Məhkəmə qərarları › İş №2(1-8)-1498/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1498/2026

08.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Maddi ziyanın ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1498/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. 15. ##.##.2023-cü il tarixli ** saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə qəbul edilmişdir. Aylıq əmək haqqı 669,71 manat təşkil edir. Işçi vəzifə təlimatları ilə tanış olmuş və onları imzalamışdır;

3. Cavabdeh MMC-nin elektronika mühəndisi Vitali Çornyinin ##.##.2024-cü və ##.##.2025-ci il tarixli xidməti məktublarından görünür ki, İddiaçı ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025-ci illər aralığında işdə olmamış, bu barədə heç bir xəbərdarlıq etməmişdir. Məktuba eyni tarixli aktlar əlavə edilmişdir;

4. Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli əmrindən görünür ki, Cəmiyyətdə kimyaçıtexnoloq vəzifəsində işləyən İddiaçı ##.##.2024-##.##.2024-cü il tarixlərdə əsassız səbəbdən işdə olmamasna görə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir;

5. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətdə kimyaçıtexnoloq vəzifəsində işləyən İddiaçı ##.##.2025-##.##.2025-ci il tarixlərdə əsassız səbəbdən işdə olmamasna görə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir;

6. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmrindən görünür ki, ##.##.2025-ci il tarixli akta və əmrə, habelə ##.##.2025-ci il tarixli akta və əmrə əsaslanaraq, Cəmiyyətdə kimyaçıtexnoloq vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur;

7. ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunması barədə müraciət etmişdir;

8. ##.##.2025-ci il tarixli teleqramdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunması barədə müraciət etmişdir;

9. ##.##.2025-ci il tarixli hüquqi xidmətin göstərilməsi barədə müqavilədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə Cavabdeh MMC arasında xidməti müqavilə bağlanmışdır. Məhkəmə mübahisələri üzrə işlər sifarişçinin xeyrinə həll edildiyi təqdirdə icraçıya 3000 manat haqq ödənilir;

10. Cavabdeh MMC-nin arayışından görünür ki, Cəmiyyətin məhsulun istehsal və satışından düşdüyü zərər ##.##.2024-cü il tarixdə 6800 manat, ##.##.2024-cü il tarixdə 8500 manat, ##.##.2025-ci il tarixdə 11000 manat, ##.##.2025-ci il tarixdə 13000 manat təşkil etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunan günə kimi əmək haqqının ödənilməsi və illər üzrə natamam ödənilmiş əmək haqqının ödənilməmiş hissəsini təşkil edən 3700 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də ##.##.2023-cü il tarixindən əmək fəaliyyətinə başlamış və aylıq əmək haqqı 669,71 manat təşkil etmişdir. ”xxxx” MMCnin vəzifəli şəxsləri tərəfindən davamlı formada əmək hüquqları pozulmuş, əmək haqlarını vaxtında və tam olaraq ala bilməmiş, rəhbərlik müxtəlif bəhanələr gətirərək maaşları kəsrlə verərək xeyli miqdarda zərər vurmuşlar. Bu səbəbdən ##.##.2025-ci il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunması barədə MMC-yə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iş davamiyyətini davam etdirmişdir. ##.##.2025-ci il tarixdə ”xxxx” MMC-yə eyni məzmunlu teleqram vuraraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. Işinin haqqını istəməsi ”xxxx” MMC-nin vəzifəli şəxsləri tərəfindən qıcıqla qarşılanmışdır və bu səbəbdən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq ## ### 2025-ci il tarixindən onu işə buraxmamışlar. Eyni zamanda əmək müqaviləsinə də xitam verməmişlər. Qeyd olunan qanunsuzluqlar barədə o, əmək müfəttişliyinin qaynar xəttinə və DOST mərkəzinə yazılı ərizə yazaraq məlumat vermişdir. ”xxxx” MMC-nin vəzifəli şəxsləri ## ### 2025-ci il tarixində xitam əmri tərtib edərək Əmək Məcəlləsinin 69.03-cü bəndinə əsasən təsdiqedici sənədlər təqdim edilməsi və ##.##.2025-ci il tarixədək cəmi 7 gün işdə olmaması barədə yalan məlumatlar göstərilərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. Halbuki, işəgötürən qərəzli olaraq ##.##.2025-ci il tarixindən onu işə buraxmamışdır. Qeyd edilən halları təsdiq edən sənədlər və video görüntülər mövcuddur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

