Məhkəmə qərarları › İş №2(1-8)-1195/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1195/2026

23.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1195/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ilə Orucova (Mahmudova) Günel Nadir qızı ## ###### 2012-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan # #### 2013-cü il tarixdə X1, ## ##### 2016-cı il tarixdə isə X2 doğulmuşdur.

2. Kəlbəcər Rayon Məhkəməsinin # ### 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqların atanın himayəsində saxlanılması müəyyən edilmiş, aliment tələbi isə təmin edilməmişdir.

3. Iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ## ######## 2025-ci il tarixdən “xxxx” MMC-də ½ ştat vahidi üzrə ümumi istehsalat işçisi vəzifəsində çalışır və aylıq əməkhaqqısı 250 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş, yetkinlik yaşına çatmayan övladları X1 və X2 üçün cavabdehdən hər uşağa görə aylıq 246 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya və hüquqi xidmət xərclərinin tutulmasını xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş azyaşlı uşaqlar atanın himayəsində saxlanılmışdır. Iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosedurunda iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına qatılmamışdır.

6. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qəniyev Həsən) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sübutları, o cümlədən tərəflər arasında nikahın pozulmasına dair qətnaməni, uşaqların doğum haqqında şəhadətnamələrini və mediasiya arayışını araşdıraraq müəyyən etmişdir ki, azyaşlı uşaqlar boşanmadan sonra iddiaçının himayəsində saxlanılır. Bununla yanaşı, məhkəmə alimentin sabit pul məbləğində tutulması məsələsini qiymətləndirərkən Ailə Məcəlləsinin 78.2-ci maddəsinə, eləcə də MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmək fəaliyyəti və əmlak durumu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən aliment tutulması üçün zəruri olan hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və alimentin müəyyən edilməsinə əsas verən kifayət qədər sübut bazası formalaşmadığından, iddia tələbi əsaslı sayıla bilməz. Bu səbəbdən iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, valideynlərin uşaqları saxlamaq vəzifəsi mövcud olsa da, alimentin sabit pul məbləğində müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyəti, gəlirləri və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Eyni zamanda, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflər istinad etdikləri halları sübut etməli və məhkəmə qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında verməlidir. Bu baxımdan, cavabdehin maddi vəziyyətini və aliment öhdəliyinin tətbiqinə əsas verən halları təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyi üçün iddia təmin olunmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 78.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, azyaşlı uşaqların faktiki olaraq iddiaçının himayəsində saxlanılmasını və cavabdehin onların saxlanılması üçün maddi yardım göstərməməsini nəzərə almamışdır. Şikayətdə qeyd olunmuşdur ki, uşaqların yaşayış minimumunun təmin edilməsi üçün aliment müəyyən edilməli olduğu halda, məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Muradov Rəhman (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa və Qəhrəmanov Əkrəm) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, azyaşlı uşaqların atanın himayəsində saxlanılması müəyyən edilmiş, lakin aliment tələbi ilə bağlı əvvəlki iddia təmin olunmamışdır. Hazırkı iş üzrə də iddiaçı yenidən aliment tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehin maddi imkanlarının aliment ödəməyə kifayət etməsi sübuta yetirilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan sübutlardan cavabdeh Cavabdeh “xxxx” MMC-də ½ ştat vahidi üzrə işlədiyi və aylıq 250 manat əməkhaqqı aldığı müəyyən olunur. Kollegiya “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək qeyd etmişdir ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat müəyyən edilmişdir. Bu baxımdan, cavabdehin əldə etdiyi gəlirin yaşayış minimumundan aşağı olması onun özünün zəruri ehtiyaclarının belə tam təmin edilmədiyini göstərir. Məhkəmə hesab etmişdir ki, belə olan halda cavabdehin əlavə olaraq aliment ödəmək imkanının mövcudluğu təsdiq olunmur.

15. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin əmək haqqından başqa digər gəlir mənbələrinin, əmlakının və ya əlavə maddi imkanlarının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından iddiaçının özünün də əmək fəaliyyəti ilə məşğul olduğu və aylıq 400 manat əməkhaqqı aldığı müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün kifayət hesab etməmiş və qətnaməni dəyişdirilmədən saxlamışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının uşaqların qayğısına qalmağın valideynlərin borcu olduğunu təsbit edən müddəalarına, “Uşaq hüquqları haqqında” Konvensiyanın uşağın mənafeyinin üstün tutulması prinsipinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə (valideynlərin uşaqları saxlamaq vəzifəsi), 78.2-ci maddəsinə (alimentin sabit pul məbləğində müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınması), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə (məhkəmənin yalnız tədqiq olunmuş sübutlara əsaslanması), 77.1-ci maddəsinə (sübutetmə vəzifəsi), 217.4-cü maddəsinə (qətnamənin sübutlarla əsaslandırılması) və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ–II hissələrinə və 34-cü maddəsinin III hissəsinə istinad edilməklə əsaslandırılmışdır. Göstərilmişdir ki, ailə dövlətin xüsusi himayəsində olmaqla, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin konstitusion vəzifəsidir və bu vəzifənin icrasına dövlət nəzarət edir. Şikayətdə vurğulanmışdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü və 27-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, uşağın mənafeyi hər zaman üstün tutulmalı, valideynlər isə öz maddi imkanları daxilində uşağın normal inkişafı üçün zəruri həyat şəraitini təmin etməlidirlər.

19. Kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 78.2-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, valideynlər uşaqları saxlamağa borcludurlar və bu öhdəlik alimentin məhkəmə qaydasında tutulması ilə təmin edilir. Alimentin müəyyən olunmasında əsas meyar tərəflərin maddi və ailə vəziyyəti, gəlirləri və uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər saxlanılmasıdır. Şikayətdə göstərilmişdir ki, cavabdehin əmək qabiliyyətli olmasına baxmayaraq, əvvəl işləməkdən yayınması və sonradan apellyasiya baxışı ərəfəsində əmək müqaviləsi bağlayaraq gəlirini süni şəkildə 250 manat müəyyən etməsi məhkəmənin düzgün qiymətləndirmədiyi hallardır.

20. Bundan əlavə, kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 81, 88, 106 və 217-ci maddələrinə istinad olunaraq məhkəmələrin çəkişmə, bərabərlik və sübutların hərtərəfli araşdırılması prinsiplərini pozduğu iddia edilmişdir. Qeyd olunmuşdur ki, məhkəmələr cavabdehin real gəlir imkanlarını tam araşdırmamış, sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsini təmin etməmiş, qərarlarını yalnız formal əmək müqaviləsinə əsaslanaraq çıxarmışdır.

21. Nəhayət, kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına istinad edilərək vurğulanmışdır ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır və əmək qabiliyyətli valideynin formal olaraq işləməməsi və ya az gəlir göstərməsi onu bu vəzifədən azad etmir. Bu əsaslarla iddiaçı hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ–II hissələrinə və 34-cü maddəsinin III hissəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü və 27-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1 və 78.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 8-ci maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 1.0.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 81, 88, 106 və 217-ci maddələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

25. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

26. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

27. Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

28. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

29. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

30. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyasının mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

36. Işdən görünür ki, apellyasiya məhkəməsi cavabdehin aylıq əmək haqqı məbləğinin 250 manat olduğunu və aliment ödəməyə maddi imkanı olmadığını müəyyən edərək iddiaçının aliment tələbi təmin edilməmişdir. Iddiaçı tərəfindən isə cavabdehin başqa gəlirləri olduğu sübut edilməmişdir.

37. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” ##.##.2024-cü il tarixli qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat müəyyən edilmişdir. Cavabdehin aldığı əmək haqqı məbləği ölkə üzrə yetkin bir insanın ay ərzində minimum tələbatının ödənilməsi üçün müəyyən edilmiş məbləğdən aşağı olduğundan Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmaqla iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

38. Məhkəmə gəldiyi nəticəni tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq bu hissədə maddi və prosessual normaların pozulduğunu müəyyən etmir. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmiş, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Sübutların və işin faktiki hallarının qiymətləndirilməsi kassasiya instansiyası məhkəməsini səlahiyyətinə aid olmadığından MPM- 39. nin 407.2-ci maddəsinə əsasən kassasiya baxışının predmeti deyil.

40. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar