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol bazu oynağı nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirərək X2 ehtiyatsızlıqdan öldürmüşdür.
2. Beyləqan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən Əliyev Bahadur Əmiraslan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancının 20%-i dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir.
3. X3 Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən notarial qaydada təsdiqlənmiş ##.##.2023-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, X2 hüquqi varisi kimi ona və ailəsinə dəyən ziyan ödənilmişdir. Bu səbəbdən Əliyev Bahadur Əmiraslan oğluna və Cavabdeh QSCyə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 50000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 50125 manat pulun və ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hadisə nəticəsində ona 50000 manat mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində həyatını itirmiş X2 onun qardaşıdır. Cavabdehin texniki xidmət şöbəsində çilingər işləyən Əliyev Bahadur Əmiraslan oğlu təhlükəsizlik qaydalarını pozaraq X2 ölümünə səbəb olmuşdur. Hal-hazırda iddiaçılar baş vermiş cinayət hadisəsi nəticəsində X2 ölməsi, buna görə də iddiaçının mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Qardaşının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçılara mənəvi zərərin yetirilməsinə dəlalət edir. Sözügedən mənəvi zərər Cavabdeh QSC-nin işçisinin məsuliyyətsizliyi nəticəsində yetirilmişdir
6. Cavabdeh Cavabdeh QSC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, baş vermiş hadisədə şirkətin heç bir təqsiri yoxdur. Hadisə ## ###### 2023-cü il tarixində “xxxx” MMC-nin Beyləqan filialında texniki xidmət zamanı baş vermiş, işçi Əliyev Bahadur Əmiraslan oğlu təhlükəsizlik qaydalarını pozaraq ehtiyatsızlıq göstərmiş və digər işçi X2 dünyasını dəyişmişdir. Bu hadisə məhz Əliyev Bahadur Əmiraslan oğlunun şəxsi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisə nəticəsində Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli hökmünə əsasən Əliyev Bahadur Əmiraslan oğlu Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (Hökmdə şirkətin məsuliyyəti barədə heç bir qeyd yoxdur və müəssisənin bu hadisədə hər hansı bir təqsiri və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir. Iddiaçı öz ərizəsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # ###### 2008-ci il tarixli * №-li Qərarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi üçün şəxsin mənəvi sarsıntı və ya iztirab keçirməsi vacib şərtdir. Lakin qeyd olunan Qərara əsasən mənəvi sarsıntı anlayışı yalnız şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində yaranmış mənfi psixi reaksiyanı ifadə edir. Iztirab anlayışı isə şəxsin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi ilə bağlıdır. Iddiaçı İddiaçı sağlamlığı pozulmamış və heç bir fiziki əzaba məruz qalmamışdır. Iddia ərizəsindən də göründüyü kimi, iddiaçı yalnız mənəvi sarsıntı keçirdiyini iddia etməklə kifayətlənmişdir. Lakin iddiaçının belə bir vəziyyətə məruz qalmasını təsdiq edən heç bir tibbi sənəd və ya hər hansı digər sübut iş materiallarına əlavə edilməmişdir. Eləcə də, Plenum Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Lakin hazırkı iş üzrə vəziyyətə baxdıqda, iddiaçı İddiaçı qarşı yuxarıda qeyd olunan hallardan heç biri baş verməmişdir; onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına hər hansı xəsarət yetirilməsi kimi halların heç biri mövcud deyildir. Iddiaçıya münasibətdə cavabdeh Cavabdeh QSC heç bir delikt törətmədiyi və iddiaçıya qarşı heç bir ziyan vurmadığı halda, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi cavabdeh qismində müəssisələrinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh QSC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96 manat hissəsinin cavabdeh Cavabdeh QSC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən hadisə törədildiyi zaman Əliyev Bahadur Əmiraslan oğlunun Cavabdeh QSC ilə əmək münasibətlərində olması, onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməli olan zaman təqsirli əmələ olaraq yol verməsi halı Əliyev Bahadur Əmiraslan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. Həmin hökmlə müəyyən edilmiş bu faktlar isə hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. Iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun qardaşı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə cavabdehin mərhumun anasının notarial qaydada yazılmış ərizəsinə istinad etməklə iddiaçının iddia tələbinin hazırkı halda əsassız olmasına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, mərhumun anası hüquqi varis kimi tanınaraq təqsirləndirilən şəxs və cavabdeh qurumla razılaşaraq mənəvi təzminat tələbinin olmamasına dair şəxs öz adından qeyd olunan məzmunlu ərizəni tərtib edə bilərdi. Çünki mənəvi zərərin əsası olan psixoloji sarsıntı və iztirab şəxsin keçirdiyi özünəməxsus hal və mənəvi zərərə görə pul tələbi isə subyektiv xarakter daşıyan qeyri-əmlak tələbidir. Iddiaçı mərhumun qardaşıdır və hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Qanunvericiliyin müddəalarından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Belə ki, B.Əliyev Cavabdeh QSC-nin işçisi olmaqla sonuncu tərəfindən hadisə törədildiyindən Cavabdeh QSC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırkı halda iddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Bu halda işəgötürən təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin bu arqumentlərini əsassız hesab etmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh işçisinin törətdiyi təqsirli əmələ görə ondan tutulan məbləğ həddində delikt törətmiş işçisinə reqress qaydada iddia qaldırmaq hüququnu özündə saxlayır və bu tələblə cavabdeh sonradan delikt törətmiş işçisinə qarşı məhkəmədə iddia qaldıra bilər.
11. Məhkəmə mənəvi zərərə görə tutulmuş məbləğə münasibətdə qeyd etmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bu konteksdən çıxış edərək məhkəmə iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 2 ildən çox müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur.
12. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyin yekunu olaraq bildirmişdir ki, iddiaçının qardaşının ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulmalı məbləğ hissəsində 20000 manat ədalətli və ağlabatandır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099 və 1108-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008- ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» ## #### 2002-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ##.##.2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli, * saylı Qərarlarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanın miqdarını təyin edərkən mövcud vəziyyəti nəzərə almayaraq, iddiaçının mənafeyinə zidd olaraq iddia tələbini tam deyil, qismən təmin etmişdir. Bildirilir ki, bir qardaş üçün qardaşının ölməsi ürəkdağlayan emosional itkidir. Qardaş itkisi eləcə də ata əvəzi olan bir qardaşın xüsusilə də faciəvi şəkildə ölməsi, hər hansı bir şəxsin təqsiri ucbtından baş vermiş hadisə nəticəsində ölməsi qardaşda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Qardaş ölümü qardaşda mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir qardaşın faciəvi şəkildə ölümü bir qardaş üçün həm şəxsi həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənıvi zərərin ən yüksən dərəcələrindən biri kimi hesab olunur. Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Iş yerində baş vermiş hadisə nəticəsində qardaşının vəfat etməsi iddiaçı üçün dərin və sağalması çətin olan mənəvi iztirablara səbəb olmuşdur. Hadisə qəfil və faciəvi şəkildə baş verdiyindən bu itki onun həyatında ciddi sarsıntı yaratmışdır. Qardaşının ölümü ilə o, həm qardaş qayğısından həm də ata qayğısından, həm də mənəvi dayağından məhrum olmuşdur. Onun gedişi ailəsində böyük boşluq yaradıb. Hər gün onun yoxluğunu dərin kədər və ağrı ilə hiss edir. Qardaşının iddiaçıya göstərdiyi sevgi, diqqət və himayədən məhrum qalmaq onun üçün böyük psixoloji zərbədir. Hadisənin iş prosesində təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verməsi onun üçün xüsusilə ağırdır. O, bu itki ilə barışa bilmir və hər dəfə bu hadisəni düşündükcə ədalətsizlik, qəzəb və iztirab hissi keçirir. Qardaşının ölümü ilə nəticələnən bu hadisə onun üçün daimi psixoloji travmaya çevrilmişdir. Hadisədən sonra yuxusuzluq, daimi narahatlıq, stres və ümidsizlik hissləri onu müşayiət edir. Onun həyat keyfiyyəti azalmış, gündəlik fəaliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərmişdir. Qardaşının itkisi onun gələcək həyatında da mənəvi baxımdan dərin izlər buraxmışdır. Iddiaçı bu faciənin ona vurduğu mənəvi ziyanın ömür boyu hiss olunacağını düşünür. Lakin birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir.
16. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmadığından və bir sıra hüquq normalarını pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Sözügedən qətnamə tamamilə əsassızdır, çünki məhkəmə öz qətnaməsində iddiaçının mövqeyinin qanuna müvafiqliyini əsaslandırmadan və mənəvi zərərin hansı hallarda, hansı şəxslərə, hansı həcmdə müəyyən edilməsi ilə bağlı normaları düzgün tətbiq etmədən qəbul etmişdir. Müvafiq hökmdə şirkətin məsuliyyəti barədə heç bir qeyd yoxdur və müəssisənin bu hadisədə hər hansı bir təqsiri və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir. Müvafiq ölüm hadisəsindən sonra müəssisə mərhum X2 ailə vəziyyəti ilə maraqlanmış, mərhumun dəfn xərcləri müəssisə tərəfindən qarşılanmış, mərhumun ailəsinə sığorta ödənişinin alınmasında yardım göstərilmiş və digər bütün mümkün yardımlar müəssisə tərəfindən edilmişdir. Bütün bunlardan sonra mərhumun anası notarial qaydada təsdiqlənmiş ərizə ilə ona dəymiş ziyanın ödənildiyini və müəssisəyə qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bunun əksinə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun qardaşı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Halbuki məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, müvafiq Qərara əsasən nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyildir. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Bu ifadə onun göstəricisidir ki, məhkəmə iddiaçının ölən şəxslə ölümdən əvvəl emosional yaxınlığı olubolmadığı, şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçiribkeçirmədiyini aşkar etməlidir. Əgər məhkəmə bu halı aşkar etmədən sadəcə, bu sarsıntının keçirilməsini öz qətnaməsində qeyd edirsə, məhkəmə müvafiq plenum qərarını birmənalı olaraq pozmuş olur. Işin içərisində heç bir material və ya sübut yoxdur ki, sözügedən halları sübut etsin. Məhkəmənin yol verdiyi digər bir pozuntu isə qətnamədə iddiaçının subyektiv hüququnun mövcud olduğunu bildirməsidir: “Məhkəmə cavabdehin mərhumun anasının notarial qaydada yazılmış ərizəsinə istinad etməklə iddiaçının iddia tələbinin hazırki halda əsassız olmasına dair dəlili ilə razılaşmır. Belə ki, mərhumun anası hüquqi varis kimi tanınaraq təqsirləndirilən şəxs və cavabdeh qurumla razılaşaraq mənəvi təzminat tələbinin olmamasına dair şəxs öz adından qeyd olunan məzmunlu ərizəni tərtib edə bilərdi. Çünki mənəvi zərərin əsası olan psixoloji sarsıntı və iztirab şəxsin keçirdiyi özünəməxsus hal və mənəvi zərərə görə pul tələbi isə subyektiv xarakter daşıyan qeyri əmlak tələbidir. Iddiaçı mərhumun qardaşıdır və hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Məhkəmənin bu mövqeyi də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda sözügedən qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə işin gedişatında sözügedən məsələyə heç bir münasibət bildirməmişdir. Əgər iddiaçının həyat şəraiti həqiqətən dəyişsə idi və tərəflər arasında birgə təsərrüfat, yaşayış münasibəti pozulsa idi iddiaçı qardaşının ölümündən 2 il sonra məhkəməyə müraciət etməz, birgə təsərrüfatı və yaşayışı sübut edən sənədlər təqdim edərdi. Lakin iş materiallarında və iddiaçının nümayəndəsinin çıxışında bununla bağlı heç bir izahat yoxdur. Bundan əlavə, məhkəmə qətnamədə qeyd edilənlər məhkəmənin