Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1337/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, mübahisələndirilən hissədə iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı kassasiya şikayətinə ## #### 2026cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpası məqsədilə aviabiletə (İddiaçı adına 7712436801827) ödənilmiş 430 manat (253 dollar), ikinci dəfə aviabiletə (İddiaçı 2042422799724) ödənilmiş 257.95 manat, iddiaçıya məxsus aviabiletini sataraq əsassız varlanma nəticəsində əldə edilmiş 990 manat, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərə görə 5000 manat, vəkilə göstərdiyi hüquqi yardıma görə 500 manat cavabdeh “xxxx” QSC-dən (bundan sonra həmçinin “cavabdeh”) oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ərizə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməmişdir. (hakim İlqar Qaralov)
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, qətnamədən, qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilməzi izah edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fərrux Qasımov)
5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 0# #### 2026-cı il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov)
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının əsas tələbi aviabiletə ödənilmiş 430 manat (253 dollar), ikinci dəfə aviabiletə ödənilmiş 257.95 manat, cavabdeh tərəfindən iddiaçıya məxsus aviabileti sataraq əsassız varlanma nəticəsində əldə edilmiş 990 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə olmaqla yekunda cəmi 1677,95 manat təşkil edir. İddianın qiyməti beş min manatlıq həddi aşmadığından, qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi prosessual qanunvericiliyin tələblərinə əsasən istisna edilir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 402.1 və 408.1.1-ci maddələri ilə əsaslandırılmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddanın qiymətinin 1677,95 manat olması barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia tələbində iddiaçı istehlakçı hüquqlarının bərpası məqsədilə aviabiletə ödənilmiş 430 manat (253 dollar), ikinci dəfə aviabiletə ödənilmiş 257.95 manat, iddiaçıya məxsus aviabiletin satılması ilə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş 990 manat, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərə görə 5000 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddianın qiyməti 460+257.95+990+5000+500=7177.95 azn təşkil etmişdir. Həmçinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20№-li qərarının 9.4.6-cı bəndi mənəvi təzminat tələblərinin şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduöğunu xüsusilə vurğulamış, əsas tələblərin kassasiya qaydasında mübahisələndirildiyi hallarda kassasiya instansiyası məhkəməsi törəmə tələblərlə bağlı hissələrə təzminatın mübahisələndirilən hissənin məbləğindən asılı olmayaraq irəli sürülmüş dəlillər üzrə baxmasını müəyyənləşdirmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 112.1.2. İddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda – tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında ** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı Bənd 9.4.6. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, əsas tələblər kassasiya qaydasında mübahisələndirildiyi hallarda kassasiya instansiyası məhkəməsi törəmə tələblərlə bağlı hissələrə təzminatın mübahisələndirilən hissəsinin məbləğindən asılı olmayaraq irəli sürülmüş dəlillər üzrə baxa bilər. Bənd 9.4.7. Kassasiya qaydasında mübahisələndirilən hissə yalnız mənəvi təzminatın məbləği ilə bağlı olduqda isə kassasiya şikayətinin mümkünlüyü Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qeyri-mümkün sayarkən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olmasına istinad etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı saymır.
17. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə tərəfin kassasiya şikayəti vermək hüququnun yaranması üçün əmlak xarakterli iddialar üzrə mübahisə edilən hissədə iddianın qiyməti mülki işlərdə 5000 manatdan az olmamalıdır.
18. İddiadan görünür ki, iddiaçı istehlakçı hüquqlarının pozulmasından dolayı şəxsiyyət hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi və mənəvi zərəri tələb edir. Belə olan halda kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən həm də MPM-in 112.1.2-ci maddəsi nəzərə alınmalıdır.
19. Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında ** nömrəli, ## ###### 2025-ci il tarixli qərarının 9.4.6 və 9.4.7-ci bəndlərində göstərilən mövqeyə əsasən, mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, əsas tələblər kassasiya qaydasında mübahisələndirildiyi hallarda kassasiya instansiyası məhkəməsi törəmə tələblərlə bağlı hissələrə təzminatın mübahisələndirilən hissəsinin məbləğindən asılı olmayaraq irəli sürülmüş dəlillər üzrə baxa bilər. Kassasiya qaydasında mübahisələndirilən hissə yalnız mənəvi təzminatın məbləği ilə bağlı olduqda isə kassasiya şikayətinin mümkünlüyü Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən yoxlanılmalıdır.
20. O da nəzərə alınmalıdır ki, analoji iddialarda dövlət rüsumu da ümumi qiymətə uyğun hesablanmaqla ödənilməlidir.
21. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin MPM-in 402.1-ci maddəsinə əsasən şikayəti geri qaytarması düzgün olmamışdır. Üstəlik, qətnamənin sonunda da ondan kassasiya şikayəti vermək hüququ izah edilmişdir.
22. Həmçinin Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında ** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında göstərilən mövqe də nəzərə alınmalı idi.
23. Məhkəmə kollegiyası vəkilə göstərdiyi hüquqi yardıma görə 500 manat məbləğin iddianın qiymətinə daxil edilməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, MPM-in 115-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflər hesab olunur və iddianın qiymətinə daxil deyildir. Odur ki, vəkilə hüquqi yardıma görə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi iddianın qiyməti hesablanan zaman nəzərə alınmır. Buna baxmayaraq, bu məbləğ nəzərə alınmadığı halda da iddianın qiyməti 5000 manatı keçir.
24. Belə ki, iddianın qiyməti aviabiletə ödənilmiş 430 manat + ikinci dəfə aviabiletə ödənilmiş 257.95 manat + iddiaçıya məxsus aviabileti sataraq əsassız varlanma nəticəsində əldə edilmiş 990 manat + mənəvi zərərə görə 5000 manat, cəmi 6677.95 manat olmuşdur.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək, iş üzrə sonrakı prosessual hərəkətlər davam etdirilməlidir.
27. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 0# #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.