Məhkəmə qərarları › İş №2(3-8)-37/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-37/2026

26.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Maddi ziyanın ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-37/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh MMC və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxmaya görə pulun, habelə ödənilməmiş əmək haqqının tutulması- dəymiş zərərin əvəzinin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxma müddətində işə bərpa olunan günə kimi əmək haqqının ödənilməsi və illər üzrə natamam ödənilmiş əmək haqlarının qalıq hissələrinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixindən əmək fəaliyyətinə başlamış və aylıq əmək haqqı 669,71 manat təşkil etmişdir. ”Eastfoam” MMC-nin vəzifəli şəxsləri tərəfindən davamlı formada əmək hüquqları pozulmuş, əmək haqqılarını vaxtında və tam olaraq ala bilməmiş, rəhbərlik müxtəlif bəhanələr gətirərək maaşları kəsrlə verərək xeyli miqdarda zərər vurmuşlar. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunması barədə MMC-yə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iş davamiyyətini davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə ”Eastfoam” MMC-yə eyni məzmunlu teleqaram vuraraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. İşinin haqqını istəməsi ”Eastfoam” MMC-nin vəzifəli şəxsləri tərəfindən qıcıqla qarşılanmışdır və bu səbəbdən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 10 may 2025-ci il tarixindən onu işə buraxmamışlar. Eyni zamanda əmək müqaviləsinə də xitam verməmişlər. Qeyd olunan qanunsuzluqlar barədə o, əmək müfəttişliyinin qaynar xəttinə və DOST mərkəzinə yazılı ərizə yazaraq məlumat vermişdir. ”Eastfoam” MMC-nin vəzifəli şəxsləri 21 may 2025-ci il tarixində xitam əmri tərtib edərək Əmək Məcəlləsinin 69.03-cü bəndinə əsasən təqdiqedici sənədlər təqdim edilməsi və xx.xx.2025-ci il tarixədək cəmi 7 gün işdə olmaması barədə yalan məlumatlar göstərilərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. Halbuki, işəgötürən qərəzli olaraq xx.xx.2025-ci il tarixindən onu işə buraxmamışdır. Qeyd edilən halları təsdiq edən sənədlər və video görüntülər mövcuddur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunan günə kimi əmək haqqının ödənilməsi və illər üzrə natamam ödənilmiş əmək haqqının ödənilməmiş hissəsini təşkil edən 3700 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə gedişatında Cavabdeh MMC İddiaçı qarşı dəymiş zərərin əvəzinin tutulması barədə qarşılıqlı iddia qaldıraraq, dəymiş zərərə görə ümumilikdə 15000 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini, İddiaçı əməlində cinayətin əlamətləri aşkar edildiyindən, yəni bilərəkdən və qəsdlə zərər vurmaq niyyətini nümayiş etdirərək, istehsal edilmiş məhsulun keyfiyyətinin aşağı salınması, tərəfdaş təşkilatlar qarşısında nüfuza dəyə biləcək qarşısı alınmaz hərəkətlərin həyata keçirilməsi tam sübuta yetirildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək Müfəttişliyinə etdiyi şikayətlə bağlı, Müfəttişliyin əməkdaşları tərəfidən aparılmış araşdırma nəticəsində onun yol verdiyi bütün qanunsuzluqlar tam olaraq təsdiq edilmişdir. Onun əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr qanuni hesab edilmiş, qanunsuz olaraq işə gəlməməyi və işə gəlməməyinin səbəbələri barədə Cəmiyyətə heç bir sənəd təqdim etməməsi də tamamilə təsdiq olunmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, o, üzərinə düşən əmək funksiyaları üzrə “işçinin vəzifə təlimatında” təsvir edilmiş vəzifələrinin yerinə yetirilməsində daim pozuntulara yol vermiş və bununla bağlı müqavilənin İİİ hissəsində göstərilən vəzifə funksiyalarını lazımınca icra etməmiş, bu səbəbdən də əmək kollektivinin apardığı araşdırmalarla, istehsal sahəsində yol verdiyi pozuntularla bağlı İddiaçı vurduğu zərərin miqdarı 12000 manat məbləğində müəyyən edilmişdir. Bu işin məhkəmədə qanunvericilik çərçivəsində həllinin təşkilinin həyata keçirilməsi məqsədi ilə hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 3000 manat məbləğində pul vəsaiti də nəzərə alınmaqla, bu məbləğlər İddiaçı Cəmiyyətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) ilk iddia qismən təmin edilmiş, İddiaçı işdən azad edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-dəki kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi, ilk iddianın qalan hissəsinin, habelə Cavabdeh MMC-nin İddiaçı qarşı dəymiş zərərin əvəzinin tutulması və s. barədə qarşılıqlı iddiasının təmin edilməməsi, İddiaçı ödənilməkdən azad edildiyi 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-nin özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əsasən Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 669,71 manat təşkil etmişdir. İşçi vəzifə təlimatları ilə tanış olmuş və onları imzalamışdır. İşdəki mötəbər sənədlərdən görünür ki, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə əsassız səbəbdən işdə olmamış, bu barədə müvafiq aktlar tərtib edilmiş və Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrləri ilə ona ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir. Əmrlə tanış olmaqdan İddiaçı imtina edilməsi barədə müvafiq aktlar iş materiallarında mövcuddur. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə, xx.xx.2025-ci il tarixdə isə teleqramla Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunması barədə müraciətlər etmişdir. Buna baxmayaraq, Cavabdeh MMC xx.xx.2025-ci il tarixli əmrlə xx.xx.2025-ci il tarixli akta və əmrə, habelə xx.xx.2025-ci il tarixli akta və əmrə əsaslanaraq, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Başqa sözlə, İddiaçı göstərilən tarixlərdə işdə olmamasına görə işəgötürən tərəfindən həm töhmət almış, həm də son nəticədə işdən azad edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qüvvədə olan əmək qanunvericiliyinə görə isə bu qadağandır. Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli və o, əvvəlki vəzifəsinə işə bərpa olunmalı, məcburi işburaxmağa görə əmək haqqı ona ödənilməlidir. Bununla belə, ilkin iddianın illər üzrə natamam ödənilmiş əmək haqqının ödənilməmiş hissəsini təşkil edən 3700 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması hissəsi əsassızdır və təmin edilə bilməz, çünki İddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standratlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 12000 manat məbləğində zərər vurulduğunu iddia etsə də bu xüsusda işçinin təqsiri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ziyan barədə təqdim edilmiş aktdan görünür ki, göstərilən tarixlərdə istehsal olunmuş malların satışı ilə real dəyəri arasında uyğunsuzluq vardır. Lakin malların məhz İddiaçı təqsiri üzündən standartlara uyğun olmaması, bu səbəbdən də onların bazar dəyərindən aşağı satılması nəticəsində 12000 manat zərərin əmələ gəlməsi, İddiaçı işdə olmaması səbəbindən müəssisəsinin zərərə düşməsi arasında səbəbli əlaqənin olması iş materiallarından görünmür. Eyni zamanda bu hissədə iddia öz təsdiqini tapmadığından hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 3000 manatın İddiaçı Cəmiyyətin xeyrinə tutulması barədə tələb də təmin edilə bilməz. Buna görə də məhkəmə qarşılıqlı iddianın tamamilə rədd edilməsi nəticəsinə gəlir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186,199.1, 199.2, 201.2, 201.3,202.12, 203.1,203.2, 205.2, 206.1, Mülki Məcəllənin 21.2, 21.3, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4694/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin təmin olunması və Eastfoam MMC-nin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, İddiaçı iddia tələbinin rədd olunması və Eastfoam MMC-nin iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın təmin olunması əsası kimi məhkəmə əmək qanunvericiliyinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən əmrin qəbul olunması əsas olmuş əməllərə görə artıq intizam tənbeh növü olan xəbərdarlıq edilərək töhmət verildiyindən eyni əsaslarla başqa intizam tədbirinin görülməsi yolverilməz olduğu qeyd olunmuşdur. Hər bir halda əmrdə əvvəlki tətbiq olunmuş intizam tədbirlərinə istinad olunsa da, əsas olaraq təbii ki, işçinin mart ayının sonundan may ayının 21-nə kimi işə çıxmaması olmuşdur ki, bununlada bağlı əmr qəbul olunana qədər heç bir intizam tədbiri görülməmişdir. Bu məsələyə məhkəmə iclasında aydınlıq gətirilmişdir. Belə ki, xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə işdə olmamasına görə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2025ci il tarixli əmrləri ilə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmiş, lakin İddiaçı ona töhmət verildikdən sonra belə işə çıxmamışdır. Cavabdeh MMC tərəfindən 16 may 2025-ci il tarixdə rəsmi qaydada teleqramla müraciət olunaraq, işə gələrək işlərin təhvil verilməsi xahiş olunmuşdur. Göründüyü kimi mübahisələndirilən əmrin qəbul olunmasına əsas İddiaçı mart ayının 18-dən etibarən may ayının 21-nə kimi olan müddət ərzində işə çıxmaması olmuşdur. Məhkəmə iclasında bu hala qiymət verilsə də məhkəmənin bu əsasla ilkin iddia tələbini bu əsasla təmin etməsi qəbul olunmazdır. Qarşılıqlı iddianın rədd olunması əsası kimi məhkəmənin gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd edilir ki, məhkəmə iclasında İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, xaricdən dəvət olunmuş mütəxəssis cəmiyyətin fəaliyyəti ilə bağlı ona təlim keçmiş və bu sahə üzrə xüsusi biliklər əldə etmişdir. (Məhkəmənin xx.xx.2025–ci il tarixli iclası) Cəmiyyətin bu istiqamətdə əlavə xərc çəkərək mütəxəssis cəlb etməsi, İddiaçı cəmiyyətin vəsaiti hesabına bu bilgiləri əldə etməsinə baxmayaraq iş gəlməməklə cəmiyyətə maddi zərər vurmuşdur. ”Eastfoam” MMC-nin direktoru İlham Əhmədov tərəfindən təsdiq edilmiş və işə götürülən gün də kimyaçı texnoloq vəzifəsinə qəbul edilən İddiaçı Pavloviçə tanış olması üçün təqdim edilən 007 nömrəli vəzifə təlimatına əsasən-İddiaçı əmək funksiyaları aşağdakılardan ibarət olmuşdur: Məhsulun spesifikasoyasına əsasən hazır məhsula nəzarət; Məhsulun keyfiyyətinin təhlil edilməsi; Xammalın məhsulun spesifikasiyasına əsasən istehsala verilməsinə əmin olmaq; Məhsulun spesifikasiyasına əsasən laboratoriyada olan avadanlıqları yoxlamaq; Bütün kimyəvi məhsulları hazrlamaq; Bütün nəticələri yoxlamaq və hər hansı bir riskin olacağı təqdirdə istehsal rəhbərini xəbərdar etmək; Məhsulun hazırlanmasna, yoxlanmasına və standartlara uyğun olmasına əmin olmaq; Keyfiyyətin düzgün saxlanılması üçün düzgün qərarlar vermək; Laboratoriyada tələb olunan bütün avadanlıq və reaktivlərin olmasını dəqiqləşdirmək və sair bu kimi məhsulun keyfiyətli standartlara uyğun istehsalı üçün, istehsal avadanlıqlarının işlək vəziyətə gətirilməsindən və istehal prosesinə başlamazdan əvvəl bütün texnoloji işlərin və kimyəvi komonentlərinin hazırlanmasına cavabdehik bilavasitə İddiaçı üzərində olmuşdur. Məhz, bu səbəbdən də məhsulun keyfiyyətsiz və standartlara uyğun olmayan isyehsalı baş verdikdə də Vəzifə Təlimatında göstərilən bütün əmək funksiyalarına düzgün əməl edilib-edilməməsinə nəarəətin rəhbərlik trəfindən həyata keçirilməsi məqsədi ilə İddiaçı Pavliviç tərəfindən dolğun və ətraflı hesabat hazırlanmalı olduğu halda, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə, İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standartlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 39.300 manat məbləğində dəymiş zərərə görə, son anadək onun tərəfindən hesabatın hazırlanaraq cəmiyyətə təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən də İddiaçı ünvanlanan teleqramda da xüsusi olaraq qeyd edilmişdir ki: “...İşlərin təhvil verilməsi ilə bağlı Sizin tərəfinizdən tələb olunan sənədlər hələ də hazırlanıb müdriyyətə təqdim olunmayıb. xx.xx.2025-ci il tarixinə qədər cəmi 7 gün işdə olmusunuz. Müəssisə tərəfindən Sizinlə əlaqə saxlamaq mümkün olmur, zənglərə cavab vermirsiniz. Xahiş edirik xx.xx.2025-ci il tarixindək bütün sənədləri təhvil verin və Sizin əmək müqaviləsinə xitam verilsin...” Qaşılıqlı idda üzrə tələbinin təmin edilməsi və dəymiş zərərə görə ümumilikdə-15.000 manat məbləğində pulun X4 Cəmiyyətin xeyrinə tutulması məsələsinə gəldikdə də, vəzifə təlimatında göstərilən əmək funksiyalarına düzgün əməl etmədiyindən, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə, İddiaçı səhlənkarlığı nəticəsində, keyfiyyətsiz və standratlara uyğun olmayan məhsulun istehsalına görə Cəmiyyətə ümumilikdə 39.300 manat məbləğində zərər dəymiş və Şulqin tərəfindən istehsal proseslərinə görə ətraflı və dolğun hesabatın Cəmiyyətin rəhbərliyin təqdim edilməməsi səbəbindən, tərəfimizdən Şulqinə qarşı 39.300 manat məbləğində ümumilikdə dəymiş zərər miqdarında deyil, həmin gün istehsal prosesində iştiirak etmiş digər şəxslərin, o cümlədən əmək müqaviləsi üzrə Elektrik mühəndis Sapryikin Olexandr, operator Məmmədov Ceyhun və mexanika mühəndisi Əkbərov Süleymanın da iştirkları nəzərə alınmaqla, İddiaçı üzərinə düşən zərərin miqdarı 12.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı işə gəlməməsi nəticəsində kobud şəkildə əməkfunksiyasını pozmuşdur. ( Bu fakt işin mübahisəsiz halıdır) Vəzifə borcunu, xüsusilə də öhtəliklərini yerinə yetirməməklə istehsalın normal ahəngini pozmuşdur. İşə çıxmaması səbəbi ilə işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, cəmiyyət onun istehsal sahəsində xüsusi biliklərə yiyələnməsi üçün mütəxəssis cəlb edərək vəsait xərcləmişdir. Bundan başqa istehsal ahəngini pozmaqlada işəgötürənə maddi ziyan vurmuş, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi – İddiaçı xəstələnməsini əsas gətirsdə bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia edir ki, işə gələməsinin səbəbini səhhəti ilə əlaqələndirsə də bunu sübut edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı işə davamiyyətinə baxdıqda həmin şəxsin demək olar ki, işə çıxmadığı aydın görünür və bu işin mübahisəsiz halı olduğunu bütün tərəflər qəbul edir. Onun işə dəvət olunaraq istehsalla bağlı sənədlərin təhvil verilərək qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verilməsi təklifinə qarşılıq verməyəndə sonra işəgötürənin tərəfindən mübahisələndirilən əmr qəbul olunmuşdur ki, həmin əmrin ləğv olunmasına dair məhkəmənin gəldiyi nəticə əassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4694/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Eastfoam″ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinin aşağıda göstərilən hallara görə hüquqi əsası yoxdur və şikayət təmin edilməməlidir. İddiaçı X9 ilə cavabdeh” Eastfoam″ MMC arasında bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi haqqında EFX-05/25 saylı, 21 may 2025-ci il tarixli əmrdən müəyyən olunur ki, iddiaçı X6 bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinin əsası kimi işçinin iş vaxtında iş yerində olmaması haqqında 28 oktyabr 2024-cü il tarixli, 01/24 saylı, 18 mart 2025-ci il tarixli 01/25 saylı aktlar və xx.xx.2024-cü il tarixli, EFD-05/24 saylı, xx.xx.2025-ci il tarixli, EFD-01/25 saylı əmrlər əsas götürülmüşdür. 28 oktyabr 2024-cü il tarixli, 01/24 saylı aktdan müəyyən olunur ki, həmin akt X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək üzürsüz səbəbdən işdə olmaması barədə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, EFD-05/24 saylı əmrdən müəyyən olunur ki, X9 barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsassız səbəbdən işdə olmamasına görə ciddi xəbərdarlıq edilməklə töhmət verilməsi barədə intizam tənbehi tətbiq edilmişdir. 18 mart 2025-ci il tarixli 01/25 saylı aktdan müəyyən olunur ki, həmin akt X7 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üzürsüz səbəbdən işdə olmaması barədə tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, EFD- 01/25 saylı əmrən müəyyən olunur ki, X9 barəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsasslz səbəbdən işdə olmamasına görə ciddi xəbərdarlıq edilməklə töhmət verilməsi barədə intizam tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci baəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b)sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının1/4 məbləğindən çox olmamaqla cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək Əmək Məcəlləsindən göründüyü kimi, işəgötürən tərəfindən işçiyə xəbərdarlıq edilməklə töhmət verilməsi və əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbehi növləridir və qanunvericiliyin tələbinə görə işçi intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona qanunvericiliklə müəyyən edilmiş intizam tənbehi növlərindən biri verilə bilər və bir intizam pozuntusuna görə qanunvericiliklə müəyyən edilmiş intizam tənbehlərinin bir neçə növünün işçi barəsində tətbiq edilməsi qadağandır. Mövcud vəziyyətdə işəgötürən olan cavabdeh tərəfindən işçisi olan iddiaçı X9 barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək üzürsüz səbəbdən işdə olmamasına görə ciddi xəbərdarlıq edilməklə töhmət verilməsi barədə intizam tənbehi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üzürsüz səbəbdən işdə olmamasına görə ciddi xəbərdarlıq edilməklə töhmət verilməsi barədə intizam tənbehi tətbiq edilmişdir. Bundan sonra intizam tənbehi verilmiş həmin intizam pozuntularına görə işəgötürən tərəfindən EFX-05/25 saylı, 21 may 2025-ci il tarixli əmrlə işçi X9 bərəsində onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə təkrar və başqa növ olan intizam tənbehi tətbiq edilmişdir. Bununla da X9 bərəsində iki dəfə və fərqli intizam tənbehi növləri tətbiq edildiyi üçün EFX-05/25 saylı, 21 may 2025-ci il tarixli əmrlə qanunsuzdur və ləğv edilməlidir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi,i şçi tərəfindən əmək və icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Mövcud vəziyyətdə işdə olan sənədlərlə X9 barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək üzürsüz səbəbdən işdə olmaması barədə 28 oktyabr 2024-cü il tarixli akt tərtib edildiyi və intizam tənbehinin tətbiqi barədə əmr verildiyi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üzürsüz səbəbdən işdə olmaması barədə 18 mart 2025-ci il tarixli akt tərtib edildiyi və intizam tənbehinin tətbiqi barədə əmr verildiyi nəzərə alınaraq həmin tarixlərdən intizam pozunutusunun aşkarlandığını hesab etdikdə 28 oktyabr 2024-cü ildən 06 ay 23 gün sonra, 18 mart 2025ci ildən 01 ay 27 gün sonra EFX-05/25 saylı, 21 may 2025-ci il tarixli əmrlə X6 bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə intizam tənbehi tətbiq edilmişdir. Bununla da həmin intizam tənbehi qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla tətbiq edilmişdir. Beləliklə, iddiaçı X9 ilə cavabdeh” Eastfoam″ MMC arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə EFX-05/25 saylı, 21 may 2025-ci il tarixli əmr qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir,ləğv edilməlidir və apellyasiya şikayətinin təmin edilməsinin hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4694/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Eastfoam″ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında əsasən İddiaçı nümayəndə və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.2025-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edərək bir ayın sonunda işdən azad olunmasını xahiş edib. İşəgötürən bir ayın sonunda Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Əmrin əsası kimi xx.xx.2024cü il tarixli akta istinad olunub. Aktdan görünür ki, müəyyən tarixlərdə iddiaçının üzrsüz səbəbdən işdə olmaması əsası ilə ona intizam tənbehi tətbiq edilərək töhmət verilmişdir. Bundan sonra digər tarixdə eyni əmələ görə ikinci dəfə intizam tənbehi tətbiq olunmuş, həmin əmrə əsasən işçi ilə olan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Bir əmələ görə yalnız bir dəfə intizam tənbehi tətbiq oluna bilər. Eyni zamanda, işçiyə intizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş müddətlər pozulmaqla tətbiq edilmişdir. Ona görə də əmr qanunsuzdur. Təmsil etdiyi şəxs işdən ayrılmaq istədiyini bildirəndə işəgötürən ona yeni işə götürələcək işçini öyrətdikdən sonra işdən çıxa biləcəyini bildirmiş, iddiaçı bunu qəbul etmədikdə ona qarşı qərəzli mövqe tutmuşdur. İddiaçı heç zaman işdən üzrsüz olaraq qalmamış, aktlar və əmrlər sonradan qərəzli şəkildə tərtib olunmuşdur. Aktlarda işçinin üzrsüz olaraq işdən qalmasının təsdiq olunduğu yazılsa da, məhkəməyə təqdim etdiyi yazışmalardan da görünür ki, iddiaçının həqiqətən də səhhətində problem olmuş, bu barədə şirkətin baş mühəndisinə yazmış, o isə problem olmadığını, işə gəlməməsini bildirmişdir. X8 maddi zərərin vurulması barədə akta qol çəkmişdir, həmin şəxsin adı cavabdeh şirkətin apellyasiya şikayətində də çəkilir. İşəgötürən işçini işə götürəndə əmək haqqının artacağını bildirsə də sözünə əməl etməmişdir.

13. Məhkəmə kollegiyasının iclasında əsasən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, vəkilinin izahatı ilə razıdır, əlavə olaraq bildirir ki, barəsində intizam tənbehi tətbiq olunmamış, ondan heç bir izahat alınmadan sonradan barəsində aktlar tərtib olunmuşdur. Töhmətlər verildiyindən xəbəri olmayıb, həmin töhmətlər barədə ilk dəfə məhkəmədə məlumatı olub. İş materiallarında əmrlərin ünvanına göndərilməsi ilə bağlı hər hansı sübut yoxdur. Cavabdeh şirkət ona qarşı açıq şəkildə qərəzli mövqe sərgiləmiş, əmək haqqını ödəməmişdir. Bir müddət işə çıxmamağım səhhəti ilə əlaqədar olub, işəgötürən buna etiraz etməyib, çünki çox vaxt kimyəvi xammal olmurdu, onun işdə olmağına çox ehtiyac olmurdu. Şirkətdə ondan başqa texnoloq olmayıb, ümumiyyətlə xammalın olmadığında görə işçiyə ehtiyac olmurdu, əmək haqqı verilmirdi. Şirkətə ərizə ilə müraciət edərək, işdən azad olunmağını xahiş etsə də ərizəyə münasibət bildirilməyib, daha sonra bir daha işdən çıxarılmağına imkan yaradılmasını xahiş etmiş, teleqram göndərmişdir. Əmək haqqının artacağına dair vədlərinə əməl etməmiş, hətta əmək haqqını tam ödəməmişlər, ona görə də işdən çıxmaq qərarına gələrək ərizə yazmışdır.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. xx.xx.2023-cü il tarixli 11 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də kimyaşı-texnoloq vəzifəsinə qəbul edilmişdir. Aylıq əmək haqqı 669,71 manat təşkil edir. İşçi vəzifə təlimatları ilə tanış olmuş və onları imzalamışdır.

16. Cavabdeh MMC-nin elektronika mühəndisi Vitali Çornyinin xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli xidməti məktublarından görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2025-xx.xx.2025-ci illər aralığında işdə olmamış, bu barədə heç bir xəbərdarlıq etməmişdir. Məktuba eyni tarixli aktlar əlavə edilmişdir.

17. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə əsassız səbəbdən işdə olmamasna görə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir.

18. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə əsassız səbəbdən işdə olmamasna görə ciddi xəbərdarlıq edilməklə töhmət elan edilmişdir.

19. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, xx.xx.2025-ci il tarixli akta və əmrə, habelə xx.xx.2025-ci il tarixli akta və əmrə əsaslanaraq, Cəmiyyətdə kimyaçı-texnoloq vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur.

20. xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunması barədə müraciət etmişdir.

21. xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunması barədə müraciət etmişdir.

22. xx.xx.2025-ci il tarixli hüquqi xidmətin göstərilməsi barədə müqavilədən görünür ki, X1 ilə Cavabdeh MMC arasında xidməti müqavilə bağlanmışdır. Məhkəmə mübahisələri üzrə işlər sifarişçinin xeyrinə həll edildiyi təqdirdə icraçıya 3000 manat haqq ödənilir.

23. Cavabdeh MMC-nin arayışından görünür ki, Cəmiyyətin məhsulun istehsal və satışından düşdüyü zərər xx.xx.2024-cü il tarixdə 6800 manat, xx.xx.2024-cü il tarixdə 8500 manat, xx.xx.2025-ci il tarixdə 11000 manat, xx.xx.2025-ci il tarixdə 13000 manat təşkil etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 199. İşçinin tam maddi məsuliyyəti

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallar

2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

27. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın qismən təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28 Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsinə dair ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilməsi ilə hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəricə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissələrlə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, ilk iddia üzrə Cavabdeh MMC ilk iddia üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi onun 2024-cü ilin mart ayının 18-dən may ayının 21-nə kimi işə gəlməməsini göstərsə də iş materiallarında olan Cavabdeh MMC xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Cavabdeh MMC ilk iddia üzrə iddiaçıya töhmət verilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərə istinad edərək, onunla bağlanmış əmək müqaviəsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir ki, bununla da Cavabdeh MMC yuxarıda istinad olunan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuşdur. Belə ki, əmrdə ilk iddia üzrə iddiaçının 18 mart 2024-ci il tarixdən 21 may 2025-ci il tarixədək işə gəlməməsinə dair hər hansı əsas qeyd olunmamış dır k, bununla da işəgötürən tərəfindən eyni pozuntuya görə təkrar intizam tənbehi verimişdir. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

31. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən ilk iddia üzrə iddiaçının təqsirindən zərər vurulduğunu iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən buna dair yalnız anbardarın və direktorun imzası ilə təsdiqlənmiş arayış xarakterli sənəd əlavə edilmişdir ki, qeyd edilən sənədin zərərin vurulmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi yol verilməz olmuşdur.

32. Bununla yanaşı məhkəmə kollegiyası ilk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə kimyaçı-texnoloq vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi ilə bağlı iddianın təmin edilməsinə dair birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunmasını xahiş etmiş, həmin xahişinin xx.xx.2025-ci il tarixdə işəgötürənə teleqram ünvanlmaqla da təkrarlamış, həmçinin xəbərdarlıq müddəti bitənədək, yəni xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini də geri götürməmişdir. İşəgötürən Cavabdeh MMC isə xx.xx.2025-ci il tarixdə işçi İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verməli olduğu halda, əsassız və qanunsuz olaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.

33. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməli, qeyrimüəyyənliyin yaranmaması üçün Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsi Cavabdeh MMC tərəfindən rəsmiləşdirilməsi qət olunmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı işəgötürənin hərəkətləri nəticəsində zərərə məruz qaldığını iddia etdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik hesab olunur.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4694/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh MMC-də kimyaçı-texnoloq vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsi Cavabdeh MMC tərəfindən rəsmiləşdirilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar