Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1177/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 cəlb edilməklə) cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin təsisçisi tam payla Qanuni nümayəndə olmuşdur.
2. Cavabdeh MMC 2019-cu ilin iyul ayında fəaliyyətə başlamışdır.
3. İddiaçı ##.##.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Bakı şəhəri Təhsil İdarəsində riyaziyyat müəllimi kimi işləyir.
4. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə (sahibkar) ilə “xxxx” Firmasının İcraçı Direktoru V.Hüseynli (icarəyəverən) arasında bağlanmış TS 000849-45 hş-ŞH **** saylı, ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən «İcarəyəverən» Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi xxxx firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 30 kv.m olan mağaza sahəsinin 1 (bir) il müddətinə «Sahibkar»-a icarəyə verir, «Sahibkar» isə öz növbəsində «lcarəyəverən»-ə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir.
5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AzİnTelecom” MMC-nin İddiaçı ünvanladığı ## #### 2023-cü il tarixli cavab məktubuna əsasən mobil cihazların İMEİ nömrələrinin qeydiyyatının aparılması ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası” ilə tənzimlənir. Sözügedən qaydaya əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını dolduraraq, tələb olunan sənədlər də əlavə edilməklə qeydiyyat mərkəzinə təqdim edirlər.
6. Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə ##.##.2021-ci il tarixli qərara əsasən Qanuni nümayəndə tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
7. ## ####### 2022-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında ## ####### 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, xxxx, Əlavə, mühasib vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bəndinə əsasən işçi ## ####### 2022-ci il tarixdən işə başlayır. 4.1-ci bəndinə əsasən işçiyə hər ay 400 manat məbləğdə əmək haqqı ödənilir.
8. “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumata əsasən Cavabdeh MMC ilə İddiaçı arasında əsas müqavilənin başlama tarixləri ##.##.2022, ##.##.2023, müqavilənin bağlanma tarixləri ##.##.2021, ##.##.2022, ##.##.2024.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi (sonradan dəqiqləşdirmə barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 80000 manat məbləğində əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Qanuni nümayəndə 2018-ci ildə şirkət qurmağa qərar vermiş, iddiaçı sənəd, hüquqi, mühasibat, bank, kargüzarlıq, kadrlar şöbəsinin və digər işləri icra etməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı Azərbaycana yeni gəldiyindən şəxsiyyət vəsiqəsi hazır olmamış, bu səbəbdən də şirkəti qeydiyyatdan keçirərkən nizamnamə fondunu 100% Qanuni nümayəndə adına yazdırmışlar. 2019-cu ildə rəsmi dövriyyə cəmi 33000,41 manat olduğu halda (iyul-avqust aylarında dövriyyə 0 olmuşdu), 2024-cü ildə ticarətin rəsmi və qeyri-rəsmi dövriyyəsi birlikdə 1 milyon manatı keçib. 2019-cu ilin iyulundan 2025-ci ilin may ayına qədər rəsmi dövriyyə Əlavə 7-də qeyd olunmuşdur. Qanuni nümayəndə formal olaraq şirkətin direktorudur, faktiki olaraq isə şirkətin 5 satıcısından biridir. Qanuni nümayəndə həm də Çin Xalq Respublikasından mal sifariş edir. xxxx ticarət mərkəzində obyekt icarəyə götürmüşlər (Əlavə 2, icarə müqaviləsi). Şirkətlərində ondan başqa 5 rəsmi (Qanuni nümayəndə daxil olmaqla) və 1 qeyrirəsmi işçi var. Bunların hər biri Qanuni nümayəndə yaxın qohumlarıdır: bacısı oğlanları- 2 nəfər (rəsmi), qardaşı oğlu- 1 nəfər (rəsmi), əmisi nəvəsi- 1 (bir) nəfər (qeyri-rəsmi). İddiaçı 72 ay ərzində Cavabdeh MMC şirkətinin, Qanuni nümayəndə və digər satıcıların hər birinin ayrılıqda mühasibi, meneceri, hüquqşünası və ümumi konsultantı işləmiş, həm də məhkəmə iclaslarında təmsil etmişdir (bu işlərini əks etdirə bilən bir neçə sənədi əlavə edir, Əlavə 6). Qeyd etdiyi şəxslərin hər biri VÖEN açmadan «xxxx» fəaliyyəti ilə məşğuldurlar. Əgər şirkətin bir hissəsi onun deyildisə, bəs göstərdiyi xidmətlərə uyğun o, aylıq maaş, kompüteri, printeri, dəftərxana məhsullarını, interneti və mobil telefonla danışıqların dəyərini, nəqliyyata sərf etdiyi pulları və şairəni öz cibindən verərdimi? Cavabdeh MMC şirkətində o, yalnız müxtəlif vaxtlarda rəsmi işləmişdir (cəmi 42 ay). Çünki o, digər təşkilatlarda da işləmişdir (** nömrəli, ** nömrəli, *** nömrəli məktəblərdə və Bakı Modern Təhsil Kompleksində- riyaziyyat müəllimi). Fikirləşirdilər ki, onlara əmək haqqı kartı lazım deyil. İstənilən vaxt ehtiyac olarsa şirkətin hesablarından pul çıxarda bilərlər. Qanuni nümayəndə və onun üçün əmək haqqı kartı almaq məqsədi ilə Cavabdeh MMC-nin adından heç bir banka müraciət etməmişlər. Sonradan məcburiyyət qarşısında qalaraq, Qanuni nümayəndə xarici ölkəyə VİZA almaq üçün “Kapital bank”-dan əmək haqqı kartı sifariş etdilər (VİZA verən səfirlik tələb edirdi). İddiaçı kartına köçürülən (kartdan karta) pulların cəmi 2019-cu ilin iyul ayından 2025-ci ilin iyun ayınacan 72 ay ərzində müxtəlif bank kartlarına 31 dəfə 200 manat (cəmi 6200), 16 dəfə 300 manat (cəmi 4800), 1 dəfə 500 manat, və 3 dəfə 3000 manat (cəmi 9000)- ümumiyyətlə 72 ay ərzində 20500 (iyirmi min beş yüz manat). Proseslərin gedişindən asanlıqla görünür ki, hələ təxminən bir il bundan qabaqdan başlayaraq, Qanuni nümayəndə ona münasibətini susaraq dəyişib və aydındır ki, bu üsulla onu aldadıb, bütün pullarını özünə mənimsəmək istəyir. Qeyd etmişdir ki, 72 ay ərzində o, müvafiq aylıq əmək haqqı belə almamışdır. Göstərdiyi xidmətlərə görə aylıq əmək haqqını ən azı ayda 2500 manat götürsələr, 72 aya 180000 manat almır və bu məbləği Cavabdeh MMC şirkətindən almağı planlaşdırır. Cavabdeh MMC şirkətinə (xxxx TM icarəyə götürdükləri ünvanlara) elektronika və digər mallar Çin Xalq Respublikasından gətirilir. Bu malları şifahi eşitdiyinə görə «xxxx» adlı hər hansı bir karqo şirkəti gətirir («xxxx»-ın adından danışan şəxs şifahi olaraq ona Kənan kimi təqdim edilib, tel.: **********, **********, **********). Amma bu 72 ay ərzində bu «xxxx»-a 1 qəpik də olsun göstərdikləri xidmətlərə görə Cavabdeh MMC-nin bank hesablarından pul ödənilməyib. Bu göstərilən xidmətlərə sərf ediləsi pulların 1 qəpiyi də vergi orqanına göndərdiyi bəyannamələrdə öz əksini tapmayıb, bunun üçün heç bir sənəd təqdim etməyiblər. Həm də Cavabdeh MMC ilə bu «xxxx» arasında müqavilə də görməmişdir. Qeyd etmişdir ki, 72 ay ərzində Cavabdeh MMC-nin bank hesabından idxal olunan malların ödənişi üçün cəmi 140000 ABŞ dolları Çin Xalq Respublikasında yerləşən (bəlkə də başqa ölkədə yerləşir) YIWU JIACHENG TRADE СО LTD YIWU CITY ZHEJIANG PROVINCE CHINA şirkətinə köçürülmüşdür (nümunə kimi invoys əlavə edir Əlavə 4). Amma digər idxal olunan malların pulunun necə ödənildiyi ona məlum deyil. Eyni zamanda onu da bildirmişdir ki, apardığı audit nəticəsində bilir ki, bu «xxxx» (və ya Kənan) və Qanuni nümayəndə beynəlxalq ticarətlə məşğul olaraq, bu işlərdə olan qanun boşluqlarından (və ya adətə çevrilmiş nəzarətsizlikdən) ustalıqla istifadə edərək, özgəsinin pulunu mənimsəməklə, vergidən yayınmaqla, hətta Çin Xalq Respublika ərazisində də qanun pozuntularına yol verirlər.
11. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz yazılı etirazında bildirmişdir ki, iddiaçının ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh MMC ##.##.2019-cu il tarixdə tərəfindən təsis edilmiş və rəsmi olaraq aidiyyəti orqanlardan qeydiyyatdan keçmişdir. Həmin şirkətin təsisçisi və icraçı direktoru o, özüdür. Bunu təqdim etdiyi rəsmi sənədlərdə təsdiq edir. O, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərmiş və qanuni əsaslarla da vergi ödəyicisi olmuş və hazırda da vergi ödəyicisidir. İddiaçı onun həmkəndlisi, həm də işsiz olduğundan ona təklif etmişdir ki, aradabir gəlsin onun şirkətində sənədləşmə işlərinə kömək eləsin, ona günəmuzd ödəniş edər, rəsmi işə götürmədən; İddiaçı Rusiya Federsiyasının vətəndaşı idi, ona müraciət edib bildirdi ki, Azərbaycan Respublikasının vətəndaşlığını almağa və digər sənədləşmə işlərinin görülməsi üçün müəyyən məbləğdə pul lazımdır. Həmin gün o, onaiddiaçıya 1200 manat pul verdi ki, get sənədləşmə işlərini gör, imkanın olanda qaytararsan. Onun maddi imkanı həmişə olub, ona da həmkəndlisi olduğuna görə iddiaçıya yardımlar etmişdir. (Ona verdiyi pulların qəbzlərini və cavabında yazdığı təşəkkür SMS-lərini də təqdim edir). Cavabdeh MMC-də 5 nəfər işçi rəsmi olaraq əmək müqaviləsinə əsasən işləyirlər. Şirkətində qeyrirəsmi işçi yoxdur və heç vaxtda olmamışdır. Onun və Şirkətində işləyən şəxslərin hər birinin Kapital bankdan əmək haqqı kartları olub və hazırda da var. İddiaçını da onun xahişi ilə 1 (bir) aylıq sınaq müddəti ilə ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək mühasib vəzifəsində rəsmi işçi kimi işləyib, ona əmək haqqı vaxtamuzd ödənilmiş və ##.##.2022-ci il tarixli, ** saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC yuxarıda qeyd olunan ünvanda “icarə müqaviləsi” əsasında fəaliyyət göstərmişdir. Fəaliyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq xarici ölkələrdən Elektronik məhsulların Azərbaycan Respublikasına gətirilməsi, satılması və quraşdırılmasından ibarət olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, böyük məbləğlərdə pullar mənimsəmişdir? Hansı və kimin pullarını? Özünə məxsus şirkətin pullarını? Bu kimi suallar çoxdur. İddiaçı ayrı-ayrı vaxtlarda müxtəlif adlarla ondan 10.500 manat borc almış və bu günə kimi qaytarmamışdır. Onun belə iftira və böhtanlarla dolu iddia qaldırmasının səbəbi tamahı üzündən ondan aldığı borcu qaytarmamaq olmuşdur. Hansı əmək haqqından söhbət gedə bilər? Hansı özəl təşkilatda 2500 (iki min beş yüz) manat əmək haqqı vardır? İddiaçının iddia ərizəsində qeyd etdiyi şəxslərin onun şirkətinin fəaliyyətinə və işçilərinə heç bir aiddiyyətləri yoxdur. İddiaçı Rusiya Federasiyasının Kazan şəhərində deməsinə görə hansısa zavodun direktoru vəzifəsində işləyən zaman dövlət əmlakını mənimsəmədə təqsirli bilindiyinə görə məhkum olunmuşdur. İddiaçı onun etibarından və ASAN-imzanın onda olmasından sui-istifadə edərək, onun xəbəri olmadan özü özünü ##.##.2022-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi işçi kimi işə götürmüşdür. Onun yaritmaz işi nəticəsində şirkətinin sənədləşmə işləri bərbad vəziyyətə düşmüş, vergi hesabatlarının düzgün hazırlanıb təhvil verilməməsinə görə şirkətə xeyli miqdarda sanksiyalar tətbiq edilmişdir.
12. İddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən 2019-cu ilin iyul-avqust aylarında dövriyyə: 0, qeyri rəsmi: məlumatı yoxdur. 2019-cu il sentyabr-dekabr dövriyyə: 33000,41 AZN, qeyri rəsmi: məlumatı yoxdur. 2020-ci il rəsmi dövriyyə: 122762,95 AZN, qeyri rəsmi: 200000 man. çox. 2021-ci il rəsmi dövriyyə: 191164,46 AZN, qeyri rəsmi: 300000 man. çox. 2022-ci il rəsmi dövriyyə: 273133,28 AZN, qeyri rəsmi: 400000 man. çox. 2023-cü il rəsmi dövriyyə: 292698,34 AZN, qeyri rəsmi: 450000 man. çox. 2024-cü il rəsmi dövriyyə: 474468,31 AZN, qeyri rəsmi: 500000 man. çox. 2025-ci il yanvar-may (cəmi 5 ay) ərzində rəsmi dövriyyə təxminən 180000,00 AZN, qeyri rəsmi: 250000 man. çox. olduğu müəyyən edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh MMC-dən ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı üzrə 12540 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi təmin edilmişdir. (hakim Gülnar Babazadə)
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı mühasib vəzifəsində işləmiş, daha sonra əmək haqqı artımı ilə əlaqədar əmək müqaviləsinə müvafiq əyişikliklər olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsi hal hazırda da qüvvədədir. İddiaçı uzun illər ərzində şirkətin mühasibat, hüquq, analitika və menecment sahələrində işlərin icrasında iştirak etmiş, öz iş funksiyasını faktiki yerinə yetirmişdir. Lakin bu dövrdə əmək haqqının ödənilməsinə dair rəsmi sənədlər təqdim edilməmiş, yalnız müxtəlif vaxtlarda iddiaçının bank hesabına cəmi 20.500 manat məbləğində ödənişlər köçürülmüşdür. Cavabdeh tərəf bildirir ki, iddiaçı şirkətdə yalnız müəyyən dövrlərdə xidmət göstərmiş, bu xidmət işçi funksiyası yox, müvəqqəti yardım xarakteri daşımışdır. Cavabdeh həmçinin iddiaçının ondan 10.500 manat borc aldığını, qalan köçürmələrin isə borcun qaytarılması üçün olduğunu bildirir. Cavabdehin fikrincə, iddiaçının tələb etdiyi məbləğ əsassızdır və real əmək münasibətləri yalnız qısa müddət mövcud olmuşdur. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmır və bildirir ki, tərəflər arasında faktiki əmək münasibətləri davamlı olub, o uzun müddət müxtəlif departamentlərin fəaliyyətində birbaşa iştirak edib, işləri təşkil edib və şirkətin gəlirlərinin formalaşmasına töhfə vermişdir. Əmək Müfəttişliyindən sorğuya cavabdan da aydın olmuşdur ki, hansı tarixlərdə əmək müqavilələri qüvvədə olmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əmək münasibətlərinin faktiki olaraq mövcud olması üçün əmək funksiyasının yerinə yetirilməsi və işəgötürənin bu fəaliyyəti qəbul etməsi kifayətdir. Tərəflər arasında olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumat da bu halı təsdiq edir. İddiaçının tələb etdiyi 80.000 manat məbləğ mövcud sübutlarla təsdiq olunmadığından əsassızdır. Belə ki, iddiaçı 2019-cu ildən Cavabdeh MMC-də çalışdığını bildirsə də, əmək müqaviləsi bildirişlərindən görünür ki, ##.##.2021ci il tarixdən cavabdehlə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir. Həmin əmək müqavilələrində əmək haqqı məbləğləri müəyyən edilmişdir.
16. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının 12540 manat hissəsini “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumat əsasında əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumata əsasən Cavabdeh MMC ilə İddiaçı arasında əsas müqavilənin başlama tarixləri ##.##.2022, ##.##.2023, müqavilənin bağlanma tarixləri ##.##.2021, ##.##.2022, ##.##.2024-dür. Belə olan halda, ödənilməyən əmək haqqı: ##.##.2021– 250 manat x 12 ay– ##.##.2022; ##.##.2021– 300 manat x 6 ay– ##.##.2023; ##.##.2023– 345 manat x 12 ay– ##.##.2024; ##.##.2024– 400 manat x 9 ay– ##.##.2025 3000 manat + 1800 manat + 4140 manat + 3600 manat = 12540 manat.
17. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Cavabdeh MMC-dən ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi) tarixədək ödənilməmiş əmək haqqı üzrə 12540 (on iki min beş yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlillərini əsassız hesab edərək və həmçinin Əmək Məcəlləsinin 43-cü maddəsinin “ə” bəndinə istinadən qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Cavabdeh tərəfin bildirdiyi kimi işçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaması ilə məhkəmə razılaşmır. Belə ki, işçi əmək funksiyalarına icra etmədikdə və s. hallarda işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Belə ki, tərəfin izahatı və təqdim etdiyi şirkətə aid sənədlərdən də görünür ki, işçi mühasib vəzifəsini icra etmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 44 (1), 46 (5-6), 49 (1), 154, 158-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi əmək müqavilələri iddiaçının saxtakarlığı və Qanuni nümayəndə etibarından sui-istifadə nəticəsində qyedə alınmışdır. Belə ki, iddiaçı müəllim olmasına baxmayaraq bir neçə yerdə işləyir, Şirkətə də arabir gəlib-gedirdi, hüquqi savadı olmadığına görə o cavabdehi heç bir məhkəmədə təmsil etməmişdir. Əksinə iddiaçının Qanuni nümayəndə xeyli miqdarda borcu vardır. Odur ki, barəsində prokurorluqda iş başlanmışdır. İş üzrə ekspertiza təyin olunması xahiş olunmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, 0# ###### 2026cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh iddiaçıya əmək haqqı ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. . Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ekspertiza təyin olunması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə mühasibat hesablamaları əks etdirilən haqqhesab24.sənədlərini məhkəməyə təqdim etmədiyinə görə ekspertiza keçirilməsi mümkün deyil. Apellyasiya icraatı zamanı bu məsələ cavabdehin nümayəndəsi (direktoru) ilə müzakirə olunmuş, mühasibat ekspertizasının təyin edilməsi üçün ilk öncə həmin sənədlərin məhkəməyə təqdim edilməsinin zəruriliyi izah edilmiş, lakin cavabdeh bu barədə heç bir sənəd təqdim etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ##.##.2021-ci il tarixdən (birinci əmək müqaviləsinin bağlandığı tarixdən) ##.##.2025-ci tarixədək (dəqiqləşdirilmiş iddia ərizəsinin verildiyi tarixədək) ödənilməmiş əmək haqqı kimi 12.540 manat tutulmasını qət edib. Müəyyən olunmuşdur ki, həmin dövrə görə cavabdehin iddiaçıya ödəməli olduğu, lakin ödəmədiyi əmək haqqının məbləği 12.540 manatdan da çoxdur. Belə ki, mülki işdə olan sənədlərə görə ##.##.2021-ci il tarixdən (1-ci əmək müqaviləsinin bağlandığı tarixdən) ##.##.2022-ci il tarixədək (1-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin artırıldığı tarixədək) olan 12 ay 9 gün üçün hər ay 250 manat əmək haqqı ödənilməlidir. Belə ki, 1-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 250 manat müəyyən edilib, ##.##.2022ci il tarixdə əmək haqqı artırılıb. Bu hesabla 12 ay 9 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 3.075 manat təşkil edir. Yəni 12 ay üçün əmək haqqı 3.000 manat (12 ay x 250 manat = 3.000 manat), 9 gün üçün əmək haqqı 75 manat (250 manat : 30 gün x 9 gün = 75 manat), cəmi məbləğ 3.075 manat (3.000 manat + 75 manat) təşkil edir.
26. İkinci, mülki işdə olan sənədlərə görə ##.##.2022-ci il tarixdən (1-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin artırldığı tarixdən) ##.##.2022-ci il tarixədək (1-ci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan 21 gün üçün hər ay 300 manat əmək haqqı ödənilməlidir. Belə ki, 1ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 250 manat müəyyən edilsə də, ##.##.2022-ci il tarixdə artırılaraq 300 manat müəyyən edilib, 21 gündən sonra- ##.##.2022-ci il tarixdə isə əmək müqaviləsinə xitam verilib. Bu hesabla 21 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 210 manat (300 manat : 30 gün x 21 gün = 210 manat) təşkil edir.
27. Üçüncü, mülki işdə olan sənədlərə görə ##.##.2022-ci il tarixdən (2-ci əmək müqaviləsinin bağlandığı tarixdən) ##.##.2023-cü il tarixədək (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 1-ci dəfə artırıldığı tarixədək) olan 3 ay 5 gün üçün hər ay 300 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilib, ##.##.2023-cü il tarixdə əmək haqqı artırılıb. Bu hesabla 3 ay 5 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 950 manat təşkil edir. Yəni 3 ay üçün əmək haqqı 900 manat (3 ay x 300 manat = 900 manat), 5 gün üçün əmək haqqı 50 manat (300 manat : 30 gün x 5 gün = 50 manat), cəmi məbləğ 950 manat (900 manat + 50 manat) təşkil edir.
28. Dördüncü, mülki işdə olan sənədlərə görə ##.##.2023-cü il tarixdən (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 1-ci dəfə artırıldığı tarixdən) ##.##.2024-cü il tarixədək (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 2-ci dəfə artırıldığı tarixədək) olan 23 ay 21 gün üçün hər ay 345 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilsə də, ##.##.2023-cü il tarixdə artırılaraq 345 manat müəyyən edilib və ##.##.2024-cü il tarixədək həmin məbləğ qüvvədə olub. Bu hesabla 23 ay 21 günlük dövrə iddiaçıya verilməli olan əmək haqqının məbləği 8.176,5 manat təşkil edir. Yəni 23 ay üçün əmək haqqı 7.935 manat (23 ay x 345 manat = 7.935 manat), 21 gün üçün əmək haqqı 241,5 manat (345 manat : 30 gün x 21 gün = 241,5 manat), cəmi məbləğ 8.176,5 manat (7.935 manat + 241,5 manat) təşkil edir.
29. Beşinci, mülki işdə olan sənədlərə görə ##.##.2024-cü il tarixdən (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 2-ci dəfə dəfə artırıldığı tarixdən) ##.##.2025-ci il tarixədək (dəqiqləşdirilmiş iddia ərizəsinin verildiyi tarixədək) olan 8 ay 29 gün üçün hər ay 400 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilsə də, ##.##.2023-cü il tarixdə artırılaraq 345 manat, ##.##.2024-cü il tarixdə artırılaraq 400 manat müəyyən edilib və ##.##.2025-ci il tarixədək həmin məbləğ qüvvədə olub. Bu hesabla 8 ay 29 günlük dövrə iddiaçıya verilməli olan əmək haqqının məbləği 3.586,66 manat təşkil edir. Yəni 8 ay üçün əmək haqqı 3.200 manat (8 ay x 400 manat = 3.200 manat), 29 gün üçün əmək haqqı 386,66 manat (400 manat : 30 gün x 29 gün = 386,66 manat), cəmi məbləğ 3.586,66 manat (3.200 manat + 386,66 manat) təşkil edir.
30. Beləliklə, ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ümumi məbləği 15.998,16 manat təşkil edir (3.075 manat + 210 manat + 950 manat + 8.176,5 manat + 3.586,66 manat = 15.998,16 manat). Birinci instansiya məhkəməsi həmin dövrə görə daha az məbləğ- 12.540 manat tutulmasını qət edib, iddiaçı isə bunu mübahisələndirməyib.
31. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, qətnamə cavabdeh tərəfindən mübahisələndirlən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (vəkil Vəkil İbad oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iddia tələbinin əsaslı olması və əmək haqlarının cavabdehdən tutulması barədə qənaətə gələrkən əmək müqaviləsinin müvafiq elektron informasiya sistemində formal olaraq qüvvədə olmasını faktını rəhbər tutmuş, işçinin fatkiki olaraq hər hansı əmək funksiyasını yerinə yetirib-yetirmədiyini, iş vaxtının uçotunu, əmək haqqı ödənişinin metodunu, əmək haqqının işəmuzd və ya vaxtamuzd əsaslarla hesablanmasını və əmək haqqının hesablanmasına təsir edən digər faktorları ümumiyyətlə nəzərə almamışlar. Başqa sözlə, ƏMAS-da işçinin adına əmək müqaviləsinin və ya əmək müqaviləsi bildirişinin mövcud olması hələ ona əmək haqqı hesablanmasına əsas vermir. Həmçinin iddiaçı hüquqlardan sui-istifadə etməklə, qabaqcadan əsassız varlanma niyyəti ilə müəssisənin gücləndirilmiş elektron imzasının onda olmasından (mühasib funksiyaları yerinə yetirdiyindən formalaşmış işgüzar adətlərə əsasən əksər hallarda müəssisənin gücləndirilmiş elektron imzası müvafiq fiskal hesabatlılığın təmin edilməsi üçün mühasiblərdə olur) istifadə edərək müəssisədə əmək müqaviləsinə daha öncə xitam verilməsinə baxmayaraq yenidən müvafiq elektron informasiya sisteminə özünün müəssisənin işçisi olması və əmək müqaviləsi bağlanması ilə bağlı elektron bildiriş vurmuş, daha sonra həmin bildiriş əsasında isə cavabdehdən əsassız olaraq əmək haqları tələb etmişdir. Halbuki, əmək qanunvericiliyinin sözügedən əmək müqaviləsi bildirişlərinin qeydə alındığı tarixdə qüvvədə olan redaksiyasına əsasən ƏMAS bildirişlərinin müqavilə əsası olmalı idi və müqavilə əsası olmayan ƏMAS bildirişi etibarsız olduğundan heç bir hüquqi nəticə və ya maliyyə öhdəliyi yarada bilməzdi. İşə baxan məhkəmələr isə sözügedən əmək müqaviləsi bilddirişlərinin kağız daşıyıcıda müqavilə əsaslarının mövcud olub-olmamasını, cavabdehin qanuni təmsilçisinin (direktorunun) imza və möhürü ilə təsdiqlənmiş hər hansı kağız daşıyıcıda müqavilənin olub-olmamasını araşdırmamış, iddia tələbini müqavilə əsası olmayan həmin bildirişlər əsasında mexaniki olaraq təmin etmişdir. İşə baxan məhkəmələr isə sözügedən əmək müqaviləsi bildirişlərinin kağız daşıyıcıda müqavilə əsaslarının mövcud olub olmamasını, cavabdehin qanuni təmsilçisinin (direktorunun) imza və möhürü ilə təsdiqlənmiş hər hansı kağız daşıyıcıda müqavilənin olub-olmamasını araşdırmamış, iddia tələbini müqavilə əsası olmayan həmin bildirişlər əsasında mexaniki olaraq təmin etmişdir. Mülki dövriyyədə geniş yayılmış işgüzar adət ondan ibarətdir ki, adətən cavabdehin məşğul olduğu sahibkarlıq sahəsində olan sahibkarlıq subyektləri (xxxx Ticarət Mərkəzi və bu kimi ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar) adətən konkret mühasib ştatı yaratmaq və ya işçi işə götürməkdənsə konkret mühasibatlıq xidmətləri göstərən şəxsərlə kənardan (outsorsinq) mülki müqavilə və ya razılaşma əsasında xidmət almağa üstünlük verir, belə mühasiblər də öz növbəsində konkret bir müəssisədə işləməkdənsə çoxsaylı belə sahibkara xidmət göstərməyi rentabelli hesab edir, bunun üçün həmin sahibkarlar belə xidmətlər göstərən mühasiblərə müvafiq fiskal hesabatlılığın aparılması, müvafiq elektron informasiya sistemlərində və dövlət informasiya ehtiyatlarında onların nəfinə zəruri əməliyyatların aparılması üçün özlərinin gücləndirilmiş elektron imzalarını (ASAN imza) onlara etibar edirlər. İşin hallarından görünür ki, iddiaçı həmin gücləndirilmiş elektron imzadan sui-istifadə edərək özünün cavabdeh müəssisədə işçi kimi rəsmiləşdirmiş, lakin bundan cavabdehin və onun qanuni təmsilçisi olan direktorunun məlumatı olmamış, sözügedən əmək müqaviləsi bildirişlərinin hər hansı müqavilə əsası olmamış, cavabdehin qanuni təmsilçisinin iştirakı da olmamışdır. Məhkəmə tərəflərin həqiqi münasibətlərini müəyyən etmək, zahiri mənzərəni adlayaraq işin həqiqi hallarını aydınlaşdırmaq və aidiyyəti hüquq normalarını tətbiq etmək əvəzinə heç bir müqavilə əsası olmayan ƏMAS bildirişlərini rəhbər tutaraq onun əsasında cavabdehə maliyyə yükü hesablamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 44 (1). Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Maddə 46 (6). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 49 (1) Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddə 154 (1). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (2). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 158. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.
32. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.