işə səthi yanaşdığını, işi ümumiyyətlə araşdırmadığını və əsaslandırılmamış qətnamə çıxardığını bir daha təsdiq edir. Belə ki, məhkəmənin qəbul etdiyi qətnamənin 7-ci səhifəsinin 2-ci abzasında, mülki işə münasibət bildirilərək aşağıdakı ifadə qeyd edilmişdir: “Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçının ərinin ölümünə səbəb olmuş hadisənin baş verməsində təqsirkar hesab edilən X5 cavabdeh Cavabdeh QSC-də əmək müqaviləsi üzrə çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Məhz qeyd edilən hadisə də Əliyev Bahadur Əmiraslan oğlunun qulluq vəzifələrini icrası zamanı baş vermişdir. Məhkəmənin yuxarıdakı ifadəsi ümumiyyətlə işin halları ilə heç bir uyğunluq təşkil etmir. Nə hazırkı işdə, nə də hökmdə X5 adlı şəxsin adı keçmişdir və bu şəxsin hazırkı işlə əlaqəsi var. Bu şəxsi iddiaçı olaraq tanımırıq. Məhkəmənin qətnaməsinin 7-ci səhifəsinin 3-cü abzasında, məhkəmə təkidlə cavabdeh təşkilatın, yəni Cavabdeh QSC-nin işçisi kimi X5 qeyd etmişdir. Halbuki müəssisəmizin heç vaxt belə bir işçisi olmamışdır. Məhkəmə qətnaməsinin 11-ci səhifəsinin 1-ci abzasında mülki işə münasibətdə aşağıdakılar qeyd edilmişdir: “Bu konteksdən çıxış edərək məhkəmə iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 2 ildən çox müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur.” Qeyd edək ki, iş üzrə heç bir apellyasiya şikayəti yoxdur. Lakin məhkəmə hansısa qeyri-müəyyən apellyasiya şikayətinə münasibət bildirmişdir. Bundan başqa, bir daha məhkəmənin diqqətinə çatdırılır ki, iş materiallarından aydın olur ki, bədbəxt hadisədən sonra zərərçəkmişin anası – ailə üzvü statusunda şəxs – notariat qaydasında təsdiqlənmiş ərizəsi ilə mənəvi təzminat tələbinin olmadığını bildirmişdir. Bu ərizədə də ona qarşı edilən bütün ziyanın ödənildiyini ifadə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarına görə, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Hadisədən 2 il keçdikdən sonra iddiaçı tərəfindən mənəvi təzminat tələbinin irəli sürülməsi isə məntiqi əsaslardan məhrumdur. Əgər iddiaçı bu müddət ərzində yaşama sevincinin azalması və mənəvi sarsıntı vəziyyətində olduğunu iddia edirsə, bunun obyektiv sübutlarını məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı yalnız subyektiv bəyanatlarla kifayətlənmişdir ki, bu da Qərarın mahiyyətinə ziddir. Konstitusiya Məhkəməsinin sözügedən Qərarına görə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və sair məhkəmə qarşısında sübut etməlidir. Qərara əsasən, mənəvi təzminatın məbləği müəyyən edilərkən iddiaçı ilə zərərçəkmiş arasındakı mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın dərəcəsi, birgə və ya ayrı yaşamaları, ailə münasibətləri və digər halların dəyərləndirilməsi zəruridir. Lakin məhkəmənin hazırlıq iclası mərhələsində iddiaçı tərəfindən bu bağlılığı təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Halbuki bu münasibətlərin möhkəmliyi məhkəmə tərəfindən psixoloji amillərin qiymətləndirilməsində əsaslı rol oynayır Bundan əlavə, Qərara görə, qardaş və bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və emosional bağlılığın intensivliyi, mütəmadi ünsiyyətin olub-olmaması da nəzərə alınmalıdır. Iddiaçı isə bu kontekstdə hər hansı faktiki sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli Qərarının 8ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Avropa Insan Hüquqları Məhkəməsi də “Maksimov Rusiyaya qarşı” (## #### 2010-cu il) işində qeyd etmişdir ki, mənəvi zərərin kompensasiya olunması mürəkkəb prosesdir və ağrı, əzab, mənəvi iztirab kimi halların pul ilə ölçülməsi üçün universal standart mövcud deyil. Ona görə də məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən qərarlarını yetərli dərəcədə əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması isə pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə zidd olur. Mövcud işdə isə iddiaçının təqdim etdiyi sadə ərizə mənəvi təzminat tələbinin hüquqi əsaslarla təsdiqi üçün yetərli deyildir. Qərarda vurğulandığı kimi, bu növ iddialarda şəxs məhkəmə qarşısında mənəvi aləmində baş vermiş mənfi halları, sarsıntıları, yaşama eşqinin azalmasını və digər psixoloji təsirləri sübut etməlidir. Nəticə etibarilə, cavabdeh tərəf hesab edir ki, məhkəmənin sosial, psixoloji və iqtisadi meyarlar əsasında mütənasib və ədalətli qiymətləndirmə aparması üçün zəruri faktiki və hüquqi əsaslar mövcud deyildir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği müəyyən olunarkən iddiaçının mərhumun qardaşı kimi keçirdiyi mənəvi iztirab, sarsıntı, həmçinin, cinayət işi üzrə icraat zamanı anası tərəfindən verilmiş ərizəni və işin digər hallarını nəzərə alaraq düzgün nəticəyə gəlmişdir.
20. Mənəvi zərərin məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və buna görə də birinci instansiya məhkəməsinin qardaşının ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 20000 manat kompensasiya məbləği qeyd olunan meyarlara cavab verir. Iddiaçının qardaşının ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, birinci instansiya məhkəməsinin mövcud şəraitdə müəyyən etdiyi mənəvi zərərin 20000 manat məbləği ağlabatan və ədalətlidir.
21. Cavabdehin apellyasiya şikayətinin qətnamədən digər ad və soyadların göstərilməsi, “apellyasiya şikayətinin dəlilləri” ifadəsinin işlənməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunanlar texniki səhvdir və gəlinən nəticəyə təsir etmir, texniki səhv qətnamənin ləğvinə və ya dəyişdirilməsinə deyil, düzəlişə əsas verir.
22. Cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi ona istinad etmişdir ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Bu ifadə onun göstəricisidir ki, məhkəmə iddiaçının ölən şəxslə ölümdən əvvəl emosional yaxınlığı olub-olmadığı, şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirib-keçirmədiyini aşkar etməlidir. Əgər məhkəmə bu halı aşkar etmədən sadəcə, bu sarsıntının keçirilməsini öz qətnaməsində qeyd edirsə, məhkəmə müvafiq plenum qərarını birmənalı olaraq pozmuş olur. Işin içərisində heç bir material və ya sübut yoxdur ki, sözügedən halları sübut etsin.
23. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını və digər hallar sübut etməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarında bununla bağlı qeyd olunmuşdur ki, məhkəmədən mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.
24. Hazırkı işin halları ilə müəyyən olunmuşdur ki, R.N.Əliyevin ölümünün iş yerində və faciəvi formada baş verməsi nəticəsində onun doğma qardaşının heç bir sarsıntı və iztirab keçirməməsi ağlabatan deyildir.
25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mərhumun anası tərəfindən cinayət işi üzrə icraat zamanı şikayət və tələbinin olmaması ğarədə ərizənin verilməsi hazırkı iddianın rəddi üçün əsas ola bilməz. Məhkəmə təcrübəsində hətta bu barədə ərizə vermiş şəxsin sonradan mənəvi zərərin ödənilməsi barədə tələblərinin təmin olunması ilə bağlı kifayət qədər işlər mövcuddur. Kompensasiyanın məbləğinin qiymətləndirərkən məhkəmə kollegiyası həmçinin onu da nəzərə almışdır ki, hazırkı vaxta qədər mərhumun ölümü ilə bağlı digər şəxs tərəfindən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət olunmamışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, qətnaməni kifayət qədər əsaslandırmamışdır. Belə ki, iş materiallarında zərərin artıq ödənildiyini və hüquqi varisin gələcəkdə hər hansı tələb irəli sürməyəcəyini təsdiq edən sənədlər mövcud olduğu halda, məhkəmə həmin halları qiymətləndirməmiş və hüquqdan sui-istifadə ilə bağlı dəlillərə hüquqi münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarında müəyyən edilmiş meyarlar tətbiq edilməmiş, apellyasiya məhkəməsi yalnız qohumluq faktına əsaslanaraq iddiaçının mənəvi iztirab keçirdiyini qəbul etmiş, lakin birgə yaşayış, birgə təsərrüfat, emosional bağlılıq, həyat şəraitinin dəyişməsi kimi halları araşdırmamışdır. Məhkəmə 20000 manat məbləğində kompensasiyanı ədalətli hesab etsə də, iddiaçının psixoloji vəziyyəti, tibbi sübutların mövcudluğu, sosial vəziyyəti və cavabdeh tərəfindən əvvəllər edilmiş ödənişlər nəzərə alınmamışdır. Halbuki cavabdeh tərəfindən mərhumun ailəsinə ümumilikdə 21912 manat məbləğində müxtəlif ödənişlər edilmişdir. Həmçinin qətnamədə iddiaçının mənəvi sarsıntı keçirməsini təsdiq edən konkret sübutlar göstərilməmiş, emosional yaxınlıq və mənəvi bağlılıq meyarları araşdırılmamışdır. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən iddiaçının subyektiv bəyanatlarını sübut kimi qəbul etmiş, hüquqi varisin ərizəsinin hüquqi nəticələrini və hüquqdan sui-istifadə ilə bağlı etirazları araşdırmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli ** saylı Plenum qərarında nəzərdə tutulmuş fərdi qiymətləndirmə meyarları tətbiq edilməmişdir. Məhkəmə iddiaçının yaşı, sağlamlıq vəziyyəti, emosional həssaslığı, sosial statusu, hadisənin onun həyatına təsiri və mənəvi iztirabın intensivliyi ilə bağlı halları müəyyən etmədən kompensasiya təyin etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
34. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli Qərarı:
36. “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı:
37. “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarı:
38. “Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarı:
39. “Işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli Qərarı:
40. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
51. Iş materiallarından görünür ki, iddiaçının qardaşı X2 cavabdeh qapalı səhmdar cəmiyyətinin işçisi kimi əmək fəaliyyəti həyata keçirərkən istehsalat qəzası nəticəsində həlak olmuş, həmin hadisə ilə bağlı Əliyev Bahadur Əmiraslan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Aşağı instansiya məhkəmələri müəyyən etmişdir ki, hadisə cavabdehin işçisi tərəfindən əmək vəzifələrinin icrası zamanı törədilmişdir, buna görə də Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən işəgötürən dəymiş zərərə görə mülki məsuliyyət daşıyır.
52. Məhkəmə kollegiyası iddiaçının ümumiyyətlə mənəvi təzminat almaq hüququnun olmaması barədə cavabdehin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarında izah edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat həmin şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpasına xidmət edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənəvi təzminat tələbi vərəsəliklə bağlı deyildir və belə tələb irəli sürən şəxsin ölən şəxslə həqiqi mənəvi yaxınlığının olub-olmaması hər bir konkret iş üzrə ayrıca qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, şəxsin “yaxını” anlayışı yalnız formal qohumluq münasibətləri ilə məhdudlaşmır. Bu anlayış ölən şəxslə xüsusi bağlılığı, səmimi münasibəti və mənəvi yaxınlığı olan, həyatında mühüm yer tutan, ölüm hadisəsi nəticəsində həqiqətən mənəvi sarsıntı və iztirab keçirmiş şəxsləri əhatə edir. Qərarda həmçinin göstərilmişdir ki, qardaş və bacıların mənəvi təzminat tələblərinə baxılarkən onlar arasında doğmalıq və sevgi hisslərinin, mütəmadi və sıx ünsiyyətin olubolmaması
53. nəzərdən keçirilməlidir.
54. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı mərhum X1 doğma qardaşıdır. Mərhumun ölümü adi məişət şəraitində deyil, iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində olmuşdur, həmin hadisə cinayət-hüquqi qiymət almışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, belə şəraitdə doğma qardaşın heç bir mənəvi sarsıntı və iztirab keçirməməsi barədə nəticəyə gəlmək ağlabatan olmazdı. Bu baxımdan aşağı instansiya məhkəmələrinin iddiaçının mənəvi təzminat tələb etmək hüququnun mövcudluğu barədə gəldiyi nəticə düzgündür.
56. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri kompensasiyanın məbləğini müəyyən edərkən Konstitusiya Məhkəməsinin qərarında göstərilən bütün meyarları lazımi səviyyədə nəzərə almamışlar.
57. Belə ki, həmin qərarda məhkəmələrə mənəvi təzminatın məbləği müəyyən edilərkən iddiaçı ilə ölən şəxs arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və digər əhəmiyyətli halların qiymətləndirilməsi tövsiyə edilmişdir. Bundan əlavə, hər bir iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmalıdır.
58. Iş materiallarından görünür ki, mərhumun anası tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizə ilə ona və ailəsinə dəyən ziyanın ödənildiyi, heç bir şikayət və tələbinin olmadığı bildirilmişdir. Həmçinin cavabdeh mərhumun ailəsinə hadisədən sonra müxtəlif ödənişlərin həyata keçirildiyini qeyd etmişdir. Bu hallar iddiaçının müstəqil mənəvi təzminat tələb etmək hüququnu aradan qaldırmasa da, kompensasiyanın məbləği müəyyən edilərkən nəzərə alınmalı olan hallardır.
59. Bundan başqa, iş materiallarında iddiaçı ilə mərhum arasındakı münasibətlərin Konstitusiya Məhkəməsinin qərarında göstərilən meyarlar baxımından ətraflı araşdırıldığını təsdiq edən məlumatlar məhduddur. Xüsusilə, onların gündəlik münasibətlərinin xarakteri, mütəmadi və sıx ünsiyyətlərinin dərəcəsi, həyatlarının qarşılıqlı bağlılığı və ölüm hadisəsinin iddiaçının həyat şəraitinə təsirinin həcmi barədə geniş araşdırma aparılmamışdır. Halbuki qardaş və bacıların mənəvi təzminat tələblərinə baxılarkən həmin hallar xüsusi əhəmiyyət kəsb edir.
60. Məhkəmə kollegiyası nəzərə alır ki, mənəvi təzminatın məqsədi zərərçəkmiş şəxsin gəlir əldə etməsi deyil, onun keçirdiyi mənəvi sarsıntı və iztirabın müəyyən dərəcədə kompensasiya edilməsidir. Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, belə təzminat pozulan mənəvi tarazlığın müəyyən qədər bərpasına və şəxsin mənəvi cəhətdən dəstəklənməsinə xidmət edir. Buna görə kompensasiyanın məbləği müəyyən edilərkən həm mənəvi iztirabın xarakteri, həm də mütənasiblik və ədalətlilik prinsipləri gözlənilməlidir.
61. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş bütün halları, iddiaçının mərhumun doğma qardaşı olmasını, ölüm hadisəsinin xarakterini, iddiaçının mənəvi təzminat almaq hüququnun mövcudluğunu, o cümlədən mərhumun ailəsinə edilmiş ödənişləri, mərhumun anasının notarial qaydada təsdiq edilmiş ərizəsini və kompensasiyanın müəyyən edilməsinə təsir edən digər halları birlikdə qiymətləndirərək hesab edir ki, qətnamə mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 5000 manat həddində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi mənəvi zərərin müəyyən olunması hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.