Məhkəmə qərarları › İş №2(1-8)-1045/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1045/2026

18.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1045/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçınun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh ## #### 2015-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından ## ##### 2017-ci il təvəllüdlü X5 və ## ###### 2019-cu il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir.

2. ##.##.2020-ci il tarixli payçı müqaviləsinə əsasən, “xxxx” MTK ilə Cavabdeh arasında mənzil tələbatının ödənilməsi məqsədi ilə payçı üzvlüyə qəbul olunmuş, MTK –nın nizamnaməsində və müqavilədə göstərilən şərtlərlə MTK üzvlüyünə daxil olmuş, MTK isə öz növbəsində bu müqavilə və öz nizamnaməsinə uyğun olaraq Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi *** saylı ünvanda yerləşən və tikilmiş olan binanın B 2 girişinin 5-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 51 m² (daxili sahəsi 44.2 m²) olan **a saylı mənzili təmirsiz halda payçıya təqdim etmişdir.

3. Kooperativ binada mənzil tikinti haqqında ##.##.2020-ci il tarixli müqaviləyə * saylı Əlavədə qeyd olunan ödəniş şərtlərində qeyd edilmişdir ki, payçı Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilə üzrə payçı tərəfindən MTK-ya ümumilikdə 38.030 manat ödənilməsi lazım olmuş, müqavilə bağlandığı gün 26.150 manat məbləğində MTK-ya ilkin ödəniş həyata keçirilmiş, payçı pulun qalan hissəsini, yəni 11.880 manatı MTK-ya növbəti 36 ay ərzində hər ayın 15-dən gec olmayaraq 330 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlər nəğd qaydada həyata keçirilmiş və bu barədə payçıya müvafiq arayış təqdim olunmuş, ödəniş tam həyata keçirildikdən sonra müqavilənin dəyərinin tam ödənilməsi və heç bir borcun olmaması barədə arayış verilmişdir.

4. “xxxx” MTK tərəfindən verilən ##.##.2022-ci il tarixli maliyyə arayışına əsasən, payçı Cavabdeh ##.##.2020-ci il tarixli müqavilə üzrə qeyd olunan mənzil üzrə qalıq borcu yoxdur.

5. ##.##.2020-ci il tarixli müqavilə üzrə ##.##.2020-ci il tarixli Akta əsasən, “xxxx” MTK tərəfindən sözügedən mənzil payçı Cavabdeh təhvil verilmişdir.

6. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2017-ci il tarixdə doğulmuş X5 və ##.##.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır.

7. Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə ## ##### 2017-ci il təvəllüdlü X5 və ## ###### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına qərar verilmiş, 80 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli miqdarında indeksasiya edilməsi müəyyən edilmişdir.

8. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda göstərilir ki, ** CY *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” minik markalı avtomobil ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 8.000 manata Cavabdeh mülkiyyətinə keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında ## #### 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında saxlanılması, 4.000 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ünvan 2 ünvanında yerləşən binanın “B2” girişinin 5-ci mərtəbəsində yerləşən 35 a saylı mənzilə dair “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə Cavabdeh, qalan ½ hissəsinə İddiaçı payı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin faktiki hallarına uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, son illərdə tərəflər arasında münasibət dözülməz hala çatmışdır, bir neçə ildir ki, aralarındakı nikah faktiki olaraq pozulmuş, tərəflər bir-birindən ayrı olaraq yaşamışdır. İddiaçının müraciəti əsasında Lənkəran Rayon Məhkəməsində ## ###### 2023-cü il və ## #### 2025-ci il tarixli qətnamələr mövcud olmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsait hesabına daşınar və daşınmaz əmlaklar əldə etmişlər.

11. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, avtomobilin satışından 4000 manatin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi *** saylı ünvanda yerləşən binanın “B2” girişinin 5-ci mərtəbəsində, 35 a saylı mənzilə dair “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə Cavabdeh payı, qalan ½ hissədə isə İddiaçı payı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, ölkə xaricində olduğundan məhkəmə prosessinin onun iştirakı olmadan keçirilməsini xahiş edərək qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə iddia tələbinə münasibətə dair ərizəsi ilə iddiaçı ilə onun arasında ## #### 2015-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbə icra nümayəndəliyində bağlanmış nikah haqqında şəhadətnamə və ** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilməsi, uşaqların ## ##### 2017-ci il təvəllüdlü X5 və ## ###### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında saxlanılması, ondan uşaqların saxlanılması üçün alimentin Lənkəran Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnamə əsasında tutulduğu və Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə indeksləşdirildiyi nəzərə alınması, “Ford Focus" markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AR Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydasının tətbiq edilməsi, iddiaçının nəqliyyat vasitəsinə ½ pay hüququnun tanınması və onun dəyərinin müəyyən edilərək iddiaçının payına uyğun şəkildə ondan alınıb iddiaçıya verilməsi barədə iddiasının rədd edilməsi, Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsi *** saylı ünvanda yerləşən binanın B girişinin 5-ci mərtəbəsində yerləşən 35 a saylı mənzillə bağlı irəli sürdüyü tələb qismən təmin edilməsi, bu iddia tələbinə görə ondan iddiaçının xeyrinə 13.015 manat tutulmasını xahiş etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilmiş, tərəflər arasında ##.##.2015-ci il tarixində ** nömrəli akt qeydi ilə Lənkəran rayonu, Gərmətük qəsəbə icra nümayəndəliyində qeydə alınmış nikahın pozulması, ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında qalmaları, 4000 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi *** saylı ünvanda yerləşən binanın B2 girişinin 5-ci mərtəbəsində yerləşən 35 a saylı mənzilə dair “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə iddiaçının payı, qalan ½ hissədə cavabdehin payı hesab edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, tərəflər ##.##.2015-ci il tarixdə rəsmi nikaha girmiş və onların birgə nikahından ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmamış, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcud olmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum olmamışdır. Odur ki, tərəflərin nikahları pozulmuşdur.

16. Məhkəmə iddia tələbinin “4000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə” dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubla ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobilinin uçot bazasında olan məlumatlarına əsasən avtomobil ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin mülkiyyətində olmuşdur. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh tərəfindən ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobili 8.000 manata X6.

17. Beləliklə, avtomobil birgə nikah dövründə əldə olunmuş və lakin iddiaçının razılığı olmadan cavabdeh tərəfindən satılmışdır. Bu baxımdan iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsi nəticəsində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf ərizəsində avtomobilin alındığı zaman münasibətlərinin korlandığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünmüşdür ki, tərəflər ailə münasibətində olmuşlar. Habelə mübahisəli avtomobilin tərəflərin nikahda olduqları müddətdə özgəninkiləşdirilməsinə baxmayaraq, cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaitın ailə ehtiyaclarına xərclənməsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Beləliklə, avtomobil birgə nikah dövründə əldə olunduğu və iddiaçının razılığı olmadan satıldığından 4.000 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

18. Məhkəmə iddia tələbinin mübahisəli mənzilə dair “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə iddiaçının payı, qalan ½ hissədə isə cavabdehin payının müəyyən edilməsi” hissəsini əsaslı hesab etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir.

20. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməli, tərəflər arasında ##.##.2015-ci il tarixdə bağlanmış nikah pozulmalı, birgə nikahdan anadan olmuş ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında saxlanmalı, 4000 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli və mübahisəli mənzilə dair “xxxx” MTK ilə cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə iddiaçının payı, qalan ½ hissədə isə cavabdehin payı hesab olunmalıdır.

21. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini AR Ailə Məcəlləsinin 2.3, 19.1, 20.1, 32.1, 32.2, 33.1, 36.3, 37.1, 37.2, 223.3, 225.1-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin avtomaşın və mənzillə bağlı iddianın təmin olunan hissələrində ləğv edilməsi, avtomobilə dair hissədə, habelə mübahisəli mənzilə dair irəli sürdüyü tələbin qismən təmin edilməsi, bu iddia tələbinə görə ondan iddiaçının xeyrinə 13.015 manatın tutulmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə faktiki ayrı yaşadığı dövrdə, ## ######## 2022-ci ildə etibarnamə əsasında Neftçala rayon sakini Əliyev Abid İlqar oğluna satmış, daha sonra həmin şəxs avtomaşını etibarnamə əsasında Yardımlı rayon sakini X2. Nəhayət, ## ###### 2023-cü ildə avtomaşın Bakı şəhəri Qarabağ rayon sakini X7 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən, bu tələbə Ailə Məcəlləsinin 36.5-ci maddəsi və Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.13-cü bəndində göstərilən qayda tətbiq edilməli idi. Faktiki ayrı yaşadığı dövrdə əldə etdiyi avtomaşın onun ayrıca mülkiyyəti sayılmalı idi. Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.14-cü bəndində deyilir ki, materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut yoxdursa, Ailə Məcəlləsinin 23.1-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab etmişdir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır”. Belə çıxır ki, iş materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut olmuşdur. Lakin Məhkəmə sadəcə Ailə Məcəlləsinin 36.5-ci maddəsini və Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.13-cü bəndini tətbiq etmək istəməyib və ya hüquq normalarının mövcudluğundan xəbəri olmamışdır. Yuxarıda göstərilənə əsasən, avtomobili faktiki ayrı yaşadığı dövrdə almışdır.## #### 2020-ci ildə “xxxx” Mənzil Tikinti Kooperativi (sədr Qədirov İlqar Rasim oğlu şəxsində) ilə Cavabdeh arasında ****/B***a saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil tələbatının ödənilməsi məqsədilə payçı, yəni Cavabdeh üzvlüyə qəbul olunmaqla bağlı MTK-nın nizamnaməsində və müqavilədə göstərilən şərtlərlə MTK üzvlüyünə daxil olmuş, MTK isə öz növbəsində müqavilə və öz nizamnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan **a saylı, 1 otaqlı mənzili təmirsiz halda ona təqdim etmişdir. Həmin mənzilə görə MTK-ya Cavabdeh tərəfındən hissə-hissə 38.030 manat pul ödənilmişdir. ## #### 2020-ci ildə müqavilə imzalanarkən Cavabdeh MTK-ya 26.150 manat ödəmişdir. Mənzilin qalan pulunu, 11.880 manatını isə iddiaçıdan faktiki olaraq ayrı yaşadığı dövrdə tək ödəmişdir. O hesab etmişdir ki, iddiaçının evə görə ödənilmiş 26.150 manatlıq hissəyə birgə nikah dövründə əldə olunmuş əmlak kimi hüququ yaranır. Qalan məbləği isə o, tək yaşayarkən MTK-ya ödəmişdir. Cavabdeh mənzildə olan pay haqqını yalnız ## ######## 2022-ci ildə ödəyib bitirmişdir. AR Mülki Məcəlləsinin 139.1.1.6-cı maddəsinə və “xxxx” Qanunun 8.0.6-cı maddəsinə görə MTKdə olan mənzilə mülkiyyət hüququ mənzilin haqqının tam ödənildikdən sonra yaranmışdır, buna görə də Cavabdeh mülkiyyət hüququ mənzilə ## ######## 2022-ci ildə yaranmışdır. Həmin dövrdə isə onlar iddiaçı ilə ayrı yaşayırdılar, o, Lənkəranda atasının evində, o isə Bakıda həmin evdə yaşayırdı. Belə halda, iddiaçı mənzildən pay istəyə bilməmiş, yalnız faktiki birgə yaşadıqları dövrdə ödənilən məbləğin bölünməsini tələb edə bilərdi.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Cavabdeh apellyasiya şikayətində 2020-ci ildən iddiaçı ilə faktiki olaraq ayrı yaşadığını, avtomobilin alınması, satılması, həmçinin mübahisəli mənzilin dəyərinin tam ödənilməklə özəlləşdirilməsinin 2020-ci ildə tərəflər faktiki olaraq ayrı yaşamağa başladıqdan sonra baş verdiyini və buna görə də həmin əmlaklar birgə nikah dövründə əldə edilən əmlak kimi qəbul edilə bilməz.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında olan nikah münasibətlərinin faktiki olaraq 2020-ci ildən bitməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, Lənkəran rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi və hazırki iş üzrə iddiaçının izahatına əsasən, 2022-ci ilin iyun ayından tərəflərin faktiki olaraq ayrı yaşadıqları və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir.

27. Beləliklə, cavabdehin subyektiv mülahizəli dəlilləri obyektiv mənada öz təsdiqini tapmamış və həmin dəlillər müəyyən edilmiş faktlara münasibətdə hüquqdan sui-istifadə əsasında mülki məsuliyyətdən yayınmağa yönəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 157.1, 213.1, 213.2, 213.3, 213.4, 223.2, 223.3, 225.1, 225.2, 379.5-ci, Ailə Məcəlləsinin 32, 33.1, 34, 34.1, 34.2, 35, 37.1, 37.2, 37.3-cü, habelə MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin əmlak bölgüsü hissəsində ləğv edilərək, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh (hazırda ölkə xaricində olduğu barədə məhkəməyə məlumat verib) apellyasiya məhkəməsində tərəflərin faktiki ayrı yaşadıqları vaxtın müəyyən edilməsi üçün aşağıdakı vəsatətləri qaldırmışdı: 1) Lənkəran Dövlət Universitetinə sorğu verərək iddiaçının təhsil aldığı dövr və ünvanla bağlı məlumat; 2) Lənkəran şəhərindəki ** saylı uşaq bağçasına sorğu verərək Xalıqlı Teymurun bağçaya gedibgetmədiyi və faktiki ünvanı ilə bağlı məlumat; 3) İddiaçının “Azercell” telefon nömrəsinin 2020ci ildə istifadə olunduğu ərazinin məlumatı. Məhkəmə bu vəsatətləri təmin etməmişdi. Ancaq birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi tərəflərin ayrı yaşadıqları dövrü Lənkəran rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsaslanaraq müəyyən etmişdi. Apellyasiya məhkəməsi, iddiaçının 2022-ci ilin iyununa qədər dözdüyünü, sonra isə 1 il 3 aydır cavabdeh ilə ayrı yaşadıqlarını göstərən dəlilinə qarşı heç bir əks arqument təqdim edilmədiyini qeyd etmişdi. Lakin apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi vəsatətləri təmin etməmiş, faktları aydınlaşdırmadan qətnamə qəbul etmişdi. Cavabdeh də bunu sübut etməli olduğu halda, apellyasiya məhkəməsi prosessual pozuntularla nəticələnmiş səhv qətnamə qəbul etmişdi. Cavabdeh qeyd etmişdir ki, onun mülkiyyət hüququ ## ######## 2022-ci ildə evə yaranmışdır. Həmin dövrdə onlar iddiaçı ilə ayrı yaşayırdılar, iddiaçı Lənkəranda atasının evində, cavabdeh isə Bakıda həmin evdə yaşayırdı. Buna görə, iddiaçı mənzildən pay tələb edə bilməzdi, yalnız faktiki birgə yaşadıqları dövrdə ödənilən məbləğin bölünməsini tələb edə bilərdi.

31. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

35. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

36. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

38. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

39. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

40. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

41. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

52. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılması təşkil edir.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər ##.##.2015-ci il tarixdə rəsmi nikaha girmiş və onların birgə nikahından ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2017ci il təvəllüdlü X5 doğulmuşdur.

56. Apellyasiya məhkəməsi iddia tələbinin “4000 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə” dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, mübahisəli avtomobil ##.##.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olmuşdur. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən mübahisəli avtomobil 8.000 manata X6.

57. Beləliklə, həmin avtomobil birgə nikah dövründə əldə olunmuş, lakin iddiaçının razılığı olmadan cavabdeh tərəfindən satılmışdır. Bu baxımdan iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsi nəticəsində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf ərizəsində avtomobilin alındığı zaman münasibətlərinin korlandığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, tərəflər ailə münasibətində olmuşlar. Habelə mübahisəli avtomobilin tərəflərin nikahda olduqları müddətdə özgəninkiləşdirilməsinə baxmayaraq, cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaitın ailə ehtiyaclarına xərcləndiyini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Yəni mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmasına baxmayaraq, iddiaçının razılığı olmadan satıldığından 4.000 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

58. Apellyasiya məhkəməsi iddia tələbinin mübahisəli mənzilə dair “xxxx” MTK ilə cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə iddiaçının payı, qalan ½ hissədə isə cavabdehin payı müəyyən edilməsi” hissəsini əsaslı hesab etmişdir. Belə ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2020-ci il tarixli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir.

59. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar