Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1081/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh SOCAR-ın “Azneft” Istehsalat Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin işçisinin törətdiyi deliktdən irəli gələn mübahisələr, mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Azneft” Istehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Azneft” Istehsalat Birliyinin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Pirallahı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2021-ci il tarixli, *(***)- **/**** nömrəli hökmünə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda bu qaydaları pozması ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olmuşdur.
2. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 “Azneft” IB-nin “28 May” NQÇI-nin Elektrik Təchizatı və X3 * saylı Şəbəkə rayonunun rəis müavini vəzifəsində işləyərkən idarə tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli təlimatda üzərinə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə qaydalara riayət etmək vəzifəsi həvalə edilmiş şəxs olmaqla “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat”ın 6.16 və 6.22 bəndlərinin tələblərini pozaraq təsadüfi toxunmadan mühafizə olunmayan, gərginlik altında olan cərəyandaşıyıcı hissələrin yaxınlığında– belə yerlərdə işlər gördükdə cərəyandaşıyıcı hissələrin gərginlikdən açılmasını və torpaqlanmasını, iş yerində, həm işlərin yerinə yetirildiyi cərəyandaşıyıcı, habelə işçilərin toxunması ehtimalı ola bilən hissələrin açılmasını təmin etmədən ## ####### 2020-ci il tarixdə, saat 17 radələrində həmin şəbəkə rayonunda yerləşən ** saylı yarımstansiyasının daxilində 6/0.4 kv-luq paylayıcı qurğuda 2 təzə yuvada təmizlik işlərinin aparılması barədə EAT və ETS 4 dərəcəli elektrik montyoru X1 tapşırıq vermiş, Qürbət Rəsulov yuvanı təmizləyəndən sonra sahədə olan “stremyanka” tipli pilləkəni götürüb şina körpüsündən keçərək 2-ci bölməyə yaxınlaşarkən orada olan yuvaya verilən gərginliyə düşmüş, elektrik cərəyanın təsirindən sağ saidin aşağı 1/3-nin arxa-iç səthinin, sağ əlin arxa səthinin, sağ mil-bilək oynağının və İ barmağın arxa səthinin, sağ əlin II-III barmaqlarının ön səthinin (elektrik cərəyanının girişi), sağ dizin, sağ baldırın yuxarı 1/3 nin ön-iç səthinin (elektrik cərəyanının çıxışı) yaraları ilə nəticələn dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid olan xəsarət almış Qürbət Rəsulovun ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.
3. İddiaçı hadisə nəticəsində ölmüş Qürbət Rəsulovun oğludur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azneft” Istehsalat Birliyindən (bundan sonra həmçinin “cavabdeh” və ya “Birlik”) onun xeyrinə 99.000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 99.125 manat pulun və ödənilmiş 388 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia belə əsaslandırılmışdır ki, iddiaçını atası Birlikdə əmək funksiyasını yerinə yetirərkən ehtiyatsızlıqdan ölmüşdür. Bu barədə qanuni qüvvəyə minmiş hökm vardır. Hadisə nəticəsində iddiaçıya 99000 manat mənəvi ziyan dəymişdir. Iddiaçının atasının ölüm səbəbi Birliyin əmədaşlarının məsuliyyətsizliyi və səhlənkarlığı olmuşdur. Birliyin aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşaydılar, bu faciə baş verməyəcək, atası ölməyəcəkdi. Buna görə də, bu ziyan Birlik tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, atasını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Birlik vaxtında bütün yoxlamalarını və bütün təhlükəsizlik tədbirlərini görsəydi, iddiaçının atası hal-hazırda həyatda olardı.
6. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Birliyin işçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda bu qaydaları pozması ehtiyatsızlıqdan X1 ölümünə səbəb olmuşdur. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. Birlik tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi Birlikdən deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tələb edilə bilər. Zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Cavabdeh neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Cavabdeh hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti tələb edilir. Bundan əlavə, iş materiallarından da görünür ki, Qürbət Rəsulovun vəfat etməsindən 3 ildən çox müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır.
7. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Azneft” Istehsalat Birliyindən mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul, 125 (bir yüz iyirmi beş) manat hüquqi xidmət xərci və ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Rəna Qafarova)
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atasının hadisə nəticəsində vəfat etməsinin onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Həmçinin hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkətlərinin iddiaçının atası X2 ölümünə səbəb olması faktı özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalıdır və ödəniləcək pul kompensasiyasının ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Buna baxmayaraq, hazırki iş üzrə iddiaçıya atasının ölməsi ilə vurulmuş mənəvi zərərin keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 20.000 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya ola bilər.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1099.2-ci, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
14. Iddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, bir oğul üçün atasının ölməsi ürək dağlayan emosional itkidir. Valideyin itkisi, xüsusilə də faciəvi şəkildə hər hansı bir şəxsin təqsiri ucbtından baş verdikdə oğulda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Atasının ölümü övladda mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir atanın faciəvi şəkildə ölümü bir övlad üçün həm şəxsi, həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. Məhkəmə mənəvi ziyanın miqdarını təyin edərkən mövcud vəziyyəti nəzərə almayaraq iddiaçının mənafeyinə zidd olaraq iddia tələbini tam yox, qismən təmin etmişdir.
15. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayəti isə birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin bütün faktiki hallarını araşdırmamış, araşdırılmış hallara və iş üzrə mövcud sübutlara lazımi qiymət verməmiş, cavabdehin konstitusion hüquqlarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Birlik tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırkı iddia tələbi cavabdehdən deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tələb edilə bilər.
17. Apellyasiya baxışında iddiaçının nümayəndəsi-vəkili vəkil2 əlavə olaraq göstərmişdir ki, atası öləndə iddiaçının 33 yaşı olub, özünün ailəsi var idi. Iddiaçı atası ilə birgə yaşayırdı, onun atası ilə dərin bağlılıqları var idi. Cinayət işində iddiaçının mülki iddiası olmayıb, iddiaçı çinayət işində şikayətinin olmamasını bildirib.
18. Apellyasiya baxışında cavabdehin nümayəndəsi-vəkili vəkil1 bildirmişdir ki, cinayət işində təqsirkar şəxs müəyyən edilib. Birlik mülki məsuliyyət daşımır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, zərərin miqdarı azaldılaraq 15.000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fuad Babayev)
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinə səbəb olmuş mülki hüquq pozuntusunun cavabdehin işçisi tərəfindən törədilməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmişdir. Cavabdehin işçisinin əmələ görə mülki-hüquqi məsuliyyət daşıması üçün hüquqi əsaslar yaradır. Hökmlə müəyyən edilmiş bu faktlar da hazırki mülki iş üçün preyudisial xarakter daşıyır və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının baş vermiş hadisə nəticəsində valideyninin ölməsi ilə əlaqədar mənəvi sarsıntı keçirməsi də mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşmayaraq, mənəvi zərərin qətnamə ilə tutulmuş məbləğinin çox olmaqla real qiymətləndirilməməsi qənaətinə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı, yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən səmimi münasibətinin və mənəvi yaxınlığının olması, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraitinin nə dərəcədə dəyişmiş olması, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi vurulmuş mənəvi zərərə görə iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını və sadalanan meyarları lazımi qaydada nəzərə almamış, bu səbəbdən də hazırkı məsələ üzrə düzgün nəticəyə gəlməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi də vurğulamışdır ki, iddiaçının valideyninin vəfatı ilə əlaqədar olaraq mənfi emosional təsirə məruz qalması, sarsıntı və iztirab çəkməsi təbii və inkaredilməzdir.
26. Bununla belə, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, zərərvuran şəxsin təqsiri (ehtiyatsızlıq), iddiaçının ona münasibətdə tələb və şikayətinin olmaması (Pirallahı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı hökmü), özünün də valideyndən asılı olan yaşda olmaması, yetkinlik bir yaşda olması ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözüm səviyyəsi, atasının ölümündən sonra həyat şəraitində ciddi dəyişikliklərin baş verməməsini nəzərə aldığını qeyd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 15.000 manat həcmində müəyyən edilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Müəyyən edilən bu məbləğ iddiaçının atasının ölməsi halında keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulmuş mənəvi tarazlığın bərpasına, yaxınını itirməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulmasına, həyat sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılmasına xidmət edər.
27. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1099.1, 1099.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianını təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi Maddə 7.0.36. zərər – cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirib. Buna görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
36. Iddiaçı cavabdehdən mənəvi ziyanın əvəzi qismində pulun tutulmasını atasının cavabdeh müəssisədə əmək funksiyasını yerinə yetirərkən ölməsinə, bu barədə qanuni qüvvəyə minmiş hökmü ilə cavabdeh müəssisənin işçisinin hadisədə təqsirli bilinib məhkum olunmasına istinad etmişdir.
37. Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökmə istinadən iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişlər. Üstəlik, apellyasiya məhkəməsi iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmamasını da zərərin azaldılması meyarı kimi qiymətləndirmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, gəlinən nəticə düzgün olmamışdır.
39. Belə ki, Pirallahı Rayon Məhkəməsinin istinad edilən ##.##.2021-ci il tarixli, *(***)- **/**** nömrəli hökmündən görünür ki, iddiaçı, zərəçəkmiş şəxs (mərhum atasının) Qürbət Rəsulovun hüquqi varisi olmuş, cinayət işində təqsirləndirilən şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizə də vermişdir.
40. Iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayət və tələbinin olmaması ilə bağlı ərizəsi mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
41. Qeyd edilməlidir ki, cinayət mühakimə icraatı çərçivəsində zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
43. Oxşar hüquqi mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş yalnız həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.
45. Məhkəmə kollegiyası bununla bağlı diqqəti “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li, ## ###### 2025-ci il tarixli qərarı Qərarına da çəkir.
46. Həmin qərarın 5.12-ci bəndində qeyd edilmişdir ki, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.
47. Hazırki işdən də görünür ki, iddiaçı cinayət işində zərərçəkmiş şəxsin prosessual varisi kimi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə barışdığını, ona qarşı şikayətinin, tələbinin olmadığını bildirmişdir. Bununla belə, iddiaçı hazırda təqsirlənidrilən şəxsin işə götürəni olan cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
48. Işin hallarına görə iddiaçının prosessual varis qismində cinayət prosesində təqsirləndirilən şəxslə barışdıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsasın yaranması da müəyyən edilməmiş, iddiaçı atasının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas tutaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının cavabdehə qarşı tələbinin əsası olmamışdır.
49. Məhkəmə kollegiyası izah edir ki, cinayət işi üzrə prosessual varislə təqsirkar şəxs arasında barışıq olmadığı təqdirdə belə iddialar verilə bilər. Başqa sözlə, iddiaçı Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq zərərin vurulmasında təqsirli hesab edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 işəgötürəni kimi cavabdehə qarşı hazırkı iddianı o vaxt qaldıra bilərdi ki, o, təqsirkar şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə barışıq əldə etməzdi. Həmin iddia təmin olunduğu təqdirdə isə cavabdeh zərəri ödədikdən sonra təqsirli şəxsə qarşı reqres tələb irəli sürə bilərdi. Yəni, vurulmuş maddi və mənəvi zərərə görə son nəticədə hadisədə təqsirkar şəxs məsuliyyət daşımalı idi ki, iddiaçı da onunla barışmışdır.
50. Nəzərə alınmalıdır ki, işəgötürənin məsuliyyəti işçinin törətdiyi delikt nəticəsində yaranır. Zərərçəkmişin təqsirli işçi ilə barışması və ona qarşı tələb irəli sürməmək barədə razılıq verməsi işəgötürəni 1099.1-ci maddədə nəzərdə tutulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad edir. Bu səbəbdən işçi əmək vəzifələrini icra edərkən işəgötürənin fəaliyyətini təmsil etdiyindən zərərçəkənin işçi ilə barışaraq ona qarşı tələb irəli sürməmək barədə razılıq verməsi halında eyni delikt əsasında işəgötürənə qarşı tələb hüququnun da saxlanılması adı çəkilən normanın mahiyyətinə zidd olardı.
51. Həmçinin yuxarıda qeyd edildiyi kimi, reqress tələbi işəgötürənin vəzifəsi yox, hüququ olsa da, zərərçəkmiş şəxsin təqsirli işçi ilə barışaraq ona qarşı tələb hüququndan imtina etməsi işəgötürənin həmin reqres hüququnun həyata keçirilməsinə də bilavasitə təsir edir və onu məhdudlaşdırır.
52. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının təqsirləndirilən şəxslə barışmasını yalnız mənəvi zərərin azaldılması meyarı kimi qəbul etmişdir. Halbuki bu hal yuxarıda göstərilənlər baxımından, ümumiyyətlə, iddianın təmin edilməməsi üçün əsas olmuşdur.
53. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.
54. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia təmin edilməməlidir.
55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh SOCAR-ın “Azneft” IB-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Iddiaçı İddiaçı iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.