13. Cavabdeh MMC İddiaçı qarşı dəymiş zərərin əvəzinin tutulması barədə qarşılıqlı iddia qaldıraraq, dəymiş zərərə görə ümumilikdə 15000 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini, İddiaçı əməlində cinayətin əlamətləri aşkar edildiyindən, yəni bilərəkdən və qəsdlə zərər vurmaq niyyətini nümayiş etdirərək, istehsal edilmiş məhsulun keyfiyyətinin aşağı salınması, tərəfdaş təşkilatlar qarşısında nüfuza dəyə biləcək qarşısı alınmaz hərəkətlərin həyata keçirilməsi tam sübuta yetirildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək Müfəttişliyinə etdiyi şikayətlə bağlı, Müfəttişliyin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onun yol verdiyi bütün qanunsuzluqlar tam olaraq təsdiq edilmişdir. Onun əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr qanuni hesab edilmiş, qanunsuz olaraq işə gəlməməyi və işə gəlməməyinin səbəbləri barədə Cəmiyyətə heç bir sənəd təqdim etməməsi də tamamilə təsdiq olunmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, o, üzərinə düşən əmək funksiyaları üzrə “işçinin vəzifə təlimatında” təsvir edilmiş vəzifələrinin yerinə yetirilməsində daim pozuntulara yol vermiş və bununla bağlı müqavilənin III hissəsində göstərilən vəzifə funksiyalarını lazımınca icra etməmiş, bu səbəbdən də əmək kollektivinin apardığı araşdırmalarla, istehsal sahəsində yol verdiyi pozuntularla bağlı İddiaçı vurduğu zərərin miqdarı 12000 manat məbləğində müəyyən edilmişdir. Bu işin məhkəmədə qanunvericilik çərçivəsində həllinin təşkilinin həyata keçirilməsi məqsədi ilə hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 3000 manat məbləğində pul vəsaiti də nəzərə alınmaqla, bu məbləğlər İddiaçı Cəmiyyətin xeyrinə tutulmalıdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı işdən azad edilməsi barədə Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-dəki kimyaçıtexnoloq vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi, ilk iddianın qalan hissəsinin, habelə Cavabdeh MMC-nin İddiaçı qarşı dəymiş zərərin əvəzinin tutulması və s. barədə qarşılıqlı iddiasının təmin edilməməsi, İddiaçı ödənilməkdən azad edildiyi 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-nin özünə aid edilməsi qət edilmişdir (hakim Elçin Kazımov).

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ##.##.2023-cü il tarixli ** saylı müqaviləyə əsasən Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 669,71 manat təşkil etmişdir. Işçi vəzifə təlimatları ilə tanış olmuş və onları imzalamışdır. Işdəki mötəbər sənədlərdən görünür ki, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı ##.##.2024-##.##.2024-cü il və ##.##.2025-##.##.2025-ci il tarixlərdə əsassız səbəbdən işdə olmamış, bu barədə müvafiq aktlar tərtib edilmiş və Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli əmrləri ilə ona ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir. Əmrlə tanış olmaqdan İddiaçı imtina edilməsi barədə müvafiq aktlar iş materiallarında mövcuddur. Daha sonra İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə, ##.##.2025-ci il tarixdə isə teleqramla Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunması barədə müraciətlər etmişdir. Buna baxmayaraq, Cavabdeh MMC ##.##.2025-ci il tarixli əmrlə ##.##.2025-ci il tarixli akta və əmrə, habelə ##.##.2025-ci il tarixli akta və əmrə əsaslanaraq, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Başqa sözlə, İddiaçı göstərilən tarixlərdə işdə olmamasına görə işəgötürən tərəfindən həm töhmət almış, həm də son nəticədə işdən azad edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qüvvədə olan əmək qanunvericiliyinə görə isə bu qadağandır. Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi barədə ##.##.2025-ci il tarixli əmri ləğv edilməli və o, əvvəlki vəzifəsinə işə bərpa olunmalı, məcburi işburaxmağa görə əmək haqqı ona ödənilməlidir. Bununla belə, ilkin iddianın illər üzrə natamam ödənilmiş əmək haqqının ödənilməmiş hissəsini təşkil edən 3700 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması hissəsi əsassızdır və təmin edilə bilməz, çünki İddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.

17. Cavabdeh MMC ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025ci il tarixlərdə İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standartlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 12000 manat məbləğində zərər vurulduğunu iddia etsə də bu xüsusda işçinin təqsiri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ziyan barədə təqdim edilmiş aktdan görünür ki, göstərilən tarixlərdə istehsal olunmuş malların satışı ilə real dəyəri arasında uyğunsuzluq vardır. Lakin malların məhz İddiaçı təqsiri üzündən standartlara uyğun olmaması, bu səbəbdən də onların bazar dəyərindən aşağı satılması nəticəsində 12000 manat zərərin əmələ gəlməsi, İddiaçı işdə olmaması səbəbindən müəssisəsinin zərərə düşməsi arasında səbəbli əlaqənin olması iş materiallarından görünmür. Eyni zamanda bu hissədə iddia öz təsdiqini tapmadığından hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 3000 manatın İddiaçı Cəmiyyətin xeyrinə tutulması barədə tələb də təmin edilə bilməz. Buna görə də məhkəmə qarşılıqlı iddianın tamamilə rədd edilməsi nəticəsinə gəlir.

18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186,199.1, 199.2, 201.2, 201.3,202.12, 203.1,203.2, 205.2, 206.1, Mülki Məcəllənin 21.2, 21.3, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin təmin olunması və xxxx MMC-nin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, İddiaçı iddia tələbinin rədd olunması və xxxx MMC-nin iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın təmin olunması əsası kimi məhkəmə əmək qanunvericiliyinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən əmrin qəbul olunmasına əsas olmuş əməllərə görə artıq intizam tənbeh növü olan xəbərdarlıq edilərək töhmət verildiyindən eyni əsaslarla başqa intizam tədbirinin görülməsi yolverilməz olduğu qeyd olunmuşdur. Hər bir halda əmrdə əvvəlki tətbiq olunmuş intizam tədbirlərinə istinad olunsa da, əsas olaraq təbii ki, işçinin mart ayının sonundan may ayının 21-nə kimi işə çıxmaması olmuşdur ki, bununla da bağlı əmr qəbul olunana qədər heç bir intizam tədbiri görülməmişdir. Bu məsələyə məhkəmə iclasında aydınlıq gətirilmişdir. Belə ki, ##.##.2024-##.##.2024-cü il və ##.##.2025-##.##.2025-ci il tarixlərdə işdə olmamasına görə Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli əmrləri ilə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmiş, lakin İddiaçı ona töhmət verildikdən sonra belə işə çıxmamışdır. Cavabdeh MMC tərəfindən ## ### 2025-ci il tarixdə rəsmi qaydada teleqramla müraciət olunaraq, işə gələrək işlərin təhvil verilməsi xahiş olunmuşdur. Göründüyü kimi mübahisələndirilən əmrin qəbul olunmasına əsas İddiaçı mart ayının 18dən etibarən may ayının 21-nə kimi olan müddət ərzində işə çıxmaması olmuşdur. Məhkəmə iclasında bu hala qiymət verilsə də məhkəmənin bu əsasla ilkin iddia tələbini bu əsasla təmin etməsi qəbul olunmazdır. Qarşılıqlı iddianın rədd olunması əsası kimi məhkəmənin gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd edilir ki, məhkəmə iclasında İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, xaricdən dəvət olunmuş mütəxəssis cəmiyyətin fəaliyyəti ilə bağlı ona təlim keçmiş və bu sahə üzrə xüsusi biliklər əldə etmişdir. (Məhkəmənin ##.##.2025-ci il tarixli iclası) Cəmiyyətin bu istiqamətdə əlavə xərc çəkərək mütəxəssis cəlb etməsi, İddiaçı cəmiyyətin vəsaiti hesabına bu bilgiləri əldə etməsinə baxmayaraq iş gəlməməklə cəmiyyətə maddi zərər vurmuşdur. ”xxxx” MMC-nin direktoru Ilham Əhmədov tərəfindən təsdiq edilmiş və işə götürülən gün də kimyaçı texnoloq vəzifəsinə qəbul edilən İddiaçı Pavloviçə tanış olması üçün təqdim edilən *** nömrəli vəzifə təlimatına əsasən-İddiaçı əmək funksiyaları aşağdakılardan ibarət olmuşdur: Məhsulun spesifikasiyasına əsasən hazır məhsula nəzarət; Məhsulun keyfiyyətinin təhlil edilməsi; Xammalın məhsulun spesifikasiyasına əsasən istehsala verilməsinə əmin olmaq; Məhsulun spesifikasiyasına əsasən laboratoriyada olan avadanlıqları yoxlamaq; Bütün kimyəvi məhsulları hazırlamaq; Bütün nəticələri yoxlamaq və hər hansı bir riskin olacağı təqdirdə istehsal rəhbərini xəbərdar etmək; Məhsulun hazırlanmasna, yoxlanmasına və standartlara uyğun olmasına əmin olmaq; Keyfiyyətin düzgün saxlanılması üçün düzgün qərarlar vermək; Laboratoriyada tələb olunan bütün avadanlıq və reaktivlərin olmasını dəqiqləşdirmək və sair bu kimi məhsulun keyfiyyətli standartlara uyğun istehsalı üçün, istehsal avadanlıqlarının işlək vəziyyətə gətirilməsindən və istehsal prosesinə başlamazdan əvvəl bütün texnoloji işlərin və kimyəvi komponentlərinin hazırlanmasına cavabdehik bilavasitə İddiaçı üzərində olmuşdur. Məhz, bu səbəbdən də məhsulun keyfiyyətsiz və standartlara uyğun olmayan istehsalı baş verdikdə də Vəzifə Təlimatında göstərilən bütün əmək funksiyalarına düzgün əməl edilib-edilməməsinə nəzarətin rəhbərlik tərəfindən həyata keçirilməsi məqsədi ilə İddiaçı tərəfindən dolğun və ətraflı hesabat hazırlanmalı olduğu halda, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə, İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standartlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 39.300 manat məbləğində dəymiş zərərə görə, son anadək onun tərəfindən hesabatın hazırlanaraq cəmiyyətə təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən də İddiaçı ünvanlanan teleqramda da xüsusi olaraq qeyd edilmişdir ki: “...Işlərin təhvil verilməsi ilə bağlı Sizin tərəfinizdən tələb olunan sənədlər hələ də hazırlanıb müdiriyyətə təqdim olunmayıb. ##.##.2025-ci il tarixinə qədər cəmi 7 gün işdə olmusunuz. Müəssisə tərəfindən Sizinlə əlaqə saxlamaq mümkün olmur, zənglərə cavab vermirsiniz. Xahiş edirik ##.##.2025-ci il tarixinədək bütün sənədləri təhvil verin və Sizin əmək müqaviləsinə xitam verilsin...” Qarşılıqlı iddia üzrə tələbinin təmin edilməsi və dəymiş zərərə görə ümumilikdə 15.000 manat məbləğində pulun Şulqin Pavloviçdən Cəmiyyətin xeyrinə tutulması məsələsinə gəldikdə də, vəzifə təlimatında göstərilən əmək funksiyalarına düzgün əməl etmədiyindən, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə, İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standartlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 39.300 manat məbləğində zərər dəymiş və Şulqin tərəfindən istehsal proseslərinə görə ətraflı və dolğun hesabatın Cəmiyyətin rəhbərliyin təqdim edilməməsi səbəbindən, tərəfimizdən Şulqinə qarşı 39.300 manat məbləğində ümumilikdə dəymiş zərər miqdarında deyil, həmin gün istehsal prosesində iştirak etmiş digər şəxslərin, o cümlədən əmək müqaviləsi üzrə Elektrik mühəndis Sapryikin Olexandr, operator Məmmədov Ceyhun və mexanika mühəndisi Əkbərov Süleymanın da iştirakları nəzərə alınmaqla, İddiaçı üzərinə düşən zərərin miqdarı 12.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı işə gəlməməsi nəticəsində kobud şəkildə əmək funksiyasını pozmuşdur. ( Bu fakt işin mübahisəsiz halıdır) Vəzifə borcunu, xüsusilə də öhdəliklərini yerinə yetirməməklə istehsalın normal ahəngini pozmuşdur. Işə çıxmaması səbəbi ilə işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, cəmiyyət onun istehsal sahəsində xüsusi biliklərə yiyələnməsi üçün mütəxəssis cəlb edərək vəsait xərcləmişdir. Bundan başqa istehsal ahəngini pozmaqla da işəgötürənə maddi ziyan vurmuş, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi İddiaçı xəstələnməsini əsas gətirsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia edir ki, işə gəlməməsinin səbəbini səhhəti ilə əlaqələndirsə də bunu sübut edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı işə davamiyyətinə baxdıqda həmin şəxsin demək olar ki, işə çıxmadığı aydın görünür və bu işin mübahisəsiz halı olduğunu bütün tərəflər qəbul edir. Onun işə dəvət olunaraq istehsalla bağlı sənədlərin təhvil verilərək qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verilməsi təklifinə qarşılıq verməyəndə sonra işəgötürənin tərəfindən mübahisələndirilən əmr qəbul olunmuşdur ki, həmin əmrin ləğv olunmasına dair məhkəmənin gəldiyi nəticə əsassızdır.

21. İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, işin faktiki halların qeyd etməklə Sumqayıt Şəhər Məhkəməsinin e- *(***)-****/**** saylı,##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin İddiaçı Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin Cavabdeh MMC tərəfindən rəsmiləşdirilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Lalə Rəhimli).

23. Apellyasiya instansiyası məhkəməsi İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsinə dair ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilməsi ilə hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissələrlə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, ilk iddia üzrə cavabdeh Cavabdeh MMC ilk iddia üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi onun 2024-cü ilin mart ayının 18-dən may ayının 21-nə kimi işə gəlməməsini göstərsə də iş materiallarında olan Cavabdeh MMC ##.##.2025-ci il tarixli əmrindən görünür ki, Cavabdeh MMC ilk iddia üzrə iddiaçıya töhmət verilməsinə dair ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli əmrlərə istinad edərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir ki, bununla da Cavabdeh MMC yuxarıda istinad olunan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuşdur. Belə ki, əmrdə ilk iddia üzrə iddiaçının ## #### 2024-ci il tarixdən ## ### 2025-ci il tarixədək işə gəlməməsinə dair hər hansı əsas qeyd olunmamışdır, bununla da işəgötürən tərəfindən eyni pozuntuya görə təkrar intizam tənbehi verilmişdir. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

25. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən ilk iddia üzrə iddiaçının təqsirindən zərər vurulduğunu iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən buna dair yalnız anbardarın və direktorun imzası ilə təsdiqlənmiş arayış xarakterli sənəd əlavə edilmişdir ki, qeyd edilən sənədin zərərin vurulmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi yol verilməz olmuşdur.

26. Bununla yanaşı məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı İddiaçı Cavabdeh MMCyə kimyaçı-texnoloq vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi ilə bağlı iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Cavabdeh MMCyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasını xahiş etmiş, həmin xahişinin ##.##.2025-ci il tarixdə işəgötürənə teleqram ünvanlamaqla da təkrarlamış, həmçinin xəbərdarlıq müddəti bitənədək, yəni ##.##.2025-ci il tarixinədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini də geri götürməmişdir. Işəgötürən Cavabdeh MMC isə ##.##.2025-ci il tarixdə işçi İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verməli olduğu halda, əsassız və qanunsuz olaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 69.1, 69.4, 83, 186, 199, 202.1, 203.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş buraxma müddəti üçün işə bərpa olunan günə kimi əmək haqqı ödənilməklə onun Cavabdeh MMC-dəki kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslar pozulmaqla xitam verildiyi halda əmək mübahisəsini həll edən məhkəmə tərəfindən iddia ərizəsi və işin faktik halları araşdırılaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Mövcud vəziyyətdə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir, bu vəziyyətdə qeyd edilən maddi hüquq normasının tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir, lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən imperativ maddi hüquq norması pozulmaqla qətnamə qəbul edilmişdir və bu hüquq pozuntusu nəticəsində iddiaçının hüququ pozularaq məcburi iş buraxma müddəti üçün əmək haqqını almaq hüququndan məhrum edilmişdir.

30. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olaraq iddia tələblərindən kənara çıxaraq əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verildiyini müəyyən etmiş və bunun rəsmiləşdirilməsini cavabdehin üzərinə qoymuşdur. Bu məsələ iddia tələblərinə daxil olmadığından, apelyasiya məhkəməsinin belə hərəkəti qanunda nəzərdə tutulmuş müstəsna hallar olmadan iddia həddini aşması kimi qiymətləndirilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 68.2 (a). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir.

33. Maddə 69.1. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

34. Maddə 69.4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

35. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasını xahiş etmiş, həmin xahişinin ##.##.2025-ci il tarixdə işəgötürənə teleqram ünvanlamaqla da təkrarlamış, həmçinin xəbərdarlıq müddəti bitənədək, yəni ##.##.2025-ci il tarixinədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini də geri götürməmişdir. Işəgötürən Cavabdeh MMC isə ##.##.2025-ci il tarixdə işçi İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verməli olduğu halda, əsassız və qanunsuz olaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Ona görə də Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin Cavabdeh MMC tərəfindən rəsmiləşdirilməsi qət edilmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin çıxardığı qətnamə tərəflərin müəyyən edilmiş həqiqi münasibətlərinə uyğun olmuş və nəticə etibarilə hüquq qaydalarının düzgün tətbiqini təmin etmişdir. Bu baxımdan qətnamə Əmək Məcəlləsinin işin faktik hallarının araşdırılmasını xüsusi olaraq vurğulayan 300-cü maddəsinə və MPM-nin 218.3cü maddəsinə zidd çıxarılmış məhkəmə aktı hesab edilə bilməz.

47. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar