Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1145/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Işin halları
1. Iddiaçı İddiaçı əri X1 ##.##.2022-ci il tarixdə ölmüşdür. Ölüm səbəbi elektrik cərəyanının təsiri olmuşdur.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Quliyev Bəhrəm Qulu oğlu Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş cəza şərti hesab olunmuş və 2 il sınaq müddəti müəyyən edilmiş, Məmmədli Dilqəm Zeyqəm oğlu Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş cəza şərti hesab olunmuş və 1 il sınaq müddəti müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlər cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 25000 manat olmaqla, ümumilikdə 50000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Iddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Quliyev Bəhrəm Qulu oğlunun və Məmmədli Dilqəm Zeyqəm oğlunun təqsiri nəticəsində əri X1 həyatdan məhrum olmuş və buna görə çox dərin mənəvi sarsıntı keçirmişdir. 3 azyaşlı övladını tək böyüdür və bu mənəvi sarsıntı davamlı olmaqla bütün ömür boyu onun həyatını müşayiət edəcək. Dəfələrlə xxxx ASC-nin və “xxxx” ASC-nin səlahiyyətli şəxslərinə mənəvi zərərin ödənilməsi barədə müraciətlər etməsinə baxmayaraq, hər dəfə yaxın zamanda rəhbərliklə görüşüb həll edəcəkləri barədə vədlər verilərək proses bu günədək uzadılır. Cavabdeh təşkilatların əməkdaşlarının təqsirindən ərinin ölməsi işin mübahisəsiz halıdır. Mərhum ərinin faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq iddiaçıya vurulmuş zərərin əvəzi olaraq hər bir cavabdehdən 25000 manat olmaqla, ümumilikdə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ədalətli olar.
5. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində kompensasiya ödəməyə razıdırlar. Həmçinin iddiaçının iddia tələbini hadisəni törədən şəxslərə yox, onları işəgötürənlərə qarşı qaldırması doğru deyildir. Iddiaçı bir uşağının xəstə olması ilə məhkəməyə sübut təqdim etməmişdir. Digər övladı isə artıq azyaşlı deyil, 19 yaşına çatmışdır. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh X5 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hökmlə təqsirli şəxslər müəyyən edilmişdir. Kompensasiya məbləği müəyyən edilərkən, bəzi məsələlər nəzərə alınmalıdır. Birincisi, hadisənin baş verməsindən kifayət qədər müddət keçmişdir. Həmçinin hökmlə cavabdehlərin təqsirli olduqları göstərilməmişdir. Işin hallarını nəzərə alaraq hesab edir ki, tələb olunan kompensasiya məbləği əsassız şişirdilmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkilinin dediklərinə əsasən, iddiaçı mənəvi yox, maddi sıxıntı keçirir. Onun ailə başçısının ölümünə görə müavinət alma hüququ da vardır. Bununla o, maddi ehtiyaclarını yüngülləşdirə bilər. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, suallara cavab olaraq isə iddiaçının mərhum həyat yoldaşının ##.##.2022-ci ildə vəfat etdiyini, 500-1000 manat kompensasiya ödəyə biləcəklərini, cavabdeh1 MMC-nin “xxxx” ASC-nin sturukturuna daxil olmasa da, onun ayrıca bir qurumu olduğunu, onun maliyyəsinin “xxxx” ASC-nin maliyyəsi əsasında formalaşdığını və “xxxx” ASC-nin yüz faiz payının dövlətə məxsus hüquqi şəxs olduğunu bildirmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən hər birindən dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat olmaqla, ümumilikdə 20000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 150 manat pul vəsaitinin hər iki cavabdeh üzrə bərabər qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, zərərçəkənin mərhum ərinin ölümünün cavabdeh təşkilatların işçilərinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, iddiaçının həyat yoldaşının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.
9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehlərdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə 50000 manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz.
10. Belə ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Həmin Qərara əsasən, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə diqqətəlayiq hallar nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda, məhkəmə elə nəticəyə gəlir ki, baş vermiş hadisə nəticəsində iddiaçının mərhum həyat yoldaşının həlak olması ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehlərin hər birindən iddiaçının xeyrinə ayrı-ayrılıqda 10000 manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, 1099.2, 1108.1 və 1114.1-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” ## #### 2002-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundə əsaslandırılmışdır.
14. Cavabdehlər “xxxx” ASC və cavabdeh1 MMC qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iddianın təmin edilən hissədə ləğv edilməsini, iddianın tam həcmdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehlərin apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 20000 manat məbləğində müəyyən etməklə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Ali Məhkəmənin analoji işlər üzrə zərərçəkənə ödənilməli kompensasiya məbləğininin 10000 manat və daha az miqdarda müəyyən edilməsi ilə bağlı kifayət qədər qərarları mövcuddur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Elşən Kazımov) iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ##.##.2008-ci il tarixli qərarında verilən izahlara əsaslanaraq hesab etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehlər Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini ödəməlidir. Belə ki, mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 10000 manat tutulması mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 MMC (vəkil vəkil1) ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətləri cavabdehlərin birinci instansiya məhkəməsində verdiyi etiraz ərizələrinin və apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Iddiaçı kassasiya şikayətlərinə qarşı etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
26. Maddə 1099.2. Işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı
27. Bənd 5.12. Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlərin kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Belə ki, iddiaçı cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulmasını əri X1 yüksək təhlükə mənbəyi olan elektrik cərəyanının təsiri nəticəsində həlak olmasına, həmin hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Quliyev Bəhrəm Qulu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi, Məmmədov Dilqəm Zeyqəm oğlunun isə həmin Məcəllənin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə istinad etməklə əsaslandırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, apellyasiya məhkəməsi də bu qənaətlə razılaşdımşdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə düzgün olmamışdır.
39. Belə ki, qeyd olunan hökmdən görünür ki, mərhum X1 həyat yoldaşı İddiaçı məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, cinayət prosesində iştirak etmiş, iş materiallarına əlavə edilmiş ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslər Quliyev Bəhrəm Qulu oğlu və Məmmədov Dilqəm Zeyqəm oğlu ilə barışdığını, onları bağışladığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə onlar barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin edilərkən həmin hallar cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır.
40. Iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslərlə barışması, onlara qarşı heç bir şikayət və tələbinin olmaması ilə bağlı ərizəsi mülki qaydada ziyanın əvəzinin ödənilməsi tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
41. Qeyd edilməlidir ki, cinayət mühakimə icraatı çərçivəsində zərərçəkmiş şəxsin və ya onun hüquqi varisinin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkmiş şəxsin belə bir bəyanı ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
43. Oxşar hüquqi mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslərlə barışması və onlara qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi həmin şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda şəxs yalnız həmin vaxtdan sonra yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.
45. Həmin hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli ** nömrəli qərarında da ifadə olunmuşdur.
46. Belə ki, həmin qərarın 5.12-ci bəndində qeyd edilmişdir ki, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.
47. Hazırkı işdən də görünür ki, iddiaçı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onları bağışladığını, onlara qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Bununla belə, iddiaçı hazırda təqsirləndirilən şəxslərin işəgötürənləri olan cavabdehlərə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
48. Işin hallarına görə iddiaçının hüquqi varis qismində cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsasın yaranması da müəyyən edilməmişdir. Iddiaçı həyat yoldaşının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas tutaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki o, həmin hadisə ilə bağlı cinayət mühakimə icraatı zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə olan halda, iddiaçının cavabdehlərə qarşı tələbinin əsası yoxdur.
49. Məhkəmə kollegiyası izah edir ki, cinayət işi üzrə hüquqi varislə təqsirkar şəxslər arasında barışıq olmadığı təqdirdə belə iddialar verilə bilərdi. Başqa sözlə, iddiaçı Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq zərərin vurulmasında təqsirli hesab edilmiş şəxslərin işəgötürənləri olan cavabdehlərə qarşı hazırkı iddianı o vaxt qaldıra bilərdi ki, o, təqsirkar şəxslərlə barışıq əldə etməmiş olaydı. Həmin iddia təmin olunduğu təqdirdə isə cavabdehlər zərəri ödədikdən sonra təqsirli şəxslərə qarşı reqres tələb irəli sürə bilərdilər. Yəni vurulmuş maddi və mənəvi zərərə görə son nəticədə hadisədə təqsirli şəxslər məsuliyyət daşımalı idilər ki, iddiaçı da həmin şəxslərlə barışmışdır.
50. Nəzərə alınmalıdır ki, işəgötürənin məsuliyyəti işçinin törətdiyi delikt nəticəsində yaranır. Zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirli işçilərlə barışması və onlara qarşı tələb irəli sürməmək barədə razılıq verməsi işəgötürənləri Mülki Məcəllənin 1099.1-ci maddəsində nəzərdə tutulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad edir. Bu səbəbdən işçi əmək vəzifələrini icra edərkən işəgötürənin fəaliyyətini təmsil etdiyindən zərərçəkmişin işçi ilə barışaraq ona qarşı tələb irəli sürməmək barədə razılıq verməsi halında eyni delikt əsasında işəgötürənə qarşı tələb hüququnun da saxlanılması adı çəkilən normanın mahiyyətinə zidd olardı.
51. Həmçinin yuxarıda qeyd edildiyi kimi, reqres tələbi işəgötürənin vəzifəsi yox, hüququ olsa da, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirli işçilərlə barışaraq onlara qarşı tələb hüququndan imtina etməsi işəgötürənlərin həmin reqres hüququnun həyata keçirilməsinə də bilavasitə təsir edir və onu məhdudlaşdırır.
52. Apellyasiya məhkəməsi isə iddiaçının təqsirləndirilən şəxslərlə barışmasını yalnız mənəvi zərərin azaldılması meyarı kimi qəbul etmişdir. Halbuki bu hal yuxarıda göstərilənlər baxımından ümumiyyətlə iddianın təmin edilməməsi üçün əsas olmuşdur.
53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməli. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.