Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1188/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. ## ###### 2021-ci il tarixdə Əliyev Şahmurad Ağaverdi oğlu “xxxx” MMC bir sıra laborator və instrumental müayinələrdən keçmiş, ona “Xoledoxolitiaz, xroniki kalkulyoz xolesistit” diaqnozu düzgün təyin edilmişdir.
2. ## ###### 2021-ci il tarixdə Əliyev Şahmurad Ağaverdi oğlu cavabdeh2 MMC-nə daxil olmuş, həkim cavabdeh1 onun üzərində “ERXPQ” əməliyyatını icra etmişdir. Əməliyyat zamanı öd yolunda daş götürməyə cəhd edilmiş, lakin “öd sfinktorunda struktur və fater məməciyi ətrafında divertikul” olduğundan öd yoluna daxil olmaq mümkün olmamışdı.
3. ## ###### 2021-ci il tarixdə həkim X3 tərəfindən “Laparotomiya, qarın boşluğunun təftişi və sanasiyası” əməliyyatı icra edilmiş, lakin perforasiya dəliyi aşkar edilməmiş, əlavə intraoperasion konsilium və gərəkli tibbi müdaxilələr yerinə yetirilməmişdir.
4. ## ###### 2021-ci il tarixdə Əliyev Şahmurad Ağaverdi oğlu “Traxeostomanın qoyulması” əməliyyatı aparılmışdır. Əməliyyatlardan sonra xəstənin vəziyyəti pisləşmiş, ağırlaşmanın aradan qaldırılması məqsədilə əlavə tibbi müdaxilələr icra edilmişdir.
5. ## #### 2021-ci il tarixdə Əliyev Şahmurad Ağaverdi oğlu kəskin peritonit səbəbindən ölmüş, bioloji ölüm saat 18:00-da qeydə alınmışdır.
6. ## #### 2021-ci il tarixdə İddiaçı atası Əliyev Şahmurad Ağaverdi oğlu qoyulmuş diaqnoza razılıq vermiş, meyidin patoloji anatomik müayinəsini qəbul etməmiş və bütün məsuliyyəti öz üzərinə götürmüşdür.
7. ## ###### 2021-ci il tarixdə “Relaparotomiya” əməliyyatı qərarı verilmiş, lakin əməliyyat gecikdirilmiş və inkişaf edən iltihabi proses daha da dərinləşmişdir. Bu əməliyyat zamanı 12barmaq bağırsaqdakı defekt aşkarlanmış, lakin axan öd və mədə şirəsinin axıntısının qarşısı alınmamışdır.
8. ## ####### 2021-ci il tarixli ekspert rəyində göstərilmişdi ki, Əliyev Şahmurad Ağaverdi oğlu müalicəsi zamanı dərman preparatlarının dozaları optimal olmuş, əməliyyat endotraxeal anesteziya altında aparılmış, lakin texniki çətinliklər və patoloji proseslər səbəbindən bəzi müdaxilələr yerinə yetirilməmişdir.
9. ## ### 2022-ci il tarixli rəydə göstərmişdi ki, Əliyev Şahmurad Ağaverdi oğlu stasionar müayinəsi, diaqnozu və əməliyyatların gedişi müvafiq təlimatlara uyğun aparılmış, lakin əməliyyat zamanı fater məməciyində striktura və divertikul aşkarlanmış, 12-barmaq bağırsağın arxa divarı perforasiya olmuşdur.
10. ## ###### 2022-ci il tarixli rəydə göstərmişdi ki, əməliyyatlar zamanı texniki qüsurlar olmuş, “Laparotomiya” və “Relaparotomiya” əməliyyatlarında əlavə müdaxilələr görülməmiş, meyit müayinə olunmadığı üçün ölüm və aparılmış müalicələr arasında səbəbli əlaqələr müəyyən edilə bilməmişdir.
11. ## ##### 2023-cü il tarixli rəydə göstərilmişdir ki, ölümün səbəbi tibbi sənədlərdə “12barmaq bağırsağın perforasiyası nəticəsində yayılmış peritonit” kimi göstərilmiş, əməliyyatlar və texniki qüsurlar Səhiyyə sistemində 2012-ci il tarixli, ** saylı əmrin pozulması kimi qiymətləndirilmişdir.
12. ## ### 2021-ci il tarixdə cavabdeh1 həkim sertifikasiyasından keçmiş və Azərbaycanda “qastroenterologiya” ixtisası üzrə praktik fəaliyyət hüququ almışdır.
13. ## ######## 2021-ci il tarixdə cavabdeh3 həkim sertifikasiyasından keçmiş və Azərbaycanda “ümumi cərrahiyyə” ixtisası üzrə praktik fəaliyyət hüququ almışdır.
14. ## ###### 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda göstərilmişdir ki, həkimlər cavabdeh1, X3 və şahid2 əməllərində cinayət tərkibi aşkar edilmədiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 MMC-nə (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş mənəvi zərərə görə 50.000 manat, maddi zərərə görə 50.000 manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, həkim cavabdeh1 tərəfindən iddiaçının atası Şahmurad Əliyev “Diaqnoz”xxxx” MMC-də “ERXPQ” əməliyyatı olunmuşdur. Həkim cavabdeh1 səhlənkarlığı ucbatindan mərhumun bağırsaq və öd yolu deşilmiş, nəticədə Şahmurad Əliyev vəfat etmişdir. Həkim cavabdeh1la yanaşı digər həkim cavabdeh3 də cərrahiyə əməliyyatı zamanı qüsurlara yol vermişdir ki, həmin qüsurlar sonda Şahmurad Əliyevin ölümü ilə nəticələnmişdir. İddiaçı atası Şahmurad Əliyevin vəfatından sonra təbii olaraq ciddi mənəvi sarsıntılar və iztirab keçirmişdir ki, bu da cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulduğunu göstərir. Bundan əlavə, dərmanların alınması, habelə atasının müalicəsi zamanı iddiaçı maddi xərclərlə qarşılaşmalı olmuş, nəticədə xeyli məbləğdə maddi ziyan çəkmişdir. İddiaçı ## ###### 2021-ci il tarixdə ## #### 1955-ci il təvəllüdlü atası Şahmurad Əliyevin səhhətindəki narahatlıqla bağlı “xxxx” MMC müraciət etmişdir. Orada atası Şahmurad Əliyevin öd və öd yollarında daş olması, müalicə metodu kimi də ya açıq əməliyyat, ya da “ERXPQ” olunmalı olduğu iddiaçıya bildirilmişdir. Daha sonra o, bu barədə araşdırdıqdan sonra ona cavabdeh2 MMC çalışan həkim cavabdeh1 məsləhət görülmüşdür. Həkim cavabdeh1 xəstə Şahmurad Əliyevin şəkər xəstəsi olması səbəbindən açıq əməliyyatın deyil, “ERXPQ” əməliyyatının daha məqsədəuyğun olduğunu düşünərək həmin gün həmin əməliyyatın olunması barədə iddiaçı ilə razılaşmışdır. ## ###### 2021-ci il tarixdə iddiaçı tərəfindən 1.200 manat ödəniş edildikdən sonra atası Şahmurad Əliyev həkim cavabdeh1 tərəfindən “ERXPQ” əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra həkim cavabdeh1 gələrək əməliyyatın baş tutmadığını, səbəb kimi də daşın pis yerdə olduğuna görə onu götürməyinin mümkünsüz olduğunu bildirmişdir. Halbuki əməliyyatdan qabaq o, həmin əməliyyatın risksiz və sadə bir proses olduğunu bildirmişdir. Xəstə Şahmurad Əliyev əməliyyatdan çıxdıqdan sonra təxminən 5 saat klinikada saxlanılmış və həmin gün saat 17 radələrində evə buraxılmışdır. O, evə gəldikdən sonra sağ tərəf qarın boşluğunda güclü ağrılardan şikayət etməyə başlamışdır. Həmin gün axşam saatlarında onun səhhəti kəskin surətdə pisləşmiş, qızdırma və üşütmə ilə müşahidə olunan ağrıları davam etmiş, axşam saat 21:30 radələrində sarı su qaytarmağa başlamış və bu barədə həki cavabdeh1 məlumat vermişdir. Həkim cavabdeh1 da öddə olan daşın yerindən tərpəndiyini, bu səbəbdən ağrıların artdığını bildirmiş və ona “parasetomol” dərmanını qəbul etməsini məsləhət görmüşdür. Ağrılar azalmaq əvəzinə daha da artmış və xəstə Şahmurad Əliyev gecə saat 3 radələrində vəziyyəti daha da pisləşmiş və qanla ödün qarışığını qaytarmağa başlamışdır. Ölümcül vəziyyətdə olan Şahmurad Əliyev dərhal “xxxx” MMC gətirildiyi zaman ona ilkin tibbi yardım göstərilmiş və KT müayinəsi zamanı bağırsağın deşildiyi və bu səbəbdən içəri hava və maye dolduğu məlum olmuşdur. İddiaçı vəziyyətlə bağlı həkim cavabdeh1la yenidən əlaqə saxladığı zaman o, bağırsaq və öd yolunun onun səhvi ucbatından deşildiyini etiraf etməklə atası Şahmurad Əliyevi sağaldacağını bildirmişdir. ## ###### 2021-ci il tarixdə Şahmura Əliyev cavabdeh2 MMC aparıldığı zaman həkim Rəfail Əliyev əməliyyata ehtiyac olmadığını antibiotiklərlə sağala biləcəyini, kəsiklərin qapanacağını bildirmişdir. Ertəsi gün həmin müəssisədə KT zamanı mayenin sürətlə artdığı görünmüşdür. Təcili əməliyyat zərurəti yarandığından iddiaçı, “Bon Dea” klinikasında həkim tapsa da, cavabdeh2 MMC gözləmədən atası Şahmurad Əliyev orada cavabdeh3 və Tərxan Yusifov tərəfindən əməliyyat edilmişdir. Ərizəyə qoşma olaraq əlavə edilən izahatlarda həkimlər cavabdeh3 və Tərxan Yusifov əməliyyat zamanı 1.500 ml bulanıq ödlü ərpli mayenin ifraz olunduğunu təsdiq etmişlər. Əməliyyatla atasının qarın boşluğundan 3 litr öd mayesi götürülmüş və drenaj qoyulmuşdur. Lakin drenaj düzgün qoyulmadığına görə öd mayesi yenə də qarın boşluğuna axmışdır. Daha sonra onun hesabına “Trisiamin”, “Zafiçeftra”, “Fisit”, “Alqumin”, “Tpn”, “Hemopars”, “Sandostatin” kimi bahalı dərmanlar alınmış və güya atası Şahmurad Əliyevin vəziyyətinin yaxşılaşdığı bildirilmişdir. Aldığı dərmanların hamısını ondan Zaur adlı reanimatoloq qəbul etmiş və Məhəbbət adlı tibb bacısı hesabatını aparmışdır. Lakin cavabdeh2 MMC həkimi cavabdeh1 bacısının əri Xalid həkim bitişmə olmadığını və öd mayesinin hələ də qarın boşluğuna axdığını deyərək həkim cavabdeh1 mübahisə etmişdir. Bütün bu əməliyyatlar fayda vermədiyinə görə həkim cavabdeh1 iddiaçıya “xxxx” MMC qarın boşluğu üzrə cərrah Ağakişi həkimi məsləhət görmüşdür. Xəstə Şahmurad Əliyev əməliyyat olunsa da, bu əməliyyat da uğursuzluqla nəticələnmişdir. Daha sonra Rəfail həkim bu dəfə Əliniyaz həkimi məsləhət görmüşdür. Bəhruz Əliniyaz həkimlə görüşüb mövcud vəziyyəti müzakirə etdikdən sonra o Rəfail həkimə və Ələddin adlı baş həkimə tapşırmışdır ki, xəstəni əməliyyat üçün hazırlasınlar və evə gedib qayıtdıqdan sonra əməliyyata başlayacaqdır. Lakin bir saatdan sonra nədənsə o Rəfail həkimə zəng edərək əməliyyatdan imtina etdiyini bildirmişdir. Bundan sonra Bəhruza “X1” MMC çalışan Kamal həkim məsləhət görülsə də, həmin klinika rəhbərliyi Rəfail həkimdən gələn xəstələri qəbul etmədiyini bildirmişdir. Bundan sonra Rəfail həkim Topçubaşov adına X8 çalışan şahid2 məsləhət görmüş, sonuncu 2021-ci ilin fevralının sonlarında cavabdeh2 MMC Şahmuradı Əliyevi əməliyyat edərək ödünü təmizləmiş və 72 saat ərzində atasının səhhəti stabilləşəcəyi halda əməliyyatla ödü götürə biləcəyini bildirmişdir. Təqribən 4 gün sonra Rəfail həkim stend qoymağa cəhd göstərsə də, buna müvəffəq olmamış və Qurbanxan həkim səhhətinin stabilləşməməsi səbəbindən yenidən Şahmuradı əməliyyat etməkdən imtina etmişdir. Şahmurad Əliyev ## #### 2021-ci il tarixdə cavabdeh2 MMC vəfat etmişdir. Şahmurad Əliyev “xxxx” Neft Şirkətinin Qaz İxracı İdarəsində işləyib təqaüdə çıxdığına görə tibbi sığortası olmuşdur. Lakin buna baxmayaraq atasının əməliyyatları və dərmanları ilə əlaqədar bütün xərclər İddiaçı tərəfindən qarşılanmışdır. Təkcə dərmanlara 43.000 manat, “xxxx” MMC qan alma, plazma və s. 1.000 manat, 30 gün ərzində yemək, tibb bacısı və digər xəstə ehtiyacları ilə bağlı 5.000 manat, ümumilikdə 50.000 manat xərcləmişdir. Atasının meyiti gecə saat 23-dən səhər saat 5 radələrinədək ambulansda saxlanılmış, meyitin yarılması ilə bağlı Bəhruza heç bir təklif verilməmişdir. Meyit gecə saatlarında klinikadan çıxarılaraq ambulansda saxlanılmışdır ki, buna da çox güman ki, ölüm səbəbinin təyin edilməməsi və ekspertizanın keçirilməsinin qarşısının alınması əsas olmuşdur. Həmçinin Şahmurad vəfat etdikdən sonra xəstəxana tərəfindən bildirildi ki, onlar artıq ölümün səbəbini müəyyənləşdirib müvafiq qeydlər aparmışdılar və təkrar yoxlanışa ehtiyac yoxdur. İddiaçı bunun nəticəsi olaraq atasını aparıb dəfn etmiş və bu meyitin təkrar ekshumasiya olunmamasına səbəb olmuşdur. AR Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-dən daxil olmuş ## ##### 2023-cü il tarixli ekspert rəyində göstərilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “ERXPQ” cərrahiyyə əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni fater məməciyində striktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patoloji proseslər çətinliklərə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasına gətirib çıxarmışdır. Qeyd olunan texniki qüsur Səhiyyə Nazirliyi sistemində 2012-ci il tarixli, ** saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. ## ###### 2021-ci il tarixdə həkimlərin konsiliumu aparılmış və “Laparotomiya” cərrahiyə əməliyyatının aparılmasına qərar verilmişdir. Həmin tarixdə “Laparotomiya qarın boşluğunun təftişi sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan periforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla periforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləlikə, “laparotomiya” cərrahi əməliyyatı tam icra edilməmişdir. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində ## ######## 2012-ci il tarixli, ** saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. Əlavə olaraq, AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən daxil olmuş ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli oxşar məzmunlu olmaqla həkimlər tərəfindən yol verilmiş qüsurları təsdiqləyir. ## ##### 2022-ci il tarixli rəydə əlavə olaraq qeyd olunmuşdur ki, Şahmurad Əliyevin üzərində ## ###### 2021-ci il tarixdə icra edilmiş “ERXPQ” cərrahiyyə əməliyyatı zamanı ağırlaşma fater məməciyinin yaxınlığında 12 barmaq bağırsağın perforasiyası baş vermişdir. Bununla əlaqədar ##.##.2021-ci il tarixdə təkrar cərrahiyə əməliyyatı “laparotomiya” tam olaraq aparılmamış, 12 barmaq bağırsaqda olan perforasiya dəliyi müəyyən edilməmişdir. Daha sonra, öd peritoniti davam etmiş və 15 gün sonra, yəni ##.##.2021-ci il tarixdə “relaparotomiya” cərrahi əməliyyatına qərar verilsə də, əməliyyat gecikdirilmiş və inkişaf edən iltihabi proses daha da dərinləşmişdir. Cərrahi təcrübədə 15 gün müddətində davam edən öd peritoniti yol verilməzdir. Bunlardan əlavə, Şahmurad Əliyev cavabdeh2 MMC-nin həkimi cavabdeh1 12-barmaq bağırsağını deşməsi (peroforasiyası) səbəbindən ölməsi faktı cavabdeh2 MMC tərəfindən verilmiş tibbi şəhadətnamədə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan ekspert rəyləri ## ###### 2021-ci il tarixli “ERXPQ” əməliyyatı zamanı həkim cavabdeh1 tərəfindən Şahmurad Əliyevin 12 barmaq bağırsağında perforasiyanın yaranması, eləcə də ## ###### 2021-ci il tarixli əməliyyat zamanı digər həkim cavabdeh3 və Tərxan Yusifov tərəfindən həmin dəliyin aşkar edilməməsi ilə bağlı ciddi qüsurlara yol verildiyini və sonda iddiaçının atasının dünyasını dəyişdiyini təsdiq etməklə cavabdeh həkimlərin təqsirli olduqlarını göstərir. AR Səhiyyə Nazirliyinin ## ######## 2012-ci tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatları”da həkim qastroenteroloqun vəzifə öhdəlikləri qeyd edilmişdir. Belə ki, qeyd olunmuş vəzifə öhdəliklərinə əsasən həkimqastroenteroloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. İşin faktiki hallarından da məlum olduğu kimi həkimlər cavabdeh1, cavabdeh3 və Tərxan Yusifov vəzifə öhdəliklərini yerinə yetirməmiş kobud səhvlərə yol vermişdir. İddiaçının atası cavabdeh2 MMC müalicəsini davam etdirsə də, dərmanları almağı onun öhdəliyinə qoymuşlar və onlar təkcə dərmanlara 43.000 manat, yemək, tibb bacısı və digər xəstə ehtiyacları ilə bağlı 5.000 manat, “xxxx” MMC analizlərə 1.000 manat, ümumilikdə 5.000 manat sərf etmişdir. Həkim səhlənkarlığı ucbatından atası vəfat edən iddiaçı eyni zamanda mənəvi ziyana da məruz qalmışdır. Yuxarıda qeyd olunduğu kimi ilk əməliyyatdan vəfata kimi iddiaçının atası dəfələrlə əməliyyat olunmuş, proseslər uzun çəkmişdir. Beləcə iddiaçı uzun müddət cavabdehin səhlənkarlığı ucbatından stress və gərginlik keçirmişdir ki, bunlar da sonda onun atasının vəfatı ilə nəticələnmişdir. Beləcə iddiaçının uzun müddət keçirdiyi gərginlik azmış kimi, sonda doğma atasının vəfatı ilə üzləşməli olmuş, təbii olaraq ağır mənəvi sarsıntı keçirmişdir. Cavabdeh barəsində cinayət işi başlanılmış və həmin cinayət işi üzrə araşdırma hələ də davam etməkdədir.
17. Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 iddia tələblərinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının atası Şahmurad Əliyevin ölüm səbəbi müəyyən edilməmişdir. Belə ki, iddiaçının tələbi ilə Şahmurad Əliyev dəfn edildiyindən və daha sonra ekshumasiyanın keçirilməsindən imtina olunduğundan, keçirilmiş tibbi əməliyyatlarla ölümün səbəbli əlaqəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin gedişatında ekshumasiya ilə bağlı qərar verilmişdir, lakin qərar icrasız qalmışdır. Bundan başqa iddaçının atası Şahmurad Əliyev əməliyyata girməzdən öncə iddiaçı tibb müəssisəsindən şikayəti olmayacağına dair iltizamnamə imzalamışdır. Ölümün səbəbi müəyyən olunmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Ekshumasiya keçirilməyənədək və ölümün səbəbi dəqiq müəyyən edilməyənədək hazırki iddia tələblərinin əsaslı olub-olmadığını müəyyən etmək mümkün olmayacaqdır.
18. cavabdeh2 MMC məhkəməyə ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1955-ci il təvəllüdlü Şahmurad Əliyev cavabdeh2 MMC-də ##.##.2021-ci il tarixdə ERXPQ əməliyyatı olunmuşdur. Əməliyyatı edən həkim cavabdeh1 ##.##.2021-ci il tarixdə “Yayılmış peritonit, onikibarmaq bağırsağın perforasiyası ERXPQ-dən sonrakı vəziyyət” diaqnozu ilə “laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” əməliyyatı icra olunmuşdur. Əməliyyatı icra edən həkim cərrah Tarxan Yusifov, həkim cərrah cavabdeh3, həkim anestezioloq reanimatoloq Ümüd İbrahimov icra etmişdir. ##.##.2021-ci il tarixdə xxxxndə “X5” əməliyyatı icra olunmuşdur, əməliyyatı icra edən həkim Uzman doktor Ağakişi Yahyayev ##.##.2021-ci il tarixdə “Post ERPXQ duodenal perforasiya, davam edən peritonit” əməliyyatı icra olmuşdur, əməliyyat icra edən həkim professor şahid2, həkim cərrah cavabdeh3, anestezioloq reanimatoloq Zaur Qəribov ##.##.2021-ci il tarixdə təkrar ERPXQ əməliyyatı icra olundu, icra edən həkim cavabdeh1 olmuşdur.
19. AR Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, AR praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar AR Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”nə daxil edilir. Sözügedən reyestrdə qeydiyyata alınmış həkim cavabdeh1 “Qastroenterologiya” ixtisası üzrə sertifikasiyadan keçmiş və ona ##.##.2021-ci il tarixdə sertifikasiya şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə ##.##.2026-cı il tarixədək qüvvədə olmuşdur.
20. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatında qeyd edilmişdir ki, həkim cavabdeh1 cavabdeh2 MMC-də həkim (ümumi) vəzifəsində işləyir. Əmək haqqı 300 manat təşkil edir. O, həmçinin “X9-Bakı” QSC-də şöbə müdiri vəzifəsində işləyir və əmək haqqı 8.000 manat təşkil edir.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 MMC-dən mənəvi zərərə görə 10.000 manatın tutularaq iddiaçıya ödənilməsi, cavabdeh cavabdeh1 mənəvi zərərə görə 2021-ci ilin fevral ayı üçün müəyyənləşdirilmiş bir aylıq orta əmək haqqının tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının atası 1955-ci il təvəllüdlü Şahmurad Əliyevə cavabdeh2 MMC “xoledoxolitiaz, xroniki kalkulyoz xolesistit, şəkərli diabet kliniki diaqnozu qoyulmuşdur. Tibbi kartasının məlumatlarına görə pasiyentə həkim cavabdeh1 tərəfindən ##.##.2021-ci il tarixdə “ERXPQ”, həkim Tarxan Yusifov tərəfindən ##.##.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” və ##.##.2021-ci ildə “Traxeostomanın qoyulması” kimi cərrahi əməliyyatlar aparılmışdır. ##.##.2021-ci il tarixdə “ERXPQ” əməliyyatını icra edən həkim cavabdeh1 olmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmiş və buna görə də ağırlaşmanın nəticələrinin aradan qaldırılması məqsədilə pasiyentin üzərində əlavə tibbi müdaxilələr icra edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iş materialları, xüsusən də AR Sahiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il; ##.##.2022-ci il; ##.##.2022-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, xəstə Şahmurad Əliyevin üzərində ##.##.2021-ci il tarixdə keçirilmiş “ERXPQ” əməliyyatı qüsurlu olmuşdur. Rəylər üzrə görünür ki, tibbi xidmət göstərilərkən ardıcıl şəkildə əməliyyatın keçirilməsi qaydası və proseduru pozulmuş, Səhiyyə sistemində ## ######## 2012-ci il tarixli, ** saylı əmrin tələblərinə riayət olunmamışdır.
24. Məhkəmə qeyd etmişdir ki, iddia qismən- cavabdehlər cavabdeh2 MMC və həkim cavabdeh1 aid hissədə təmin edilməlidir.
25. Belə ki, tibbi xidmətin göstərilməsi üçün cavabdeh2 MMC və həmin müəssisədə çalışan həkim cavabdeh1 müraciət olunmuşdur (“diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılmasına xəstə və ya xəstənin qanuni nümayəndəsinin razılığı” barədə ##.##.2021-ci il tarixli iltizamnamə xəstənin qanuni təmsilçisi İddiaçı və həkim cavabdeh1 tərəfindən imzalanmışdır). Həkim-cərrah cavabdeh1 ##.##.2021-ci il tarixdə “ERXPQ” əməliyyatını icra edərkən sonuncunun əməliyyatın keçirilməsi qaydası və prosedurunu pozması, Səhiyyə sistemində ## ######## 2012-ci il tarixli, ** saylı əmrin tələblərinə riayət olunmaması iş materialları ilə öz təsdiqini tapmışdır.
26. Məhkəmə onuda qeyd etmişdir ki, tibbi xidmət göstərildiyi zaman tibbi əməliyyatın keçirilməsi qaydası və proseduru pozulmuş və həkim cavabdeh1 cavabdeh2 MMC işçisi olduğundan, iddia tələbləri qismən olmaqla, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməlidir.
27. Məhkəmə qeyd etmişdir ki, xəstənin müraciəti əsasında “ERXPQ” əməliyyatı tərəflər arasında razılaşdırılmış və əməliyyat həkim cavabdeh1 tapşırılmışdır. Sonrakı tibbi müdaxilələr əvvəlcədən razılaşdırılmamış və yol verilmiş qüsurlu tibbi xidmətin nəticələrinin aradan qaldırılmasına yönəlmişdir.
28. Dəymiş ziyanın ödənilməsi tələblərinə dair məhkəmə qeyd etmişdir ki, maddi ziyanı əsaslandıran ödəniş sənədləri iddiaçı tərəfindən təqdim edilmədiyindən, bu hissədə iddia təmin edilməmişdir.
29. Məhkəmə iclasında iştirak edən iddiaçı tibbi xərclərlə (müayinələr, dərman preparatları və s.) bağlı qəbzləri saxladığını bildirmiş, lakin məhkəmənin təklifinə baxmayaraq, həmin qəbzlər iş materiallarına əlavə edilmədiyindən qeyd etmişdir ki, maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməməlidir.
30. Mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbləri cavabdehlər cavabdeh2 MMC və həkim cavabdeh1 aid hissədə qismən təmin edilməlidir. Məhkəmə xüsusilə vurğulamışdır ki, bu mənəvi ziyan Şahmurad Əliyevin vəfatı ilə əlaqədar deyil, əməliyyat zamanı həkim cavabdeh1 tərəfindən tibbi prosedurların pozulması nəticəsində xəstəyə və onun hüquq varisinə dəymiş mənəvi ziyan nəzərdə tutulmuşdur.
31. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “AR Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə bağlı mənəvi zərərin ödənilməsi üçün konkret hüquq normasının olmaması iddia tələbinin rədd olunması üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanaraq irəli sürülə bilərdi.
32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh2 MMC həkimi cavabdeh1 təqsirindən iddiaçının atası qüsurlu şəkildə əməliyyat olunmuşdur. Bu hal pasiyentə və onun övladı olan iddiaçıya mənəvi sarsıntılar, şüurda mənfi hallar, ümidsizlik və yaşamaq eşqinin azalması kimi hallar yaratmışdır.
33. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iddiaçının xeyrinə, ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdeh cavabdeh2 MMC-dən 10.000 manat, cavabdeh cavabdeh1 isə ##.##.2021-ci il tarixə olan bir aylıq əmək haqqı məbləğinin tutulması hissəsində təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin təklifinə baxmayaraq, cavabdeh cavabdeh1 cavabdeh2 MMC-də tam maddi məsuliyyət daşıdığına dair sənədlər iş materiallarında müəyyən edilmədiyindən, sonuncuya münasibətdə mülki məsuliyyətin həcmi onun bir aylıq əmək haqqı məbləği ilə müəyyən edilməlidir.
35. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21, 1096.1, 1099, 1112, 1115-ci, “Özəl tibb fəaliyyəti haqqında” AR Qanunun 13, 16, 19-cu, “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 10-cu, AR Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatı”nın 5, 9, 15, 24-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Cavabdeh cavabdeh2 MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayon Prokurorluğunda iddiaçının atası mərhum Şahmurad Əliyevin ölüm faktı ilə bağlı hazırkı iş üzrə cavabdeh həkimlərin həkim səhvlərinin qiymətləndirilməsi ilə bağlı cinayət işinin istintaqı aparılıb, lakin həkimlərin əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Bakı şəhəri, Xətai rayon Prokurorluğunun ## ###### 2024 -cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və bu qərar hazırda qüvvədədir. Həmin cinayət işi üzrə çoxsaylı və müxtəlif növ məhkəmə tibbi ekspertizalar keçrilmiş, Şahmurad Əliyevin meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı milli adətləri bəhanə edərək meyitin qəbirdən çıxarılmasına etiraz etmişdir. ## #### 2021-ci il tarixli “izahatnamə”-yə məhkəmə qəbul etdiyi qətnamədə istinad etmişdir və həmin mətnin məzmunu qətnamədə öz əksini tapmışdır. İddiaçı atası Şahmurad Əliyevə qoyulmuş diaqnozla razıdır və ölümün səbəbi ona izah olunmuşdur. Atasının meyidinin patoloji anatomik müayinəsindən qəti imtina edir və meyiti evə aparacaqdır. Tibbi personala vəxxxxnə iradı yoxdur. Bütün məsuliyyəti öz üzərinə götürür. Lakin məhkəmə bu hüquq məsuliyyəti yaratmayan sənədin qanuniliyinə və əsaslılığına məhkəmə qətnaməsində münasibət bidirməmişdir. Şəxsin iradə ifadəsini əhatə edən və kifayət qədər əsaslı olan sənədin hüquqi əsasları araşdırılmamışdır. Ekspert rəylərindən də məlum olur ki, xəstəyə düzgün diaqnoz qoyularaq xəstəliyinə uyğun tibbi xidmət göstərilmişdir. Bu halda iddiaçıya nə maddi ziyan, nə də mənəvi ziyan vurulmamışdır. Mərhum xəstə həkim səhlənkarlığı və ya digər təqsiri ucbatından ölməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən işin bu hallarına səthi yanaşmışdır, maddi hüquq normalarının pozulması ilə müşaiyət edilən qətnamə qəbul edilmişdir. İddiaçıya dəymiş maddi zərərlə bağlı kifayət qədər araşdırma aparılmış, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulmaması əsasları düzgün olaraq müəyyən edilmişdir. Mənəvi zərərlə bağlı hissədə işin faktiki halları araşdırılmamışdır. Həkim səhvini qiymətləndirən məhkəmə mənəvi zərəri müştərək qaydada tutmamaqla maddi hüquq normasını da düzgün tətbiq etməmişdir. Cavabdeh cavabdeh2 MMC-yə münasibətdə mənəvi zərər tutulması tamamilə sübuta yetirilməmişdir.
38. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nin ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh2 MMC-nin qeyd olunduğu kimi özəl tibbi müəssisəsi olduğuna görə kifayət qədər büdcəsi mövcuddur və mənəvi zərərin əvəzi olaraq həmin müəssisədən sadəcə 10.000 manatın tutulması ağlabatan deyildir. Buna baxmayaraq məhkəmə nə zərər vuran şəxsin təqsiri, nə də onun əmlakı məsələlərini düzgün araşdırmayaraq qeyri-mütənasib məbləğin mənəvi zərərin əvəzi qismində ödənilməsini qərara almışdır. AR Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarında da maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələ mübahisələndirilmişdir. Belə ki, qərarda “X6 Mərkəzi” PHŞnin işçisinin təqsirinə görə şəxsin həyatdan məhrum olması ilə bağlı Ali Məhkəmə əvvəlki insantansiyaların mərhumun övladına (iddiaçıya) vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat ödənilməli olmasını təsdiq etmiş, cavabdeh tərəfindən verilən kassasiya şikayətini əsaslı olaraq təmin etməmişdir. Qeyd olunduğu kimi burada cavabdeh qismində çıxış edən “X6 Mərkəzi” PHŞ TƏBİB tabeliyində olsa da ayrıca dövlət müalicə mərkəzi kimi qeydiyyatdadır. Həmin PHŞ-nin büdcəsi dövlət tərəfindən maliyyələşdirilir və onun gəliri o qədər də yüksək deyildir. Buna baxmayaraq məhkəmə tərəfindən mənəvi zərərin əvəzi qismində PHŞ-dən 30.000 manat tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Lakin hazırkı iddiada “X4” MMC özəl klinika olmaqla, gündəlik və aylıq xeyli miqdarda gəlir əldə etməsinə, yetərincə büdcəyə malik olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehdən sadəcə 10.000 manat tutulması ilə kifayətlənmişdir. Eləcə də digər cavabdeh cavabdeh1 da iş materiallarında göstərildiyi cavabdeh2 PHŞ aylıq 300 manat, digər iş yeri olan “İnternational Medical Centre-Bakı” QSC aylıq 8.000 manat əmək haqqı almasına baxmayaraq ondan sadəcə bir aylıq orta əmək haqqı tutulması qət olunmuşdur. Qeyd olunan hallar birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə düzgün yanaşmayaraq, müvəkkilimə ödənilməli olan məbləğdən qat-qat aşağı məbləğin ödənilməsini qət etdiyini, beləliklə düzgün olmayan qərarın qəbul olunduğunu göstərir. Atası Şahmurad Əliyevin sözügedən tibb müəssisəsində müalicə aldığı zaman onun müalicəsi üçün zəruri olan dərman preparatlarının alınmasına, qidalanmasına, həmçinin tibb bacılarına xəstəyə göstərilən xidmətə görə çəkilən xərclər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Maddi zərərlə bağlı sübutları əldə etmək üçün verdiyi sorğu və vəsatətlər cavabsız qalmış, məhkəmə tərəfindən əsassız olaraq bu barədə onlara yardım edilməmişdir. Bu səbəbdən də məhkəməyə maddi zərərlə bağlı sənədləri təqdim etmək mümkün olmamışdır. Həmçinin qeyd olunduğu kimi Şahmurad Əliyevin cavabdeh2 MMC müalicə aldığı müddətdə onun yemək, tibb bacılarının göstərdikləri xidmətlə əlaqədar və s. xərclərinə müəyyən məbləğdə pul xərclənmişdir. Həmin xərclərin sübut olunması üçün hansısa sənədin məhkəmə tərəfindən tələb edilməsi absurd xarakter daşıyır. İstənilən tibb müəssisəsində müalicə alan xəstə üçün daima qulluq tələb olunur və bu qulluq qarşılığında tibbi müəssisəsinin işçilərinə (əsasən tibb bacılarına) müəyyən məbləğdə pul ödənilir. Həmin bu ödənişləri hansı sənədlə sübut etmək olar ki??! Dəfn etmə xərcləri, baş daşının qoyulması və s. xərclərlə bağlı maddi zərər cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 tərəfindən ödənilməli halda iddiaçı tərəfindən ödənilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən, məruzəçi), Səadət Səlimova və Azad İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş və AR Səhiyyə Nazirliyi, “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şahmurad Əliyevin meyiti müayinə edilmədən onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqəni müəyyən etmək mümkün deyil. Ekspert rəylərində həkimlər tərəfindən yol verilmiş nöqsan kimi qeyd edilən hallar- “12-barmaq bağırsağın arxa divarının perforasiyası”, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyinin aşkar edilməməsi”, “təkrar aparılmış “Relaparotomiya” cərrahiyyə əməliyyatının gedişi zamanı 12barmaq bağırsaqda olan defektin tapılmasına baxmayaraq həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısmın qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməli olduğu halda bunun görülməməsi” peritonitə səbəb ola bilərdi.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh2 MMC-də xəstə Şahmurad Əliyevin adına tərtib edilmiş stasionar xəstənin tibbi kartası və ******* saylı ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünün səbəbi kimi “12-barmaq bağırsağın arxa divarının perforasiyası” nəticəsində baş vermiş yayılmış peritonit göstərilmişdir. Lakin bu mərhum Şahmurad Əliyevin ölümünün klinikada klinisistlər tərəfindən təyin edilmiş səbəbidir, məhkəmətibbi müayinə nəticəsində təyin edilmiş ölüm səbəbi deyil. Beləliklə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə mərhumun ölüm səbəbi olaraq tibbi əməliyyatın keçirilməsi qaydası və prosedurunun pozulması öz təsdiqini tapmışdır.
43. Bu fakt, AR Sahiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il ; ##.##.2022ci il və ##.##.2022-ci il tarixli rəylərlə də təsdiq edilmişdir.
44. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, maddi ziyanı əsaslandıran müvafiq ödəniş sənədləri iddiaçı tərəfindən təqdim olunmamışdır.
45. Mənəvi ziyanın məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası nəzərə almışdır ki, məhkəmənin qət etdiyi məbləğ iddiaçıya dəymiş mənəvi zərərə adekvatdır.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni, əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1099, 1112, 1115-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
49. İddiaçı (vəkil Hacıyev İntiqam Məcid oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə qeyd olunan “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir” müddəası pozulmuşdur. Məhkəmə tərəfindən müvəkkilinin istər atasının cavabdeh2 MMC-də əməliyyat edən həkimlərin məsuliyyətsizliyi səbəbindən dəfələrlə vəziyyətinin pisləşməsi zamanı, istərsə də atasının ölümündən sonra yaşadığı mənəvi sarsıntılar və iztirablar nəzərə alınmamış, bununla da müvəkkilinin hüquqları pozulmuşdur. Digər tərəfdən Ali Məhkəmənin sözügedən qərarında qeyd olunmuşdur ki, “mənəvi zərərin miqdarı müəyyən edilərkən zərərvuran şəxsin təqsiri, eləcə də onun əmlak vəziyyəti nəzərə alınmalıdır.” cavabdeh2 MMC özəl tibbi müəssisə olduğuna görə kifayət qədər büdcəsi mövcud idi və mənəvi zərərin əvəzi olaraq həmin müəssisədən sadəcə 10.000 manat tutulması ağlabatan deyildir. Buna baxmayaraq apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq nə zərərvuran şəxsin təqsirini, nə də onun əmlak vəziyyətini düzgün araşdırmayaraq qeyri mütənasib məbləğin mənəvi zərərin əvəzi qismində ödənilməsini düzgün hesab etmişdir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalı idilər. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilərdi. Apellyasiya məhkəməsinin bəhsi keçən qərarında bütün bunlar qeyd olunmasına baxmayaraq daha sonra mənəvi ziyanın məbləğinin birinci instansiya məhkəməsinin qət etdiyi məbləğə adekvat olmasını qeyd etmişdir. Bu, yuxarıda qeyd olunanlarla ziddiyyət təşkil edirdi. Bakı Apellyasiya Məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə düzgün yanaşmayaraq, müvəkkilinə ödənilməli olan məbləğdən qat-qat aşağı məbləğin ödənilməsini təsdiqləmiş, bununla da düzgün olmayan qərarın qəbul olunduğunu göstərmişdir. Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırarkən AR Mülki Məcəlləsinin qeyd olunan normalarına düzgün yanaşmamış, müvəkkilinin çəkdiyi xərclərlə bağlı məsələyə laqeyd münasibət bildirmişdir. Qeyd olunduğu kimi, Şahmurad Əliyev cavabdeh2 MMC müalicə aldığı müddətdə onun müalicəsinə xeyli miqdarda pul xərcləmişdir. Belə ki, müvafiq tibb müəssisəsində müalicə zamanı onun müalicəsi üçün zəruri dərman preparatlarının alınmasına, qidalanmasına, həmçinin tibb bacılarına göstərilən xidmətə görə çəkilən xərclər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, Məcəllənin 1118.1-ci maddəsində xəstəyə çəkilən xərclərin əvəzinin ödənilməsi barədə müddəa əks olunmuşdur. Buna baxmayaraq məhkəmə həmin normaya fikir bildirməmişdir. Bununla yanaşı, xəstənin müalicəsi zamanı alınan dərman preparatlarının siyahısı cavabdeh2 MMC tərəfindən təqdim olunmamış, sorğuya cavab verilməmişdir. Birinci instansiya məhkəməsinə vəsatət təqdim olunmasına baxmayaraq dərmanların siyahısı əldə edilməmiş, apellyasiya məhkəməsi də məsələyə önəm verməmişdir. Bununla müvəkkilinin dəymiş maddi zərərin müəyyənləşdirilməsində çətinlik yaranmışdır. Halbuki müvəkkil dərman preparatlarına 43.000 manat, xəstənin saxlanması üçün yemək, tibb bacısı və digər ehtiyaclara 5.000 manat, “xxxx” MMC analizlərə 1.000 manat xərcləmiş, ümumilikdə iddiaçıya 50.000 manat maddi zərər yetirilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə müvəkkilinə dəymiş maddi zərərlə bağlı aydınlaşdırma aparmamış, AR Mülki Məcəlləsinin normalarını pozmuşdur. cavabdeh1 cavabdeh2 MMC-nin işçisi olması və onun həyata keçirdiyi keyfiyyətsiz əməliyyat nəticəsində Şahmurad Əliyevin vəziyyətinin pisləşərək vəfat etməsi ilə bağlı müvəkkilə dəymiş maddi zərər AR Mülki Məcəlləsinin 1099.1 və 1112-ci maddələrinə əsasən, həm Mərkəzdən, həm də işçi cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
55. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
56. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
57. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
58. Maddə 13. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
59. Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibbmüəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.
60. Maddə 19. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
61. Maddə 10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatı”
62. Bənd 5. Həkim-qastroenteroloq aşağıdakıları bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili vətəxirəsalınmaz hallarda əhaliyə müalicəprofilaktika və dərman yardımının təşkilinin əsaslarını; öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını; qastroenterologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını; dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını; tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilatiiqtisadi əsaslarını; həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını; insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; sanitarmaarifləndirmənin əsaslarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
63. Bənd 9. Həkim-qastroenteroloq stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir.
64. Bənd 15. Həkim-qastroenteroloq tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
65. Bənd 24. Həkim-qastroenteroloq aşağıdakılara görə məsuliyyət daşıyır: ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. Həkimqastroenteroloq əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
72. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
79. Kassasiya məhkəməsi cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 tutulacaq iddianınmənəvi zərərin məbləğinə aid hissədə istisna olmaqla, mübahisələndirilən qalan hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
80. İddiaının- mənəvi zərərin məbləğinə aid hissəsinə gəlincə isə kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi mənəvi zərərin məbləği atasının ölümü nəticəsində iddiaçının keçirdiyi sarsıntı və istirablara açıq-aşkar adekvat deyil.
81. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mərhum Şahmurad Əliyevin adına cavabdeh2 MMC tərtib edilmiş “Xəstənin stasionar tibbi kartasında” və ******* saylı “Ölüm haqqında” tibbi Şəhadətnamədə onun ölümünün səbəbə kimi- “12 barmaq bağırsağın arxa divarının perforasiyası” nəticəsində yayılmış peritonit göstərilib. Lakin, bu xəstənin ölümünün klinikada klinisistlər tərəfindən təyin edilmiş səbəbidir, məhkəmə- tibbi müayinə nəticəsində təyin edilmiş ölüm səbəbi deyil.
82. Apellyasiya məhkəməsi həmçinin işə əlavə edilmiş AR Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ### 2022-ci il, ## ###### 2022-ci il və ## ##### 2023-cü il tarixli ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək müəyyən etmişdir ki, xəstə Şahmurad Əliyevin üzərində ## ###### 2021-ci il tarixdə həkim cavabdeh1 tərəfindən aparılmış “ERXPQ” əməliyyatı qüsurlu icra edilib.
83. Həmin rəylərdən eyni zamanda görünür ki, xəstə Şahmurad Əliyevə tibbi xidmətlər göstərilərkən ardıcıl şəkildə əməliyyatların keçirilməsi qaydası və proseduru pozulub, habelə AR Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Həkimqastroenteroloqların nümunəvi vəzifə Təlimatı”nın tələblərinə riayət olunmayıb.
84. Göründüyü kimi, iddiaçının atası Şahmurad Əliyevə tibbi xidmətlər göstərilərkən qeyd olunan cavabdehlər tərəfindən ardıcıl şəkildə əməliyyatların keçirilməsi qaydası və proseduru pozulub, habelə “Həkim-qastroenteroloqların nümunəvi vəzifə Təlimatı”nın tələblərinə riayət edilməyib və son nəticədə xəstə Şahmurad Əliyev ölüb.
85. Belə olan halda, mənəvi zərər- keyfiyyətsiz müalicəyə görə iddiaçının yaxınını, yəni atası Şahmurad Əliyevi itirməsi ilə əlaqədar keçirdiyi sarsıntı nəticəsində yaranıb və hüquqazidd əməl, təqsir, zərər, səbəbli əlaqə tam şəkildə mövcud olub.
86. Əvvəla, qüvvədə olan qanunverciliyə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
87. Bu baxımdan, kassasiya məhkəməsi hesab edir ki, sözügedən tibb müəssisəsində müalicə zamanı iddiaçının atasının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyasına dair hazırkı tələbin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 1112-ci maddəsi, habelə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” AR Qanunları və.s nəzərdən keçirilə bilər.
88. AR Mülki Məcəlləsinin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun tələbləri baxımından göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasının qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edir.
89. Sözügedən normada şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanuna əsasən, personalın da bu pozuntuya görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulub. Qeyd olunanlar, habelə tibb müəssisəsinin eyni zamanda personalla işçiişəgötürən münasibətində olması nəzərə alınaraq tibbi xidmətlə bağlı vurulmuş mənəvi zərərin kompensasiyasına dair iddialara AR Mülki Məcəlləsinin 1099-cu maddəsinin tələbləri gözlənilməklə baxılmalıdır.
90. Bu baxımdan, dəymiş zərərin kompensasiyası iddiası- zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər.
91. Nəzərə alınmalıdır ki, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə, habelə şəxsin ölümü ilə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələblərinə baxılarkən, ilk növbədə aşağıdakılara aydınlıq gətirilməlidir: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnoz qoyulubmu; vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlər görülübmü; müayinə və müalicə tibbi yardımın göstərilməsi qaydalarına cavab verirmi; tibbi yardım standartlara və klinik protokollara uyğun olubmu və.s.
92. Belə olan halda, məhz tibb müəssisəsi- fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin isə klinik protokollara uyğun olduğunu sübut etməlidir.
93. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilər.
94. Şəxsin yaxınları o, zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər.
95. Qanuna görə mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.
96. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
97. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.
98. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyil. Lakin, təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir.
99. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır.
100. Qeyd olunmalıdır ki, cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir.
101. Yuxarıda sadalanan mülki qanunvericiliyə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
102. Eyni zamanda, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar.
103. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Həmçinin, təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin miqdarının müəyyən edilməsində əhəmiyyətli faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən, ölkələrin sosialiqtisadi
104. durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
105. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edirlər (daha təhlükəli əməl).
106. Göründüyü kimi, iddiaçıya dəymiş mənəvi zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən yuxarıda göstərilən hallar, işə baxan məhkəmələr tərəfdən tam, hərtərəfli və obyektiv arışdırılmayıb.
107. Belə ki, iddiaçı, qeyd olunan cavabdehlərin ardıcıl şəkildə tibbi əməliyyatların keçirilməsi qaydasını və prosedurunu pozduqları, habelə “Həkim-qastroenteroloqların nümunəvi vəzifə Təlimatı”nın tələblərinə riayət etmədiklərinə və son nəticədə atası öldüyünə görə mənəvi sarsıntı, iztirab keçirdiyini, ona 50.000 manat mənəvi zərər dəydiyini iddia etdiyi halda, apellyasiya məhkəməsi yuxarıda sadalanan normaların tələbləri baxımından lazımı araşdırma aparmadan birinci instansiya məhkəməsinin qət etdiyi, yəni iddiaçının xeyrinə cavabdeh cavabdeh2 MMC tutulan 10.000 manat, habelə digər cavabdeh İddiaçı 2021-ci ilin fevral ayı üçün tutulan bir aylıq orta əmək haqqı məbləğində pul kompensasiyasını iddiaçıya dəymiş mənəvi zərərə adekvat hesab etmişdir.
108. Halbuki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində atasını itirib. Yəni, cavabdehlər tərəfindən ardıcıl şəkildə tibbi əməliyyatların keçirilməsi qaydası və proseduru pozulduğundan, habelə “Həkim-qastroenteroloqların nümunəvi vəzifə Təlimatı”nın tələblərinə riayət olunmadığından, iddiaçının atası qüsulu şəkidə əməliyyət olunub və bu hal son nəticədə onun ölümünə səbəb olub.
109. Belə olan halda iddiaçının məruz qaldığı mənəvi zərərin məbləğinin bütövlükdə 10.000 manat və işçinin bir aylıq orta əmək haqqı məbləğində müəyyən edilməsi, onun keçirdiyi sarsıntı və iztirablara adekvat ola bilməz. Başqa sözlə, cavabdehlərdən tutulmalı olan qeyd olunan mənəvi zərərin məbləği, hazırkı mülki hüquq pozuntusunun nəticəsinə uyğun deyil və həmin məbləğ ağlabatan, ədalətli olmamaqla, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etmir.
110. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehlərin maddi vəziyyətləri nəzərə alınmaqla, mənəvi zərərin məbləği elə müəyyən edilməlidir ki, həmin məbləğ atasını itirmiş iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirablara adekvat olsun.
111. Daha sonra, apellyasiya məhkəməsi həkim cavabdeh1la tibb müəssisəsi-cavabdeh2 MMC arasında maddi məsuliyyət haqqında sənədlərin işdə olmamasına əsaslanıb, ona münasibətdə mülki məsuliyyətin həcmini bir aylıq orta əmək haqqı məbləğində müəyyən edərkən, gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 1099, 1112-ci, habelə Əmək Məcəlləsinin 198, 199-cu maddələrinin tələbləri baxımından təhlil etməyib. Halbuki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin kompensasiyası iddiası- tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər.
112. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
113. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qismən- cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 münasibətdə iddianın mənəvi ziyanın məbləğinin təmin olunmayan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
114. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qismən cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 münasibətdə iddianın mənəvi zərərin məbləğinin təmin olunmayan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.