Məhkəmə qərarları › İş №2(1-8)-1189/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1189/2026

11.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1189/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “paylı mülkiyyətdə olan daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələ; Əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “paylı mülkiyyətdə olan daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi 4/5 hissə cavabdeh1, 1/10 hissə Ismixanova Nigar Fariz qızının, 1/10 hissə İddiaçı paylı mülkiyyətindədir, mülkiyyət hüququ ##.##.2018-ci il tarixində 1/10 hissə İddiaçı, ##.##.2018-ci il tarixdə 1/10 hissə Ismixanova Nigar Fariz qızının, ##.##.2018-ci il tarixdə 4/5 hissə cavabdeh1ın adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ona məxsus 1/10 hissəni, 60 m2 1000 manata cavabdeh1 satmışdır.

3. Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Ismixanova Nigar Fariz qızı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ona məxsus 1/10 hissəni, 60 m2 1000 manata cavabdeh1 satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ilə aralarında ##.##.2018-ci il tarixində bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh1 ilə digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı arasında ##.##.2018-ci il tarixində bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onların 4/5 hissə cavabdeh cavabdeh1, 1/10 hissə onun və 1/10 hissə digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızının mülkiyyətində olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahələri olmuşdur. cavabdeh1 və nümayəndəsi ##.##.2018-ci il tarixdə onu aldadaraq həmin paylı mülkiyyətdə olan torpaq sahəsini onlara satmağı təklif etmişlər. Torpaq sahəsinin qiyməti ilə bağlı danışıq apardıqda cavabdeh ona rəsmi olaraq 1000 manat qeyd etdirərək, payına düşən 60 kv.m torpaq sahəsi üçün 40000 manat verəcəyini bildirmişdir. Şifahi razılaşma olmasına baxmayaraq, cavabdeh1 etibarından istifadə edərək onu aldatmışdır. Həmin alqısatqı əməliyyatında o pul görməmişdir. Alqı-satqı zamanı paylı mülkiyyətçilərin razılığı tələb olunsa da, cavabdeh tərəfindən bunlara əməl edilməmişdir. cavabdeh1, onun nümayəndəsi eyni şərtlərlə ##.##.2018-ci il tarixdə onun xəbəri olmadan Quluzadə (Ismixanova) Nigar Fariz qızı ilə alqı-satqı (AN-İ N *******) müqaviləsi bağlayaraq Quluzadə (Ismixanova) Nigar Fariz qızına məxsus olan torpaq sahəsini əldə etmişdir. Alqı-satqı müqavilələri onların hüquqlarını pozmaqla yanaşı, onları mülkiyyət hüququndan məhrum etmişdir. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsələr də, heç bir müsbət nəticə əldə edə bilməmişlər. Məhkəmə qaydası olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir.

6. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ilə arasında ##.##.2018-ci il tarixində bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin, cavabdeh cavabdeh1 ilə digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı arasında ##.##.2018-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdеh tərəf iddiaya еtiraz ərizəsi ilə məhkəməyə müraciət еdərək, iddianın rədd еdilməsi barədə qətnamə qəbul еdilməsini хahiş еtmiş və bunu onunla əsaslandırmışdır ki, ##.##.2018-ci ildə iddiaçı ilə onun arasında notariat təsdiqli daşınmaz əmlak alqı-satqı müqaviləsi bağlanaraq ona məxsus olan 60 kv.m. torpaq sahəsi qanunda nəzərdə tutulan əsaslarla sahibliyinə keçmişdir. Belə ki, iddiaçı tam sərbəst formada öz iradəsini ifadə edərək heç bir kənar təsirsiz öz torpaq payını ona satmışdır və aralarında danışılan pul ödənilmişdir. Odur ki, iddiaçının uydurduğu pul məbləği onların aralarında danışılmamışdır və onun tərəfindən ona heç bir vəd verilməmişdir. Iddiaçı öz ərizəsində qeyd edir ki, “Cavabdeh İddiaçı məni aldatdıqdan sonra eyni şərtlərlə ## #### 2018-ci il tarixində mənim xəbərim olmadan öz aralarında digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı (iddiaçının doğma qızı) ilə eyni əsaslarla paylı mülkiyyətçi olaraq alqı-satqı müqaviləsi bağlayaraq cavabdeh Quluzadə (Ismixanova) N.F. məxsus olan torpaq sahəsini əldə etmişdir. Aparılmış hər iki alqı-satqı cavabdehin etibardan sui-istifadəsi ilə həyata keçirilmiş və alqı-satqılarda üstünlük hüququ olan paylı mülkiyyətçilərin xəbəri olmadan həyata keçirilmişdir.” Iddiaçının bu sözlərindən (ifadələrindən) başa düşmək mümkün deyil ki, hansı əsaslarla onunla və digər fiziki şəxslə aralarında olan ##.##.2018-il tarixli alqı-satqı müqaviləsindən onun xəbəri olmalıdır. Belə ki, ##.##.2018-ci il tarixində iddiaçının nə paylı mülkiyyətçilik nə də ki, ümumiyyətlə mülkiyyətçilik statusu olmayıb, o səbəbdən ki, iddiaçı ##.##.2018-ci il tarixində öz torpaq payını sataraq mülkiyyətçilik hüququndan məhrum olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Odur ki, yuxarıda göstərilən maddənin nəzərdə tutulmuş tələblərinə əsasən o, 3-cü şəxs yox, paylı mülkiyyətçilərdən biri olmuş və bu əsasla paylı mülkiyyətçi kimi nəzərdə tutulan üstünlük hüquqları olmuşdur, bundan əlavə, ##.##.2018-ci il ərəfəsində ondan və cavabdeh Quluzadə N.F. başqa satılan torpaq sahəsinin digər heç bir paylı mülkiyyətçisi olmayıb. Bundan əlavə, yuxarıda göstərilən məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Bu əsasla teoretik nəzərdən əgər iddiaçının bir paylı mülkiyyətçi kimi hüquqları pozulmuşdursa, o bu maddədə göstərilən hüquqlarından vaxtında istifadə etməmiş və öz vaxtını keçirmişdir. Bundan əlavə, iddiaçı öz ərizəsində qeyd edir ki, guya “dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsək də heç bir müsbət nəticə hasil edə bilməmişik. Əksinə cavabdehlərin təhdidinə məruz qalmışıq (guyaki öz doğma qızının da (Quluzadə N.F.) təhdidinə məruz qalıb)”. Demək istərdi ki, bunlar hamısı yalandır və heç bir faktlara əsaslanmır. Çünki onların alqı-satqı müqavilələrinin tarixindən 6 ildən çox vaxt keçmişdir. Iddiaçı onun rəhmətlik doğma qardaşının həyat yoldaşı olsa da, ikinci cavabdeh qardaşının və iddiaçının doğma qızı olsa da, bu 6 ildən çox müddətdə onların heç biri ilə nə şəxsi görüşləri olub, nə telefon əlaqələri, nə də məktub vasitəsi ilə ünsiyyətləri olub. Ona görə də, iddiaçının dedikləri diqqətə layiq deyil və absurddur. Çünki onun bu dedikləri barədə heç bir sübutu yoxdur. Iddiaçı onun ona (və ya onlara) hansı vaxt, hansı formada, necə “təhdid” etməyi haqqında heç bir sübut və onu təsdiq edən sənədlər və faktlar iddia ərizəsinə əlavə etməmiş və bununla da, onun iddialarının yalan olduğu təsdiq olunur. Aralarında bağlanan Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ №*******) 18-19cu bəndlərinə, Azərbaycan MM 423.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Ancaq iddiaçı göstərilən maddənin tələblərini pozaraq, göstərdiyi alqı-satqı müqaviləsinin ləğv etmək tələbini (fikirini) ona təklif etməyərək birbaşa məhkəməyə müraciət etmişdir. Iddiaçının iddia ərizəsində, ancaq onun ağlına gələn fikirlərdən başqa, heç bir sübut və faktlar, onun tərəfindən alqı-satqı zamanı hansı qanunların pozuntusuna yol verilməsi və ya iddiaçının hansı qanunda (məcəllədə) nəzərdə tutulmuş hüquqlarının pozulması mövcud deyil. Bunların hеç biri iddiaçı tərəfindən göstərilmir və göstərilə də bilməz, əksinə alqı-satqı zamanı heç bir qanun pozuntuluğuna yol verilməyib, Mülki Məcəlləsinin 394, 398.1, 407.2, 568, 646 və 648-ci maddələrinin və paraqraflarının bütün tələblərinə riayət olunmuşdur. Iddiaçı iddia ərizəsində, heç bir sübut gətirmədən qeyd edir ki, guya torpağın alqı-satqı zamanı o ona “40000” manat söz vermişdir. Bu ancaq iddiaçının uydurma fikiridir, o sadəcə olaraq hiyləgərlik və dələduzluq yolu ilə ondan pul qopartmaq və onun hesabına qeyri qanuni varlanmaq istəyir. Alqı-satqı qiyməti daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ №*******) 4-cü bəndinə uyğun olaraq qiymətləndirilmiş və iddiaçı (satıcı) bunu öz imzası ilə, həmin müqavilənin 21-ci bəndinə uyğun olaraq təsdiq etmişdir. Iddiaçının iddia ərizəsindəki iddia tələbləri 2 bəndən ibarətdir. Iddiaçı birinci bənddə tələb edir ki, “Cavabdeh cavabdeh1 ilə mənim, yəni İddiaçı arasında ##.##.2018-ci il tarixində bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin ...” - iddiaçının bu tələbi anlaşılmazdır və məhkəmədən nə xahiş etdiyi başa düşülməzdir, odur ki, MPM normalarında nəzərdə tutulan iddia ərizə tələblərinə uyğun deyil. Iddianın tələbinin 2-ci bəndində, iddiaçı tələb edirki “cavabdeh lsmixanova Xoşbəxt Həsən qızı ilə digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı arasında ##.##.2018-ci il tarixində bağlanmış AN-İ ******* saylı alqı satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarasınız”. Bu halda qeyd etmək zəruridir ki, onunla ikinci cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı arasında ##.##.2018-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinə iddiaçının heç bir aidiyyəti yoxdur və onun göstərilən müqavilənin ləğv etmə tələbinə heç bir hüququ yoxdur. O səbəbdən ki, ##.##.2018-ci il tarixi ərəfəsində, iddiaçı ##.##.2018-ci ildə öz torpaq payını qanuni yolla sataraq sahiblik (paylı mülkiyyətçilik) hüququnu artıq itirmişdir.

8. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin və dəqiqləşmə barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında təqdim еdilmiş ərizənin məzmuna uyğun izahat vеrərək iddia müddətini tətbiq etməklə, iddianın rədd еdilməsini хahiş еtmişdir.

10. Cavabdeh cavabdeh2 iddianı еtiraf еdərək izahatında ona əmisinin zəng vuraraq babasından onlara qalan payların bölünməsini, bu səbəbdən gəlib imza çəkməsini, o da əmisinin dеdiyi kimi sənədə imza çəkməsini, onun başqa bir məsələdən хəbərinin olmamasını, ona pul vеrilməməsini, hamısını еdən əmisinin olmasını göstərmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli (hakim R.N. Quliyev) qətnaməsinə əsasən iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ##.##.2018-ci il tarixində bağlanmış AN-İ N ******* saylı alqı-satqı və ##.##.2018-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqavilələri bağlanan zamanı hər hansı bir qanun pozuntusuna yol vеrilməsi müəyyən еdilməmişdir. Həmçinin, iddiaçı özünün cavabdеh cavabdeh1 və üçüncü şəхs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən aldadılması faktlarının mövcudluğuna dair hеç bir mötəbər və tutarlı sübutlar da təqdim еtməmiş, müqavilənin şifahi razılaşma əsasında bağlanmasına, alqı-satqı müqaviləsi bağlanarkən ümumiyyətlə, pul almamasına dair yalnız izahat vеrməklə kifayətlənmişdir.

13. Iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

14. Məhkəmə hеsab еdib ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf özünün müqavilə tərəfi olduğu alqı-satqı müqaviləsinin еtibarsızlığı ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Bеləliklə də məhkəmə hеsab еdir ki, iddiaçının özünün müqavilə tərəfi olduğu alqısatqı müqaviləsinin еtibarsızlığı ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasnın dispozisiya şərtləri ilə uzlaşmır.

15. Bundan əlavə, məhkəmə cavabdеh cavabdeh2 iddianı еtiraf еtməsini qəbul еtmir və hеsab еdir ki, o iddiaçının övladı olmaqla və hazırda iddiaçının tələbləri üzrə mübahisələndirilən müqavilələrdən birinin tərəfi olmaqla (özünün bağladığı müqaviləni mübahisələndirməmişdir) iddianı еtiraf barədə izahatı iddiaçının maraq və mənafеyinə uyğun izahat vеrir.

16. Başqa sözlə, hazırkı iş üzrə cavabdеh kimi göstərilsə də, faktiki olaraq anasının qaldırdığı iddianın həllində maraqlıdır. işin araşdırılmış hallarına əsasən müqavilə tərəfi olan cavabdеh cavabdeh1 iddiaçının qardaşı arvadıdır və özünün dеdiyinə görə sonuncunun əri olan qaynı, iş üzrə 3-cü şəхsin vasitəçiliyi ilə payına düşən 60 m2 torpaq sahəsi üçün 40000 manat verilməsi şərti ilə öz payının cavabdеhin adına alqı-satqı müqaviləsi yolu ilə kеçirilməsinə razılıq vеrməsinə, bеləliklə də, özünün müqavilə tərəfi olduğu alqı-satqı müqaviləsinin еtibarsızlığı ilə bağlı dəlilləri əsaslı olmuş olsa idi bеlə, o bu aldatma faktları ilə əlaqədar qısa zaman kəsiyində, yəni qanunvеriciliklə müəyyən еdilmiş 1 il müddətində bu müqavilənin еtibarsızlığını mübahisələndirməməsinin səbəbləri barədə irəli sürdüyü dəlilləri də onun subyеktiv mülahizələrindən başqa bir şеy dеyildir.

17. Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

18. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə hеsab еdir ki, ##.##.2018-ci il tarixində bağlanmış AN-İ N ******* saylı alqı-satqı və ##.##.2018-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqavilələrin еtibarsızlığı ilə bağlı tələbə kəsici müddət tətbiq еdilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 324, 337.1, 337.5, 339, 354.1, 354.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 80, 217.3 və 217.4-cü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B. Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanlmasına dair” ## ###### 2019-cu il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B. Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)***/**** nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında sözü gedən 1000 manatın alqı-satqı üçün deyil, İddiaçı (eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızına da) şirinlik kimi verildiyini və həmin pulun Bankın depozit hesabına qoyulması, oradan götürülməsi və sair əməliyyatlardan İddiaçı (eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızının da) xəbəri belə olmadığını aşkar şəkildə bildirmişdir. Lakin yenə də məhkəmə tərəfindən bu faktlara qiymət verilməyərək və alqı-satqının olması kimi qiymət verərək, iddianın rədd edilməsinə nail olunmuşdur. Digər bir tərəfdən tərəfimizdən alqısatqı əməliyyatlarının həyata keçirilməsi ilə bağlı notariat işi əldə edilmiş və əlavə edilmiş sənədlərdən də məlum olduğu kimi notariat hərəkətlərindən iddiaçının xəbəri olmamış, iş materiallarına əlavə edilən sənədlərin tərtibatında istifadə edilən məlumatlar belə saxtalaşdırılmışdır. Eyni zamanda ödənişlərdə olan və alqı-satqının həyata keçirilməsinə mane olan hallar olmasına baxmayaraq, alqı-satqı təsdiqlənmişdir. Yəni, iddiaçı İddiaçı iştirakından kənar həyata keçirilən əməliyyatlardır. Belə ki, daşınmaz əmlakın yüklülük barədə arayışının əldə edilməsi üçün ödənilmiş dövlət rüsumunun qəbzində olan saatlardan da görünür ki, alqısatqı daha əvvəl həyata keçirilib və məlumatlar İddiaçı gizlədilmişdir. Alqı-satqı təsdiqlənir və sonradan əmlakın yüklülüyü ilə bağlı ödəniş edilərək və məlumatlar əldə edilərək, notariat işinə əlavə edilmişdir. Bu baxımdan da iddiaçı tərəfindən qeyd edilir ki, alqı-satqı üçün razılaşma şifahi olmuş və rəsmiləşdirilməsini gözləmə mövqeyində olmuşdur. Lakin aparılmış əməliyyatİddiaçı gözləntisini qabaqlayaraq onu keçmişdir. Eyni zamanda qeyd edildiyi kimi bu hərəkətlərin paylı mülkiyyətçilərin hər birinin başına gəlməsi və ayrı-ayrılıqda həyata keçirilməsi aparılmış əməliyyatların saxta, alqısatqıdan kənar mənimsəmə niyyəti ilə həyata keçirilməsi özünü hər halında biruzə vermişdir. Əgər ki, paylı mülkiyyətçilər arasında alqı-satqı üçün razılaşma əldə edilmişdirsə, həmin əməliyyatların eyni vaxtda, hər birinin məlumatı olmaqla, tam qanuni şəkildə pulların bank hesabına yerləşdirilməsi, arayışların əldə edilməsi, ödənişləri aparılması ilə eyni zamanda əsaslı şəkildə həyata keçirilməsi təmin edilərdi. Göründüyü kimi, bu belə deyil və yuxarıda da qeyd etdiyimiz kimi əməliyyatlar alqı-satqıdan kənar mənimsəmə niyyəti ilə həyata keçirilmiş və saxtalaşdırılmışdır. Aparılmış alqı-satqı zamanı paylı mülkiyyətçilərin razılığı barədə tələb olsa da cavabdeh tərəfindən bunlara əməl edilməmişdir. Bundan başqa cavabdeh cavabdeh1, onun nümayəndəsi iddiaçını aldatdıqdan sonra eyni şərtlərlə ## #### 2018-ci il tarixində onun xəbəri olmadan digər öz aralarında digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı ilə eyni əsaslarla, paylı mülkiyyətçi olaraq onun xəbəri olmadan alqı-satqı (AN-İ N *******) müqaviləsi bağlayaraq cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızına məxsus olan torpaq sahəsini əldə etmişdir. Müddətlə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən vəkillə müqavilə bağlandıqdan sonra verilmiş sorğu əsasında məlum olmuşdur ki, onun adından əməliyyatlar həyata keçirilmiş və mülkiyyəti mənimsənilmişdir. Ailə başçısını itirmiş ailə olaraq mülkiyyətində olan və bazar dəyəri 40000 manatla ölçülən əmlakının 1000 manat qarşılığında razılıqla satmağı absurddur. Məhkəməyə də bu barədə məlumatlar təqdim etmişdir. Bütün bu faktlar hamısı realdır və sənəd əsasında da öz təsdiqini tapmışdır. Lakin məhkəmə tərəfindən maddi hüquq normaları tətbiq edilməmiş və nəticədə iddianın rədd edilməsinə nail olunmuşdur. Halbuki, işin düzgün araşdırılması nəticəsində maddi hüquq normalarının düzgün tətbiq edilməsinə gətirib çıxara və iddianın bir mənalı olaraq təmin edilməsinə nail olunacaqdır. Bildirilir ki, məhkəmə tərəfindən notariat hərəkətlərini həyata keçirən notarius dəvət edilməmiş, onun saxta hərəktlərinə qiymət verilməmişdir. Eyni zamanda, cavabdeh cavabdeh1 iştirakı təmin edilməmişdir. Hər bir halda məhkəmə tərəfindən səhf nəticəyə gəlinmişdir. Qeyd edildiyi kimi, hər bir iddia olunan hal məhkəmə araşdırmalarında öz ədalətli təsdiqini tapmışdır. Bildirildiyi kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alqı-satqının olmamasını, iddiaçəya alqı-satqı üçün pul verilmədiyini, iddiaçının alqı-satqı adı altında Notariat ofisində iştirak etmədiyini, iddiaçıya alqı-satqı üçün pul verilmədiyini, banka depozit qoyulmadığını, qoyulmuş pulun formal xarakter daşıdığını, qoyulmuş pullardan iddiaçının xəbərinin olmadığını, bütün bu hərəkətlərin onun özü tərəfindən həyata keçirildiyini və nəticə etibarı ilə notariat işinə əlavə edilmiş qəbzlər, arayışlar və sənədlərdən də göründüyü kimi, əməliyyatın özü tərəfindən saxta aparıldığı müəyyən edilsə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəlillər işin hallarına uyğun olmamışdır.

22. Apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh1 nümayəndəsi vəkil1 etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ona məxsus 1/10 hissəni, 60 m2-i 1000 (bir min) manata cavabdeh1 satmışdır. Göstərilən alqı-satqı müqaviləsi satıcı tərəfindən İddiaçı tərəfindən, alıcı tərəfdən isə alıcı cavabdeh1 nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmışdır. Müqavil tərəflərinə onların hüquqları və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin müqavilədə müqaviləni imzalayan hər iki tərəfin (satıcı İddiaçı və alıcının nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) fotoşəkilləri də öz əksini tapır. Həmçinin, Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Ismixanova Nigar Fariz qızı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ona məxsus 1/10 hissəni, 60 m2-i 1000 (bir min) manata cavabdeh1 satmışdır. Göstərilən alqı-satqı müqaviləsi satıcı tərəfindən Ismixanova Nigar Fariz qızı tərəfindən, alıcı tərəfdən isə alıcı cavabdeh1 nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmışdır. Müqavilə tərəflərinə onların hüquqları və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin, müqavilədə müqaviləni imzalayan hər iki tərəfin (satıcı Ismixanova Nigar Fariz qızının və alıcının nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) fotoşəkilləri də öz əksini tapır. Həmçinin məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi və vəkili vəkil1 məhkəməyə təqdim еdilmiş ərizənin məzmuna uyğun izahat vеrərək iddia müddətini tətbiq etməklə, iddianın rədd еdilməsini хahiş еtmişlər. Göstərilənlərə əsasən, iddiaçı İddiaçı məhkəmə araşdırmalarında da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alqı-satqının olmaması, İddiaçı (eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızının da alqısatqıda iştirak etməmələrinə, onun alqı-satqıdan ümumiyyətlə xəbərinin olmamasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin məzmunundan aşkar surətdə göründüyü kimi, bir tərəfdən alqı-satqı müqaviləsi üzrə satıcı kimi ona və qızı Quluzadə (Ismixanova) Nigar Fariz qızına satılan payın dəyərinin ödənilməməsinə əsaslanmaqla apellyasiya şikayəti verən iddiaçı İddiaçı, digər tərəfdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında sözü gedən 1000 manatın alqısatqı üçün deyil İddiaçı (eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızına da) şirinlik kimi verilməsinə əsaslanmaqla yuxarıda ifadə olunan fikirinə zidd, yəni ona və qızı Quluzadə (Ismixanova) Nigar Fariz qızına satılan payın dəyərinin ödənilməməsinə dair fikirinə zidd fikir ifadə etmışdir. Göstərilən fikir isə, yəni əmlakın satılma anında ödənilən vəsaitin, satılan əmlakın dəyəri deyil, şirnilik olması işin həqiqi halları ilə uzlaşmamaqla yanaşı, heç ağılabatan mühakimə də deyildir. Ona görə ki, əmlakın satılma anında müqavilə üzrə əldə edənin ödədiyi vəsaiti (əmlakın dəyərini) özgəninkiləşdirənin öz mülahizəsinə görə şirnilik hesab etməsi, iddiaçının əsassız və formal mülahizələrindən ibarətdir. Belə ki, bir tərəfdən banka depozit qoyulmaması barədə fikir ifadə edən iddiaçı İddiaçı digər tərəfdən qoyulmuş pulun formal xarakter daşımasına, qoyulmuş pullardan iddiaçının xəbərinin olmamasına əsaslanmaqla biridigərinə zidd fikir ifadə etmişdir. Iddiaçı İddiaçı pulun Bankın depozit hesabına qoyulmaması, oradan götürülməsi və sair əməliyyatlardan İddiaçı (eyni ilə digər alqısatqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızının da) xəbəri belə olmadığını aşkar şəkildə bildirmələrinə dair dəlilləri də əsassızdır. Göründüyü kimi, həm Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ona məxsus 1/10 hissəninə dair ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı və həm də ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilən məbləğ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsait deyildir. Buna görə də iddiaçı İddiaçı pulun Bankın depozit hesabına qoyulmamasına dair apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Iddiaçı İddiaçıı cavabdeh cavabdeh1, onun nümayəndəsi onu aldatdıqdan sonra eyni şərtlərlə ## #### 2018-ci il tarixində onun xəbəri olmadan öz aralarında digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı ilə eyni əsaslarla, paylı mülkiyyətçi olaraq onun xəbəri olmadan alqı-satqı (AN-İ N *******) müqaviləsi bağlanmasına və bunun nəticəsində hüququnun pozulmasına dair apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, ##.##.2018-ci il tarixdə iddiaçı tam sərbəst formada öz iradəsini ifadə edərək heç bir kənar təsirsiz öz torpaq payını ona satmışdır və aralarında danışılan pul ödənilmişdir. Odur ki, iddiaçının hansı əsaslarla onunla və digər fiziki şəxslə aralarında olan ##.##.2018-il tarixli alqı-satqı müqaviləsindən onun xəbəri olmalıdır. Belə ki, ##.##.2018-ci il tarixdə iddiaçının nə paylı mülkiyyətçilik nə də ki, ümumiyyətlə mülkiyyətçilik statusu olmayıb, o səbəbdən ki, iddiaçı ##.##.2018-ci il tarixində öz torpaq payını sataraq mülkiyyətçilik hüququna xitam verilmişdir. Iddiaçi İddiaçı həmçinin onun tərəfindən vəkil müqavilə bağlandıqdan sonra verilmiş sorğu əsasında onların adlarından əməliyyatlar həyata keçirilməsinin ona məlum olmasına və buna görə də iddia müddətini ötürməməsinə dair dəlilləri də əsassızdır. Belə ki, yuxarıda göstərildiyi kimi, ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin bağlanmasında İddiaçı şəxsən iştirak etmiş və müqaviləni şəxsən özü iştirak etmişdir. Həmçinin, ##.##.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ismixanova Nigar Fariz qızı həmin müqavilənin bağlanmasında şəxsən iştirak etmiş və müqaviləni şəxsən özü imzalamışdır.

23. Iddiaçının nümayəndəsi vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

24. Cavabdeh cavabdeh1 nümayəndəsi vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, etirazla eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmamasını xahiş etmişdir.

25. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- F. H. Qasımov (sədrlik edən və məruzəçi), G.T. Axundova, K. H. Əkbərov) iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nətimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbi müqavilələrin etibarsızlığı ilə bağlı olsa da, iddianın faktiki əsası kimi istinad etdiyi hallardan biri də paylı mülkiyyətçi kimi satın almaqda üstünlük hüququnun pozulmasıdır.

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, satın almaqda üstünlük hüququnun pozulması əsası ilə müqavilə etibarsız hesab oluna bilməz, bu zaman alıcının hüquq və vəzifələrinin ona keçirilməsi tələbi irəli sürülə bilər. Belə ki, əgər müqavilə etibarsızdırsa, bu zaman həmin müqavilə üzrə alıcının hüquq və vəzifələrinin iddiaçıya keçirilməsi mümkün deyildir. Çünki, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 16-cı bəndində qeyd olunmuş hüquqi mövqe də bundan ibarətdir ki, “satın almaqda üstünlük hüququ pozulmuş şəxsin bu əsasa dayanaraq, həmin əqdin etibarsızlığı ilə bağlı deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə tələb irəli sürmək hüququ vardır.”

30. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etmişdir ki, bu dəlillər iddianın əsaslandırması ilə eyniyyət təşkil edir və birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddiaçının qeyd etdiyi əsaslar baxımından düzgün araşdırma və qiymətləndirmə apararaq iddianın rədd olunması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 218.1, 218.2, 218.3, 218.4, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4., 337.5, 339.1, 339.2, 339.3-cü maddələrinə, Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Ibrahimovun şikayəti üzrə” ## ##### 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

33. Iddiaçı (vəkil-vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5714/2025 ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən düzgün araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya belə əsaslandırılmışdır ki, məhkəmə araşdırmalarında hər bir hal müəyyən edilir ki, bəli doğrudan da əmlak mövcuddur, birgə nikah dövründə tikilmiş, ailə olaraq orada yaşamışıq. Bunu cavabdeh özü, şahidlər belə təsdiq etdiyi halda məhkəmələr düzgün olmayan qərar qəbul edərək pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməmişdir.

35. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyükimi, bu müddəa digər şəxsə zərər vura biləcək. ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir..Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

36. Hazırkı işdə məhkəmələrin bu qaydaların ziddinə qərar qəbul etməklə məhkəmə təcrübəsinidə heçə sayaraq səhv nəticəyə gəlmişlər.

37. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvəyol verilmişvə iş üzrədüzgün olmayan qətnaməçıxarılmışdır.

38. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Lakin hazırkı iş üzrə nə birinci instansiya məhkəməsi və onun qüvvədə qalmasına nail olan Apellyasiya məhkəməsi işin real hallarını gizlətməklə belə bir əmlakın olmamasına dair qərar qəbul edib. Cavabdeh məhkəmədə özü etiraf edib və iddiaçının dəlillərimi tam təsdiq edib. Bütün faktlar da sənədlərlə təsdiq edilib. Lakin məhkəmələr tərəfindən həmin halların da müəyyən edilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Yəni qanunvericiliyin tələbində də irəli gəldiyi kimi ziddiyyətli məqamları belə aradan qaldırmaq təşəbbüsü olmamışdır.

39. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, sübutları düzgün tədqiq etmədən, notariat ofisini dəvət etmədən işin real vəziyyətinin araşdırmaan qərar qəbul etməklə ümumiyyətlə araşdırma belə aparılmadan prossesual hüquqlarının pozulması ilə nəticələnmişdir.

40. Məhkəmə təcrübəsindən göründüyü kimi hər bir halda məhkəmə tərəfindən işin real vəziyyəti, tələbin mahiyyəti, görülən tədbirlər ədalətli araşdırılmalı olduğu halda məhkəmələr tərəfindən birtərəfli, iddianın təmin edilməməsi istiqamətində qətnamə qəbul edilmişdir. Halbuki məhkəmə təcrübəsində də və ümumiyyətlə qanunvericilikdə məhkəmə araşdırmasında əldə edilən sənədlər əsas götürülməli və işin faktiki hallarına uyğun olaraq nəticə verilməli, notariat əməliyytalarının aparılması əmlaklardan sui-istifadə edilməməsi və tərəflər arasında bölünməsi yönündə kifayət qədər əsaslı və köklü qərar və qətnamələr vardır. Lakin apellyasiya instansiyası məhkəməsibirinci intstansiya məhkəməsi üçün göstərdiyi və ya aşkar etdiyi nöqsanları özü belə aradan qaldırmamışdır.

41. Məhkəmə araşdırmalarında da məlum olduğu kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alqı-satqının olmadığını, İddiaçı (eyni ilə digər alqısatqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızının da) alqı-satqıda iştirak etmədiyini, onun alqı-satqıdan ümumiyyətlə xəbərinin omadığını aşkar şəkildə bildirmişdir. Lakin bütün bunlara məhkəmə tərəfindən heç bir qiymət verilmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir.

42. Eyni zamanda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarında sözü gedən 1000 manatın alqı-satqı üçün deyil İddiaçı (eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızına da) şirinlik kimi verildiyini və həmin pulun Bankın depozit hesabına qoyulması, oradan götürülməsi və sair əməliyyatlardan İddiaçı(eyni ilə digər alqı-satqı iştirakçısı Quluzadə (Ismixanova) Nigar Fariz qızının da) xəbəri belə olmadığını aşkar şəkildə bildirmişdir. Lakin yenə də məhkəmə tərəfindən bu faktlara qiymət verilməyərək alqı-satqının olması kimi qiymət verərək iddianın rədd edilməsinə nail olunmuşdur.

43. Digər bir tərəfdən tərəfimizdən alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə bağlı notariat işi əldə edilmiş və əlavə edilmiş sənədlərdən də məlum olduğu kimi notariat hərəkətlərindən iddiaçının xəbəri olmamış, iş materiallarına əlavə edilən sənədlərin tərtibatəında istifadə edilən məlumatlar belə saxtalaşdırılmışdır.

44. Eyni zamanda ödənişlərdə olan və alqı-satqının həyata keçirilməsinə mane olan hallar olmasına baxmayaraq alqı-satqı təsdiqlənmişdir. Yəni, mənim İddiaçı iştirakından kənar həyata keçirilən əməliyyatlardır. Belə ki, daşınmaz əmlakın yüklülük barədə arayışının əldə edilməsi üçün ödənilmiş dövlət rüsumunun qəbzində olan saatlarından da görünür ki, alqı-satqı daha əvvəl həyata keçirilib və məlumatlar İddiaçı gizlədilmişdir. Alqı-satqı təsdiqlənir və sonradan əmlakın yüklülüyü ilə bağlı ödəniş edilərək məlumatlar əldə edilərək notariat işinə əlavə edilmişdir. Bu baxımdan da tərəfindən qeyd edilir ki, alqı-satqı üçün razılaşma şifahi olmuş və rəsmiləşdirilməsini gözləmə mövqeyində olmuşdur. Lakin aparılmış əməliyyat İddiaçı gözləntisini qabaqlayaraq onu keçmişdir.

45. Eyni zamanda qeyd edildiyi kimi bu hərəkətlərin paylı mülkiyyətçilərin hər birinin başına gəlməsi və ayrı-ayrılıqda həyata keçirilməsi aparılmış əməliyyatların saxta, alqısatqıdan kənar mənimsəmə niyyəti ilə həyata keçirilməsi özünü hər halında biruzə vermişdir. Əgər ki, paylı mülkiyyətçilər arasında alqı-satqı üçün razılaşma əldə edilmişdirsə həmin əməliyyatların eyni vaxtda, hər birinin məlumatı olmaqla, tam qanuni şəkildə pulların bank hesabına yerləşdirilməsi, arayışların əldə edilməsi, ödənişləri aparılması ilə eyni zamanda əsaslı şəkildə həyata keçirilməsi təmin edilərdi. Göründüyü kimi bu belə deyil və yuxarıda da qeyd etdiyi kimi əməliyyatla alqı-satqıdan kənar mənimsəmə niyyəti ilə həyata keçirilmiş və saxtalaşdırılmışdır. Aparılmış alqı-satqı zamanı paylı mülkiyyətçilərin razılığı barədə tələb olsa da cavabdeh tərəfindən bunlara əməl edilməmişdir.

46. Bundan başqa cavabdeh cavabdeh1, onun nümayəndəsi məni aldatdıqdan sonra eyni şərtlərlə ## #### 2018-ci il tarixində mənim xəbərim olmadan digər öz aralarında digər cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızı ilə eyni əsaslarla, paylı mülkiyyətçi olaraq mənim xəbərim olmadan alqı-satqı (AN-İ N *******) müqaviləsi bağlayaraq cavabdeh Quluzadə (Ismixanova) Nigar Fariz qızına məxsus olan torpaq sahəsini əldə etmişdir. Müddətlə bağlı onu qeyd edir ki, tərəflərindən vəkillə müqavilə bağlandıqdan sonra verilmiş sorğu əsasında məlum olmuşdur ki, bizim adımızdan əməliyyatlar həyata keçirilmiş və mülkiyyəti mənimsənilmişdir.

47. Ailə başçısını itirmiş ailə olaraq mülkiyyətlərində olan və bazar dəyəri 40000 manatla ölçülən əmlaklarının 1000 manat qarşılığında razılıqla satmaqları absurddur. Məhkəməyə də bu barədə məlumatlar təqdim etmişlər. Bütün bu faktlar hamısı realdır və sənəd əsasında da öz təsdiqini tapmışdır. Lakin məhkəmə tərəfindən maddi hüquq normaları tətbiq edilməmiş və nəticədə iddianın rədd edilməsinə nail olunmuşdur. Halbuki, işin düzgün araşdırılması nəticəsində maddi hüququ normalarının düzgün tətbiq edilməsinə gətirib çıxara və iddianın bir mənalı olaraq təmin edilməsinə nail olunacaqdır.

48. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387, 390-cı maddəsi istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

49. Cavabdeh cavabdeh1 tərəfindən kassasiya şikayətlərinə qarşı məhkəməyə etiraz ilə müraciət edilərək, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız dəlillərdən ibarət olduğu, qanunun tələblərinə əməl edilməklə bağlanmış müqavilələrin qanunsuzluğuna dair biri-digərini təkzib edən süni əsasların yaradılmasından ibarət olduğunu bildirmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları, tərəflərin hüquq və vəzifələri araşdırılaraq mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsinə dair qanuni və əsaslı qətnamə qəbul edilməsini, bununla belə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayətinin əsassız dəlilləri və formal mülahizələri əsasında ləğv edilə və ya dəyişdirilə bilmədiyini və buna görə də iddiaçının kassasiya şikayəti təmin edilməməli olduğunu bildirərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasn;

52. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

53. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

54. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

55. Maddə 218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir.

56. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;

57. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər;

58. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;

59. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

60. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

61. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

62. Maddə Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız 337.3. sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

63. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

64. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

65. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər;

66. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;

67. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı:

68. “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2019-cu il tarixli Qərarı

69. “Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə gürə məlumat verməli olduru məsələlər barəsində qəsdən məlumat vermir; -Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə barlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyrun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; -Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Ibrahimovun şikayəti üzrə” ## ##### 2004-cü il tarixli Qərarı

70. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarının tam araşdırılmadığı barədə dəlilləri ilə əlaqədar bildirir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

85. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

86. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar