Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1513/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): uşaq tələbi (uşağın atanın yanında qalması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı ilə cavabdeh Cavabdeh ## ###### 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 adlı üç övladı vardır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında ## ###### 2013-cü il tarixdə bağlanmış nikahın nikahın pozulması, birgə nikahdan doğulmuş # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 cavabdehdən alınaraq ona verilməsi və uşaqların onun yanında və himayəsində saxlanılmaları, eləcə də uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, birgə yaşadıqları müddət ərzində cavabdeh dəfələrlə onu döyüb evdən qovmasına baxmayaraq o, övladlarına görə dözmüşdür. Cavabdeh sonuncu dəfə yenə onu əxlaqsız söyüşlərlə söyüb təhqir etmiş və övladlarını əlindən alaraq evdən qovmuşdur. O, cavabdehə nə qədər yalvarsa da, sonuncu, uşaqları ona verməmiş, əksinə uşlaqlarda ona qarşı nifrət yaratmışdır ki, uşaqlar onunla görüşməsin. Cavabdeh Ucar rayon Icra Hakimiyyətinin Bərgüşad kənd icra nümayəndəliyinin sədridir. Cavabdehlə ər-arvad kimi yaşamaları mümkün deyildir.
4. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, o, iddiaçını döyməmiş, onu nalayiq ifadələrlə təhqir etməmişdir. Bir müddət olar ki, iddiaçı ilə ayrı yaşayırlar. Hazırda uşaqların hər üçü onun yanındadır. Nikahın pozulmasına razı olsa da, iddiaçının uşaqların onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün ondan iddiaçının xeyrinə aliment tutulması barədə iddia tələbini qəbul etmir. Uşaqlar özləri də onun yanında qalmaq istəyirlər. O, bununla bağlı uşaqlara heç bir psixoloji təsir etməmiş, uşaqlar özləri azad surətdə onunla qalmağı seçmişlər. Gələcəkdə də uşaqların hər üçünün onun yanında qalmasını istəyir və bundan əlava o, uşaqların saxlanılması üçün iddiaçıdan aliment tələb edir. Belə ki, Ailə Məcəlləsinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, göstərilənləri nəzərə alaraq, iddia tələbinin qismən, yəni nikahın pozulması hissəsinin təmin edilməsinə etiraz etmir, lakin birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmalarının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Ucar rayon Bərgüşad kənd A.Mustafayev adına * saylı tam orta ümumtəhsil məktəbinin “Azərbaycan dili və Ədəbiyyat” müəllimi işləyən Mütəxəssis iştirakı ilə dinlənilmiş yetkinlik yaşına çatmayan X1, X1 və X4, anasının onlara baxmadığını, hazırda onlara nənəsinin (cavabdehin anası) baxdığını, bu səbəbdən anası ilə deyil, atası ilə qalmaq istədiklərini bildirmişlər.
6. Ucar Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının ## ###### 2024-cü il tarixli rəyinə əsasən uşaqların mənafeləri nəzərə alaraq, # ####### 2013-cü il təvəllüdlü X1 və ## ###### 2014-cü il təvəllüdlü X2 anaları İddiaçı ilə daimi ünsiyyət hüquqları saxlanılmaqla ataları Cavabdeh yanında qalmaları, ## ###### 2016-cı il təvəllüdlü X4 isə valideynlərinin hansının yanında qalmasının məhkəmənin mülahizəsinə əsasən həll edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
7. Ucar Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə uşaqların diqqətəlayiq mənafeyi əhəmiyyət kəsb etdiyindən tərəflərin birgə nikahından olan 3 azyaşılının kimin yanında qalmasını seçərkən sərbəst olub-olmaması, bu seçimin onların iradəsinə uyğunluğu, sonuncuların valideynləri ilə münasibətlərinin hansı vəziyyətdə olmasının və onların emosional cəhətdən hansı valideyninə daha çox bağlı olmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmuşdur.
8. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hər üç uşağın hazırda psixikasında və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamaqlarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətlərinin müəyyən olunmur. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdəki gərginlik uşaqlar - X1, X2 və X4 emosionaliradi sferalarına sirayət etməklə, anaları İddiaçı olan münasibətlərinə neqativ təsir göstərmişdir. X3, X2 və X4 hal-hazırda ataları Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmur. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması və uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir.
9. Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 ataları - cavabdeh Cavabdeh alınaraq analarına - iddiaçı İddiaçı verilməsi, tərəflərin birgə nikahından doğulmuş uşaqların analarına verildiyi tarixdən başlayaraq, # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli olmaqla, ümumilikdə 1,2 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 manat məhkəmə xərcinin iddiaçı İddiaçı aid edilməsi, aparılmış məhkəmə-psixoloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 120 manatın cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin qənaətinə görə ailə qanunvericiliyinin normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması (yaşayış yerinin müəyyən edilməsi) ilə bağlı mübahisə həll edilərkən uşaqların üstün mənafeyi rəhbər tutulmaqla yanaşı uşaqların yaşı, onların fikri, uşaqların valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaqlar arasında yaranmış münasibətlər, uşaqların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır.
11. Məhkəmə hesab etmişdir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır.
12. Məhkəmə iddianın birgə nikahdan doğulmuş uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Qəyyumluq və Himayə Orqanının və ekspertin rəyləri və birgə nikahdan doğulmuş uşaqların dindirilməsi zamanı aşkar edilmiş hallar və əldə edilmiş məlumatlar mülki prosessual qanunvericiliyin tələbi daxilində digər sübutlarla eyni çəkidə və ölçüdə çıxış etdiyindən və məhkəmə üçün məcburi xarakter daşımadığından (Azərbaycan Respublikası MPM-nin 101.7-cı maddəsi) digər sübutlarla yanaşı qiymətləndirlir.
13. Məhkəmə işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri baxımından təhlil edərək hesab etmişdir ki, Ucar rayon Icra Hakimiyətinin Qəyyumluq və Himayə Orqanının ## ###### 2024-cü il tarixli rəyi verilərkən yetkinlik yaşına çatmayan uşaqların bir ildən artıq müddət ərzində atanın yanında yaşamalarını, ana ilə olan bağlarının zəifləmələrini, anaya olan məhəbbətin azalması nəzərə alınmamış və yalnız formal xarakterli rəy verilmişdir. Ona görə də, məhkəmə həmin rəyə tənqidi yanaşaraq hesab etmişdir ki, rəy birtərəfli xarakter daşımaqla yetkinlik yaşına çatmayan uşaqların ata qorxusundan kənar vəziyyətə uyğun tərtib edilməmişdir.
14. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yaşlarına uyğun valideynlərdən kimin yanında qalmağı seçməkdə müstəqil qərar vermək hüquqlarının (10 yaşı ötmüş uşaqlara münasibətdə) olmalarına baxmayaraq, onların himayəsində yaşadığı valideynin təsiri altında olmalarını istisna etmir.
15. Məhkəmə ## ###### 2025-ci il tarixli ekspert rəyinin təsviri əsaslandırıcı hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, tərəflərin birgə nikahından doğulmuş uşaqlar hər biri ayrı-ayrılıqda psixoloji ekspertiza müayinəsindən keçirilmiş və uşaqlarla yuxarıda qeyd edilən söhbətlər əsasında müvafiq rəy verilmişdir. Hər üç uşağın “anam mənə heç nə etməyib” ifadələrini uşaqların anadan atanın təsir və təzyiqi ilə uzaqlaşması kimi qiymətləndirilməlidir. Belə ki, ##.##.2013-cü il təvəllüdlü X1 Qobuda yerləşən evin məhz kim tərəfindən tikilməsi (halbuki yaş səviyyəsinə görə bu detalları incələmək və aydın bilmək imkanına malik olması şübhə doğursa da) və kimə verilməsi barədə dediklərindən belə qənaətə gəlmək olar ki, sonuncu atanın və ata ilə birgə yaşayan şəxslərin ehtimal edilən diktələrindən kənarda deyildir. Bundan başqa, həmin uşağın qeyd edilən əlavə fikirlərindən görünür ki, ana uşaqları ilə görüşə cəhd etsə də, hətta bununla bağlı təhlükəsizlik tədbirləri məqsədilə polis əməkdaşları ilə həmin yerə getsə də, atanın məcburi müdaxiləsi ilə uşaqlar ana ilə ünsiyyətdən məhrum olmuşlar.
16. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların dinlənilməsi zamanı müəyyən etmişdir ki, valideynlərdən hansının yanında qalması sualı verilərkən hər üç uşaq atalarını seçsələr də, işlətdikləri “atam deyirdi ki, anam bizə ölü toyuq yedizdirib” ifadəsi, eləcə də, uşaqların müəmmalı və ürkək baxışları həmin uşaqların ananı seçməmələrinə münasibətdə ata diktəsinə məruz qalmalarını bir daha təsdiq etdi.
17. Məhkəmə həm qəyyumluğun, həm də ekspertin rəylərinə tənqidi yanaşaraq tərəflərin birgə nikahından doğulmuş uşaqların atanın və nənənin (iddiaçının anasının) himayəsində olması həm nənənin kifayət qədər yaşa malik olması, sonuncunun yaşa uyğun xəstəliklərlə müşaiyət olunan davranışları sözügedən uşaqların həyatı və sağlamlığı üçün də real təhlükə törədə bilər.
18. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, # ####### 2013-cü il təvəllüdlü Əlinin, ## ###### 2014-cü il təvəllüdlü Əkbərin və ## ###### 2016-cı il təvəllüdlü Xədicənin mənafeyi, uşaqların bir-birilərinə bağlılıqları, eləcə də yaşları və bir-birlərindən ayrılmalarının onlara verə biləcəyi mənəvi-psixoloji sarsıntı nəzərə alınmaqla, onların faktiki ataları ilə saxlanılması məqsədəmüvafiq hesab edilməməli, habelə uşaqlar ondan alınaraq analarına verilməlidir. Həmçinin, azyaşlı uşaqların saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur.
19. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında Ucar rayon qeydiyyat şöbəsində ## ###### 2013-cü il tarixdə, *** saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, onların birgə nikahından doğulmuş # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 ataları, cavabdeh Cavabdeh alınaraq anaları, iddiaçı İddiaçı verilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların analarına verildiyi tarixdən başlayaraq, ## ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, ümumilikdə 1,20 misli həddində sabit pul məbləğində aliment tutulmalı (iddia ərizəsi məhkəməyə ## ######## 2024-cü il tarixdə daxil olduğundan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği həmin il üçün müəyyən edilən məbləğdə hesablanmalıdır. Yəni 400 x 0,40 =160 manat)
20. Məhkəmə alimentin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməsi istisna edilir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 17.2, 19.1, 19.2, 20.1, 21, 21.3, 22.1, 22.2.1, 22.2.2, 49.2, 49.3, 51.2, 56.1, 58, 60.1, 60.2, 63, 75.1, 75.4 78.1, 78.2, 100.2-ci, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanununun 4 və 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarına, «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** saylı Qərarına, BMT-nin Baş Məclisinin ## ###### 1959-cu il tarixli **** saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 4-cü prinsipinə, “Uşaq hüquqları haqqında” 1989cu il Konvensiyasının 18-ci maddəsinə, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9cu maddəsinə, Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 1988-ci il tarixli “Olsson Isveçə qarşı” iş üzrə Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında ## ###### 2024-cü il tarixli Qanununa, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107, 115.0.1, 115.0.9, 119.1, 217.4 və 234.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş # ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 ataları, cavabdeh Cavabdeh alınaraq anaları, iddiaçı İddiaçı verilməsini, tərəflərin birgə nikahından doğulmuş uşaqların analarına verildiyi tarixdən başlayaraq, ## ####### 2013-cü il təvəllüdlü X1, ## ###### 2014cü il təvəllüdlü X2 və ## ###### 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, ümumilikdə 1,20 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilməsiinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dindirilmiş uşaqlar onunla qalmaq istədiklərini bildirsələr də, məhkəmə uşaqların fikrini nəzərə almayaraq birbaşa maddi hüquq normasını pozmuşdur. Məhkəmə xüsusi bilik tələb olunan suallara izah vermək üçün ekspertiza təyin etmiş lakin məhkəmə ekspertin verdiyi cavablardan kənar çıxaraq xüsusi bilik tələb edilən ekspert kimi rəyə izah vermişdir. Hər üç uşağın atanın təsiri altında olmaqdıqları ekspertiza rəyi ilə sübut olunmasına baxmayaraq məhkəmə rəyə verdiyi izah obyektiv olmamışdır.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Elçin Mhdiyev (sədrlik edən və məruzəçi), Elman Isayev və Taleh Musayevdən ibarət tərkibdə) Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışlaşan məhkəmə kollegiyası, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı dindirilmiş uşaqların fikrini nəzərə almayaraq maddi hüquq normasını pozmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** saylı qərarının 7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı, məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin ekspertin verdiyi cavablardan kənar çıxaraq xüsusi bilik tələb edilən ekspert kimi rəyə izah verməsi, uşaqların atanın təsiri altında olmaqdıqları ekspertiza rəyi ilə sübut olunmasına baxmayaraq məhkəmənin rəyə verdiyi izahın obyektiv olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkili vəkil3) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı iddia ərizəsinin uşaqların ananın himayəsinə verilməsi və aliment hissəsində təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, məhkəmələr sübutlara qərəzli, birtərəfli və yarımçıq baxmış, yalnız iddiaçının izahatını əsas götürməklə həmin izahatın məhkəmələr üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi olmasını nümayiş etdirmiş və bununla da prosessual hüquq normasının tələblərini pozmuşdurlar. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
30. Maddə 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
31. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir
32. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
33. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
34. Maddəı 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər
35. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
36. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir..
37. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
38. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar
39. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
40. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
41. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər..
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
42. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
43. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
44. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
45. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
46. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
“Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının ## ###### 1989-cu il tarixli Konvensiyası
47. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
48. Maddə 27. Iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli qərarı
49. Maddə 7.1. “...yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.”
50. Maddə 7.5. “...məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.”
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.