Məhkəmə qərarları › İş №2(1-8)-1670/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1670/2026

18.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1670/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə verilmiş borca payın tanınması, icra nəticəsində əldə edilmiş pulun yarısının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə verilmiş borca payın tanınması, icra nəticəsində əldə edilmiş pulun yarısının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən Heydərov Aydın Ibadulla oğlunun kassasiya şikayətinə ## ###### 2026cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)*****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh X1 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dollar ödəniş vaxtına manat məzənnəsi üzrə pulun tutulması qət edilmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh X3 qarşı pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilmiş, cavabdeh X3 54000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddiaçı X3 cavabdeh Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)***/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh X12 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə X12 arasında ##.##.1996-cı il tarixli nikahın pozulması qət edilmişdir.

4. ##.##.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)*****/**** saylı icra sənədi qaytarılmışdır.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri və cavabdeh Cavabdeh (keçmiş həyat yoldaşının) onunla razılaşdırmadan, ondan xəbərsiz iddia ərizəsinə əlavə etdiyi qətnamələrdə göstərilən şəxslərə borc verdiyi 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısının – 207000 ABŞ dolları məbləğinin (207000 x 1.7) məzənnə ilə 351000 manat məbləğində pul vəsaitinə pay hüququnun tanınması və 351000 manat məbləğində pul, eləcə də 641 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1996-cı il tarixdə cavabdehlə nikaha girmişdir. Bu nikahdan iki övladları X5 və X6 anadan olmuşdur. Nikahları Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(001)-362/2023 qətnaməsi ilə pozulmuş, qətnamə qanunu qüvvəsini almışdır. Iddiaçı ilə cavabdeh birgə nigah dövründə birgə təsərrüfat idarə etmiş, daşınar və daşınmaz əmlaklar, eyni zamanda nağd pul vəsaiti əldə etmişlər və aralarında bu əmlakların bölünməsinə dair məhkəmə mübahisəsi olmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə onların əmlakla bağlı mübahisələri həllini tapmışdır. Iddiaçı heç vaxt ailələrinin dağılmasını istəməmiş, keçmiş həyat yoldaşı olan cavabdehin iddialarının məntiqi davamı olaraq qarşılıqlı iddialar vermiş və yuxarıda qeyd olunan qətnamələr qəbul edilmişdir. Lakin boşanma ərəfəsində təxminən 2022-ci ilin sentiyabr ayının əvvəllərində cavabdeh evdə olan 10000 ABŞ dollarını və başqa miqdarını tam xatırlamadığı milli pulları da evdən aparmışdır. Boşanmaya ərizə verdiyi gün cavabdeh adına olan avtomobili formal olaraq qardaşının adına keçirmiş, faktiki olaraq hal-hazırda da özü idarə edir. Bundan əlavə, boşanma ərafəsində məhkəmənin gedişi zamanı iddiaçıya məlum olmuşdur ki, cavabdeh birgə nigah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdiyikləri pul vəsaitindən 54000 ABŞ dolları (hazırkı məzənnə ilə 54.000 x 1.7 = təxminən 91800 manat) məbləğində və 360000 ABŞ dolları (hazırkı məzənnə ilə 360.000 x 1.7 = təxminən 612000 manat) məbləğində pul vəsaitlərini onun tanımadığı başqa başqa şəxslərə onunla məsləhətləşmədən borc vermişdir. Hətta bu barədə məhkəmə qətnamələri və icra vərəqləri də mövcuddur. Boşanma ilə bağlı məhkəmə zamanı iddiaçı mülkiyyət sənədlərini axtararkən bu qətnamələri görmüş və şəklini çəkmiş, lakin sonra cavabdeh mülkiyyət sanədlərini və bu qətnamələri evdən aparmışdır. Iddiaçı həmin qətnamələrlə əlaqədar qətnaməni qəbul etmiş məhkəməyə müraciət etsə də, tərəf olmadığından qətmamələrin təsdiq edilmiş surətlərini ala bilməmişdir. Bundan başqa, cavabdehlə qarşılıqlı razılaşma üçün mediyasiya təklifi göndərməsinə və cavabdehin Bakı * saylı Mediasiya təşkilatına dəvət olunmasına baxmayaraq ilkin mediasiya sesiyasma gəlməmişdir.

8. Daha sonra iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısı 207000 ABŞ dolları məbləğində (207000 x 1.7) Azərbaycan manatının məzənnəsi ilə, yəni 351000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 641 manat dövlət rüsumu cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazən əsasları belə olub: - iddiaçı tərəfindən qeyd edilən məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Məhkəmə araşdırması dövründə cavabdeh qarşılıqlı iddianın dəlillərinə münasibətdə etirazını məhkəməyə təqdim etmişdir. Etirazların məzmunu aşağıdakı qaydada əsaslandırılmışdır: Iddiaçının iddia ərizəsində göstərdiyi oğlu X5 alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili alan zaman, nə də onun təmiri üçün heç kimdən hər hansı borc almamışlar. Hətta etirazına əlavə etdiyi Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı icra sənədinə əsasən Aydına (ailələrinə) X7 54.000 ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli icra sənədinə əsasən X2 adlı şəxsin Aydına (ailəyə) 360.000 ABŞ dolları borcu var. Göründüyü kimi, Aydın ailəyə məxsus xüsusilə külli miqdarda pulları müxtəlif şəxslərə borc verib”. - buradan da görünür ki, iddiaçı ilə birgə nikahları dövründə əldə etdikləri əmlakın bölünməsi tələbinə dair iddiaları 2022-2023-cü illərdə Binəqədi Rayon Məhkəməsində baxılarkən Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı icra sənədinə əsasən cavabdehə X7 54.000 ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli icra sənədinə əsasən X2 adlı şəxsin isə 360.000 ABŞ dolları borcunun olduğundan və həmin borcun borclu şəxslərdən alınması ilə bağlı icra sənədlərinin olduğundan iddiaçının məlumatı var idi və iddiaçı həmin məbləğlərin bölünməsi ilə bağlı cavabdehə qarşı iddia qaldırmamışdı; - artıq onların nikahlarına faktiki olaraq 2022-ci il də faktiki xitam verilmişdir və aralarında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə mübahisəsi adı çəkilən məhkəmə qətnamələri ilə bitmişdir. Buna görə də iddiaçının hazırkı iddiası icraata qəbul edilə bilməz.

10. Birinci instansiya məhkəməsi cavabdehin xeyrinə pul tutulması barədə qətnamələr üzrə icra işlərinin vəziyyəti barədə sorğular vermişdir.

11. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli icra sənədi ##.##.2017-ci il tarixdə Nərimanov rayon Icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu tərəfindən borc ödənilmədiyi üçün onun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorğular edilmişdir və sorğuya cavab olaraq adına pul, əmlak və digər gəlirləri aşkar edilməmişdir. Nərimanov rayon Icra şöbəsi tərəfindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu icra sənədində göstərilən tələbin icrasınını təmin etmədiyindən Nərimanov rayon Icra şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinə əsasən verilmiş inzibati xəta haqqında protokollara əsasən Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qərardadına əsasən 500 manat məbləğində inzibati cərimə, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qərardadına əsasən 10 gün müddətində inzibati həbs, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qərardadına əsasən 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Nərimanov rayon Icra şöbəsi tərəfindən borclunun Binəqədi rayonu ərazisində yaşadığına əsaslanaraq icra sənədini Binəqədi rayon Icra şöbəsinə aidiyyəti üzrə göndərmiş və ##.##.2021-ci il tarixdə icra sənədi icraata qəbul edilmişdir. ##.##.2021-ci il tarixdə borclunun müvəqqəti yaşadığı, atasına məxsus özbaşına tikiliyə (evə) tələbkarın iştirakı ilə baxış keçirilmiş tələbin ödətdirilməsini təmin etmək üçün əmlak aşkar edilməmişdir. Tələbkar ##.##.2021-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədini Nərimanov rayon Icra şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, həmin icra sənədi borclunun Binəqədi rayonu ərazisindəki ünvana əmlaka baxış keçirilməsi məqsədilə göndərilmişdir. ##.##.2021-ci il tarixdə icra sənədi Nərimanov rayon Icra şöbəsinə geri qaytarılmışdır. Nərimanov rayon Icra şöbəsi tərəfindən isə icra sənədi yenidən göndərilərək ##.##.2021-ci il tarixdən Binəqədi rayon Icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu barəsində icra tədbirləri davam etdirilərək ##.##.2020-ci il tarixdə Azərbaycan Respubalikası IXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Binəqədi Rayon Məhkəməsinin 3(001)- ****/**** saylı 24.11.2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsi ilə 600 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə məbləğini ##.##.2022-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir. Borclunun yeganə gəlir mənbəyi hər ayda aldığı 300 manat əmək haqqı olduğundan icra sənədinin surəti borclunun əmək haqqına ##.##.2021-ci il tarixdə yönəldilmişdir. Mütamadi olaraq borclunun əmək haqqından hər ay 150 manat tələbkara ödənilmişdir. Beləliklə borclu barəsində görülən məcburi icra tədbirləri nəticəsində həmin icra sənədi üzrə borclu dörd dəfə inzibati məsuliyyətə, sonra isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə borclu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmaqla şərti məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2019-cu il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilərək X3 barəsində olan Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü dəyişdirilmiş, onun barəsində 1 il 6 ay azadıqdan məhrum etmə cəzasının CM-nin 70 maddəsinə əsasən şərti tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilərək X3 1 il 6 ay müdətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının borclu barəsində olan ##.##.2019-cu il tarixli qərarı dəyişdirilərək üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 1 il 6 aydan 1 il 3 aya endirilmişdir. Tələbkar ##.##.2022-ci il tarixdə şöbəyə müraciət edərək icra sənədinin borclunun əmək haqqına yönəldirilməsini və hər ay əmək haqından tutulan 150 manat məbləğində pul vəsaitini almadan imtina etmişdir. Tələbkara Azərbaycan Respublikası qanunvericiliyinin tələləri izah edilmişdir ki, borclu Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsi ilə 4 dəfə inzibati məsuliyyətə, sonra isə Azərbaycan Republikası CM-nin 306.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edildiyini bildirilmişdir. Borclunun adında daşınar və daşınmaz əmlak və digər gəlirləri aşkar edilmədiyindən bütün zəruri icra tədbirləri borcun ödənilməsi ilə bağlı nəticə verməmiş və icra sənədi “Icra Haqqında” Qanunun 23.1.3-cü maddəsinin tələbinə əsasən ##.##.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. ##.##.2022-ci il tarixdə icra sənədi yenidan icraata daxil olmuş və icraya yönəldilərək icra hərəkətləri davam etdirilmişdir. Icra sənədi üzrə hissəvi şəkildə göstərilən borc məbləğindən icra sənədi icraatda olduğu müddət ərzində ##.##.2025-ci il tarixə kimi borc məbləğindən 30650 manat X3 tərəfindən Cavabdeh ödənilmişdir. Hal-hazırda borclunun göstərilən icra sənədi üzrə 61150 manat borcu qalmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən * nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, * nömrəli mənzilin ½ hissəsində iddiaçı Cavabdeh, ½ hissəsində cavabdeh X12 payı müəyyən edilməli, Baki şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən * nömrəli, 2mərtəbəli binanın 1-ci girişində, 2ci mərtəbədə yerləşən, 33 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı * nömrəli mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı **/A nömrəli fərdi yaşayış evinin ½ hissəsində iddiaçı X12, ½ hissəsində cavabdeh Cavabdeh payı tanınmalı, 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin - 36000 manatın ½ hissəsi - 18000 manat Cavabdeh tutularaq X12 ödənilməli, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı X12 ödəniməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı X12 ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 180 manatı Cavabdeh alınaraq X12 ödənilməlidir. Göstərilən icra sənədi Xaçmaz rayon Icra və probasiya şöbəsindən ##.##.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Icra vərəqəsinin icrası ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh məxsus “Nissan X Trail” minik markalı **-CP-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göstərilən avtomaşın qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixdə qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmişdir. Avtomaşının qiymətləndirilməsi barədə rəy verildikdən sonra icra hərəkətləri davam etdiriləcəkdir.

12. Gəncə şəhəri üzrə Icra idarəsinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədinə əsasən borclu X1 tələbkar Cavabdeh xeyrinə 360.000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul tutulması qət edilmişdir. Icra vərəqəsi ##.##.2017-ci il tarixdə Gəncə şəhəri üzrə Icra idarəsinin icraatına daxil olmuş və “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. Icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu X1 icra sənədini icra etmədiyi üçün, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin VÖEN-nin qiymətli kağızın, gəlirin, əmanətin olubolmaması, təqaüd alıbalmaması barədə "elektron icra informasiya" sistemi vaistəsi ilə sorğu edilmiş və heç bir əmlak gəlir aşkar edilməmişdir. Eyni zamanda "elektron icra informasiya" sistemində borclunun mülkiyyətində olduğu görsənən əmlakların "xxxx" QSC-də girovda olduğu və bank qarşısında öhdəlik icra edilmədiyinə görə borclunun mülkiyyətində olan girov əmlaklar açıq hərraca çıxarılmış və "xxxx" QSC həracın yekun protokoluna əsasən əmlakları əldə etmişdir. Borclunun Gəncə şəhərində qeydiyyatda olduğu fərdi yaşayış evinə iş üzrə tələbkarın, hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi dəyərli əşya aşkar edilməmiş, bu barədə ##.##.2023-cü il tarixində akt tərtib edilmişdir. Aparılmış araşdırmalarla borclunun birgə nikahda olduğu X8 müəyyən edilmiş, birgə nikah dövründə əldə edilmiş əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğu edilmiş və hər hansı əmlak, gəlir aşkar edilməmişdir. Bundan əlavə borclu məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat hazırlanaraq istintaq idarəsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkdikdən sonra ondan məhkəmə qərarını icra etməsi tələb edilmiş, tələbi tam şəkildə təmin etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən məhkəmənin qərarı ilə borclu 1000 manat cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərari ilə Gəncə Şəhər Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarı ləğv edilmiş və yenidən baxılması üçün sözügedən məhkəməyə qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsi IXM-nin 528.1ci maddəsi ilə borclunu 500 manat məbləğində inzibati cərimə etmişdir. Borcluya ödəniş etməsi üçün yeni müddətin təyin edilməsi barədə bildiriş verilmiş va bundan sonra iş üzrə tələbkar borclu ilə şifahi qaydada razılığa gəldiyini və hər ay 500 manat olmaqla ödəniş etməsinə razılıq verdiyini icra məmuruna bildirmişdir. Borclu X1 tələbkara 500 manat ödəniş edərək qəbzi təqdim etmiş və izahatında mütəmadi qaydada ödənişlər edəcəyini qeyd etmişdir. Tərəflərindən borcluya işə qəbul olunması üçün təklif təqdim edilmişdir. Bundan sonra Gəncə-X20 Filialına sorğu verilmiş borclunun işaxtaran kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Gəncə şəhəri üzrə Icra idarəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, icra sənədi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhəri üzrə Icra idarəsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərardadı ##.##.2024-cü il tarixdə Gəncə şəhəri üzrə Icra idarəsinə məlumat üçün daxil olmuşdur, icra sənədi icra edilməsi üçün ##.##.2025-ci il tarixdə Gəncə şəhəri üzrə Icra idarəsinə daxil olmuşdur. Borclu X1 ##.##.2025-ci il tarixdə bildiriş təqdim edilmişdir. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin qiymətli kağızın, gəlirin, əmanətin olubolmaması, təqaüd alıb-almaması barədə "elektron icra informasiya" sistemi vasitəsi ilə sorğu edilmiş və heç bir əmlak aşkar edilməmişdir. Eyni zamanda "elektron icra informasiya" sistemində borclunun mülkiyyətində olduğu ZAZ 968 minik markalı 1986-cı il istehsalı olan ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən olunsa da, borclu Nəcəf Əliyev izahatında həmin avtomobilin yararsız vəziyyətdə olduğunu, avtomobilin sənədlərinin olmadığını, sədəcə onun adında olduğunu bildirmişdir. Bundan başqa "elektron icra informasiya" sistemində borclu X9 Səbinə Ilham qızının (VÖEN **********) yanında “dizayner, dekorasiya" işləyərək 360 manat əmək haqqı aldığı məlum olmuşdur. Tələbi borclunun əmək haqqısının 50% yönəldilərək əmək haqqıdan ##.##.2025-ci il tarixdə 165 manat, ##.##.2025-ci il tarixdə 165 manat, borclu Nəcəf Əliyev özü tərəfindən 50 manat məbləğində əlavə tələbkarın təqdim etdiyi bank hesabına ödənilmişdir. Icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini X1 üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən borclu X1 10 gün müddətində inzibati həbs edilmişdir. Icra sənədinin icrası tərəflərindən nəzarətdə saxlanılmaqla icra tədbirləri davam etdirilir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Qoşqarlı Rəşad)

14. Birinci instansiya məhkəməsi müəyən etmişdir ki, tərəflər ##.##.1996-cı il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə olduqları zaman cavabdeh müəyyən şəxslərə borc qismində pul vəsaitləri vermiş, daha sonra məhkəmələrin qətnamələri ilə həmin pul vəsaitlərinin cavabdehə qaytarılması qət edilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh X1 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dollar ödəniş vaxtına manat məzənnəsi üzrə pulun tutulması qət edilmişdir. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi iləiddiaçı Cavabdeh cavabdeh X3 qarşı pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilmiş, cavabdeh X3 54000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddiaçı X3 cavabdeh Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamələri qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra şöbələrinə göndərilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin qətnamələr üzrə cavabdehə ödənilməli olan ümumilikdə 351000 manat məbləğində pul vəsaitini tələb edir

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, iddiaçı həmin pul məbləğinin cavabdehdə olmasını sübuta yetirməmişdir. Belə ki, qətnamələr üzrə cavabdehin xeyrinə müəyyən şəxslərdən pul vəsaitlərinin tuutlması qət edilsə də, həmin icra sənədləri hazırda tam şəkildə icra olunmamışdır. Bu hal icra orqanlarının məhkəməyə ünvanladıqları sorğuya cavab məktubları ilə də təsdiq olunur. Belə olan halda, iddia rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 372, 375-ci, Ailə Məcəlləsinin 32, 34, 36-cı, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" ##.##.2024-cü il tarixli */**** nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü təsdiq etmişdir ki, qanuni qüvvəsini almış qətnamələr üzrə (birgə nigah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri pul vəsaitindən 54000 ABŞ dolları (hazırkı məzənnə ilə 54.000 x 1.7 = təxminən 91800 manat) məbləğində və 360000 ABŞ dolları (hazırkı məzənnə ilə 360.000 x 1.7 = təxminən 703800 manat məbləğində pul vəsaiti) cavabdehə ödənilməli olan pul vəsaiti birgə nigah dövründə əldə edilmiş vəsaitdir və işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə bununla cavabdehin icra sənədləri üzrə almalı olduğu pul vəsaitinin iddiaçı ilə birgə nigah dövründə əldə edilmiş vəsait olmasınıda inkar etmir. Başqa sözlə, məhkəmə cavabdehin almalı olduğu həmin vəsaitin yarısını tələb etməsinə subyektiv hüququnun olmamasını da qeyd etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda tam haqlı olmuşdur. Bu halda nəzərə alınmalıdır ki, iddiaçının birgə nikah dövründə borclulara verdiyi pul vəsaitində ailə qanunvericiliyinin tələblərinə görə iddiaçının bərabər pay hüququ labüd idi və cavabdeh iddiaçının payına düşən hissə üzrə sərəncam verərək borc vermişdir. (Həmin vaxt ailə münasibətləri normal olmuşdur) Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin iddianın rədd edilməsi ilə bağlı istinad etdiyi ikinci hal, yəni qətnamələr üzrə cavabdehin xeyrinə müəyyən şəxslərdən pul vəsaitlərinin tutulması qət edilsə də, həmin icra sənədləri hal hazırda tam şəkildə icra olunmaması kimi qənaəti istinad etdiyi birinci halla tam ziddiyyət təşkil edir. Belə ki, məhkəmə iddianın hansı konkret əsasla rədd edilməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclular ümumilikdə 30000 manatdan daha artıq pulu cavabdehə ödəmişdir. Belə halda, məhkəmənin icra sənədləri üzrə ödənilmiş pula münasibətdə iddianı qismən də olsa belə, təmin etməməsi məhkəmənin ümumilikdə iddia üzrə gəldiyi nəticənin kökündən səhv olmasının açıqaşkar təsdiqidir.

19. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə münasibətləri 2022-ci ilin may ayında pozulub. Xeyrinə qəbul edilmiş qətnamələr üzrə nə qədər məbləğin icra olunmasını isə dəqiq bilmir. Bildiyi qədəri çox xırda bir hissə icra edilib. Məhkəmə onları 2023-cü ilin mart ayında boşayıb. Amma o, iddiaçı ilə birgə yaşadıqları evi 2023cü ilin may ayında tərk etmişdir. Yəni iddia ərizəsi veriləndən sonra da onlar bir müddət bir yerdə yaşayıb, birgə təsərrüfat aparmışlar.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, qanuni qüvvədə olmaqla icra mərhələsində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə X1 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dollar ödəniş vaxtına manat məzənnəsi üzrə tutulan pula (öhdəliyə) və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X3 Cavabdeh xeyrinə tutulan 54000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pula (öhdəliyə) münasibətdə Cavabdeh və İddiaçı ½ hissədə paylarının tanınması, icra sənədləri üzrə ödənilmiş 30650 manatın ½ hissəsi olan 15.325 manatın Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməsini qət etmişdir. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tutulması qət edilən pul məbləğlərinin tərəflərin ümumi birgə mülkiyyətdə olması iddiaçı və cavabdehin həmin vəsaitlərə dair pay hüquqlarının tanınmasını tələb etmək hüququnu yaradır. Eyni zamanda cavabdeh də həmin vəsaitlərin ümumi birgə əmlak olduğunu mübahisələndirmir. Belə olan halda, həmin vəsaitlər üzərində iddiaçının ½ hissədə pay hüququ tanınmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi həmin vəsaitlərə dair iddiaçının pay hüququnun tanınmasını Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənar çıxma halı kimi hesab etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsi verərkən həmin tələblə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcmini dəyişərək payının tanınması istədiyi məbləğin ½ hissənin alınıb ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan əmlakların bölünməsi zamanı ilkin olaraq həmin əmlaklar üzərində tərəflərin pay hüququ tanınır, sonradan payın dəyərinin ödənilməsi tələb edilir. Başqa sözlə bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Bu baxımdan, iddiaçının payının tanınmasını istədiyi vəsaitin tutularaq ona verilməsi tələbinin özü həmin vəsaitə dair pay hüququnun tanınmasını da özündə ehtiva etdiyindən bunu iddia tələbindən kənara çıxma kimi hesab etmək olmaz.

23. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsinin qətnamələr üzrə cavabdehin xeyrinə müəyyən şəxslərdən pul vəsaitlərinin tutulması qət edilsə də, həmin icra sənədlərinin hazırda tam şəkildə icra olunmaması qənaəti onu təsdiq etmiş olur ki, icra sənədləri müəyyən məbləğ civarında icra olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ##.##.2022-ci il tarixdə icra sənədi yenidən icraata daxil olmuş və icraya yönəldilərək icra hərəkətləri davam etdirilmişdir. Icra sənədi üzrə hissəvi şəkildə göstərilən borc məbləğindən icra sənədi icraatda olduğu müddət ərzində ##.##.2025-ci il tarixə kimi borc məbləğindən 30650 manat X3 tərəfindən Cavabdeh ödənilmişdir. Hazırda borclunun göstərilən icra sənədi üzrə 61150 manat borcu qalmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışında cavabdeh ümumilkdə pulların alınması zamanı ona payının verilməsinə etiraz etməmiş, lakin ona ödənilməli olan pul məbləğindən müəyyən bir hissədə icra edildiyini etiraf etmişdir. Buna baxmayaraq cavabdeh həmin vəsaitin onun iddiaçı ilə ailə təsərrüfatı apardığı vaxta təsadüf etdiyindən ümumi ehtiyaclara sərf edildiyini bildirmişdir. Etirazının əsası kimi ona istinad etmişdir ki, o, nikahın pozulmasına dair iddia ərizəsi ilə 2022-ci ilin sentyabr ayında məhkəməyə müraciət etsə də, 2023-cü ilin may ayına kimi iddiaçı ilə eyni evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmin vəsait isə onların birgə xərclərinə sərf edilmişdir. Iddiaçı isə bunun əksi olaraq bildirmişdir ki, 2022-ci ilin avqust ayından tərəflər arasında münasibətlər pozulmuş və cavabdeh evi tərk etmişdir. Həmin vaxtdan onlar birgə təsərrüfat aparmamışlar. Sonradan cavabdeh nikahın pozulması tələbi ilə 2022-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. Müəyyən vaxtlarda evdə qalsa da, ona münasibətdə hər hansı bir vəsait xərcləməmiş, belə bir məbləğin ona ödənilməsindən də məlumatllı olmamış, birgə təsərrüfatda aparmamışlar.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki halda cavabdeh 2022ci ilin may ayına kimi birlikdə yaşamaqla birgə təsərrüfat apardıqlarını və həmin məbləğin məhz ümumi ehtiyaclara (ailə ehtiyaclarına) sərf edilməsini sübuta yetirməlidir. Lakin cavabdeh işin bu halını sübuta yetirə bilməmişdir. Bu baxımdan, icra sənədi üzrə ödənilmiş 30650 manatın ½ hissəsi birgə nikah dövründə əldə edilmiş hesab edilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 34.2, 36.3, 37.1-ci, Mülki Məcəllənin 231.2, 213.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri iddiaya və apellyasiya şikayətinə etirazın dəlilləri ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehin konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının əsassız irəli sürdüyü tələblərə əsaslanmış və qəbul etdiyi qətnaməni yalnız şəxsi mülahizələrə əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı tərəfin izahatını əsas götürmüş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün cavabdeh tərəfin izahatına tənqidi yanaşmışdır. Ümumiyyətlə, məhkəmə cavabdehin izahatlarını qətnamədə təhrif olunmuş formada qeyd etmiş, həmçinin işin halarını araşdırmamış, müvafiq sənədləri tədqiq etməmişdir. Belə ki, qətnamədə qeyd edilən «icra sənədləri üzrə ödənilmiş 30650 manatın % hissəsi olan 15.325 manat Cavabdeh Ibadula oğlundan alınaraq iddiaçı İddiaçı verilsin» xüsusatı araşdırılmadan qeyd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu ödənişin 16.950 manat hissəsi tərəflərin birgə yaşadıqları və birgə təsərrüfat apardıqları dövrdə qaytarılmış və bu vəsait ailə təsərrüfatına xərclənmişdir. Həmçinin iddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş 54000 ABŞ dolları və 360000 ABŞ doları, ümumilikdə 414000 ABŞ doları pul məbləğinin yarısı 207000 ABŞ doları məbləğində (207000 x 1.7) Azərbaycan manatının məzənnəsi ilə, yəni 351000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 641 manat dövlət rüsumunin cavabdeh Cavabdeh Ibadula oğlundan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni icra edilməmiş məbləğin cavabdehdən tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə iddia predmetindən kənara çıxaraq qeyd edilən məbləğin cavabdehdən tutulması barədə deyil bu məbləğə iddiaçının payını tanıyaraq icra qaydasında ödəniləcək vəsaitlərə (öhdəliyə) tərəflərin 1/2 payını tanımışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, */**** №-li Qərarı 1.4-1.5-ci bəndlər. Əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Belə əmlakın bölünməsi qeyd olunan ümumiliyə xitam verilməsi məqsədilə ərin və ya arvadın tələbi əsasında onların əmlaka münasibətdə ortaqlıqdan çıxarılması və fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bu, ümumi əmlak üzərində ər-arvadın payını müəyyən etməklə, əmlakın aktivinə və passivinə daxil olan konkret predmetləri (əmlak dəyərlərini) onlar arasında pay nisbətlərinə uyğun bölüşdürülərək, hər birinin ayrıca mülkiyyətinə verilməsi ilə təmin olunur. 3.2-3.3, 3.6-cı bəndlər.Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

35. Iddia tələbi tərəflərin birgə nikah dövründə cavabdehin borc verdiyi və məhkəmə qətnamələri ilə qayrarılması qət edilən pul vəsaitlərinin bölünməsi barədədir.

36. Mübahisələndirilən hissələr üzrə müəyyən edilib ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə ödəniş vaxtına manat məzənnəsi üzrə X1 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dolları və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X3 Cavabdeh xeyrinə 54000 ABŞ dolları pulun tutulması qət edilib. Həmçinin bir qətnamə üzrə 30650 manat cavabdehə pul ödənilib. Cavabdeh həmin pulu ailənin ümumi ehtiyacına sərf etdiyini sübut edə bilməyib.

37. Belə olan halda, yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissə üzrə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmiş, sübut etmə yükünü düzgün bölüşdürmüşdür. Cavabdeh icra edilən qətnamə üzrə aldığı pulu ailə ehtiyaclarına sərf etdiyini sübut etə bilməmişdir. Halbuki həmin hissə üzrə sübut etmə yükü onun üzərinə düşmüşdür.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilini də – iddia predmetindən kənara çıxılması – əsassız sayır. Belə ki, hazırki iddianın mahiyyəti elə əmlak üzərində payın tanınmasıdır. Yəni, ərarasındakı əmlak bölgüsü tələbi əmlak üzərində pay hüququnun tanınması tələbinin ayrıca arvad39. irəli sürülüb-sürülməməsindən asılı deyil. Bunu apellyasiya instansiyası məhkəməsi də qətnamədə izah etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Heydərov Aydın Ibadulla oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar