Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1626/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ### 2018-ci il tarixli əmək müqaviləsi ilə Iddiaçı Cavabdeh MMC-nin Şirə və şərab emalı zavodunda mühafizəçi vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh MMC tərəfindən Iddiaçı ## ##### 2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubu göndərilmiş və bildirilmişdir ki, Cavabdeh MMC-nin struktur dəyişikliyinə əsasən “Mühafizə şöbəsi”nin adı dəyişdirilərək “Təhlükəsizlik xidməti” olmuşdur. Azərbaycan Respublikası ƏM-in 56-cı maddəsinin şərtlərinə əsasən Iddiaçı ilə bağlanmış əmək müqaviləsinin “Vəzifə adı” bölməsinə dəyişiklik edilərək “Təhlükəsizlik xidmətinin nəzarətçisi”, “Iş və istirahət vaxtı” bölməsinə dəyişiklik edilərək “2 növbəli iş qrafiki” və “Əmək haqqı” bölməsinə dəyişiklik edilərək ştat cədvəlinə əsasən əmək haqqının ## ### 2022-ci il tarixdən etibarən 300 manat olaraq hesablanması nəzərdə tutulmuşdur.
3. Iddiaçı ## ##### 2025-ci il tarixdə öz istəyi ilə tutduğu vəzifəsindən azad edilməsi və bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizə vermiş, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə və 144-cü maddələrinə müvafiq olaraq verilmiş ***A/** nömrəli əmrə əsasən Cavabdeh MMC-nin Təhlükəsizlik xidməti şöbəsində Təhlükəsizlik xidmətinin nəzarətçisi vəzifəsində işləyən Iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ## ##### 2025-ci il tarixindən ləğv edilməsi, Iddiaçı 3 təqvim günü istifadə edilməmiş əsas əmək məzuniyyətlərinə görə pul əvəzi kompensasiya ödənilməsi əmr edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər işlədiyi hər növbə iş saatı üçün ona ödəniləcək pulun birdəfəlik olaraq iddiaçıya ödənilməsini, bir il 183 gün olmaqla, bir il üçün artıq işlədiyi 4 saat hesablanmayan pulun 1756,8 manat olmaqla, ümumi işlədiyi beş il müddət üçün artıq işlədiyi hər 4 saata, cəmi 8784 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin may ayından Cavabdeh MMC Ağsu filialının mühafizə bölümündə işlə təmin olunmuşdur. Iş saatı hər gün 8 saat təşkil edirdi. O, işə hər gün səhər saat 08:00-dan, axşam saat 08:00-a qədər işləmişdir. Bu da, gün ərzində 12 saat iş saatı deməkdir. Buna görə də, Cavabdeh MMC onun artıq 4 saat işlədiyinin pulunu verməlidir. Iddiaçı Ağsu * saylı Mediasiya Təşkilatına, Cavabdeh MMC-yə artıq işlədiyi iş saatlarının pulunu almaq üçün müraciət etmişdir. Cavabdeh MMC-nin hüquqşünası IMS-də iştirak etmiş, amma məsələ öz həllini tapmamışdır. Bundan başqa, 2025-ci ilin may ayından hələ işlə 1-ci gün qəbul edildiyindən, onunla müqavilə bağlanılmışdır. Həmin müqavilənin bir nüsxəsi ona verilmədiyindən, o, Cavabdeh MMC-nin kadrlar şöbəsinə Ülvi Əfəndiyevə həmin müqavilənin surətinin ona verilməsini xahiş etmişdir. Ülvi Əfəndiyev ona müqavilənin surətini qərəzli olaraq verməsinə etiraz etmişdir.
6. Cavabdehin nümayəndəsi nümayəndə2 iddiaya etiraz edərək göstərmişdir ki, Cavabdeh MMC tərəfindən cavabdehin işçisi olduğu müddət ərzində qanunvercilikdə nəzərdə tutulmuş bütün ödənişlərin ona ödənilməsi təmin edilmiş, işəgötürən kimi cəmiyyət qanunla, həmçinin əmək müqaviləsi ilə ona aid olan bütün öhdəliklərin icrasını tam təmin etmişdir. Cəmiyyət tərəfindən mühafizəçilərin işə giriş-çıxışı, növbəni bir-birinə təhvil verməsi ilə bağlı heç bir jurnal tərtib edilməmiş, göstərilən həmin ərəfədə belə bir jurnalın tərtib edilməsi ilə bağlı göstəriş verilməmişdir. 2010-cu il tarixindən işçilərin müəssisəyə giriş-çıxışı, o cümlədən mühafizəçilərin giriş-çıxışı turniket vasitəsi ilə keçirilmiş və elektron sistemdə qeydiyyata alınmışdır. Həmin sistem üzrə məlumatların saxlanılması 1 il müddət təşkil etdiyindən 2019- 2023-cü illər ərzində məlumatların təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa məlumdur ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, o, göstərilənləri nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi ## #### 2025-ci il tarixdən bir il əvvələ (mediasiya müddəti çıxılmaqla) olan hissədə iddia müddətinin tətbiqi barədə qətnamə qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır, növbətçi yoldaşı olublar. Işdə olmaqlarını qeyd etmək üçün həm tabel jurnalı, həm də elektron giriş-çıxış sistemi olub. Əsas tabel sayılırdı. Elektronu etmək bəzən yadlarından çıxırdı.
8. Cavabdeh MMC tərəfindən ## ####### 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizəyə əsasən Cavabdeh MMC tərəfindən mühafizəçilərin işə giriş-çıxışı, növbəni bir-birinə təhvil verməsi ilə bağlı heç bir jurnal tərtib edilməmişdir, göstərilən həmin ərəfədə belə bir jurnalının tərtib edilməsi ilə bağlı göstəriş verilməmişdir. 2010-cu il tarixindən işçilərin müəssisəyə giriş-çıxışı, o cümlədən mühafizəçilərin giriş-çıxışı turniket vasitəsi ilə keçirilmiş və elektron sistemdə qeydiyyata alınmışdır. Həmin sistem üzrə məlumatların saxlanılması 1 il müddət təşkil etdiyindən 2019-2023-cü illər ərzində məlumatların təqdim edilməsi mümkün deyildir.
9. Məhkəmə təqdim edilmiş Cavabdeh MMC-nin Insan resursları üzrə baş mütəxəssisi tərəfindən tərtib edilmiş tabeldən görünmüşdür ki, Iddiaçı 2023-cü ilin yanvar ayında 3 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-11 saat, iş saat sayı – 33 saat), fevral ayında 14 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-77 saat, iş saat sayı – 154 saat), mart ayında 15 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-77 saat, bayram günlərində əlavə saat - 44, iş saat sayı – 165 saat) işləmişdir.
10. Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim B.Qasımov) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2024 və 2025-ci illərdə işlədiyi dövrdə iş yeri üzrə işəgötürən tərəfindən qanunla, həmçinin əmək müqaviləsi ilə ona aid olan bütün öhdəliklərin icrası tam təmin edildiyini etiraf etmiş, mübahisə etdiyi dövrün 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək işlədiyi müddət olduğunu, həmin müddətdə əmək haqqının düzgün hesablanmadığını və az verildiyini qeyd etmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, işçiyə ödəniləcək aylıq əmək haqqı müəyyən edilmişdir. Işçinin əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilmişdir.
13. Iddiaçı Iddiaçı tərəfindən Cavabdeh MMC-də işlədiyi dövrlərə aid növbəni təhvil alma və növbəni təhvil vermə barədə məhkəməyə kserosurətlər təqdim etsə də, həmin sənədlərin Cavabdeh MMC-yə aid olub-olmaması müəyyən olunmamışdır.
14. Iddiaçı Iddiaçı 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmadığını və az verildiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Beləliklə, iddiaçı Iddiaçı istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı Iddiaçı Cavabdeh MMC-dəki fəaliyyəti ## ### 2018-ci ildən ## ##### 2023-cü ilədək dövrü əhatə edir. Iddiaçı öz tələbini əsaslandırarkən 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmadığını və az verildiyini bildirmişdir. Lakin işlədiyi vaxtdan, yəni 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək müddət ərzində pozulmuş hüquqlarının bərpası üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməyərək iddia müddətini ötürmüşdür.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ## ### 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay 01 gün müəyyən edilmişdir. Bundan başqa, ## ##### 2022-ci il və ## ###### 2023-cü il tarixlərdə bağlanmış əmək müqaviləsinə dəyişikliklər edilmişdir. Iddiaçı həmin dövrdə də hazırkı tələblə bağlı hər hansı müraciət etməmişdir. Iki ildən artıq müddət keçdikdən sonra, yəni ## #### 2025-ci il tarixdə 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək işlədiyi müddət üçün əmək hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırmışdır.
18. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı 2018-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək işlədiyi müddət üçün əmək hüquqlarının müdafiəsi üçün iddia müddətini də ötürmüşdür.
19. Əgər iddiaçı iddia tələbində qeyd etdiyi kimi əmək haqqı düzgün hesablanmamışdırsa və ya az verilmişdirsə, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə biləcəyi halda hazırkı iddia tələbi ilə vaxtında məhkəməyə müraciət etməmişdir. Əmək haqqının düzgün hesablanmaması və ya az verilməsi ilə bağlı davam edən münasibətdə öz etirazını bildirməmiş və işəgötürənlə bununla bağlı problem yaşamamışdır.
20. Eyni zamanda məhkəmə iclasında iddiaçı etiraf etmişdir ki, hər ay cavabdeh tərəfindən əmək müqaviləsinə uyğun ona əmək haqqı verilmişdir. Iş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun hesabdan çıxarışlarından və digər sənədlərdən də görünmüşdür ki, iddiaçıya hər ay müvafiq məbləğdə əmək haqqı hesablanmış və sığorta ödənişləri də ödənilmişdir.
21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 96, 154, 156, 294, 296-cü, Mülki Məcəlləsinin 2, 375, 376-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Isayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və T.Musayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da, hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, apellyasiya şikayəti qismən əsaslı, iddia tələbi isə əsassızdır.
26. Kollegiya qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
27. Göründüyü kimi əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.
28. Beləliklə, məhkəmə kollegiyası hesab etmiş ki, iddia tələbinin özü-özlüyündə əsassız olduğu, yəni iddiaçının əmək haqqı tələbinə dair iddiasının təmin olunması üçün əsasların olmadığı müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin özü-özlüyündə əsassız olması müəyyən edildiyi halda iddia müddətinin tətbiqinin qanuniliyi məsələsinə dair həmin dəlillərin müzakirəsinə zərurət qalmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 9, 96, 154, 156, 294-cü, Mülki Məcəllənin 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMKnın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
31. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 99, 165-ci, Mülki Prosessual Məcəllənin 4, 14, 77, 88, 217, 386cı maddələrinin tələbləri pozulmuşdur.
33. Belə ki, birinci instansiya məhkəməsi sadəcə iddiaçının tələbini heç bir mötəbər sübut olmadan, yəni Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad edərək absurd bir qətnamə ilə iddiaçının vəziyyətini daha da çətinləşdirmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, birinci instansiya məhkəməsi mülki işi araşdırarkən, məhdud şəkildə yalnız cavabdehin irəli sürdüyü, ən əsası da birinci instansiya məhkəməsi kimi Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad edərək məhkəməyə müraciət müddətinin ötürüldüyünü əsas gətirməklə iddianı təmin etməmişdir. Qətnamələr maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hazırkı iş üzrə məhkəmələr hüququn pozulmasının aşkar edildiyi anı düzgün müəyyən etməmişlər. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə ## ##### 2025-ci il tarixində xitam verilmiş və həmin tarixdə yekun hesablaşma aparılmışdır. Həmin yekun hesablaşma zamanı iddiaçıya yalnız istifadə edilməmiş 3 təqvim günü əsas əmək məzuniyyətinə görə pul əvəzi kompensasiya ödənilmiş, lakin 2018-2023-cü illərdə yerinə yetirilmiş artıq iş saatlarına görə hər hansı ödəniş edilməmişdir. Iddiaçı bu yekun hesablaşma zamanı artıq iş vaxtına görə ödənilməli əmək haqqının hesablanmadığını və ödənilmədiyini qəti şəkildə aşkar etmişdir. Bundan sonra da mediasiya və ## ##### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəməyə müraciət Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş bir illik müddət daxilində edilmişdir. Hər iki instansiya isə hüququn faktiki aşkar edilmə tarixini araşdırmadan formal yanaşma ilə yalnız işin görüldüyü dövrü əsas götürərək qanunu yanlış tətbiq etmişlər.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 95-ci maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 99-cu maddəsinin 2-ci hissəsinə əsasən təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yekun nəticəyə gəlinmişdir.
42. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş vaxtından artıq işləməsini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən iş vaxtında artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasında yerinə yetirilir.
43. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
44. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
45. Kassasiya şikayətinin digər dəlilləri iddia müddətinin ötürülməməsi ilə bağlıdır. Halbuki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı təkrarən rədd edərkən iddianın əsassızlığına istinad etmiş, iddia müddətinin ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.