Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1038/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh "Azəriqaz” Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn mübahisələr, mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh "Azəriqaz” Istehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) anası X4 ## ###### 2017-ci ildə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi olaraq orqanizmin ümumi intoksikasiyası olmuşdur.
2. Göyçay rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən, iddiaçının anasının ölümündə Məmmədov Mahir Namət oğlu Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətində dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məmmədov Mahir Namət oğluna təyin olunan əsas cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02(iki) il sınaq müddəti müəyyən olunaraq şərti hesab olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçının atası Zərbaliyev Məhəmməd Şəmi oğluna mənəvi zərərin əvəzi olaraq Cavabdeh Istehsalat Birliyindən 10.000 manat məbləğində vəsait tutulmuşdur. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyindən (bundan sonra həmçinin “cavabdeh” və ya Cavabdeh) iddiaçının xeyrinə mənəvi ziyanın əvəzi kimi 99.000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat olmaqla 99.125 manat pulun və 388 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh təşkilatın X1 Istismarı Idarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi Məmmədov Mahir Namət oğlunun səhlənkarlığı nəticəsində ## ###### 2017-ci il tarixdə həmin qaz xəttindən sızan qaz Göyçay rayonunun Kürd kəndində yerləşən Zərbaliyev Məhəmməd Şəmi oğluna məxsus fərdi yaşayış evinin darvazasının önündəki mərkəzləşdirilmiş germetik kanalizasiya quyusuna, oradan da Məhəmməd Zərbaliyevin yaşadığı evin mətbəxinin kanalizasiya borusu vasitəsi ilə evin mətbəxinə yığılmış, partlayış konsentrasiyası həddinə çatan havaqaz qarışığının alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ehtiyatsızlıqdan X4 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikasiyasından ## ###### 2017-ci il tarixdə saat 23:45-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına Az.DHTInin plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölmüşdür. Mərhum Zərbaliyeva X3 rayonunun Kürd kəndində fərdi tikili evdə ailəsi p – əri Zərbaliyev Məhəmməd Şəmi oğlu və oğlu İddiaçı ilə birlikdə yaşayırdı. Iddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99.000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Belə ki, gənc yaşda anasını faciəvi şəkildə itirməyi iddiaçıda dərin izlər buraxmış, onun psixoloji durumuna, emosional vəziyyətinə dərin təsir göstərmişdir. Hazırda iddiaçı yalnız fiziki deyil, mənəvi baxımdan da ciddi zərər görmüşdür. Bu qədər dərin və təsirli bir ziyanın qarşılıqsız qalması, heç bir şəkildə tanınmaması iddiaçı üçün ikinci bir zərbə olardı.
6. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hadisə ilə bağlı mənəvi ziyan tələbləri ilə iddiaçının atası Məhəmməd Zərbaliyev də məhkəməyə müraciət etmiş və buna dair məhkəmə aktı çıxarılıb. Iddiaçının atasının iddiası 10.000 manat çərçivəsində təmin edilmişdir. Iddiaçı mənəvi ziyanla bağlı iddia vermək kimi bir hüququnun olduğunu bilmirdi. Iddiaçının atası ilə münasibəti yoxdur. Çünki atası anası rəhmətə gedən kimi dərhal ailə həyatı qurub. Iddiaçının başqa bacı-qardaşı yoxdur.
7. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, ## ###### 2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh IB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Eyni hal üzrə indiki iş üzrə iddiaçının atası X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min manat) məbləğində vəsaitin cavabdehdən tutularaq verilməsi qət edilmiş və həmin məbləğ iddiaçının atasına ödənilmişdir. Bu səbəbdən də eyni iş üzrə yeni iddia tələbinin qaldırılması və məbləğin 99.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Belə ki, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Cavabdehın işçisi Məmmədov Mahir Namət oğlunun Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış Zərbaliyev Məhəmməd Şəmi oğlu təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə, hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 8 il sonra irəli sürülmüşdür. Iddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X2 əlavə olaraq bildirmişdir ki, Cavabdehın əməkdaşları hadisəni qəsdən törətməmiş və hadisə ehtiyatsızlıqdan olmuşdur. Mərhumun bütün yas mərasimlərində Cavabdehın əməkdaşları iştirak etmişdir. Iddiaçı əvvəlki icraat üzrə atasının izahatı ilə eyni izahat verərək bildirmişdir ki, heç bir şikayət və tələbləri yoxdur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi iddia qismən təmin olunmuş, anası X5 vəfatı ilə əlaqədar iddiaçıya dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul məbləği, hüquqi yardıma görə çəkilmiş 125 (yüz iyirmi beş) manat xərc məbləği və iddiaçı tərəfindən ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat dövlət rüsumunun 150 (yüz əlli) manat məbləğinə bərabər hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Aynur Abdullayeva)
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X1 Istismarı Idarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi Məmmədov Mahir Namət oğlunun əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının anasının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir.
11. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır.
12. Şərh edilənlər əsasında birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas vardır.
13. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar isə göstərmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının anasının ölməsini, bu hadisə ilə bağlı mənəvi zərər tələbinə dair iddiaçının atası M.Zərbaliyevin iddiası əsasında sonuncunun xeyrinə 10.000 manat məbləğində pul vəsaitinin tutulmasını da nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat pulun tutulması ağlabatandır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1099.1 və 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxararılmasını xahiş etmişdir.
18. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Yeganə Zərbalıyevanın itkisi sıradan bir qəza deyil, məhz peşəkar məsuliyyətsizlik, ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş vermişdir. Bu baxımdan, iddiaçı tərəfindən tələb edilən 99.000 manat məbləğində mənəvi ziyanın tam şəkildə təmin olunması zəruridir və hüquqi cəhətdən qanuna, ədalətə və mütənasibliyə tam uyğundur. Iddiaçının təqdim etdiyi əsaslandırmalar bu məbləğin şişirdilməmiş, real və ağlabatan olduğunu sübut edir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər nəticəsində ona dəymiş mənəvi ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi Zərbaliyeva Yeganənin vəfatının iddiaçıda yaratdığı mənəvi sarsıntını düzgün hesablamamışdır. Məhkəmə iş materiallarında açıq görünən səbəbləri Cavabdehın əməkdaşlarının normativ qaydaları pozaraq qaz sızmasını vaxtında aradan qaldırmamasını yetərincə nəzərə almayıb. Halbuki məhz bu hərəkətsizlik nəticəsində partlayış baş vermiş və Yeganə Zərbaliyeva həyatını itirmişdir. Cinayət məhkəməsinin hökmü ilə də təsdiq olunub ki, cavabdehin əməkdaşları səhlənkarlığa görə təqsirli biliniblər. Bu hal birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməyib. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallar düzgün qiymətləndirilməmiş, hərtərəfli və tam araşdırma aparılmamışdır. Belə ki, məhkəmə iddiaçının şəxsi vəziyyətini və mənəvi iztirablarını araşdırmadan, psixoloji zərərin ölçülməsi və kompensasiya dəyəri barədə faktiki sübutlar toplanmadan qərar çıxarmışdır. Məhkəmə qətnaməsində iddiaçıya dəymiş mənəvi zərərin miqdarı 20.000 (iyirmi min) manat kimi müəyyən edilmişdir. Halbuki iş materialları, cinayət işi üzrə hökm, həmçinin hadisənin faciəvi nəticələri (anadan övladın məhrum olması, ailə həyatının dağılması, mənəvi sarsıntıların dərinliyi) göstərir ki, müəyyən edilən məbləğ həqiqi zərərin xarakterini və miqyasını əks etdirmir.
19. Cavabdehin apellyasiya şikayəti isə birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Iddiaçı tərəf hazırkı iş üzrə vəfat etmiş anasının üzərindən pul qazanmağa, həmin pulu da yeni evləndiyi qadına və onunla birgə yaşayacağı həyata xərcləməyi nəzərdə tutmuşdur. Kənardan bu açıq-aşkar hiss olunur. Məhkəmə iddiaçının cavabdehlə barışdıqdan 8 il sonra sırf maddi qazanc əldə etmək məqsədi üçün bu iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, zərərin miqdarı azaldılaraq 8.000 (səkkiz min) manat müəyyən edilmişdir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Rəşid Səmədov)
21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X1 Istismarı Idarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi Məmmədov Mahir Namət oğlunun əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən anasının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
22. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, ən yaxın ailə üzvlərindən biri hesab edilən anasının ölümü ilə bağlı olan ağır ruhi əzabı davam edən xarakter daşımışdır. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlmişdir.
23. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, X4 ölümü ilə bağlı olaraq onun həyat yoldaşı Zərbaliyev Məhəmməd Şəmi oğlunun xeyrinə 10.000 manat məbləğində vəsait tutulmuşdur. Buna görə də hazırki iş üzrə X4 oğlu olan hazırki iş üzrə iddiaçının xeyrinə 20.000 manat pul öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması nəticə etibarı ilə ağlabatan və ədalətli deyildir.
24. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən cavabdehin birinci instansiya məhkəməsindəki mövqeyindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsinin iclasında iddianı qismən qəbul edərək tələb olunan məbləğin 5.000 manat həddində təmin edilməsinə etiraz etmədiklərini nəzərə aldığını da vurğulamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Buna görə də qeyd olunan məbləğ azaldılmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə, eləcə də hazırkı işin spesifik halları baxımından, bütün diqqətəlayiq məqamları, xüsusən cavabdeh tərəfin kollegiyanın iclasında iddianı qismən, yəni 5000 manat həddində etiraf etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 8.000 manat müəyyənləşdirilməli olmasını qanuni, ağlabatan və ədalətli hesab etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, baş vermiş hadisədən artıq 8 ilə yaxın keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Bu səbəbdən də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1099.1, 1099.2-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarının 8.1-ci bəndinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Iddianın hadisədən təxminən 7-8 il sonra qaldırılması iddiaçının hüquqlarının məhdudlaşdırılması və ya tələbin təmin edilməsindən imtina üçün hüquqi əsas təşkil etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hadisədən uzun müddət keçməsini faktiki olaraq iddia tələbinin azaldılması üçün əsas kimi qəbul etmiş, bununla da Ali Məhkəmənin Plenum qərarının tələblərini, habelə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən göründüyü kimi, mərhumun həyat yoldaşının xeyrinə mənəvi zərərin ödənilməsi faktı digər yaxın ailə üzvlərinin də mənəvi zərərə məruz qalmasını istisna etmir. Ailə üzvünün ölümü hər bir yaxın qohum üçün ayrıca mənəvi sarsıntı və psixoloji iztirab yaradır və bu səbəbdən hər bir zərərçəkmiş şəxsin çəkdiyi mənəvi zərər ayrıca qiymətləndirilməlidir. Bu baxımdan mərhumun həyat yoldaşına mənəvi zərərin ödənilməsi onun övladının da anasının ölümü nəticəsində çəkdiyi mənəvi iztirablara görə kompensasiya tələb etmək hüququnu aradan qaldırmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, iddia təmin edilməyən hissədə mübahisələndirilib. Cavabdeh isə iddianın təmin edilən hissəsindən şikayət verməyib. Bu baxımdan qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
37. Iddia tələbi delikt nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi barədədir.
38. Işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də iddiaçının anası qaz sızma hadisəsi nəticəsində ölüb, bu hadisədə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiq edilib. Iddiaçının anasının ölümündə cavabdehin işçisinin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Iddiaçının mənəvi ziyan çəkməsi işin mübahisəsiz halıdır.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi ziyanın miqdarı ilə bağlı hazırki qərarın 23-27-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, mənəvi ziyanın miqdarı ilə bağlı işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin mənəvi zərərin miqdarının aşağı olması barədə dəlili ilə bağlı diqqəti “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li, ## ###### 2025-ci il tarixli qərarı Qərarına da çəkir.
42. Həmin qərarın 7.18-ci bəndində qeyd edilmişdir ki, valideynlərin ölümü və ya sağlamlıqlarına zərər vurulması səbəbi ilə uşaqların mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir.
43. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki işdə mənəvi ziyanın miqdarını məhz qeyd edilən meyarlar üzrə qiymətləndirmə aparmaqla müəyyən etmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.